Məhkəmə qərarları › İş №1(002)-194/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-194/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-194/2025 09.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1977-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-271/2024 saylı hökmü ilə CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nın 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmış və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən, "X2 İntizam Qaydaları" ilə hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşya sayılan deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 209 mm, işlək (tiyə) hissənin uzunluğu 102 mm, maksimal diametri 6,7 mm, dəstəyinin uzunluğu 107 mm, orta hissədən diametri 20 mm olan aləti özündə saxlamış, gəzdirmiş və xx.xx.2025-ci il tarixdə, təxminen saat 09:20 radələrində müəssisə əməkdaşları tərəfindən 9 saylı yataqxanada onun üzərinə və əşyalarına axtarış-baxış keçirilərkən, əşyalarının arasında ona məxsus olan əl çantasının içərisindən həmin biz aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, bizi futbol meydançasının yanında tapmışdır, alət kimi istifadə eləmək məqsədilə aparıb çantasına qoymuşdur. Onun məqsədi kiməsə xəsarət yetirmək olmayıb, vintaçan kimi istifadə etmək istəmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ədalətli cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkmək üçün 13 saylı Cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Cəza çəkdiyi müddətdə müəssisə əməkdaşları və ya məhkum yoldaşları ilə arasında heç bir münaqişə və ya mübahisə olmamışdır. Heç bir fiziki və ya mənəvi zorakılığa, işgəncəyə məruz qalmamışdır. Hər hansı bir ruhi-əsəb xəstəliyi olmamış, müəssisədə cəza çəkdiyi müddət ərzində özünü öldürmək, intihar həddinə çatdırmaq kimi hər-hansı amansız rəftar görməmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 09:20 radələrində müəssisə əməkdaşları qeydiyyatda olduğu yataqxanada ona yaxınlaşaraq hal şahidlərinin iştirakı ilə üzərində axtarış-baxış keçiriləcəyini bildirmişlər. İlk öncə ondan üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olub-olmadığı soruşularaq, üzərində hər hansı bir qadağan olunmuş əşya varsa onu könüllü şəkildə təhvil verməsini təklif etmişlər. Cavabında üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Əməkdaşlar şahidlərin iştirakı ilə üzərinə axtarış-baxış keçirtmiş və heç bir qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ona məxsus şəxsi əşyalarına da axtarış baxış keçiriləcəyi bildirilmişdir. Eyni qayda ilə ondan əşyaları arasında qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olduğu soruşulduqda o, cavabında əsyaların arasında da qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Əmakdaşlar qanunla qadağan olunmuş əşyaların siyahısı ilə onun tanış olduğunu və bu barədə iltizam verdiyini ona xatırlatmışlar. Daha sonra əşyalarına baxış keçirilmiş, axtarış-baxış zamanı əşyaları arasında olan əl çantasının içərisindən bir ədəd deşici xassəyə malik olan əldəqayırma üsulla hazırlanmış, mavi rəngli dəstəyi olan, dəstəyin üzərinə qara rəngli izolent sarılan biz aşkar olunaraq götürülmüşdür. Həmin an müəssisə əməkdaşları ona nə səbəbə görə yalan danışdığını soruşmuş, o, cavabında həmin qadağan olunmuş bizi bir neçə gün əvvəl müəssisənin ərazisində yerləşən futbol meydançasından yerdən təsadüfən tapdığını, sonradan onu nə vaxtsa tullamaq niyyətilə öz əl çantasında gizlətdiyini bildirmişdir. O, həm üzərinə, həm də şəxsi əşyalarına axtarış-baxış keçirilən zaman həmin bizi gizlətdiyini unutduğu üçün əməkdaşlara üzərində və şəxsi əşyaları arasında qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. "X2 İntizam Qaydaları ilə qadağan olunmuş əşyaların siyahısı müəssissə əməkdaşları tərəfindən hər bir məhkuma olduğu kimi ona da elan olunduğunu, qadağan olunmuş əşyanın hazırlanmasının, saxlanılmasının, daşınmasının, gəzdirilməsinin cinayət məsuliyyəti yaratdığını və bu barədə müvafiq iltizam verdiyini bildirmişdir. Böyük bir səhvə yol verdiyini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanımış, onunla hər hansı bir qohumluğu, o cümlədən heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. 24 aprel 2025-ci ildə 13 saylı cəzaçəkmə müəssisəsində ümumi yoxlanış keçirildi və yoxlanış zamanı məhkumun çantasından deşici xassəyə malik olan biz aşkarlandı. Sonra məhkumun izahatı alındı və biz də zərfə qoyularaq qablaşdırıldı. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4, 221.3- cü maddələri ilə təqsirli bilinərək 8 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkmək üçün 13 saylı Cəzaçəkmə müəssisəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 09:20 radələrində müəssisədə cəzaçəkən məhkumlar X3 və X4 hal şahidi olmaq təklif edilmiş, razılıq əldə edildikdən sonra onlara hüquq vəzifələri izah olunmuş, bundan sonra əməliyyat məlumatına əsasən, əməliyyat şöbəsinin rəisi Şahid1, rejim-nezarət şöbəsinin rəisi Şahid5 oglunun, əməliyyat şöbəsinin inspektoru Şahid3, rəisin növbətçi köməkçisi Şahid2, rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid4 və yuxarıda qeyd edilen hal şahidlarinin iştirakı ile müəssisənin 9 saylı yataqxanasında keçirilmiş axtarış baxış tədbirindən öncə həmin yataqxanada qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs onda hər hansı ve şəxsi əşyalarına axtarış-baxış keçirilmiş, üzərində hər hansı bir qadağan olunmuş əşya qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, yoxdur cavabı alındıqdan üzərinə aşkar edilməmişdir. Bundan sonra onun şəxsi əşyalarına axtarış-baxış keçirilmiş və ona məxsus olan əl çantasından deşici xassəyə malik biz formasında əldəqayırma üsulu ilə hazırlanmış bir ədəd biz aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş bir ədəd biz hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin rəisi Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir qohumluğu, o cümlədən heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssəsində ümumi yoxlama zamanı məhkumun yataq yerinə baxış keçirildi və əl çantasından bir ədəd deşici xassəyə malik olan biz aşkarlandı. Cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş biz zərfə qoyulub qablaşdırıldı və məhkumun izahatı alındı. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4, 221.3- cü maddələri ilə təqsirli bilinərək 8 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkmək üçün 13 saylı Cəzaçəkmə müəssisəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 09:20 radələrində müəssisədə cəzaçəkən məhkumlar X3 və X4 hal şahidi olmaq təklif edilmiş, razılıq əldə edildikdən sonra onlara hüquq və vəzifələri izah olunmuş, bundan sonra əməliyyat məlumatına əsasən, əməliyyat şöbəsinin rəisi Şahid1, əməliyyat şöbəsinin inspektoru Şahid3, rəisin növbətçi köməkçisi Şahid2, rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid4 və yuxarıda qeyd edilen hal şahidlarinin iştirakı ilə müəssisənin 9 saylı yataqxanasında keçirilmiş axtarış baxış tədbirindən öncə həmin yataqxanada qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs onda hər hansı ve şəxsi əşyalarına axtarış-baxış keçirilmiş, üzərində hər hansı bir qadağan olunmuş əşya qadağan olunmuş əşyanın olubolmaması soruşulmuş, yoxdur cavabı alındıqdan üzərinə aşkar edilməmişdir. Bundan sonra onun şəxsi əşyalarına axtarış-baxış keçirilmiş və ona məxsus olan əl çantasından deşici xassəyə malik biz formasında əldəqayırma üsulu ilə hazırlanmış bir ədəd biz aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş bir ədəd biz hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir qohumluğu, o cümlədən heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. 24 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssəsində yataqxanaya keçirilən axtarış baxış tədbirləri zamanı məhkumun əl çantasından bir ədəd deşici xassəyə malik olan biz aşkarlandı. Cəzaçəkmə müəssisəsində istifadəsi qadağan olunmuş biz zərfə qoyulub qablaşdırıldı və məhkumun izahatı alındı. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanımış, onunla heç bir ədavəti, düşmənçiliyi və qərəzli münasibəti olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4, 221.3- cü maddələri ilə təqsirli bilinərək 8 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkmək üçün 13 saylı Cəzaçəkmə müəssisəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə, təxminən saat 09:20 radələrində müəssisədə cəzaçəkən məhkumlar X3 və X4 hal şahidi olmaq təklif edilmiş, razılıq əldə edildikdən sonra onlara hüquq və vəzifələri izah olunmuş, bundan sonra əməliyyat məlumatına əsasən, əməliyyat şöbəsinin rəisi Şahid1, rəisin növbətçi köməkçisi Şahid2, rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid4 və yuxarıda qeyd edilen hal şahidlarinin iştirakı ilə müəssisənin 9 saylı yataqxanasında keçirilmiş axtarış baxış tədbirindən öncə həmin yataqxanada qeydiyyatda olan məhkum Təqsirləndirilən şəxs onda hər hansı ve şəxsi əşyalarına axtarış-baxış keçirilmiş, üzərində hər hansı bir qadağan olunmuş əşya qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, yoxdur cavabı alındıqdan üzərinə aşkar edilməmişdir. Bundan sonra onun şəxsi əşyalarına axtarış-baxış keçirilmiş və ona məxsus olan əl çantasından deşici xassəyə malik biz formasında əldəqayırma üsulu ilə hazırlanmış bir ədəd biz aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar olunaraq götürülmüş bir ədəd biz hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək zərfə qoyulmuş və möhürlənmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, heç bir şikayət və təklif daxil olmadığı üçün protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2025-ci il tarixli, 3/486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet soyuq silaha aid konstruktiv əlamətlərdən yalnız nisbətən deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətdir, kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 manatdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyun 2025-ci il tarixli, 3/709 nömrəli əlavə rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətdir, soyuq silah hesab edilmir. Ümumi uzunluğu 209 mm, işlək (tiyə) hissəsinin uzunluğu 102 mm, maksimal diametri 6,7 mm-dir, dəstəyinin uzunluğu 107 mm, orta hissədən diametri 20 mm-dir. Ekspertiza tədqiqatının dəyəri 64 manatdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 aprel 2025-ci il tarixli protokoldan və materiallardan görünür ki, müəssənin 9 saylı yataqxanasında Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə axtarışbaxış tədbirləri keçirilən zaman üzərində hər hansı bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra onun şəxsi əşyalarına axtarış-baxış keçirilmiş və ona məxsus olan əl çantasından deşici xassəyə malik biz formasında əldəqayırma üsulu ilə hazırlanmış bir ədəd biz aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 avqust 2025-ci il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, aşkar edilərək götürülmüş deşici xassəyə malik olan, biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alətdir, soyuq silah hesab edilməyən, ümumi uzunluğu 209 mm, işlək (tiyə) hissəsinin uzunluğu 102 mm, maksimal diametri 6,7 mm-dir, dəstəyinin uzunluğu 107 mm, orta hissədən diametri 20 mm olan alət iş üzrə maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «X2 İntizam Qaydaları»nın 11-ci əlavəsindən görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyalardandır. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-i tərəfindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-271/2024 saylı hökmünə əsasən CM-in 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CMnın 126.2.2 və 126.2.4-cü maddələri ilə 07 il 06 ay müddətə, CM-nın 221.3-cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməklə peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd deşici xassəyə malik olan və biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(101)- 271/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 05 (beş) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 09 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd deşici xassəyə malik olan və biz formasında əldəqayırma üsulu ilə hazırlanmış alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 220 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar