Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-195/2020 27.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, X2 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1985-ci ildə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, hazırda məhkumluğu olmayan, Füzuli rayonu, Kürdlər kəndində daimi pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində faktiki olaraq yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 08:45 radələrində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının ünvan 1 ünvanında yerləşən 140 saylı poçt şöbəsinin inzibati binasında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun barışmaq təklifini rədd etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəmnində mübahisə baş vermiş, yaranmış münaqişə zamanı qəsdən bir dəfə əlində tutduğu mobil telefonun kənar hissəsi ilə Zərərçəkmiş şəxs sağ alın nahiyəsindən vuraraq sonuncuya başın sağ alın - təpə nahiyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olduğunu qeyd edib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə rəsmi olaraq ailə həyatı qurmuş və 2015-ci il tarixdə isə birgə nikahlarından Əsmər adlı bir qız övladları dünyaya gəlmişdir. Yola getmədikləri üçün 2016-cı il tarixdə rəsmi olaraq ayrılmışlar. Xəyalə ilə yenidən barışmaq üçün bir neçə dəfə cəhd etsə də Xəyəalə onunla birlikdə yaşamayacağını ona bildirmişdir. Bu səbəbdən də aralarına bir neçə dəfə mübahisələri olmuşdur. Bütün bunlara baxmayaraq, qız övladlarının valideyinsiz böyüməsinə imkan verməmək üçün Xəyalə ilə yenidən barışmağa cəhd edərək tez-tez Xəyaləyə zəng edərək qızı Əsmərin hal-əhvalını öyrənmiş, bir müddət sonra qızı ilə maraqlanmaq üçün Xəyalənin qızı ilə birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gedib-gəlmiş və lazım olan bütün bazarlıqları etmişdir. Sonuncu dava-dalaşa qədər Xəyalə ilə münasibətləri yaxşı olmuşdur. xx xxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində Xəyalənin işlədiyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının ünvan 1 ünvanında yerləşən 140 saylı poçt şöbəsinin inzibati binasına gedib poçtun binasına daxil olanda binada Xəyalədən başqa heç kimin olmadığını görmüş, sonra şəxsiyyət vəsiqəsini Xəyaləyə verərək karantin rejimi ilə əlaqədar dövlət tərəfindən barəsində təyin edilmiş 190 (yüz doxsan) manat məbləğində pulun hesabına yüklənib-yüklənməməsini soruşmuş, Xəyalə hesabını yoxladıqdan sonra pulun gəlmədiyini bildirmiş, bundan sonra Xəyaləyə barışmaq, yəni yenidən ailə olmaq istədiyini bildirmişdir. Xəyalə də ona artıq onunla yaşamaq istəmədiyini bildirdikdə o həmin vaxtı özünü cilovlaya bilməyib əsəbi halda həəmin vaxtı əlində olan özünə məxsus mobil telefonu ilə bir dəfə Xəyalənin alın nahiyyəsinə vurmuşdur. Daha sonra ona Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsindən bu barədə bildiklərində bilmişdir ki, Xəyalə Mürşüdova ondan şikayət edib. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində ünvan 2 ünvanında yerləşən “Elmar” marketin yaxınlığında olan avtomobil təmiri sexində istifadəsində olan nəqliyyat vasitəsini təmir etdirərkən Xəyalənin həmin yerdən keçməsini görmüş, heç kimin görməməsi üçün Xəyalə heç kimin olmadığı dalan bir küçəyə keçdikdə həmin vaxt Xəyaləyə yaxınlaşaraq, barışmaq, yəni yenidən ailə olmaq istədiyini bildirmiş, Xəyalə bunu rədd etdikdə isə əsəbləşdiyi üçün sinə nahiyəsindən əli ilə bir dəfə itələyib, nə üçün barışmaq istəmədiyini soruşmuş və daha sonra isə avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşmışdır. Ətrafda kimsə olmadığı üçün Xəyaləni itələməsini heç kim görməmişdir. Həmin vaxt Xəyaləyə heç bir digər xəsarət yetirməmiş, təhdid etməmiş və hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Bundan sonra isə ona Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsindən zəng gəlmiş, Xəyalənin sağlamlığına xəsarət yetirdiyi üçün barəsində şikayət edildiyi səbəbindən polis bölməsinə gəlməli olduğu bildirilmiş və buna görə də polis bölməsinə gedərək izahat yazmışdır. Bundan sonra isə xx xxx 2020-ci il tarixdə, saat 13:10 radələrində ünvan 3 ünvanında olan zaman Xəyalənin həmin küçədən keçdiyini görmüş, Xəyaləyə yaxınlaşaraq, nə üçün barəsində polisə şikayət etdiyini, məqsədinin barışmaq, yenidən ailə olmaq olduğunu demiş, daha sonra isə əlində olan mobil telefonu alaraq, əli ilə sıxaraq ona bir daha zəng etdikdə telefon zənglərinə cavab verməsini bildirmiş, sonra da Xəyaləyə heç bir xəsarət yetirmədən həmin yerdən uzaqlaşıb getmişdir. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsində verilmiş mülki iddiaya və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev 57 ünvanında yerləşən 140 saylı Poçt şöbəsinin şöbə rəisi vəzifəsində işləyir. 2013-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq, ailə həyatı qurmuş və 2015-ci il tarixdə isə birgə nikahlarından bir qız övladları dünyaya gəlmişdir. 2016-cı ildə isə Zülfüqarın başqa biri ilə qeyri-rəsmi nikah münasibətində yaşadığını aşkar etdiyi üçün məhkəmə qaydasında Zülfüqarla boşanmış və boşandıqdan sonra isə Zülfüqar qızını görmək üçün yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib-getmişdir. Zülfüqar müntəzəm olaraq, spirtli içki qəbul edib, sərxoş halda istifadəsində olan 051 637-67-76 saylı mobil nömrəyə zəng edərək ona qarşı müxtəlif nalayiq ifadələr işlətmişdir. xx xxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində işlədiyi “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev 57 ünvanında yerləşən 140 saylı Poçt şöbəsinə gəlmiş, poçt şöbəsində olan kompyuterləri işə salan zaman qapının açıldığını, içəriyə Zülfüqarın daxil olduğunu görmüş, Zülfüqara nə üçün iş yerinə gəldiyini dedikdə, ona yaxşı eləyib gəldiyini bildirmiş, daha sonra isə ona nə üçün zənglərinə cavab vermədiyini deyib, barışmaq istədiyini bildirmiş, o isə Zülfüqarla danışmaq istəmədiyi üçün zənglərinə cavab vermədiyini və onların bir daha barışıb, birlikdə yaşamalarının qeyrimümkün olacağını bildirmişdir. Bundan sonra o Zülfüqara poçtu tərk etməsini demiş, buna baxmayaraq, Zülfüqar poçtu tərk etməmiş əksinə ona yaxınlaşaraq, sağ əlində tutduğu mobil telefonun kənarı ilə (tini ilə) bir dəfə sağ alın nahiyəsindən vurmuş və poçt şöbəsini tərk edərək getmişdir. Həmin vaxt poçt şöbəsində ikisi olmuş və Zülfüqarın poçt şöbəsində ona xəsarət yetirməsinin şahidi heç kim olmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzinə” məlumat vermiş, bir qədər sonra isə Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinin əməkdaşları gələrək, hadisə yerini müayinə edib, ərizə və izahatını almışlar. Bundan başqa hadisədən bir neçə gün sonra, yəni xx xxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində işdən evə qayıdarkən ünvan 2 ünvanında yerləşən “Elmar” marketdən təxminən 20 metr məsafədə yerləşən yaşadığı evə gedən heç kimin olmadığı dalan bir küçədə Zülfüqarın arxası ilə düşdüyünü görmüş, bir qədər sonra ona yaxınlaşıb, nə üçün zənglərinə cavab vermədiyini deyib, ona barışmaq istədiyini bildirmiş, o isə Zülfüqara danışmaq istəmədiyini və onların bir daha barışıb, birlikdə yaşamalarının qeyri-mümkün olacağını bildirmişdir. Buna görə də, Zülfüqar sağ yumruğu ilə bir dəfə sol təpə nahiyəsindən və bir dəfə də sağ təpə nahiyəsindən vuraraq, ona xəsarət yetirmişdir. Daha sonra isə xəsarət aldığını görüb, həmin yeri tərk etmiş, buna görə də, yenə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng mərkəzinə” məlumat vermiş, bir qədər sonra isə Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinin əməkdaşları gələrək, hadisə yerini müayinə edib, ərizə və izahatını almışlar. Bunlara baxmayaraq axırıncı hadisədən bir neçə gün sonra xx xxx 2020-ci il tarixdə, saat 13:10 radələrində iş yoldaşının evinə gedərkən, yəni ünvan 3 ünvanında Zülfüqar ona yaxınlaşıb, hara getdiyini soruşmuş, o isə Zülfüqarın nəyinə lazım olduğunu, ürəyi hara istəyərsə gedəcəyini bildirmiş, bundan sonra isə Zülfüqar onu təhqir edərək əlində olan “Samsung A 7” markalı mobil telefonunu əlindən alıb sındıraraq həmin yeri tərk etmişdir. Həmin vaxt Zülfüqar ona hər hansı bir xəsarət yetirməmiş, ətrafda başqa şəxslər olmadığından Təqsirləndirilən şəxs onu təhqir etməsini və əlində olan mobil telefonunu sındırmasını heç kim görməmişdir. Zülfüqarın ona məxsus “Samsung A 7” markalı mobil telefonu sındırması nəticəsində ona 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymiş və daha sonra isə həmin mobil telefonunu özü təmir etdirmişdir. O Zülfüqarın axırıncı hərəkətləri bağlı yenidən Bakı şəhər, Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışladığını, ona qarşı heç bir tələbinin, iddiasının olmadığını və mülki iddiasından imtina etməsinin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. (i.v.1) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli 308 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sağ alın-təpə nahiyəsinin dərialtı hematoması müəyyən edildi.Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilinərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 12-13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli 313 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə və sağ təpə - ənsə nahiyələrinin yumşaq toxumalarının cüzi şişkinlik halında əzilməsi müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 24-26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 22/308 saylı akta əlavə rəyin davamından görünür ki, Zərərçəkmiş şəxs başın sağ alın-təpə nahiyəsinin dərialtı hematoması müəyyən edildilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, müayinə olunan şəxsin göstərdiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilinərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 85-87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Qarayev X3 rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 263.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, AR 62.1-ci maddəsinə əsasən 2 il müddətinə nəqliyyat vasitələrin idarə etmə hüququndan məhrum edilmiş, xxxx-2007 ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunub xx.xx.2009 ildə cəzasını tam çəkib qurtarmışdır. Qaradağ rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 128-ci maddəsinə əsasən 100 manat cərimə cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CPM 40.2.2 maddəsinə əsas cinayət işinin icraata xitam verilmişdir. (i.v.73-74) sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan ıdbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci ıaddəsi ilə elan ediləcək ittiham qanunu və əsaslı hesab edilmiş, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə cinayət işindən material ayrılaraq, Bakı şəhəri, Qaradağ rayon prokurorluğuna göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən “Elmar” marketdən təxminən 20 metr məsafədə yerləşən yaşadığı evə gedən dalan küçədə sağ yumruğu ilə Zərərçəkmiş şəxs bir dəfə sol təpə nahiyəsindən və bir dəfə də sağ təpə nahiyəsindən vuraraq başın sol təpə və sağ təpə - ənsə nahiyələrinin yumşaq toxumalarının cüzi şişkinliyi halında əzilməsi xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətləri yetirməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1 və 128-ci maddələri ilə cinayət təqibinin və Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə isə inzibati icraatın başlanılması rədd edilmiş və bu barədə cinayət işindən material ayrılaraq, Bakı şəhəri, Qaradağ rayon prokurorluğuna göndərilmiş, iş üzrə Təqsirləndirilən şəxs brəsində Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, bu barədə cinayət işindən material ayrılaraq, Bakı şəhəri, Qaradağ rayon prokurorluğuna göndərilmiş və iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyana görə o, mülki iddiaçı qismində tanınmış, iş üzrə Təqsirləndirilən şəxs Ziyadin oğlu məhkumluğu olmayan hesab edilmiş və onun əməlində residivin olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Azərpoçt MƏHDUD Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının ünvan 1 ünvanında yerləşən 140 saylı poçt şöbəsinin inzibati binası və xx xxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində xəsarət yetirdiyi yerin ünvan 2 ünvanında yerləşən Elmar marketin sağ tərəf 20 metrliyində yerləşən dalan olması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs ata adının Ziyəddin və Ziyaddin kimi qeyd edilməsi texniki səf kimi qiymətləndirilmiş və sonuncunun ata adının Ziyadin olması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Kamran qızına xx xxxxx 2020-ci il tarixdə, saat 08:45 radələrində Azərpoçt MƏHDUD Məsuliyyətli Cəmiyyətinin 5 saylı poçt filialının ünvan 1 ünvanında yerləşən 140 saylı poçt şöbəsinin inzibati binasında xəsarət yetirməməsini və xx xxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs işdən evə qayıdarkən ünvan 2 ünvanında yerləşən Elmar marketdən təxminən 20 metr məsafədə yerləşən yaşadığı evə gedən heç kimin olmadığı dalanda sadəcə olaraq, itələdiyini bildirməsi ilə bağlı bildirdikləri, istintaq zamanı verdiyi ifadəsi və öz müdafiəsi üçün gətirdiyi dəlil-sübutlar özünü müdafiə xarakterli dəlil sübut kimi qiymətləndirilərək vəsatət kimi qəbul edilib, rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi izahatları və istintaq zamanı şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolu, baxış protokolları, ifadənin yerində yoxlanılması protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin xx xxxxx 2020-ci il tarixli, 313 nömrəli və 04 iyun 22/308 nömrəli rəyləri və s. cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v.88-98) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v.109-110) başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və ondan bu barədə həmin tarixdə iltizam alınmışdır. (i.v.131-133) Mülki iddiaçı qismində tanıma haqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxsa maddi ziyanın dəyməsi nəzərə alınaraq, o mülki iddiaçı qismində tanınmış və ona bu barədə hüquq və vəzifələrinin izah olunması qərara alınmışdır. Zərərçəkmiş şəxs Ziyədin qızının məhkəmə baxışında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunu bağışlamış, ona qarşı hər hansı bir iddia tələbinin yoxdur və vermiş olduğu mülki iddiasından imtina edir. Təqsirləndirilən şəxs oğlunun məhkəmə baxışında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş ərizəsindən görünür ki, zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs Ziyədin qızı ilə qarşılıqlı surətdə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və onu bağışladığından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxs Mustafayev Zahir Böyükağa oğlu ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxs Mustafayev Zahir Böyükağa oğlu ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin mülki iddia tələbini araşdıraraq hesab edir ki, mülki iddiaçı mülki iddia tələbindən imtina etdiyindən onun mülki iddiadan imtinası qəbul edilməli və mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqularının müdafiəsinə 10 (on) iş saatı vaxt sərf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsinə 20 (iyirmi) iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət –Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) iş saatı vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş cəmi 30 (otuz) iş saatı hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat pul vəsaiti ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 175, 186, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddiaya xitam verilsin. Təqsirləndirilən şəxs oğluna göstərdiyi cəmi 30 (otuz) iş saatı hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti 180 (bir yüz səksən) manat pul vəsaiti ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-195/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-195/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver