Məhkəmə qərarları › İş №1(002)-196/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-196/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-196/2020 09.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 2 azyaşlı uşağı olan), məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisindən keçən Qızıldaş-Lökbatan yolunun 5-ci kilometrində Lökbatan qəsəbəsi istiqamətində yolun sağ tərəfində yerləşən “Puta” yanacaq doldurma məntəqəsinin 50 metr yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 15 radələrində üzərinə video çəkiliş vasitəsilə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd ağ rəngli sellofan bükülüdə təmiz çəkisi 0,534 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 2009-cu ildə ailə həyatı qurmuşdur, himayəsində iki azyaşlı uşağı vardır. O, həbs edilməmişdən əvvəl rəsmi iş yeri olmadığından «VAZ 2107» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərməklə ailəsinin dolanışığını təmin edirmiş. Hazırda isə fərdi olaraq fəhləlik edib ailəsini dolandırır. O, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl narkotik aludəçisi olmuş, hazırda isə narkotik vasitələrə qarşı hər hansı bir aludəçiliyi yoxdur. O, 2019-cu ilin yay aylarından etibarən narkotik vasitə olan heroini siqaret falqasında tüstülədib tüstüsünü iynəyərək narkotik vasitə qəbul edirmiş. İlk dəfə narkotik vasitə heroini Lökbatan qəsəbəsində yaşayan kababçı «Eldar» kimi tanıdığı şəxsdən alıb qəbul etməyə başlamışdır. Təxminən 3-4 dəfə kababçı «Eldar»dan narkotik vasitə heroini aldıqdan sonra onunla münasibəti kəsmişdir. Daha sonra Lökbatan qəsəbəsində yaşayan «Paşa» ləqəbi ilə tanınan «Pərviz» adlı şəxsdən heroin narkotik vasitəsi alıb istifadə etməyə başlamışdır. «Paşa» ləqəbi ilə tanınan «Pərviz» adlı şəxsdən də təxminən 15-20 dəfə narkotik vasitə heroin alıb qəbul etmişdir. Hər dəfə o, heroinin bir çetini ona 10 manata satırmış. Sonradan isə yəni 2019-cu ilin oktyabr ayında təsadüfən «Çingiz» adlı şəxs onun idarə etdiyi avtomobilə müştəri qismində əyləşmiş və həmin vaxtdan etibarən onunla aralarında tanışlıq yaranmışdır. Söhbət əsnasında «Çingiz» narkotik vasitə heroin satdığını ona deyib narkotik vasitəni ondan almağını xahiş etmişdir. Həmin vaxtdan etibarən tutulduğu günə kimi Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə «Çingiz» adlı tanışından narkotik vasitə heroinin bir çetini 10 manata alırmış. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə «Çingiz» adlı tanışının istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. «Çingiz» isə bildirmişdir ki, Qızıldaş qəsbəsindən gəlib yaşadığı evin yanından malı götürə bilər. Beləliklə də o, idarə etdiyi avtomobil ilə günorta saatlarında Qızıldaş qəsəbəsi, 2-ci massivə gedərək «Çingiz» adlı tanışını gözləmiş və bir neçə dəqiqə sonra Çingiz ona yaxınlaşıb 20 manat müqabilində bir bükümdə mal verib içərisində yarım qram heroin olduğunu demişdir. Daha sonra həmin bir bükümdə olan heroin narkotik vasitəsini şəxsi istifadəsi üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş və avtomobilinə əyləşib Lökbatan-Qızıldaş magistral yolunda yerləşən «Puta» yanacaq doldurma məntəqəsinin yanına gəlib avtomobili saxlamışdır. Həmin vaxt, yəni saat 13 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Qaradağ RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları olduqlarını deyib özlərini ona təqdim etmişlər. O, polis əməkdaşlarını görüb həyacanlanmış, bu səbəbdən də polis əməkdaşlarında onun hərəkətləri əsaslı şübhə yaratmışdır. Buna görə də polis əməkdaşları onu Qaradağ RPİ-nin inzibati binasına dəvət etmişlər və o, onlarla birlikdə həmin X2 bölməsinə getmişdir. Həmin vaxt saat 13:20 radələri olmuşdur. Onun hüquqlarının müdafiəsi üçün müdafiəçi, yəni vəkil dəvət edilmişdir. Qaradağ RPİ-nin NMBnin otaqlarının birində video çəkiliş vasitəsilə onun müdafiəçisi Kamran Kərimovun iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı barədə ona məlumat verilmişdir. O da polis əməkdaşlarına üzərinə şəxsi axtarış aparılacağına heç bir etiraz etməmişdir. Baxışdan əvvəl ona təklif edilmişdir ki, üzərində qeyri-qanuni əşya varsa təqdim etsin. O, da əynində olan göy rəngli şalvarının sağ yan cibindən “Çingiz” adlı tanışından əldə etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoyub narkotik vasitə heroin olduğunu və Qızıldaş qəsəbəsində yaşayan Çingiz adlı şəxsdən aldığını demişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra həmin narkotik vasitə ilə bağlı protokollar tərtib edilmiş və müdafiəçinin iştirakı ilə həmin protokollarla tanış olduqdan sonra imza ilə təsdiq etmişdir. O öz ifadəsində son olaraq göstərmişdir ki, hal-hazırda törətdiyi əməldən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, hal-hazırda vərəm xəstəliyindən əziyyət çəkməsini və ibtidai istintaq zamanı səmimi ifadələr verməklə bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin NMB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə işlədiyi bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan “İnqilab” adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Qaradağ RPİ-nin rəisinin xx xxxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarına əsasən tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan- Qızıldaş avtomobil yolunda fəaliyyət göstərən “Puta” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edib əməliyyat qrupunun üzvləri Şahid3 və Orxan Ocaqovla birlikdə ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini ona təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zərurəti yarandığından o, tərəflərindən Qaradağ RPİ-nin inzibati binasına dəvət edilmişdir. Daha sonra Qaradağ RPİ-nin inzibati binasında onların və dəvət edilmiş vəkilin iştirakı ilə Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Kələntərov tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanmışdır. Yoxlama başlanmamışdan öncə Təqsirləndirilən şəxs üzərində və ya ciblərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bükülmüş halda ağ rəngli sellofan torba çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisinə baxış zamanı qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdie. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanışı “Çingiz” adlı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan ağ rəngli sellofan torba tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Bundan sonra onların iştirakları ilə şəxsiyyəti ona sonradan məlum olan Şahid1 yaşadığı Bakı şəhər, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2ci massivdə yerləşən bir mərtəbəli nömrəsiz evdə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Baxış zamanı həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otaqda olan taxtın üzərindəki döşəyin altından 01 ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində, içərisində qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdur. Daha sonra həmin otaqda axtarış davam etdirilərkən otağın küncündə olan soyuducunun altından 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlama aşkar olunaraq götürülmüşdür. Bundan sonra evin giriş qapısı ilə üzbə-üz olan həm yataq, həmdə qonaq otağı kimi istifadə edilən otaqda axtarış davam etdirilmişdir. Axtarış zamanı otaqda olan şkafdan 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindən toz halında, qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmçinin həmin otaqda olan peçin yanından, döşəkcənin üzərindən sellofan torbda ot halında naməlum kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Şahid1 həyətdə daşların altında narkotik vasitə gizlətdiyini demişdir. Odur ki, axtarış həyətdə davam etdirilmiş və evin həyətində olan daşların altından siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd kiçik ölçülü bağlama aşkar olunmuşdur. Həmin bağlamaya baxış zamanı içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Beləliklə də axtarış və götürmənin nəticəsinə dair protokol tərtib edilmiş, aşkar olunmuş predmetlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Ekspertizadan sonra müəyyən olmuşdur ki, 01 ədəd kiçik ölçülü şəffaf polietilen kəsiyində içərisində qəhvəyi rəngli maddə olan büküm, soyuducunun altından aşkar edilmiş 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlamada, həyətdəki daşların altından aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindəki toz halında, qəhvəyi rəngli kütlə və sellofan torbdakı ot halında olan naməlum kütlə narkotik vasitə deyil. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə işlədiyi bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan “İnqilab” adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Qaradağ RPİ-nin rəisinin xx xxxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarına əsasən tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan- Qızıldaş avtomobil yolunda fəaliyyət göstərən “Puta” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edib əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3la birlikdə ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini ona təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zərurəti yarandığından o, tərəflərindən Qaradağ RPİ-nin inzibati binasına dəvət edilmişdi. Daha sonra Qaradağ RPİ-nin inzibati binasında onların və dəvət edilmiş vəkilin iştirakı ilə Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Kələntərov tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanmışdır. Yoxlama başlanmamışdan öncə Təqsirləndirilən şəxs üzərində və ya ciblərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bükülmüş halda ağ rəngli sellofan torba çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisinə baxış zamanı qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanışı “Çingiz” adlı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan ağ rəngli sellofan torba tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Bundan sonra iştirakları ilə şəxsiyyəti ona sonradan məlum olan Şahid1 yaşadığı Bakı şəhər, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən bir mərtəbəli nömrəsiz evdə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Baxış zamanı həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otaqda olan taxtın üzərindəki döşəyin altından 01 ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində, içərisində qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdu. Daha sonra həmin otaqda axtarış davam etdirilərkən otağın küncündə olan soyuducunun altından 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlama aşkar olunaraq götürülmüşdür. Bundan sonra evin giriş qapısı ilə üzbə-üz olan həm yataq, həmdə qonaq otağı kimi istifadə edilən otaqda axtarış davam etdirilmişdir. Axtarış zamanı otaqda olan şkafdan 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindən toz halında, qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmçinin həmin otaqda olan peçin yanından, döşəkcənin üzərindən sellofan torbda ot halında naməlum kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Şahid1 həyətdə daşların altında narkotik vasitə gizlətdiyini demişdir. Odur ki, axtarış həyətdə davam etdirilmiş və evin həyətində olan kərpic daşların altından siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd kiçik ölçülü bağlma aşkar olunmuşdur. Həmin bağlamaya baxış zamanı içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Beləliklə də axtarış və götürmənin nəticəsinə dair protokol tərtib edilmiş, aşkar olunmuş predmetlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Ekspertizadan sonra müəyyən olmuşdur ki, 01 ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində içərisində qəhvəyi rəngli maddə olan büküm, soyuducunun altından aşkar edilmiş 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlamada, həyətdəki daşların altından aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindəki toz halında, qəhvəyi rəngli kütlə və sellofan torbdakı ot halında olan naməlum kütlə narkotik vasitə deyil. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə işlədiyi bölməyə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan “İnqilab” adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Qaradağ RPİ-nin rəisinin xx xxxxxx 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarına əsasən tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Qaradağ rayonu, Lökbatan- Qızıldaş avtomobil yolunda fəaliyyət göstərən “Puta” yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən edib əməliyyat qrupunun üzvləri Şahid2 və Orxan Ocaqovla birlikdə ona yaxınlaşmış və xidməti vəsiqələri ilə özlərini ona təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması zərurəti yarandığından o, tərəflərindən Qaradağ RPİ-nin inzibati binasına dəvət edilmişdir. Daha sonra Qaradağ RPİ-nin inzibati binasında onların və dəvət edilmiş vəkilin iştirakı ilə Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Kələntərov tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanmışdır. Yoxlama başlanmamışdan öncə Təqsirləndirilən şəxs üzərində və ya ciblərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bükülmüş halda ağ rəngli sellofan torba çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisinə baxış zamanı qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanışı “Çingiz” adlı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan ağ rəngli sellofan torba tərəflərindən zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmişdir. Daha sonra bununla bağlı protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Bundan sonra iştirakları ilə şəxsiyyəti ona sonradan məlum olan Şahid1 yaşadığı Bakı şəhər, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən bir mərtəbəli nömrəsiz evdə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Baxış zamanı həmin mənzilə daxil olduqda soldan birinci yataq otağında axtarış aparılarkən həmin otaqda olan taxtın üzərindəki döşəyin altından 01 ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində, içərisində qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdur. Daha sonra həmin otaqda axtarış davam etdirilərkən otağın küncündə olan soyuducunun altından 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlama aşkar olunaraq götürülmüşdür. Bundan sonra evin giriş qapısı ilə üzbə-üz olan həm yataq, həmdə qonaq otağı kimi istifadə edilən otaqda axtarış davam etdirilmişdir. Axtarış zamanı otaqda olan şkafdan 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindən toz halında, qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Həmçinin həmin otaqda olan peçin yanından, döşəkcənin üzərindən sellofan torbada ot halında naməlum kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı Şahid1 həyətdə daşların altında narkotik vasitə gizlətdiyini demişdir. Odur ki, axtarış həyətdə davam etdirilmiş və evin həyətində olan daşların altından siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd kiçik ölçülü bağlama aşkar olunmuşdur. Həmin bağlamaya baxış zamanı içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Beləliklə də axtarış və götürmənin nəticəsinə dair protokol tərtib edilmiş, aşkar olunmuş predmetlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Ekspertizadan sonra müəyyən olmuşdur ki, 01 ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində içərisində qəhvəyi rəngli maddə olan büküm, soyuducunun altından aşkar edilmiş 01 ədəd böyük ölçülü üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə içərisində qəhvəyi rəngli kütlə olan bağlamada, həyətdəki daşların altından aşkar olunmuş bükümdəki maddə narkotik vasitə heroindir, 01 ədəd üzərində “Blendo Tomat” yazısı olan şüşə bankanın üçərisindəki toz halında, qəhvəyi rəngli kütlə və sellofan torbdakı ot halında olan naməlum kütlə narkotik vasitə deyil. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığına görə, məhkəmə iclasının vaxtı və yeri barəsində Bakı İstintaq Təcridxanasına məlumat verilməsinə baxmayaraq Şahid1 iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 Əlikomək oğlu ifadəsində göstərmişdir ki, 1986-cı ildə Yardımlı rayonunda anadan olmuş, hal-hazırda Yardımlı rayonu Ökü kəndində pasport qeydiyyatındadır, lakin 12 ilə yaxındır Bakı şəhərində yaşayır. 2009-cu ildə əslən Cəlilabad rayonundan olan X4 ilə ailə həyatı qurmuş, birgə nigahlarından ikisi qız, üçü oğlan olmaqla beş övladı vardır. Elnurə Məmmədova ilə ailə həyatı qurduqdan sonra Qaradağ rayonu Qızıldaş qəsəbəsində ayrı-ayrı yerlərdə uzun müddət kirayədə yaşamış, lakin 2017-ci ildən etibarən Qızıldaş qəsəbəsi 2-ci massivdə yerləşən, qaynatası Cabir Məmmədova məxsus nömrəsiz evdə yaşayırlar. Rəsmi iş yeri olmadığı üçün fərdi əməklə məşğuldur, Qaradağ rayonunda yerləşən daş karxanalarında fəhləçilik etməklə ailəsinin maddi təlabatlarını təmin edir. Bundan başqa özü narkotik aludəçisidir, həm heroin narkotik vasitəni ineksiya yolu ilə qəbul edir, həm də ki, həmin maddənin satışı ilə məşğul olur. Satdığı narkotik vasitələri isə Neftçala rayonunda yaşayan ***-***-**-** mobil telefon nömrəsindən istifadə edən “Hidayət” adlı şəxsdən alır. Belə ki, ay ərzində 3-4 dəfə “Hidayət” adlı şəxsə zəng edərək ondan külli miqdarda narkotik vasitə olan heroin alırmış, satıb qurtardıqdan sonra isə pulunu verirmiş. Hərdən bir isə “Hidayət” özü də narkotik vasitəni yaşadığı Qızıldaş qəsəbəsinə gətirməklə ona təhvil verirmiş. “Hidayət”lə Qaradağ rayonunda yerləşən daş karxanalarının birində təxminən 2011-ci ildə tanış olmuş, o, həmin vaxt daş karxanasında daş kəsməklə məşğul olurmuş. Lakin onun həmin vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasını bilmirmiş. Özü iki ildir ki, heroin narkotik vasitəsindən qəbul etməyə başlamışdır. Həmin maddənin satışı ilə də həmin tarixdən məşğuldur. “Hidayət” adlı şəxslə söhbət əsnasında ona bildirmişdir ki, narkotik vasitənin bir qramını 26 manat satır, nə vaxt lazım olsa həm nəğd pula, həm də nisyə təşkil edə bilər. Beləliklə də o, “Hidayət” adlı şəxsdən narkotik vasitə heroni almağa başlamışdır. O, narkotik vasitə heroni Hidayət” adlı şəxsdən alıb satırmış və həmçinin həmin narkotik vasitə heroindən istifadə edirmiş. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə “Hidayət” ona yol maşını ilə külli miqdarda narkotik vasitə göndərmiş və o, həmin narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən X5 “Qazel” markalı avtomobilin sürücüsündən götürmüşdür. “Hidayət” adlı şəxsə aralarında olan razılığa əsasən həmin narkotik vasitəni satıb az-az pulunu verəcəkmiş. Həmin narkotik vasitədən 24 yanvardan xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə ayrı-ayrı tanımadığı şəxslərə satmışdır. xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə satdığı və narkotik aludəçisi olan Təqsirləndirilən şəxs istifadəsindəki ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. O da gəlib aparmasını ondan xahiş etmişdir. Həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ 2107” markalı şəxsi avtomobili ilə yaşadığı Qızıldaş qəsəbəsi 2-ci massivə gəlmişdir. Onunla görüşüb 01 ədəd bükümdə təxminən içərisində yarım qram heroin olan narkotik vasitəni 20 manat pul müqabilində ona satmışdır. Axşam saatlarında isə yaşadığı ünvana polis əməkdaşları gəlib xx xxxxxx 2020-ci il tarixli qərara əsasən onların razılığı ilə axtarış keçirməyə başlamışlar. Axtarış zamanı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2ci massivdə bir mərtəbəli nömrəsiz evdən yataq otağında olan soyuducunun altından bir ədəd böyük həcimli üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə sellofan paketdə heroin narkotik vasitəsini, yataq taxtının üzərində olan döşəyin altından bir ədəd kiçik sellofan bükümündə içərisində qəhvəyi rəngli heroin narkotik vasitəsini, eləcə də evin yerləşdiyi həyətdə yığılmış daşların arasından siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə, içərisində qəhvəyi rəngli maddə olan heroin narkotik vasitəsini aşkar etmişlər. Şahid1 ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə bir mərtəbəli nömrəsiz evdən, yataq otağında olan soyuducunun altından aşkar edilmiş bir ədəd böyük həcmli üzəri yapışqanlı lentlə sarınmış vəziyyətdə sellofan paketdə olan kütlə, yataq taxtının üzərində olan döşəyin altından aşkar edilmiş bir ədəd kiçik sellofan bükümündə olan kütlə, eləcə də evin yerləşdiyi həyətdə kərpic daşın altından aşkar edilmiş siqaretin gümüşü kağızına bükülmüş kütlə heroin narkotik vasitələridir. Digər yataq otağından şkafın içərisindən rəfin üzərindən 01 ədəd bankada aşkar edilmiş qəhvəyi rəngli kütlə istiot, otaqda olan istilik peçinin yanındakı döşəkçənin üzərindən aşkar edilmiş 01 ədəd sellofan paketdə ot halında olan kütlə isə yarpızdır. Həmin narkotik vasitələri həm şəxsi istifadəsi üçün, həm də satışını həyata keçirmək üçün xx xxxxxx 2020-ci il tarixdə “Hidayət” adlı şəxsdən nisyə almışdır. Hidayət qeyd edilən narkotik vasitəni ona göndərərkən təxminən 800 qram olduğunu demişdir. Həmin narkotik vasitənin bir qramını 30 manata satacaqmış və hər qram üçün “Hidayətə” 26 manat pul verəcəkmiş. Beləliklə hər ikisi qazanc əldə edəcəkmişlər. “Hidayət” adlı şəxs səhv etmirsə Neftçala rayonunun Qəhramanlı kəndindəndir. Onun təxminən 45 yaşı olar. “Hidayət” ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Özü orta boylu, qarabuğdayı, dolu bədən quruluşlu, bığsız bir şəxsdir. Onun digər anket məlumatlarını bilmir. Narkotik vasitələrin satışı ilə məşğul olmağını, eləcə də evə narkotik vasitələr gətirməyini ailə üzvləri, qaynatası, qaynanası və digər yaxınları bilməyib. Heç bir vaxtı onlara bu barədə bildirməmişdir. O, özü vərəm xəstəsidir, ağ ciyərlərində ağrılar olur. Narkotik təsiri altında olarkən həyat yoldaşı elə bilirmiş ki, ciyərləri ağrıdığı üçün özünü pis hiss edir. O, narkotik təsiri altında olduğunu heç bir vaxt bilməyib. Təqsirləndirilən şəxs narkotik aludəçisidir, o, narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə edir. Onda olan məlumata görə o, narkotik vasitələrin satışı ilə məşğul olmur. 2019-cu ilin oktyabr ayından sonra səhv etmirsə iki dəfə “Hidayət”lə birlikdə İnqilabın idarə etdiyi avtomobildə yol getmişdir. Belə ki, İnqilab onları Lökbatan dairəsindən Qızıldaş qəsəbəsinə aparmışdır. O, narkotik vasitə heroini tanımadığı şəxslərə satdığı üçün həmin şəxslərin anket məlumatları barədə bir söz deyə bilməyəcəkdir. O, əvvəllər ***-***-**-** mobil telefon nömrəsindən istifadə edirmiş. Lakin, 2019-cu ilin dekabr ayının sonlarından etibarən ***-***-**-** mobil telefon nömrəsindən istifadə etməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onunla görüşmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2691 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,534 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,534 qr, tədqiqata sərf edildi -0,05 qr, qalıq-0,484 qramdır. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 1363 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absitensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,534 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,464 qram narkotik vasitə məhkəmə hökmünə qədər saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Lökbatan-Qızıldaş avtomobil yolunda yerləşən “Puta” yanacaq doldurma məntəqəsinin yaxınlığından qanunsuz olaraq narkotik vasitələrin gəzdirilməsi şübhəsi ilə Təqsirləndirilən şəxs saxlanılmış və saat 13:20 radələrində Qaradağ RPİ-nin ünvan 2 ünvanındakı inzibati binasına gətirilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxs xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 7-də nömrəsiz mənzildə pasport qeydiyyatında olan və faktiki yaşayan Təqsirləndirilən şəxsdur. Müdafiəçi K.Kərimovun iştirakı ilə videoçəkiliş aparılmaqla xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa, onları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bükülmüş halda ağ rəngli sellofan torba çıxarıb təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisinə baxış zamanı qəhvəyi rəngli, toz şəklində, iysiz kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, bugün Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanışı Çingiz adlı şəxsdən 20 (iyirmi) manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən qara rəngli “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs “Honor” markalı mobil telefonu özünə qaytarıılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan ağ rəngli sellofan torba zərfə qoyularaq qablaşdırılmaqla 46 saylı möhürlə möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə baxış keçirilməsi və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskə baxış keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və vərəm xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə xx xxxxxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,464 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 (dörd) ay müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan qalıq çəkisi 0,464 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar