Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-193/2025 29.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə emtə və aldatma yolu özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə həmin məsələnin həllinə dair heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) operator vəzifəsinə işə düzəldəcəyinə dair yalandan vəd verərək bu adla 19 mart 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Ümid qəsəbəsində Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E class 200” minik markalı, Az **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs 10000 manat pul vəsaitini alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs 10000 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər “SOCAR”da “Neftqaztikinti” Trestində 2 saylı Tikinti Quraşdırma Bölümündə işləmişdir. 2022-ci ilin mart ayında tanışı Şahid1 onunla telefonla danışarkən oğlu Zərərçəkmiş şəxs işə düzəlməsində köməkilik etməsini xahiş etmişdir. O, sonuncunu tanıdığı bir şəxs vasitəsilə 10000 manat müqabilində Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldə biləcəyini demiş, 19 mart 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Ümid qəsəbəsi yaxınlığında 10000 manat pulu Zərərçəkmiş şəxs və atası Şahid1 götürmüşdür. Lakin sonradan həmin işi həll edə bilməmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq əməlindən peşman olduğunu və vurulmuş ziyanı tamamilə ödədiyini bildirmişdir. O, öz ifadəsində törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25%-ni dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 19 mart 2022-ci il tarixində o, atası Şahid1 birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Ümid qəsəbəsində görüşmüş, sonuncunun onu Dövlət Neft Şirkətinə (SOCAR) operator vəzifəsinə düzəltməsi üçün 10000 manat pulu ona vermişlər. Daha sonra aylarla gözləməsinə baxmayaraq iş həll edilməmiş və o, aldadıldığını başa düşərək polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onda dəymiş ziyanın tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, 2022-ci mart ayınının əvvəllərində tanışı Şirinov X2 işə düzəlməsi ilə bağlı onunla əlaqə saxlamış, onlar Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Ümid qəsəbəsində görüşüb bu barədə danışmışlar. Təqsirləndirilən şəxs onun oğlu X4 Şirkətində operator vəzifəsinə düzəltmək üçün 10000 manat pulu Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, Ümid qəsəbəsində onlardan götürmüşdür. İşə düzəlmədiyini görüb oğlu Mədəd Təqsirləndirilən şəxs 10000 manat pulu geri istəmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 27-28-ci vərəqələrində olan tələbnamədən və məhkəmə elektron sistemində digər məhkəmə və icra işləri barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il (15 %) islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli “ƏFV” sərəncamına əsasən cəzadan azad edilmiş, lakin onun barəsində cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cildinin 31-33-cü vərəqələrində olan 17 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 106-107-ci vərəqələrində olan 15 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 1-ci cildinin 130-131-ci vərəqələrində olan 15 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənildiyini, barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 29721 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 25% rüsum ödənişi olaraq 2503 manat pul ödənilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici və zərərçəkmiş şəxsin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni 2503 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73- 1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1, məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 220 (iki yüz iyirmi) manat Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-193/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-193/2025
29.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver