Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-197/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, on altı yaşına çatmayan xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ilk dəfə 2018-ci ilin dekabr ayının sonlarında yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən 30 nömrəli evdə cinsi əlaqədə olaraq bakirəliyini pozmuş, daha sonra 2019-cu ilin mart ayına qədər olan müddətdə dəfələrlə yaşadığı evdə on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 2019-cu ilin oktyabr ayının 2-də həqiqi hərbi xidmətə getmişdir. Hal-hazırda Ağcəbədi rayonunda yerləşən N saylı Hərbi hissədə həqiqi hərbi xidmətini aparır. O, Zərərçəkmiş şəxs təxminən 2016-cı ildən tanıyır, Ləman Lökbatan qəsəbəsində yerləşən 233 saylı tam orta məktəbdə oxumuş, onun da həmin məktəbdə tanışları olduğu üçün mütəmadi həmin məktəbə gedib gəlmişdir. Lakin, həmin zaman Ləmanla yaxından münasibətləri olmamışdır. Onun Zərərçəkmiş şəxs xoşu gəldiyi üçün 2018-ci ilin sonlarında “İnstaqram” sosial şəbəkəsi vasitəsilə Ləmanla daha sıx-sıx əlaqə saxlamağa başlamış və bundan sonra yaxın münasibətləri yaranmışdır. O, Ləmanla tanış olduğu müddətdə onun 17, Ləmanın isə 15 yaşı olmuşdur. O, Ləmanla təxminən 4-5 ay yaxın münasibətdə olmuşdur. Belə ki, 2018-ci ilin sonlarında Ləmanla ilk dəfə cinsi əlaqədə nənəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “on minlik” adlanan ərazidə yerləşən evədə olmuşdur. Həmin evdə heç kəs yaşamadığı üçün Ləmanı nənəsinə məxsus qeyd etdiyi ünvana dəvət etmişdir. O, Ləmanla ilk dəfə onun özünün razılığı ilə təbbi yolla cinsi əlaqədə olmuşlar. Həmin gün Ləman onunla birlikdə nənəsinə məxsus evdə qalmış, səhəri gün çıxıb öz evinə getmişdir. Ləmanla həmin vaxtlar münasibətləri yaşı olduğundan yaxın münasibətləri 4-5 ay davam etmişdir. Bundan sonrada Ləmanla bir neçə dəfə də nənəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “on minlik” adlanan ərazidə yerləşən evədə müxtəlif vaxtlarda təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin, 2019-cu ilin mart ayından sonra Ləmanla münasibətləri pozulmuş və Ləmanla əlaqələri kəsilmişdir. Həmin vaxtdan Ləmanı görməmiş, onunla heç bir əlaqə saxlamamışdır. O, 2018-ci ilin sonlarında nənəsinə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “on minlik” adlanan ərazidə yerləşən evədə Ləmanla ilk dəfə cinsi əlaqədə olarkən Ləmana hər hansı həvəsləndirici dərman verməmiş, eləcə də onun bakirə olduğunu bilməmiş və onunla ilk dəfə təbii yolla cinsi əlaqədə olarkən sonuncunun bakirə olmağını hiss etməmişdir. Səmimi olaraq bildirir ki, Ləmanla onun könüllü razılığı əsasında cinsi əlaqədə olub, lakin onun qızlıq pərdəsinin tamlığını pozmamış, onu zorlamamış, onunla cinsi əlaqədə olması üçün ona hər hansı bir hədə-qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində törətdiyi əməli etiraf etməməsinə səbəb onun cinayət məsuliyyətindən boyun qaçırmaq istəyinin olması olmuşdur. Hazırda məhkəmədə verdiyi ifadəsi doğrudur. Təqsirləndirilən şəxs sonda əməlindən peşmançılıq çəkməsini, cinayəti yetkinlik yaşına çatmadığı dövürdə törətdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, hərbi xidmətdən təxris olduqdan sonra Ləmanla birlikdə aliə həyatı quracaqlarını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, habelə onun gənc olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, anası X2 ilə birlikdə yaşayır. Hal-hazırda heç bir işlə məşğul olmur. 2018-ci ilin sonlarında “İnstaqram” sosial şəbəkəsində Lökbatan qəsəbəsində yaşayan Azər adlı şəxs ilə tanış olmuşdur. O Azər ilə tanış olduğu müddətdə Azərin 17 yaşı olmuşdur. Həmin vaxtdan Azərlə yaxın münasibətləri yaranmış və Azər ilə təxminən 4-5 ay yaxın münasibətdə olmuşlar. 2018-ci ilin sonlarında Azər onu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “on minlik” adlanan ərazidə olan evinə dəvət etmişdir. Azər onu çox sevdiyini, onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o da Azərin dediklərinə inanıb onunla razılaşmış və onlar orada ilk cinsi əlaqədə olmuşlar. Həmin vaxt Azər ona əhvalını düzəltmək üçün “Eke” adlı dərman vermişdir. Həmin gün o, könüllü olaraq ilk dəfə Azərlə təbii yolla onunla cinsi əlaqədə olmuş və Azər onun bakirəliyini pozmuşdur. Həmin gün o Azər ilə birlikdə Azərin evində qalmış, səhəri gün öz evinə getmişdir. Lakin o, anasından qorxduğu üçün bakirəliyinin pozulması ilə bağlı heç kimə məlumat verməmişdir. Sonra xatırlamadığı müxtəlif vaxtlarda təxminən 4-5 dəfə Azərin həmin yaşadığı evində Azərlə yenə cinsi əlaqədə olmuşlar. Lakin 2019-cu ilin mart ayından sonra Azərlə münasibətləri pozulmuş və əlaqələri kəsilmişdir. Həmin vaxtdan sonra Azəri görməmiş, onunla ilə heç bir əlaqəsi olmamışdır. O Azər ilə yalnız təbii yolla cinsi əlaqədə olmuşdur. Sonradan bilmişdir ki, Azər həqiqi hərbi xidmətə gedib. Zərərçəkmiş şəxs sonda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, Azər hərbi xidmətdən təxris olduqdan sonra onunla ailə həyatı quracaqlarını, Azərdən heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-psixoloji ekspertizasının 20.04.2021-ci il tarixli 746 saylı rəyində göstərilmişdir ki: Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaşına uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixoloji xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin daxili aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, sərbəstliyə və müstəqilliyə can atmaq, inadkarlıq, eqosentirizim kimi xarakterik xüsusiyyətlərə malikdir; Zərərçəkmiş şəxs intim əlaqənin (seksin) mahiyyətini dərk etmək, ola biləcək nəticələri proqnozlaşdırmaq qabiliyyətinə malikdir; Zərərçəkmiş şəxs ona qarşı edilmiş hərəkətlərin mahiyyətini, xarakteri və mənasını dərk edə bilərdi; Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərindən və psixoloji durumunda halından asılı olaraq qarşı tərəfə müqavimət göstərə bilərdi; Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmaya meyillilik əlamətləri müşahidə olunmadı; Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, intellektual imkanlarına görə ona qarşı edilmiş hərəkətlərin, yaranmış şəraitin mahiyyətini dərk edə və davranışının mümkün nəticələrini görə (proqnozlaşdıra) bilərdi.(i.v.21-26); Zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 14.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v. 47); Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 14.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 3-cü şəkildəki onunla ilk dəfə cinsi əlaqədə olmuş Azər adlı şəxsi tanımışdır.(i.v.54-56); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin 06 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02.10.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, N nömrəli hərbi hissəyə təhvil verilmişdir(i.v.58); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ahmudov Azər Qüdrət oğlu 02.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v.61-62); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 yanvar 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 67); 10 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.98-99); Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir.(i.v.105-106); Məhkəmə-tibbi ekspertizasının 16 mart 2021-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.(i.v.107-110); Sübutların qiymətləndirilməsi haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə, şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında protokollar, məhkəmə-tibbi, məhkəmə-psixoloji və komisyon məhkəmə tibbi ekspertizalarının rəylər sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs istintaq zamanı gətirdiyi dəlillər özünü müdafiə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 149-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs ilə 2019-cu il tarixdə, yəni, zərərçəkmiş şəxsin on altı yaşına çatmadığı müddət ərzində onunla cinsi əlaqədə olmuş şəxslərin müəyyən edilməsindən ötrü material ayrılmış, Qaradağ rayon məhkəməsinin 07.10.2020-ci il tarixli, 1(002)-229/2020 tarixli hökmü sübut növü kimi tanınmışdir.(i.v. 143- 152); Qanuni nümayəndəsinin iştirakı ilə tərtib edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, cinayəti yetkinlik yaşına çatmamış dövürdə törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gələcəkdə zərərçəkmiş şəxslə ailə qurmaq niyyətinin olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi nəzərdə tutulmuş cinayəti təkrar törətməsi cinayətin təkrarçılığını yaradır və bu hal, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanı ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə görə cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmayan dövrdə törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, gələcəkdə zərərçəkmiş şəxslə ailə qurmaq niyyətinin olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, barəsində seçilmiş “komandalığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı (CPM-nin -353.4.12ci), Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarət hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazrliyinin N saylı hərbi hissəsinin komandanlığına, təxris olduqdan sonra isə daimi yaşayış yei üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə də dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 ( iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti Azərbaycan Respublikası Müdafiə Nazrliyinin N saylı hərbi hissəsinin komandanlığına, təxris olduqdan sonra isə daimi yaşayış yei üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində xidmət müddətində xidmət etdiyi hərbi hissə komandanlağının icazəsi olmadan heç yerə getməmək, tərxis olunduqdan sonra davranışı üzərində nəzarəti həyata keçirən orqana, yəni daimi yaşadığı yer üzrə məhkəmə icraçıları şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, öz davranışı ilə islah olunduğunu sübut etmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 40 (qırx) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 ( iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-197/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-197/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver