Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-194/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, o, 17 yanvar 2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində hərəkətdə olan avtomobildə arvadı Zərərçəkmiş şəxs boşanmalarını tələb etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə zərbələr vuraraq qəsdən sonuncunun sağlamlığına dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ yanaq nahiyəsinin selikli qişasının əzilmiş yarası və qansızma sahəsi ilə müşayiət olunan sağ yanağın qançırından ibarət yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs Mərdəkan qəsəbəsində işləməsindən narahat olmuşdur. Buna görə də xx.xx.2023-cü il tarixdə taksi ilə Mərdəkan qəsəbəsinə getmiş, onu işdən çıxarkən götürmüş taksiyə əyləşmişdir. Yolda olarkən polis əməkdaşı ona zəng edərək adam qaçırdığını bildirmişdir, o isə arvadını işdən götürüb evə gələcəyini söyləmişdir. Bundan sonra həmin polis əməkdaşı taksi sürücüsü ilə danışmaq istəmiş, taksi sürücüsü də sifariş əsasında onları idarə etdiyi taksiyə götürdüyünü bildirmişdir. Bundan sonra həmin taksi sürücüsü onları 20 Yanvar metro stansiyasının qarşısında düşürmüşdür. Onlar 20 Yanvar metro stansiyası tərəfindən başqa taksi taparaq yola davam etmişlər. Daha sonra Təqsirləndirilən şəxs anasının Qobustan qəsəbəsində yerləşən evinin qarşısına gəlmiş, çatarkən polis əməkdaşlarının orada olduğunu görmüş, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və izahat vermşs, daha sonra o, narkoloji ekspertizadan keçirilmiş və qanında heç bir narkotik vasitə müəyyən edilməmişdir. O, Zərərçəkmiş şəxs vurmamış, əksinə sonuncu onu vurmuşdur, lakin o, şikayət etməmişdir. O, öz ifadəsində son olaraq məhkəmədən bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 3 azyaşlı övladları vardır. Təxminən 3 il olar ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirmiş. Ailədaxili münaqişələr səbəbindən təxminən 2022-ci ilin iyun ayından azyaşlı övladları ilə birlikdə atası evinə köçmüş və orada yaşamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə nikahın pozulması üçün iddia ərizəsi ilə müraciət etməsinə Təqsirləndirilən şəxs etiraz etmiş və buna imkan verməyəcəyini bildirmişdir. Onu və övladlarını, hətta onun ailə üzvlərini də öldürməklə telefonda və üzbəüz dəfələrlə hədələmişdir. O, uşaqlarının maddi ehtiyaclarını ödəməkdən ötrü xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Beths” istirahət mərkəzində aşpaz köməkçisi olaraq işə düzəlmişdir. xx.xx.2023-cü il tarixdə 08:00-da Təqsirləndirilən şəxs onun iş yerinə yaxınlaşaraq qapıya çıxmasını tələb etmiş, o çıxdıqda sonuncu ona hədə-qorxu gəlməklə iş yerini tərk etməsinə nail olmuşdur. Onlar Mərdəkan qəsəbəsindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmək üçün tanımadığı taksiyə əyləşmişlər. Təqsirləndirilən şəxs taksidə qabaq sərnişin oturacağında, o, isə arxa oturacaqda əyləşmişdir. Onlar yolda gələn zaman mobil telefon vasitəsi ilə valideynlərinə Təqsirləndirilən şəxs onun zorla taksiyə əyləşməsinə nail olması və onu Qobustan qəsəbəsi istiqamətində gətirməsi barədə məlumat vermişdir. Onlar birlikdə “Avtovağzal” yerləşən əraziyə gəlmişlər, orada taksini dəyişərək yolda dayanmış digər tanımadığı taksiyə əyləşmişlər. Bu dəfə Təqsirləndirilən şəxs onunla birlikdə arxa sərnişin oturacağında əyləşmişdir. Onlar bir qədər getdikdən sonra Təqsirləndirilən şəxs nikahın pozulması barədə verilmiş ərizədən söz salmış və həmin zaman onu təhdid etmişdir. Başlanmış mübahisə şiddətlənmiş, Təqsirləndirilən şəxs əli ilə onun sifətinin sağ tərəfindən yumruqla vurmuş, o, sol əlini qabağa verdikdə sonuncunun əli onun əlinin üzərinə dəymişdir. Bundan başqa ona bir neçə zərbələr vurmuş, qollarını sıxmışdır. Aldığı zərbədən üz nahiyəsində şişkinlik və qızartı olmuş, çantası isə münaqişə zamanı cırılmışdır. Təqsirləndirilən şəxs taksi sürücüsündən onları öz evlərinə aparmağı tələb etsə də o, Təqsirləndirilən şəxs təkbətək qalmaqdan qorxduğu və onlara məxsus evdə heç kimin olmadığı üçün nəqliyyat vasitəsini sonuncunun anasının yaşadığı ev istiqamətinə idarə etməyi xahiş etmişdir. Onlar Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanının qarşısına çatdıqda oraya polis əməkdaşları və anası Tamella gəlmişlər. Polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. O, da polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində tanımadığı taksi sürücüsünün avtomobilində baş vermiş və təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə günündən sonra da Təqsirləndirilən şəxs ona qarşı törətdiyi əməllər barədə hüquq mühafizə orqanına şikayət etmiş və şikayətləri üzrə hazırda araşdırma aparılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmadıqlarını bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsdən qorxduğu üçün məhkəmə iclaslarına gələ bilmədiyini, onunla barışmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə onun qızı Zərərçəkmiş şəxs 12 il əvvəl ailə həyatı qurmuşlar və həmin nikahdan 3 övladları olmuşdur. Münasibətləri pisləşdiyindən 2022-ci ilin dekabr ayından qızı Zərərçəkmiş şəxs övladları ilə birlikdə onun evində yaşayırlar. xx.xx.2023-cü il tarixdə səhər Zərərçəkmiş şəxs işə getdikdən sonra həmin gün saat 09:00 radələrində işdə olduğu zaman evdən arvadı Tamella Bəkirova zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iş yerinə getdiyini və oradan onu taksi vasitəsi ilə zorla evlərinə gətirdiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yolda gələrkən Zərərçəkmiş şəxs vurmuş və xəsarət yetirmişdir. Bu səbəbdən o, Zərərçəkmiş şəxs ilə birlikdə polis bölməsinə getmiş və orada ərizə verdikdən sonra onu MTE-dən keçməsi üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gətirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs əlində bıçaqla yenidən onların yaşadığı evə gəlmişdir. Bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs münasibətləri pisləşdiyindən qızı 2022-ci ilin iyun ayından övladları ilə birlikdə onların yaşadığı evə köçmüşdür. xx.xx.2023-cü il tarixdə səhər Zərərçəkmiş şəxs işə getdikdən sonra təxminən saat 09:00 radələrində ona zəng edərək Təqsirləndirilən şəxs onun iş yerinə getdiyini, orada səs-küy saldığını, onu zorla evə gətirdiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs onun mobil telefonuna vatsap proqramı ilə mesaj yazaraq yolda olduqlarını bildirmiş və polisə məlumat verməsini istəmişdir. O, da bu barədə Zərərçəkmiş şəxs atasına məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs ona yenidən mesaj göndərərək Təqsirləndirilən şəxs anasının yaşadığı evə gedəcəklərini demiş və onun da ora getməsini istəmişdir. Həmin gün təxminən saat 10:00 radələrində ona polis əməkdaşları yaxınlaşmışlar və onlarla birlikdə Təqsirləndirilən şəxs anasının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvana çatdıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla birlikdə taksidən, arxa sərnişin oturacaqdan düşmüşlər. Zərərçəkmiş şəxs maşından düşən kimi vahimə içində olduğu üçün qaçmış və onun sifət nahiyəsində qızartı, şişkinlik olmuşdur. Sifət nahiyəsinə nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs nikahın pozulması barədə ərizəsi səbəbindən onunla dalaşaraq vurduğunu demişdir. Orada olan polis əməkdaşları onların hamısını polis bölməsinə dəvət etmişlər və onlar birlikdə polis bölməsinə getmişlər. Müdafiə tərəfinin vəsatəti ilə dəvət olunmuş təhqiqatçı Şahid3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə bölmədə əməliyyat qrupunda olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə “102” xidməti zəng mərkəzinə həm Zərərçəkmiş şəxs, həm də onun atası məlumat vermişlər. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduqları taksi Qaradağ rayonu ərazisinə çatanadək onlar əməliyyat qrupu ilə bərabər onların gələcəkləri ünvanda gözləmişlər. Zərərçəkmiş şəxs sifət nahiyəsində qızartı olduğunu, özünün qorxmuş halda taksidən düşdüyünü müşahidə etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və aidiyyatı üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 15-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 34 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ yanaq nahiyyəsinin selikli qişasının əzilmiş yarası və qansızma sahəsi ilə müşayət olunan sağ yanağın qançırı və sol əlin arxa səthinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin 28-ci vərəqəsində olan 02 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən icraata götürülmüşdür. Cinayət işinin 33-cü vərəqəsində olan 25 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 58-59-cu vərəqələrində olan 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs kimi tutulmuş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş şəxs kimi 11 aprel 2023-cü il tarixdə saat 17:00-da tutulmuşdur. Cinayət işinin 71-72-ci vərəqələrində olan 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham (saat 10:00-da) elan olunmuşdur. Cinayət işinin 84-cü vərəqəsində olan 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 89-90-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qaynatası Şahid1 döydüyünə görə İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinə əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ayan Mütəllimova xx.xx.2010-cu il tarixdə, Xədicə Mütəllimova xx.xx.2012-ci il tarixdə və Yusif Mütəllimzadə xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyinə dair ifadə verməsini özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Şahid1 döyməsi ilə əlaqədar barəsində 15 gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də özünü təqsirli bildiyini göstərmişdir. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, onlar 20 yanvar metrostansiyasının yaxınlığında əyləşdikləri taksidə yollarına davam edərkən Zərərçəkmiş şəxs nikahın pozulması ilə bağlı verdiyi ərizə səbəbindən aralarında mübahisə yaranmış və o, sonuncunu sakitləşdirmək məqsədilə onun əllərindən tutarkən əli Zərərçəkmiş şəxs sifət nahiyəsinə dəymişdir. Taksi sürücüsü onları anasının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 5 ünvanının qarşısına çatdırdıqda polis əməkdaşları və Zərərçəkmiş şəxs anası da ora gəlmişlər. Polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. O da polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə də müəyyən olunur ki, o, əli ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə toxunduğunu etiraf edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, ittiham tərəfinin təqdim etdiyi və müdafiə tərəfinin vəsatəti əsasında dəvət olunmuş şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspert rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Odur ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyinə görə məsuliyyətə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsində həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 aprel 2023-cü il tarixdən 13 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 10 (on) iş saatı hüquqi xidmətə görə 60 (altmış) manat X1, məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-194/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-194/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver