Məhkəmə qərarları › İş №1(002)-195/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-195/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-195/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Əsgərov Elxas Allahşükür oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Şamaxı rayonu, Göydərə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olmayan, evli, fərdi əməklə məşqul olan, Qobustan rayonu, Göydərə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, nömrəsiz fərdi evdə müvəqqəti yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində Şahid2 məxsus etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 412D” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Ələt yolunun 14-cü kilometrliyində yerləşən Bakı şəhəri, Lökbatan dairəsi adlanan ərazidən Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Binə ticarət mərkəzinin qarşısında yerləşən «Ağ Çiçəyim» gül mağazasının paralelində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, göstərilənlərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin təhlükəsizlik tələbinə əməl etməmiş, piyada keçidində yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs həmin piyada keçidi üzərində idarə etdiyi avtomobilin qarşı sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beynin əzilməsi və başın alın nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan alın sümüyünün sol göz orbitasına keçən xətti sınığı, döş qəfəsinin soldan İX qabırğanın qapalı sınığı, sağ qasıq və sağ oturaq sümüklərinin qapalı sınıqları, sağ incik sümüyünün başının qapalı, yerini dəyişməyən və sağ qamış sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınıqları (cərrahi əməliyyatla bərpası), burun nahiyyəsinin sıyrığı, sağ gözaltı nahiyyənin qançırından ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 19.00 radələrində etibarnamə ilə idarə etdiyi “X2” markalı sərnişin mikroavtobus ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən üzü Lökbatan qəsəbəsi istiqamətində yolun sol zolağı ilə hərəkətdə olmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. Hərəkətdə olan zaman Binə ticarət mərkəzinin qarşısında olan piyada keçidində dayanmış bir kişi piyadanı görmüş və avtomobilin sürətini azaltmağa başlamışdır. Lakin piyadanın dayanmasını görüb, ona yol verməsini zənn edib yolunu davam edərkən, piyada soldan sağa sürətlə hərəkətə başlamış və o, dərhal əyləci sıxmış ki, avtomobili dayandırsın. Aralarında olan məsafə az olduğundan idarə etdiyi avtomobil tormozlasa da avtomobil sürüşüb piyada keçidinin üzərində sağ tərəfə keçmək istəyən piyadaya dəymiş və piyada yerə yıxılmışdır. Avtomobildən enib vurduğu piyadaya yaxınlaşaraq ona yardım etməyə çalışmışdır. Piyadanın vəziyyəti pis olduğu üçün hadisə yerinə X5 çağırmışlar. Sonradan polis əməkdaşları hadisə yerinə gəlmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Evlidir və himayəsində bir azyaşlı uşağı vardır.Maddi durumu ağır olduğu üçün zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilməmişdir.Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam radələrində evə getmək üçün “Binə” ticarət mərkəzindən çıxıb həmin ticarət mərkəzinin yanında olan «Ağ Çiçəyim» gül mağazasının qarşı istiqamətində yolda olan piyada keçidinin bir hissəsini keçib, sağdan sola doğru piyada keçidi istiqamətində hərəkət edən mikroavtobusun gəldiyini görüb bir anlıq yolu bölən hissədə piyada keçidi üzərində dayanmışdır. Həmin mikroavtobusun digər avtomobillər kimi keçiddə olan piyadalara yol verməsini nəzərə alıb piyada keçidi ilə sürətlə düzünə yolunu keçməyə başlayıb bir neçə addım atmışdır ki, həmin mikroavtobus, piyada keçidi üzərində onu vurmuşdur. O, zərbədən yerə çırpılmış və həmin anda da huşunu itirmişdir. Yalnız bir neçə gün sonra xəstəxanada axşam saatlarında huşu özünə gəlmişdir. Onu avtomobillə vuran sürücü ona baş çəkməmiş və ona dəymiş ziyanı ödəməmişdir.O, mülaicə xərclərinə xeyli pul ödəmişdir.Hadisədən sonra səhhəti ilə bağlı heç bir yerdə işləyə bilmir və bu da onu maddi məhrumiyyətlərə düçar etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam radələrində “Meyvəli” topdan satış bazarından işdən çıxmış və həyat yoldaşı Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobillə işdən götürmüşdür.Onlar yaşadıqları evə gedərkən “Binə” ticarət mərkəzinin qarşısında piyada keçidində qəflətən bir nəfər kişi Rəşadın qarşısına çıxmış və Rəşad onu avtomobillə vurmuşdur. Piyadanın səhhəti pis olduğu üçün hadisə yerinə X5 gəlib xəsarət alan piyadanı avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi məhkəmə iclasında elan edilmişdir. İş üzrə Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Mercedes Benz markalı 90-OM -145 dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobus ona məxsus olmaqla texniki vəziyyətdən saz olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini idarə etməsi üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 19.00 radələrində sürücü Rəşad mobil telefonu vasitəsi ilə ona xəbər verərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzinin qarşısında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməsini bildirmişdir. O, hadisə yerinə gəldikdə Rəşadın idarə etdiyi Mercedes Benz markalı ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin «Ağ Çiçəyim» gül mağazasının qarşısında üzü Lökbatan istiqamətində piyada keçidi qarşısında durmasını, Rəşadının özünün isə vurduğu piyadaya X5 həkimləri ilə yardım edərək TTY avtomobilinə yerləşdirdiklərini, piyadanın isə huşunun özündə olmamasını görmüşdür. Bundan sonra vurulan kişi piyadanı X5 avtomobili ilə xəstəxanaya aparmışdırlar. Rəşad isə hadisə yerində qalmışdır. Yol qəzası zamanı piyadanın dəydiyi avtomobilin qarşı sol hissəsi əzilmiş, avtomobilin alın şüşəsi çatlamışdır. Zərər az olduğu üçün avtomobilinə görə məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsini istəmir. Ona heç bir zərər dəyməmişdir. Heç bir şikayəti, iddiası, tələbi yoxdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 04/10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədən səthində aşkar edilmiş xəsarətlərqapalı kəllə beyin travması, baş beynin əzilməsi və başın alın nahiyyəsinin əzilmiş yarası ilə müşayiət olunan alın sümüyünün sol göz orbitasına keçən xətti sınığı, döş qəfəsinin soldan İX qabırğanın qapalı sınığı, sağ qasıq və sağ oturaq sümüklərinin qapalı sınıqları, sağ incik sümüyünün başının qapalı, yerninidəyişməyən və sağ qamış sümüyünün yuxarı 1/3-nin yerdəyişən sınıqları (cərrahi əməliyyatla bərpası), burun nahiyyəsinin sıyrığı, sağ gözaltı nahiyyənin qançırı- bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənmişlər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan mikroavtobusun vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/69 nömrəli rəyindən müəyyən olunmuşdur ki, Mercedes Benz 412D minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) verilmiş AE 818083 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına,həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübüt yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar