Məhkəmə qərarları › İş №1(002)-196/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-196/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-196/2021 04.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixtrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin gün saat 23:10 radələrində üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli zolaqlı şalvarının sağ yan cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd gümüşü siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.291 qram olan kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Ailəsi ilə birlikdə yaşayır. Təxminən iki ay olar ki, narkotik və psixotrop maddələrin qəbulu ilə məşğul olmuşdur. Həmin narkotik vasitəni və psixotrop maddəni “İnstaqram” sosial şəbəkəsindən əldə edirmiş. Belə ki, həmin sosial şəbəkədə “Narkotik” adlı səhifə olmuşdur. O, səhifəyə daxil olaraq oradan narkotik sifariş etmişdir. Sonra həmin səhifənin admini ona hesab nömrəsi vermişdir. O, həmin hesab nömrəsinə alacağı narkotik vasitə və ya psixotrop maddənin pulunu köçürtmüşdür. Sonra səhifədən onun instagram hesabına narkotik vasitənin və ya psixotrop maddənin olduğu ünvan gəlmişdir. O, həmin ünvana gedib narkotik vasitəni oradan götürmüşdür. Sonuncu dəfə 28.01.2021-ci il tarixdə o, səhər saatlarında həmin səhifədən el arasında şüşə kimi tanınan metamfetamin sifariş etmiş və o, verilən hesaba 20 manat pul ödəmişdir. O, həmin səhifədən verilən ünvana, yəni Bakı şəhəri, 28 May metro stansiyasının yanına getmişdir. Ona xəritədə göstərilən ünvandan siqaretin gümüşü kağızına bükülmüş bükümü götürmüşdür. Həmin bükümü açanda içərisində metamfetamin oldğunu görmüşdür. Həmin bükümü əynində olan qara rəngli zolaqlı şalvarının sağ yan cibinə qoyaraq yaşadığı Sahil qəsəbəsinə gəlmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin, yəni Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 51 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ondan özünü təqdim etməyini tələb etmişlər. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu demişdir. Həmin polis əməkdaşları onu 38-ci PB-nə dəvət etmiş və ona bildirmişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəlidir. PB-də olan zaman o, polis əməkdaşlarına səmimi olaraq etiraf etmişdir ki, narkotik vasitələrin istifadəçisidir və üzərində şəxsi istifadəsi üçün psixotrop maddə vardır. Sonra 38-ci PB-nin xidməti otaqlarının birində ona vəkillərin siyahısı təqdim edilmişdir. Ona bildirilmişdir ki, həmin siyahıda olan vəkillərdən birini seçsin. O, həmin siyahıda olan əvvəllər tanımadığı X1. Polis əməkdaşları həmin vəkili PB-nə dəvət etmişlər. Vəkil Eldar Nəcəfov PB-nə gəldikdən sonra ona hüquq və vəzifələri tam və aydın şəkildə izah edilmişdir. Daha sonra isə videoçəkilişdən istifadə etməklə vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, əynində olan qara rəngli zolaqlı şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş büküm, şalvarının sol yan cibindən 5 manat pul və 1 ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olduğunu soruşmuşlar. O da səmimi olaraq polis əməkdaşlarına bükümün içərisində şəxsi istifadəsi üçün 20 manata aldığı psixotrop maddə metafetamin olduğunu demişdir. Daha sonra isə polis əməkdaşları həmin bükümü zərfə qoyaraq qablaşdırmışlar. O da həmin zərfi imzalamışdır. Şalvarının sol yan cibindən çıxardaraq masanın üzərinə qoyduğu 5 manat pul və alışqan özünə geri qaytarılmışdır. Bundan başqa o, təxminən 2 ay olarmış ki, psixotrop maddə istifadə etdiyini, psixotrop maddəni “instaqram” sosial şəbəkəsində olan narkotik səhifəsindən aldığını, psixotrop maddə aldığı şəxsi tanımadığını, 38-ci PB-də olan zaman ona polis əməkdaşları tərəfindən zor tədbiq edilmədiyini bildirmişdir. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 28.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-də işdə olmuşdur. Həmin vaxt ona Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində Murad adlı şəxsin mütəmadi olaraq psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı barədə Qaradağ RPİ-nin 38-ci PB-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupunun yaradılması haqqında əmr hazırlanmışdır. Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün, yəni 28.01.2021-ci il tarixdə saat 20:00 radələrində o, Şahid2 ilə birlikdə ünvan 5 ünvanın qarşısına gəlmişdir. Təxminən 25-30 dəqiqədən sonra zahiri görünüşündən Murada oxşayan bir nəfər şəxsin gəldiyini görmüşdür. Onlar bir neçə dəqiqə həmin şəxsi izlədikdən sonra ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirib onu Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə dəvət etmişlər. PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs 10 saylı vəkillər bürosunun siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxıb siyahıda adı olan X4 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. 10 saylı Vəkil Bürosunun vəkili X5 rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürülmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa çıxarıb masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli zolaqlı şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd büküm, sol yan cibindan 5 manat pul əskinazı və 1 ədəd alışqan çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 ədəd gümüşü siqaret kağızında olan bükümdə hamının “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü “instaqram” sosial şəbəkəsində narkotik səhifəsindən aldığını, psixotrop maddə aldığı şəxsi tanımadığını bildirmişdir. Həmin bükülü açılan zaman içərisində kristal şəkilli maddə olması aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü zərfə qoyaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfi imzalamışdır. 5 manatlıq pul əskinazı və 1 ədəd alışqan isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 28.01.2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PBdə işdə olmuşdur. Həmin vaxt Qaradağ RPİ-nin 38-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsində Murad adlı şəxsin mütəmadi olaraq psixotrop maddələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 daxil olmuş məlumat barədə Qaradağ RPİ-nin 38-ci PB-nin rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupunun yaradılması haqqında əmr hazırlanmışdır. O da əməliyyat qrupuna daxil edilmişdir. Həmin gün, yəni 28.01.2021-ci il tarixdə saat 20:00 radələrində o, Şahid1 ilə birlikdə ünvan 6 ünvanın qarşısına gəlmişdir. Təxminən 25-30 dəqiqədən sonra zahiri görünüşündən Murada oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar bir neçə dəqiqə həmin şəxsi izlədikdən sonra ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs psixotrop maddələrin istifadəsində şübhəli olduğunu bildirib onu Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-nə dəvət etmişlər. PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs 10 saylı vəkillər bürosunun siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxıb siyahıda adı olan X4 həmin vəkilin onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. 10 saylı Vəkil Bürosunun vəkili X5 rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə dəvət edilmişdir. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra isə vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürülmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa çıxarıb masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli zolaqlı şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd büküm, sol yan cibindan 5 manat pul əskinazı və 1 ədəd alışqan çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 ədəd gümüşü siqaret kağızında olan bükümdə hamının “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü “instaqram” sosial şəbəkəsində narkotik səhifəsindən aldığını, psixotrop maddə aldığı şəxsi tanımadığını bildirmişdir. Həmin bükülü açılan zaman içərisində kristal şəkilli maddə olması aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü zərfə qoyaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfi imzalamışdır. 5 manatlıq pul əskinazı və 1 ədəd alışqan isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də sahə rəisi vəzifəsində işləyir. 28.01.2021-ci il tarixdə 38-ci PB-də işdə olmuşdur. Həmin vaxt PB-nin rəhbərliyi tərəfindən ona təklif edilmişdir ki, PB-nin əməkdaşları tərəfindən PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçiriləcəkdir. Ona deyilmişdir ki, şəxsi axtarış və götürülməni telefonu ilə lentə alsın. PB-nə dəvət olunmuş vəkilin, PB-nin əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmiş və sonra təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs Müzffər oğlu könüllü olaraq əynində olan qara rəngli zolaqlı şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd büküm, sol yan cibindan 5 manat pul əskinazı və 1 ədəd alışqan çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 1 ədəd gümüşü siqaret kağızında olan bükümdə hamının “şüşə” kimi tanıdığı psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü “instaqram” sosila şəbəkəsində narkotik səhifəsindən aldığını, psixotrop maddə aldığ şəxsi tanımadığını bildirmişdir. Həmin bükülü açılan zaman içərisində kristal şəkilli maddə olması aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülü zərfə qoyaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfi imzalamışdır. 5 manatlıq pul əskinazı və 1 ədəd alışqan isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli 6/399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 47” dairəvi möhür əksi olan üzərində “Vət Təqsirləndirilən şəxs üzərində aşkar olanaraq götürülmüş maddə, Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... Qablaşdırıldı 38-ci PB-nin təhqiqatçısı F.İldırımov imza, 28.01.2021 imza” yazılan zərfdə təmiz çəkisi 0.291 ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (siyahı 1) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,291 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,241 qr; Ekspertiza tədqiqatının dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 03 fevral 2021-ci il tarixli 326 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əzari narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.291 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0.241 qram qalığı Qaradağ RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasının xidməti otağında dəvət olunmuş müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində axtarış keçirilir, axtarış keçirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli zolaqlı şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal halında maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 28 yanvar 2021-ci il tarixdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının kifayət qədər yüksək olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 28 yanvar 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 30 yanvar 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,241 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 62 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 may 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,241 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar