Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-194/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi bina 2, mənzil 39-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26.01.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin 10-cu sıra, 2-ci korpusunda yerləşən 4 nömrəli qadın çantalarının və sairə əşyaların satışı mağazanın arxa tərəfində dayanmış vəziyyətdə olan arabanın üzərindəki Zərərçəkmiş şəxs məxsus içərisində qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində qırmızı rəngli, üzərində “Chrales&Kieth” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində qara rəngli, üzərində “Chrales&Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində bej rəngli, üzərində “Zara” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 6 ədəd 150 manat dəyərində tünd qəhvəyi rəngli, üzərində “Zara” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Kuchen &Bag.1980” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 4 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Gucci” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 5 ədəd 90 manat dəyərində qara rəngli, üzərində “Dior” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Givenchy” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 25 manat olan, 4 ədəd 100 manat dəyərində boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “New style” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 15 manat olan, 2 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “Chichi” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 15 manat olan, 2 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 5 ədəd 90 manat dəyərində qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 2 ədəd 36 manat dəyərində qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası ümumilikdə 1501 manat dəyərində 70 ədəd qadın əl çantaları olan qara rəngli sellofan bağlamanı gizli olaraq talayıb etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 280 E” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1501 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 26.01.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin 10-cu sıra, 2-ci korpusunda yerləşən 4 nömrəli qadın çantalarının və sairə əşyaların satışı mağazanın arxa tərəfində dayanmış vəziyyətdə olan arabanın üzərindəki Zərərçəkmiş şəxs məxsus içərisində qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində qırmızı rəngli, üzərində “Chrales&Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində qara rəngli, üzərində “Chrales &Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində bej rəngli, üzərində “Zara” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 6 ədəd 150 manat dəyərində tünd qəhvəyi rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Kuchen &Bag.1980” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan, 4 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Gucci” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 5 ədəd 90 manat dəyərində qara rəngli, üzərində “Dior” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “Givenchy” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 25 manat olan, 4 ədəd 100 manat dəyərində boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “New style” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 15 manat olan, 2 ədəd 30 manat dəyərində qara rəngli, üzərində Chichi sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 15 manat olan, 2 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 5 ədəd 90 manat dəyərində qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli, qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan, 2 ədəd 36 manat dəyərində qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası ümumilikdə 1501 manat dəyərində 70 ədəd qadın əl çantaları olan qara rəngli sellofan bağlamanı gizli olaraq talayıb Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 280 E” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yerləşdirib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1501 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş itihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası X3 məxsus “Mercedes Benz 280 E” markalı, **-VP-*** dövlət qeydiyyat nömrəli avtomobili etibarnamə əsasında idarə edib taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanır. Əvvəllər ünvan 2 ünvanında eyni məhəllədə yaşamaqla Təqsirləndirilən şəxs2la qonşu olmuşdur. Şahid2 ilə isə 3-cü mikrorayon dairəsində müştəri qismində ona müraciət edərkən tanış olmuşdur. 26.01.2020-ci il tarixdə saat 13 radələrində o, etibarnamə əsasında idarə etdiyi avtomobildə taksi kimi Bakı şəhəri 3-cü mikrorayon dairəsində dayandığı zaman Aydın ona yaxınlaşaraq Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzində alış-veriş edəcəyini, bununla əlaqədar onu həmin Binə Ticarət Mərkəzinə aparıb-gətirməsini xahiş etmişdir. O da onunla razılaşıb birlikdə Binə Ticarət Mərkəzinə getmişlər. Binə Ticarət Mərkəzinin girəcəyində Akif adlı tanışı ilə rastlaşmışlar. Söhbət əsnasında Akif ona evə gedəcəyini bildirmiş, o da Akifə bir azdan onların da şəhərə mikrorayona gedəcəklərini bildirmiş və ona onlarla birlikdə getməsini təklif etmişdir. Akif onlarla razılaşaraq idarə etdiyi avtomobilə əyləşmiş və onlar Binə Ticarət Mərkəzinə daxil olmuşlar. Aydın tək ticarət mərkəzinin içərisinə daxil olmaqla təxminən 30 dəqiqəyə qayıdacağını bildirmişdir. O, Akiflə Aydını gözləməli olmuşdur. Onlar Binə Ticarət Mərkəzinin sıralarında maşınla hərəkət edərkən, Akif ondan maşını saxlamasını istəmiş və o, 10-cu sırada skladlar tərəfdə maşını saxlamışdır. Akif maşının arxa sağ qapısından düşmüş, həmin sırada heç kimin olmadığı mağazanın arxasında arabanın üzərində qara sellofanda skoçlu yüklü bağlamalardan birini götürüb avtomobilə yerləşdirmişdir. O, əvvəl həmin bağlamanın oğurluq olmasını anlamamış, Akif bağlamanı salona yerləşdirdikdən sonra həmin bağlamanın oğurluq olmasını başa düşmüş, lakin Akifə heç bir söz deməmişdir. O, buna qədər Akifin oğurluq etməsindən məlumatı olmamış, onlar qabaqcadan bu barədə razılaşmamışlar. Lakin Akif oğruluq etdikdən sonra, həmin vaxt maddi sıxıntısı olduğundan, əldə edilmiş oğurluq əşyaları onunla birlikdə satmağa razılaşmış və buna görə də avtomobili kənar bir yerdə saxlayaraq, bağlamanı birlikdə açmışlar. Bağlamanı açdıqda içərisindən müxtəlif cür 70 ədəd qadın əl çantalarını aşkar etmişlər. Onlar həmin əl çantalarını satıb pul əldə etmək barədə razılaşmışlar və bu barədə Aydına heç bir söz deməməyi qərarlaşdırmışlar. Bundan sonra Aydın gələrək maşına minmiş və onlar Aydına Akifin ticarətlə əlaqədar həmin əl çantalarını topdan alaraq 20 yanvarda ticarət mərkəzinə satmaq üçün apardığını bildirmişlər. Bağlamanın içərisindən 35 ədəd qadın əl çantalarını çıxarıb, avtomobilin yük hissəsinə boşaltmışlar, qalan 35 ədədini isə bağlamanın içərisində avtomobilin salonuna qoymuşlar. Bir müddətdən sonra ticarət mərkəzindən çıxaraq 20 yanvar ticarət mərkəzi istiqamətində yola düşmüşlər. X7 həmin əl çantalarının guya özünə məxsus olmaqla 20 yanvar ticarət mərkəzinə satmaq üçün aparmasını və satmaqda ona kömək edəcəyi təqdirdə ona zəhmət haqqını verəcəyini bildirmişdir. Onlar birbaşa Bakı şəhəri 20 yanvarda olan ticarət mərkəzinə getmişlər. O, avtomobili 20 yanvarda ticarət mərkəzinin qarşısında saxlamış, Aydın avtomobildə qalmaqla o, Akiflə 20 yanvarda ticarət mərkəzinə daxil olub mağazaları gəzməyə başlamışlar. Bir müddət gəzdikdən sonra qadın əl çantaları və ayaqqabı satışı mağazasına daxil olub ilk dəfə gördükləri, sonradan adını Hicran kimi bildikləri qadına oğurladıqları 35 ədəd qadın əl çantalarını təqdim edib, guya Çindən topdan gətizdirib özlərinə məxsus olmaqla birini 5 (beş) manatdan satdıqlarını bildirmişlər. Həmin qadın çantaların alınmasına razılıq verərək, həmin malların oğurluq olub-olmamasını soruşmuş və şəxsiyyət vəsiqələrini istəmişdir. Onlar həmin qadın əl çantalarının oğurluq olmadığını və üzərilərində şəxsiyyət vəsiqələri olmadığından Aydından onun şəxsiyyət vəsiqəsinin təqdim edilməsini xahiş etmişlər. Aydın həmin yerə gəlib şəxsiyyət vəsiqəsini təqdim etmiş, Hicran isə Aydının şəxsiyyət vəsiqəsinin fotoşəkilini öz mobil telefonuna çəkmişdir. Həmin vaxt Hicran onlara 100 manat vermiş, yerdə qalan 75 manatı isə sonra verəcəyini bildirmişdir. O, həmin 100 manatdan 20 manatını Aydına vermiş, yerdə qalan 80 manatı isə Akiflə iki yerə bölmüşlər. Bundan sonra ticarət mərkəzindən çıxaraq 3-cü mikrorayon dairəsinə gedib orada sağollaşıb ayrılmışlar. İki gün sonra Akiflə birlikdə yerdə qalan 75 manat pulu da Hicrandan götürmüşlər və həmin puldan Aydına verməmişlər. Onun Akifin oğurluq edəcəyindən qabaqcadan məlumatı olmamış, onu təsadüfən həmin gün Binə Ticarət Mərkəzində görmüş və oğurluq etdikdən sonra onunla əlbir olaraq həmin malların satılmasında köməklik etmiş və maddi imkansızlığı səbəbindən əldə edilmiş puldan o da götürmüşdür. Oğurluq barədə Aydına, həmçinin başqa heç kimə bir söz deməmişlər, başqa oğurluq etməmişlər. Sonradan Akiflə ikisi Aydından xəbərsiz yerdə qalan 35 ədəd qadın əl çantalarını yadında qalmayan yerdə tanımadığı şəxsə satmışlar. O, cinayətdə iştirak etsə də, lakin həmin cinayəti qabaqcadan planlamamış və Akiflə bu barədə qabaqcadan razılığa gəlməmişlər, o sadəcə Akiflə malların satılmasında əlbir olmuşdur. Sonda Təqsirləndirilən şəxs1 ittihamda qeyd olunan oğurluq cinayətini Təqsirləndirilən şəxs2la qabaqcadan razılığa gəlmədən və planlaşdırmadan törətdiyini, maddi sıxıntısı olduğundan əldə edilmiş əşyaların Akiflə birlikdə satmağa razılaşdığını və həmin hərəkətlərinə görə əməlindən peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cüdo üzrə peşakar idmançı olduğunu nəzərə alaraq əməlinə düzgün qiymət verilməsini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi, ev 72-də yaşayan Təqsirləndirilən şəxs1la qonşuluqda yaşamaqla münasibətləri olmuşdur. Şahid2 isə Dilavərin vasitəsi ilə tanımışdır. Belə ki, 26.01.2020-ci il tarixdə səhər saatlarında Binə Ticarət Mərkəzində işləyən tanışından borca pul almaq məqsədi ilə evinin yaxınlığında 193 nömrəli marşrut avtobusuna minib, Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzinə gəlmişdir. Lakin oranı gəzib, tanışını tapa bilmədiyindən evə qayıtmaq istəmiş və bu zaman ticarət mərkəzinin girəcəyində Aydınla Dilavəri sonuncunun idarə etdiyi “Mercedes Benz 280 E” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə bir yerdə görərək onlarla görüşmüşlər. O, Dilavər gilə evə gedəcəyini bildirmiş, Dilavərdə ona onların da şəhərə mikrorayona gedəcəklərini bildirərək, onlarla getməsini təklif etmişdir. O da onlarla razılaşaraq, Dilavərin idarə etdiyi avtomobilə əyləşmiş və onlar Binə Ticarət Mərkəzinə daxil olmuşlar. Sonra Aydın tək ticarət mərkəzinin içərisinə daxil olmaqla təxminən 30 dəqiqəyə qayıdacağını bildirmişdir. O da Dilavərlə birlikdə Aydını gözləməli olmuşlar. Onun pulu olmadığından orada adamlar az olan skladlar tərəfdən oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək barədə Dilavərə heç bir söz demədən ondan avtomobili həmin tərəfə sürməsini xahiş etmişdir. Dilavər avtomobili Binə Ticarət Mərkəzində 10-cu sırada skladlar tərəfə sürmüş və sırada heç kimin olmadığı mağazanın arxa tərəfində arabanın üzərində qara sellofanda skoçlu yüklü bağlamalar olduğunu gördüyündən Dilavərə idarə etdiyi avtomobili həmin arabanın yanında saxlamasını xahiş etmişdir. Dilavər də avtomobili həmin yerdə saxlamış və o Dilavərin idarə etdiyi avtomobilin arxa sağ qapısından çıxıb bağlamanın birini oğurlayıb avtomobilə yerləşdirmişdir. Dilavərin onun əvvəlcədən oğurluq etməsini başa düşməmiş, sonra onun oğurluq etdiyini gördükdən sonra ona heç bir söz deməmiş, həmin sıradan çıxaraq avtomobili kənar bir yerdə saxlamışdır. O, Dilavərə həmin malları birlikdə satmağı təklif etmiş və sonuncu onunla razılaşmışdır. Dilavərlə birlikdə həmin skoçlu qara sellofan bağlamanı açdıqda içərisindən müxtəlif cür 70 ədəd qadın əl çantalarını aşkar etmişlər. Dilavərlə razılaşmışlar ki, həmin əl çantalarını satıb pul əldə etsinlər və oğurluq etdikləri barədə Aydına heç bir söz deməsinlər. Aydına bildirsinlər ki, guya o, ticarətlə əlaqədar həmin əl çantalarını topdan alaraq 20 yanvarda ticarət mərkəzinə satmaq üçün aparır. Həmin çantaların 35 ədədini çıxarıb avtomobilin yük hissəsinə boşaltmışlar. Qalan 35 ədədini isə bağlamanın içərisində avtomobilin salonuna qoymuşlar. Bir müddətdən sonra Binə Ticarət Mərkəzində Aydını avtomobilə əyləşdirib ticarət mərkəzindən çıxaraq 20 yanvar ticarət mərkəzi istiqamətində yola düşmüşlər. Yolda o, Aydına həmin əl çantalarının guya özünə məxsus olmaqla 20 yanvar ticarət mərkəzinə satmaq üçün aparmasını və satmaqda ona kömək ediləcəyi təqdirdə həmin adama zəhmət haqqı verəcəyini bildirmişdir. Onlar birbaşa Bakı şəhəri 20 yanvarda olan ticarət mərkəzinə getmişlər. Dilavər avtomobili 20 yanvarda ticarət mərkəzinin qarşısında saxlamış, Aydın avtomobildə qalmaqla o, Dilavərlə 20 yanvarda ticarət mərkəzinə daxil olub mağazaları gəzməyə başlamışlar. Bir müddət gəzdikdən sonra qadın əl çantaları və ayaqqabı satışı mağazasına daxil olub ilk dəfə gördükləri sonradan adını Hicran kimi bildiyikləri qadına oğurladıqları 35 ədəd qadın əl çantalarını təqdim edib, guya Çindən topdan gətizdirib özlərinə məxsus olmaqla birini 5 (beş) manatdan satmaqlarını bildirmişlər. Hicran həmin malları almasına razılıq verib oğurluq olub-olmamasını soruşmuş və şəxsiyyət vəsiqələrini istəmişdir. Onlar həmin qadın əl çantaların oğurluq olmadığını bildirmişlər və Aydından öz şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Aydın həmin yerə gəlib şəxsiyyət vəsiqəsini qadına təqdim etmiş, Hicran isə Aydının şəxsiyyət vəsiqəsinin fotoşəkilini öz mobil telefonuna çəkmişdir. Həmin zaman Hicran onlara 100 manat vermiş, yerdə qalan 75 manatı isə bir-iki gün sonra verəcəyini bildirmişdir. Həmin 100 manatdan 20 manatını Aydına verib, yerdə qalan 80 manatı isə Dilavərlə iki yerə bölmüşlər. Bundan sonra ticarət mərkəzindən çıxaraq 3-cü mikrorayon dairəsinə gəlib orada sağollaşıb ayrılmışlar. İki gün sonra yerdə qalan 75 manat pulu da Hicrandan götürmüşlər. Dilavərlə oğurluq etmək barədə qabaqcadan əlbir olmamışlar, o, oğurluq etdikdən sonra bu barədə Dilavərdən kömək istəmiş, sonuncu ona köməklik etmişdir. Əldə edilmiş oğurluq mallarının satılması barədə Aydına, həmçinin başqa heç kimə bir söz deməmişlər. Sonradan Dilavərlə ikisi Aydından xəbərsiz yerdə qalan 35 ədəd qadın əl çantalarını yadında qalmayan yerdə tanımadığı şəxsə sataraq əldə olunmuş gəlri bir yerdə bölüşdürmüşlər. O, oğurluq cinayətini törətsə də, lakin həmin cinayəti qabaqcadan planlamamış və Dilavərlə bu barədə qabaqcadan razılığa gəlməmişlər. Sonda Təqsirləndirilən şəxs2 əməlinə görə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməklə onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənildiyini, buna görə də təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq olunmaqla elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzində 10-cu sıra, 2-ci korpus, 4 nömrəli mağazada qadın çantalarının və sairə əşyaların satışı ilə məşğul olur. 26.01.2020-ci il tarixdə saat 14 radələrində Binə Ticarət Mərkəzində olarkən karqo vasitəsi ilə xaricdən sifariş etdiyi qadın əl çantalarını skoçla bağlanmış qara selofan bağlamalarda gətirilərək mağazasının arxa tərəfində arabanın üzərində saxlamışdır ki, mağazasında yerbəyer etsin. Həmin bağlamalar təxminən bir saat nəzarətsiz qalmışdır. Saat 15 radələrində bağlamaları mağazaya yığmış, lakin həmin zaman bağlamaların əskik olmasını hiss etməmişdir. 13.02.2020-ci il tarixdə mallarını təftiş edərkən bağlamalardan içərisində müxtəlif markalı qiymətləri 15-25 manat dəyişən cəmi 1501 manat qiymətində 70 ədəd qadın əl çantaları olan bağlamanın birinin olmamasını aşkar etmişdir. Soraqlaşsada hamı xəbərsiz olmasını bildirmişdir. Həmin yeri əks etdirən müşahidə videokamerasına baxdıqda görmüşdür ki, 26.01.2020-ci il tarixdə saat 14:50 radələrində əvvəllər tanımadığı “Mercedes Benz 280 E” markalı, **-VP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü həmin sırada avtomobili həmin araba üzərində olan bağlamaların yanında saxlayır, avtomobilin arxa sağ qapısından tanımadığı bir nəfər oğlan düşərək araba üzərində olan qeyd etdiyi skoçlu içərisində 70 ədəd qadın əl çantası olan selofan bağlamanın birini gizli olaraq oğurlayıb avtomobilin arxa sağ qapısından salona yerləşdirir. Avtomobilin arxa istiqamətində isə tanımadığı bir nəfər oğlanın olması müəyyən edilir. Selofan bağlamanı götürülüb avtomobilə yerləşdirildikdən sonra avtomobil yola düşür, həmin avtomobilin arxa tərəfində olan oğlan isə oradan uzaqlaşır. Bağlamanın içərisində 35 ədəd yox, 70 ədəd müxtəlif cür qadın əl çantaları olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.03.2020-ci il tarixli, 4375 saylı rəyində göstərilən çantaların qiymətləri ilə razı olaraq, ona məxsus oğurlanaraq müəyyən olunmayan 49 ədəd qadın əl çantalarını da mövcud olan əl çantaları ilə birlikdə qiymətinə və sayına görə sadalayaraq göstərmişdir ki; qiyməti 25 manat olan, 5 ədəd 125 manat dəyərində qırmızı rəngli, üzərində “Chrales &Kieth” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan 5 ədəd 125 manat dəyərində qara rəngli üzərində “Chrales &Kieth” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan 5 ədəd 125 manat dəyərində bej rəngli üzərində “Zara” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan 6 ədəd 150 manat dəyərində tünd qəhvəyi rəngli üzərində “Zara” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan 5 ədəd 100 manat dəyərində qara rəngli üzərində “Kuchen &Bag.1980” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası, qiyməti 25 manat olan 4 ədəd 100 manat dəyərində qara rəngli üzərində “Gucci” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan 5 ədəd 90 manat dəyərində qara rəngli üzərində “Dior” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan, 5 ədəd 100 manat dəyərində qara rəngli üzərində “Givenchy” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb-bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 25 manat olan 4 ədəd 100 manat dəyərində boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, qiyməti 20 manat olan 5 ədəd 100 manat dəyərində qara rəngli üzərində “New style” sözləri olan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan ilan imitasiyalı böyük əl çantası, qiyməti 15 manat olan 2 ədəd 30 manat dəyərində qara rəngli üzərində “Chichi” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 15 manat olan 2 ədəd 30 manat dəyərində qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 20 manat olan 5 ədəd 100 manat dəyərində qara rəngli üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan 5 ədəd 90 manat dəyərində qara rəngli üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, qiyməti 20 manat olan 5 ədəd 100 manat dəyərində qara rəngli qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası, qiyməti 18 manat olan 2 ədəd 36 manat dəyərində qara rəngli üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb-bağlanan kiçik əl çantası olmaqla 70 ədəd qadın əl çantalarının oğurlanması nəticəsində ona cəmi 1501 manat ziyan dəymişdir. Əvvəllər təxmini hesabladığı üçün dəymiş ziyanı 1500 manat göstərmişdir. Lakin dəqiq hesab etdikdə ona 1501 manat ziyan dəymişdir. Oğurlanmış çantalar olan skoçlu selofan torba dəyərsiz olduğu üçün onu qiymətləndirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 20 yanvar metrostansiyası ərazisində yerləşən «20 şopinq» ticarət mərkəzində mağaza icarəyə götürərək ticarətlə məşğul olur. Mağazada qadın əl çantaları və qadın ayaqqabılarının satışı ilə məşğul olur. 26.01.2020-ci il tarixdə təxminən saat 16 radələrində ticarət mərkəzində iş yerində olduğu zaman əvvəllər tanımadığı iki nəfər kişi işlədiyi mağazaya gəlib Çin Xalq Respublikasından özləri gətirdikləri 35 ədəd qadın əl çantalarını topdan ucuz qiymətə satdıqlarını bildirmişlər. O, onlarla həmin çantaların hər birini 5 manatdan almağa razılaşmış və onlardan həmin çantaların oğurluq olub-olmamasını soruşmuş, həmçinin şəxsiyyət vəsiqələrini istəmişdir. Onlar həmin çantaların oğurluq olmadığını, onlara məxsus olduğunu bildirərək, onlarla gələn Şahid2 məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmişlər. O, həmin şəxslərdən 35 ədəd qadın əl çantalarını alıb, mobil telefonu ilə şəxsiyyət vəsiqəsinin şəkilini çəkmişdir. Həmin vaxt üzərində az pul olduğundan o, həmin şəxslərə 100 manat pul vermiş, qalan 75 manatı isə sonra verəcəyini bildirmiş və onlar razılaşmışlar. Həmin gündən təxminən iki gün keçdikdən sonra o, onlara 50 manat, daha sonra isə yerdə qalan 25 manatıda verməklə, həmin şəxslərə cəmi 175 manat pul vermişdir. Aldığı əl çantalarından 14 ədədini tanımadığı müştərilərə satmış, qalan 21 ədədini isə könüllü olaraq polisə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki,Təqsirləndirilən şəxs1 “Mercedes Benz 280 E” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə edərkən tanımışdır. Belə ki, o, bir neçə dəfə həmin taksidən 3-cü mikrorayon dairəsində müştəri qismində istifadə etmişdir. 26.01.2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri 3-cü mikrorayon dairəsinə gələrək, orada taksi kimi dayanmış Dilavərə yaxınlaşaraq, onu Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzinə aparıb-gətiməsini xahiş etmiş, orada alış-veriş edəcəyini bildirmişdir. Dilavər onunla razılaşmış və onlar birlikdə Binə Ticarət Mərkəzinə gəlmişlər. Binə Ticarət Mərkəzinin girəcəyində Akif ilə rastlaşmışlar və Akif evə gedəcəyini bildirmişdir. Bu zaman Dilavər Akifə bir azdan onların da şəhərə, mikrorayona gedəcəklərini bildirərək, onlarla gəlməsini təklif etmişdir. Akifdə razılaşaraq Dilavərin idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar Binə Ticarət Mərkəzinə daxil olmuşlar və o, tək ticarət mərkəzinin içərisinə gedərək, təxminən 30 dəqiqəyə qayıdacağını bildirmişdir. O, bir az ticarət mərkəzində yubanmış, saat 15 radələrində Binə Ticarət Mərkəzində işlərini görüb geri qayıtmışdır. Dilavərin avtomobilinə əyləşərkən salonda arxada iri qara selofanda skoçlu yüklü bağlama olduğunu görmüşdür. Onlar Binə Ticarət Mərkəzindən çıxaraq yola düşmüşlər. Yolda Akif həmin bağlamanın içərisində müxtəlif cür 35 ədəd qadın əl çantaları olmasını və ticarətlə əlaqədar həmin əl çantalarını topdan alaraq 20 yanvarda ticarət mərkəzinə satmaq üçün aparmasını və satmaqda ona kömək ediləcəyi təqdirdə həmin adama zəhmət haqqı verəcəyini bildirmişdir. Onlar birbaşa Bakı şəhəri 20 yanvarda olan ticarət mərkəzinə gəlmişlər. Dilavər avtomobili 20 yanvarda ticarət mərkəzinin qarşısında saxlamışdır. O, avtomobildə qalmış, Dilavər isə Akiflə 20 yanvarda «20 yanvar şopinq» ticarət mərkəzinə daxil olub, mağazaları gəzərək əl çantalarını satmaq üçün müştəri axtarmağa başlamışdır. Bir müddətdən sonra onlar maşına yaxınlaşaraq, çantaları satmaq üçün müştəri tapdıqlarını, lakin üzərilərində şəxsiyyət vəsiqələri olmadığından sata bilmədiklərini, onunda xeyri olduğunu bildirib şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. O da onlarla razılaşıb 20 yanvarda ticarət mərkəzində qadın əl çantaları və ayaqqabı satışı mağazasına daxil olub, ilk dəfə gördüyü sonradan adını Hicran kimi bildiyi qadına şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin qadın əl çantaların oğurluq olubolmamasını soruşmuş, onlar həmin qadın əl çantalarının oğurluq olmadığını bildirmişlər. Həmin qadın şəxsiyyət vəsiqəsinin fotoşəkilini öz mobil telefonuna çəkmiş və özünə qaytarmışdır. Bu zaman Hicran onlara 100 manat vermiş, yerdə qalan 75 manatı isə sonra verəcəyini bildirmişdir. Akif 100 manat pulu Hicrandan aldıqdan sonra çantaların satılması üçün onun sənədini təqdim etdiyinə görə zəhmət haqqı kimi ona 20 manat pul vermişdir. O, pulu götürmək istəməsə də Akif zorla 20 manat pulu ona vermişdir. Yerdə qalan 80 manatı isə Akif Dilavərlə iki yerə bölmüşlər. Bundan sonra həmin ticarət mərkəzindən çıxaraq 3-cü mikrorayon dairəsinə gəlib orada onlarla sağollaşıb ayrılmışdır. O, Akif və Dilavərin həmin əl çantalarının Binə Ticarət Mərkəzindən oğurlamalarını bilməmişdir. Əgər o, çantaların oğurluq olmasını bilsəydi, öz şəxsiyyət vəsiqəsini təqdim etməzdi. Həmin bağlamanın içərisində olan çantaların sayını bilməsə də, çantalar satılarkən orda olduğundan bağlamada 35 ədəd çanta olmasını görmüşdür. Oğurluq hadisəsi baş verə gün onun əynində qara şalvar, ayaqqabı, sarı dəri gödəkçə və başında qara rəngli papaq olmuşdur. Ümumiyyətlə Akif və Dilavərin Binə Ticarət Mərkəzində oğurluq etmələrindən xəbəri olmamış, Zərərçəkmiş şəxs göstərməsinə əsasən hadisə yerini əks etdirən videokameraya baxdıqda oğurluq edilərkən avtomobilin arxa istiqamətində olan tanımadığı bir nəfər oğlanın ətrafı nəzərdən keçirməsindən xəbəri yoxdur. O, hadisə yerində olmamış, həmin zaman Binə Ticarət Mərkəzində digər yerdə sıraları gəzmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 38, 47-48) Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 59, 68-69) Götürülmə aparılması haqqında 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, hadisə baş verərkən görüntünü əks etdirən Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi 1 ədəd DVD götürülmüşdür. (İ cild, i.v. 83) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (İ cild, i.v. 114-115) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (İ cild, i.v. 116-117) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 118-119) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 121-122) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 mart 2020-ci il tarixli, 4375 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan çantaların 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 449 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (İ cild, i.v. 141-144) Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı verilmiş ərizədən görünür ki, cinayət işi üzrə dəymiş ziyan tam şəkildə təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxslərə qarşı heç bir tələbi yoxdur. (İ cild, i.v. 159) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.02.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. (i.v. 162-163) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 21.02.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 1(006)-282/2016 saylı hökmündən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-854/2016 saylı, 23 avqust 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-854/2016 saylı, 23 avqust 2016-cı il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 1(006)-282/2016 saylı hökmü ilə təyin edilmiş 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının “25 May-Respublikas günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş qalan 02 il 05 ay 22 günü, həmin Qərarın 4-cü bəndi tətbiq edilməklə 06 ay müddətinə azaldılmışdır. 07.06.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 160-161, 164-167, 168- 169) Cinayət işi üzrə sübutların qiymətlədirilməsi haqqında 21 aprel 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 15.02.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik edilərək onlar təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara yenidən ittiham elan edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməllərində soyğunçuluq, yəni Azərbaycan Respublikası CM-nin 180-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barələrində həmin hissədə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs məxsus 21 ədəd təzə vəziyyətdə olan əl çantaları iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə qaytarılması qərara alınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsin, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi, maddi sübutların götürülməsi, onların tanınması, hadisə yerində oğurluğun görüntüsünü əks etdirən DVD-yə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, dəymiş ziyanın ödənilməsinə dair zərərçəkmiş şəxsin ərizəsi və işdə olan digər protokollar sübut növü kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi digər 35 ədəd əl çantalarından xəbərlərinin olmamalarını göstərmələri vəsatət kimi qəbul olunmuş, göstərdikləri özlərini müdafiə xarakteri daşıdığından vəsatətin təmin olunması rədd olunmuş və Zərərçəkmiş şəxs ifadəsi əsas götürülmüşdür. (İ cild, i.v. 178-190) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 29 may 2020-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs cinayət işi üzrə maddi sübut olan 1 ədəd qırmızı rəngli, üzərində “Chrales &Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 2 ədəd qara rəngli, üzərində “Chrales &Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd bej rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd tünd qəhvəyi rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 3 ədəd qara rəngli, üzərində “Kuchen &Bag.1980” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “Gucci” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Dior” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Givenchy” sözləri olan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 3 ədəd boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “New style” sözləri olan, süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 1 ədəd qara rəngli, üzərində “Chichi” sözləri olan, süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, 1 ədəd qara rəngli qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantasını təhvil almışdır. (İ cild, i.v. 224) Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, 41 saniyə davam edən video görüntüdən görünür ki, “Mercedes Benz 280E” markalı, **-VP-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü idarə etdiyi avtomobili Binə Ticarət Mərkəzi, 10-cu sıra, 2-ci korpus, 4 nömrəli mağazanın arxasında araba üzərində olan sarı skoç ilə bağlanmış yüklü qara rəngli sellofan bağlamaların yanında saxlayır, Təqsirləndirilən şəxs2 avtomobilin arxa sağ qapısından düşərək araba üzərində olan həmin sellofan bağlamanın birini gizli olaraq götürüb avtomobilin arxa sağ qapısından salona yerləşdirir. Sellofan bağlama götürülüb avtomobilə yerləşdirildikdən sonra avtomobil yol düşür. Həmin zaman avtomobilin arxa sağ istiqamətində kənarda dayanan bir nəfər tanınmaz naməlum şəxs isə oradan uzaqlaşaraq çıxıb gedir. Həmin naməlum şəxs uzaq məsafədə olduğundan görüntüdə onun yalnız əynində olan qara rəngli gödəkçəsi əks olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Beynəlxalq səviyyədə təşkil olunan idman yarışlarında iştirak etmə barədə sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Cüdo” idman növü üzrə uğurlu nəticələr göstərərək müxtəlif vaxtlarda İ, İİ, İİİ-cü yerlərə layiq görülmüşdür. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏSMN tərəfindən 08.04.2014-cü il tarixdə verilmiş 062712 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 İİ qrup əlildir. Vəsiqə əlillik müddətində etibarlıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların özlərinin etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, habelə şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hedab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq, yəni özgənin əmlakını gizli olaraq talaması kimi gəldiyi nəticə düzgündür və onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə həmçinin hesab edir ki, qanunverici tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdilməsi üçün qrup üzvləri arasında cinayətin birgə törədilməsinə dair qabaqcadan razılığın olması, eyni zamanda qrup üzvlərinin hər hansı formada iştirakçılığı deyil, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayətin obyektiv cəhətinin icrasında birgə iştirakçılığı nəzərdə tutulmaqla, təqsirləndirilən şəxslərin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin dispozisiyasında sadalanmaqla, cinayətin obyektiv cəhətlərinin müəyyən edilməsi və həmin halların icrasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə iştirakçılığının olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama oğurluq cinayət əməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri cinayət əməlinin obyektiv cəhəti özlüyündə özgənin əmlakını gizli olaraq talama kimi hərəkətləri müəyyən edir. Yuxarıda sadalanan hallardan müəyyən olunur ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittiham üzrə qeyd olunan cinayət əməlinin törədilməsi üçün göstərilən hərəkətlərin təqsirləndirilən şəxslər tərəfindən qabaqcadan razılaşmaqla bir qrup şəxs halında icra olunması mütləq şərtdir. Bu səbəbdən məhkəmə hesab edir ki, əməlin tövsifinə mühüm təsir edən amil olduğundan təqsirləndirilən şəxslərin hər birinə münasibətdə təqsirləndirildikləri cinayət əməlinin obyektiv cəhətini hansı andan icra etmələri və hərəkətlərinin konkret nə ilə ehtiva olunması geniş şəkildə tədqiq edilməklə izah olunmalıdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmədiyini bildirsə də, lakin iş materiallarında olan sübutlarla göstərilən hal təkzib olunmuşdur. Belə ki, cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs könüllü təqdim etdiyi 1 ədəd DVD diskə məhkəmə tərəfindən baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 idarət etdiyi “Mercedes Benz 280E” markalı, **-VP-*** dövlət qeydiyyat nömrəli avtomobili Binə Ticarət Mərkəzi, 10-cu sıra, 2-ci korpus, 4 nömrəli mağazanın arxasında araba üzərində olan sarı skoç ilə bağlanmış yüklü qara rəngli sellofan bağlamaların yanında saxlaması, Təqsirləndirilən şəxs2 həmin bağlamanı götürməsi üçün şərait yaratması, sonuncunun həmin bağlamanı götürülüb avtomobilin salonuna yerləşdirildikdən sonra avtomobili tez sürərək, oradan uzaqlaşması müəyyən edilmişdir. Həmçinin həmin videogörüntüdə Təqsirləndirilən şəxs2 həmin bağlamanı götürsə də, Təqsirləndirilən şəxs1 ilə birgə gizli olaraq talaması, aşkar şəkildə görünür. Göründüyü kimi, aparılmış məhkəmə istintaqı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilə bilməsi üçün sonuncuların qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin dispozisiyasında qeyd olunan obyektiv cəhətin törədilməsində birgə iştirak etmələri öz təsdiqini tapmış, ibtidai istintaq orqanının gəldiyi həmin nəticə əsaslı olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsində göstərdiklərindən fərqli olaraq, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmadığı barədə ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq, onun bu kimi ifadəsini öz məsuliyyətlərini yügülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və onun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla bağlı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsində göstərdiyi xüsusatlardan kənar, yəni törətmiş olduğu cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, yəni Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmadan, sonuncunun həmin cinayət nəticəsində əldə edilmiş əmlakların satılmasında köməklik etməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, onun bu cür ifadəsi Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidin məhkəmə iclasında verdiyi ifadələri, eləcə də digər şahidi Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsi, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il 1 №-li Qərarının 10, 11 və 27-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən, cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), törətdiyi əməli səmimi etiraf edərək, peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, İİ qrup əlil olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, peşəkar idmançı olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 7-ci bəndinə əsasən cinayətin residivinin qanunla qəsdən cinayət törətməyə kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi kimi başa düşüldüyü nəzərə alınaraq hər bir iş üzrə ödənilməmiş və ya götürülməmiş məhkumluğun olmasına dəlalət edən materiallar Cinayət Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq tədqiq olunmalı, belə yoxlamanın nəticəsindən asılı olaraq cinayətlərin residivinin mövcud olub-olmaması məsələsi həll edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Qanunun tələbindən göründüyü kimi əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədildikdə, cinayətin residivi yaranması üçün onun əvvəlki törətdiyi cinayətin qəsdən törədilən cinayət olması imperativ şərtdir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 1(006)-282/2016 saylı hökmü ilə təyin edilmiş cəzasını 07.06.2018-ci il tarixdə çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkumluğu ödənilmədiyi dövrdə Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməllərinə görə cəza təyini məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və sonuncunun cəzasını yüngülləşdirən hallarının olub ağırlaşdıran hallarının isə olmamasını nəzərə alaraq, belə qənaətə gəlir ki, onun barəsində daha ciddi cəza növü təyin edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, digər Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, yəni daha əvvəl də məhkum olunmasını və cəzasını tam çəkməmiş yenidən cinayət törətməsini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran (Təqsirləndirilən şəxs2 əməlində müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 14 fevral 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınmalı (CM-69.3) onun üzərinə; ünvan 3 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə onun 14 fevral 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək tutma altında saxlanıldığı 01 gün müddət nəzərə alınmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan 1 ədəd qırmızı rəngli, üzərində “Chrales&Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 2 ədəd qara rəngli, üzərində “Chrales &Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd bej rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd tünd qəhvəyi rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 3 ədəd qara rəngli, üzərində “Kuchen &Bag.1980” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “Gucci2 sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Dior” sözləri olan, süni dəri, materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Givenchy” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 3 ədəd boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “New style” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 1 ədəd qara rəngli, üzərində “Chichi” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, 1 ədəd qara rəngli, qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantasının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə isə 38 (otuz səkkiz) saat vaxt sərf etmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 33 (otuz üç) saat vaxt sərf etmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş cəmi 68 (altmış səkkiz) iş saatı hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat vəsait, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkil X1 tərəfindən göstərilmiş cəmi 33 (otuz üç) iş saatı hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat vəsait və vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş cəmi 38 (otuz səkkiz) iş saatı hüquqi xidmətə görə isə 228 (iki yüz iyirmi səkkiz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və əmlak tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 14 fevral 2020-ci il tarixdən 15 fevral 2020-ci il tarixədək tutma altında saxlanıldığı 01 (bir) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində, qəti olaraq, 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 noyabr 2020-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 14 fevral 2020-ci il tarixindən 15 fevral 2020-ci il tarixinədək tutulduğu cəmi 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 üzərinə; yaşadığı ünvan 3 ünvanını gün ərzində saat 23:00dan 06:00-dək, həmçinin Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan – 1 ədəd qırmızı rəngli, üzərində “Chrales&Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 2 ədəd qara rəngli, üzərində “Chrales &Kieth” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd bej rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd tünd qəhvəyi rəngli, üzərində “Zara” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 3 ədəd qara rəngli, üzərində “Kuchen &Bag.1980” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “Gucci2 sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Dior” sözləri olan, süni dəri, materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Givenchy” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 3 ədəd boz, qəhvəyi və tünd yaşıl rəngli, üzərində heç bir markalanma yazısı olmayan süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantaları, 1 ədəd qara rəngli, üzərində “New style” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan ilan imitasiyalı böyük əl çantası, 1 ədəd qara rəngli, üzərində “Chichi” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “Rozhano” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində “XSJJPPJ Made in China” sözləri olan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan sadə böyük əl çantası, 1 ədəd qara rəngli, qırmızı aksessuarlı üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantası, 1 ədəd qara rəngli, üzərində heç bir markalanma yazısı olmayan, süni dəri materialdan hazırlanmış, zəncirbəndlə açılıb bağlanan kiçik əl çantasının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsi xeyrinə tutulsun. Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş cəmi 68 (altmış səkkiz) iş saatı hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat vəsait, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vəkil X1 tərəfindən göstərilmiş cəmi 33 (otuz üç) iş saatı hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat vəsait və vəkil Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş cəmi 38 (otuz səkkiz) iş saatı hüquqi xidmətə görə isə 228 (iki yüz iyirmi səkkiz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və əmlak tələbi yoxdur. Hökmdən elan edildiyi, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişdirsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-194/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-194/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver