Məhkəmə qərarları › İş №1(002)-198/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-198/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-198/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,290 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Qaradağ RPİ-ni 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 fevral 2022-ci il tarixdə saat 15:10-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi 7-də yerləşən Qaradağ RPİnin 10-cu PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,290 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Təxminən bir il olar ki, “şüşə” adlanan psixotrop maddə metamfetamin qəbul edirmiş. Narkotik vasitədən istifadə etməyə başlayanda tanımadığı şəxslərdən alaraq istifadə edirmiş. O, narkotik vasitəni qəbul etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona “narkotik vasitə və ya psixotrop maddə lazım olanda bura gəlib məndən ala bilərsən” sözünü demişdir. O da narkotik vasitə və ya psixotrop maddə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gedərək həmin şəxsi tapıb ondan “şüşə” adlanan psixotrop maddə metamfetamini alırmış. “Şüşə” adlanan psixotrop maddə metamfetamini aldıqdan sonra münasib yer taparaq orada qəbul edirmiş. 28 fevral 2022-ci il tarixdə saat 11:10-da Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gedib həmin şəxslə görüşüb 15 manat verib ona “şüşə” adlanan psixotrop maddə metamfetamin gətirməsini istəmiş, təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülü vəziyyətdə “şüşə” adlanan psixotrop maddə metamfetamini gətirib vermiş, o, “şüşə” adlanan psixotrop maddə metamfetamini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə edər. Həmin gün saat 14:40 radələrində o, tanışı X8 ilə görüşmüş, bir müddət sonra saat 15:10da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində olan zaman üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib onları Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükülüyə baxış keçirilmiş, baxış zamanı içərisində şəffaf rəngli, kristal şəkilli, iysiz maddə olması müəyyən olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin şüşə” adlanan psixotrop maddə metamfetamini öz istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun özünün, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılıb möhürlənmiş, o da öz imzası ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, atasının ağır xəstə olduğunu, özünün ağır xəstə olmaqla hərbi xidmətə yararsız olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Qaradağ RPİ-nin 10-cu polis bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. X5 xidməti zərurətlə əlaqədar olaraq tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Cinayət işinin istintaq materialları ilə tanış olmuş və baş vermiş hadisə barədə onları göstərə bilər ki, 28 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman icraatına ünvan 3 ünvanında yaşayan X3 üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra özü, əməliyyat müvəkkili polis mayoru Şahid2 və polis sahə inspektoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra X8 cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmiş, həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı X3 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində olması və üzərində psixotrop maddə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. X9 qəsəbəsi, R.Salmanov küçəsində olduğu müəyyən edilmiş, həmin vaxt onun yanında bir nəfər şəxs də şəxsiyyəti sonradan 10-cu PB-də məlum olan Təqsirləndirilən şəxs da olmuşdur. Onlar əməliyyat qrupunun iştirakçıları ilə birlikdə Rahib və İlqara yaxınlaşıb onlara özlərini təqdim etdikdən sonra İlqar Tahirova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10-cu PB-nə dəvət etmişlər. Həmin vaxt İlqar Tahirovun yanında olan şəxsin, yəni Təqsirləndirilən şəxs də onlarda şübhə yaratdığından sonuncunu da 10-cu PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bir daha məlum olmuşdur ki, həmin şəxs xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını demişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in sabiq əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hal-hazırda Bakı şəhəri Yasamal RPİ-nin cinayət axtarış şöbəsi axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Hadisə vaxtı Qaradağ RPİ-nin 10cu polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. X5 xidməti zərurətlə əlaqədar olaraq tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Cinayət işinin istintaq materialları ilə tanış olmuş və baş vermiş hadisə barədə onları göstərə bilər ki, 28 fevral 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidmətdə olan zaman Şahid1 ünvan 3 ünvanında yaşayan X3 üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra o, baş əməliyyat müvəkkili Şahid1 və polis sahə inspektoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra X8 cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə Şahid1 tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmiş, həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı X3 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, R.Salmanov küçəsində olması və üzərində psixotrop maddə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. X9 qəsəbəsi, R.Salmanov küçəsində olduğu müəyyən edilmiş, həmin vaxt onun yanında bir nəfər şəxs də şəxsiyyəti sonradan 10-cu PB-də məlum olan Təqsirləndirilən şəxs da olmuşdur. Onlar əməliyyat qrupunun iştirakçıları ilə birlikdə Rahib və İlqara yaxınlaşıb onlara özlərini təqdim etdikdən sonra İlqar Tahirova narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10-cu PB-nə dəvət etmişlər. Həmin vaxt İlqar Tahirovun yanında olan şəxsin, yəni Təqsirləndirilən şəxs də onlarda şübhə yaratdığından sonuncunu da 10-cu PB-nə dəvət etmişlər. Bölməyə gəldikdən sonra bir daha məlum olmuşdur ki, həmin şəxs xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Əliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, iysiz, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşduqda, o, həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını demişdir. X4 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şahid Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin digər əməkdaşları Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 6/1240 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №222” möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,290 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,290 qram, tədqiqata sərf edildi-0.05 qr., qalıq- 0,240 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 30 mart 2022-ci il tarixli, 1470 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Ona hüquq və vəzifələrini izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməyi təklif edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edib masanın üzərinə qoyaraq təqdim edir. Həmin büküm açılarkən içərisində şəffaf rəngli, kristal şəkilli, psixotrop maddəyə bənzər kütlə aşkar edilir. X4 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin psixotrop maddə hesab edilən metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirir. Cinayət işinin materiallarından görünür ki, 28 fevral 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,290 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin maddi sübut kimi tanınmış və qalıq 0,240 qram çəkidə psixotrop maddə olan metamfetaminin saxlanması üçün maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarına əlavə edilmiş xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “xora xəstəliyi, natamam remissiya mərhələsində. Qanaxma ilə fəsadlaşan onikibarmaq bağırsaq soğanağının çapıqlaşmış xorasından sonrakı cüzi çapıq deformasiyası. Təxliyyə funksiyasının pozulmaması ilə.” Diaqnozu ilə xəstəliyi mövcud olmaqla sülh dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki: qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki: residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 28 fevral 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 02 mart 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və daha sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığına görə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, o, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Odur ki, bu hallar cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,240 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 24 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq 0,240 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar