Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-199/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Ağdam rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Qaradağ rayonu, DOST MMC-də xadiməçi işləyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vahid Ələkbərov küçəsindəki 18 saylı ünvanda yerləşən qarajdan düzəldilmiş fərdi yaşayış evinin pəncərəsini yerdən götürdüyü daş parçası ilə sındırıb açaraq pəncərədən evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan Leyla Əhmədovaya məxsus qiyməti 20 manat olan KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvarını, qiyməti 25 manat olan RBL Roball markalı 1 ədəd qadın köynəyini, qiyməti 15 manat olan DARİYY markalı 1 ədəd qadın köynəyini, qiyməti 20 manat olan REİNA markalı 1 ədəd qadın köynəyini, qiyməti 18 manat olan SABRA markalı 1 ədəd qadın köynəyini, qiyməti 25 manat olan Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarını, qiyməti 20 manat olan markalanma nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvar, qiyməti 35 manat olan SCHVVYZ markalı 1 ədəd bel çantasını, qiyməti 25 manat olan VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantası, qiyməti 20 manat olan heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantasını, qiyməti 20 manat olan SECRET markalı 1 ədəd qadın ətrini, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, 3 qramlıq 15 manat dəyərində 1 ədəd gümüş qadın üzüyünü, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyunbağını, 925 əyyarlı, 8 qramlıq 60 manat dəyərində 1 ədəd gümüş qadın bilərziyini, qiyməti 18 manat olan üzərində xırda daşları olan 1 ədəd sarı rəngli sadə bilərziyini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 366 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərəçəkmiş şəxsin, ekspert rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayında azyaşlı uşağını Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində bağçaya apararkən Sahil qəsəbə sakini Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuşdur. Belə ki, Leyla da öz uşağını həmin bağçaya gətirmişdir. Bundan sonra onunla münasibət quraraq, Leylanın Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vahid Ələkbərov küçəsində yerləşən evinə gedibgəlməyə başlamışdır. Leylanın evi əvvəllər qaraj olsa da sonradan ev kimi düzəldilmişdir. Onun maddi sıxıntıları olduğundan və ehtiyacı olduğundan Leylanın evindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxaraq, Zərərçəkmiş şəxs yaşadığı qaraj kimi evinə gəlmişdir. Həmin vaxt evin qapısının bağlı olduğunu görmüş, evin sol tərəfində olan şüşəli pəncərəni yerdən götürdüyü daş parçası ilə sındıraraq, içəridən pəncərənin cəfdəsini açmış, daha sonra evin pəncərəsindən bir otaqlı qaraj evə daxil olmuşdur. Həmin vaxt evdə heç kim olmamışdır. Evdə axtarış apararkən şkafın içərisindən müxtəlif köynək, şalvarlar, içərisində qadın boyunbağı, bir ədəd üzərində bir ədəd bənövşəyi rəngli daşı olan üzük, bir ədəd «Secret» markalı qadın ətri, üzərində VLTN sözləri yazılmış qırmızı rəngli bir qadın əl çantası və sair geyim əşyaları, divanın altından 1 ədəd qara bel çantası, daxil olduğu pəncərənin sağ tərəfində olan qutunun içərisindən üzərində heç bir yazısı olmayan tünd qırmızı zoğalı rəngli bir ədəd qadın əl çantasını oğurlamışdır. Oğurladığı əşyaları qara bel çantasına yığıb, daxil olduğu pəncərədən çıxaraq evi tərk etmişdir. Bundan sonra 20 yanvarda Şamaxinka adlanan yerə gələrək şəxsi işi ilə əlaqədar Şamaxı rayonuna yola düşmüşdür. Bundan sonra xx.xx.2020-ci il tarixdə Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları istifadəsində olan mobil telefonuna zəng edərək onu polis bölməsinə dəvət etmişlər. O da artıq törətdiyi oğurluq barədə şikayət olunmasını başa düşüb, oğurladığı əşyalar ilə birlikdə 38-ci polis bölməsinə gəlmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, gənc olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslə barışdığını və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vahid Ələkbərov küçəsində yerləşən 18 saylı ünvanda qarajdan otaq düzəldərək ev etmiş və orada yaşamışdır. Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ilin dekabr ayında övladını Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən bağçaya apararkən valideyn kimi tanımışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evə girən zaman görmüşdür ki, evin kiçik ölçülü pəncərəsi açıq vəziyyətdədir. Evdə olan əşyalara baxış keçirələrkən ona məxsus olan qiyməti 20 manat olan KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvarının, qiyməti 25 manat olan RBL Roball markalı 1 ədəd qadın köynəyinin, qiyməti 15 manat olan DARİYY markalı 1 ədəd qadın köynəyinin, qiyməti 20 manat olan REİNA markalı 1 ədəd qadın köynəyinin, qiyməti 18 manat olan SABRA markalı 1 ədəd qadın köynəyinin, qiyməti 25 manat olan Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarının, qiyməti 20 manat olan markalanma nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvarın, qiyməti 35 manat olan SCHVVYZ markalı 1 ədəd bel çantasının, qiyməti 25 manat olan VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantasının, qiyməti 20 manat olan heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantasının, qiyməti 20 manat olan SECRET markalı 1 ədəd qadın ətrinin, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, 3 qramlıq 15 manat dəyərində 1 ədəd gümüş qadın üzüyünün, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyunbağının, 925 əyyarlı, 8 qramlıq 60 manat dəyərində 1 ədəd gümüş qadın bilərziyin, qiyməti 18 manat olan üzərində xırda daşları olan 1 ədəd sarı rəngli sadə bilərziyin yerində olmadığını aşkar etmişdir. O dərhal yaşadığı küçəyə çıxıb ətrafda olanlardan soruşduqda onun evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu demişlər. O, Zeynəblə telefon əlaqəsi yaradıb Zeynib onun evindən oğurluq edib-etməməsini soruşmuş, Zeynəb də onun evindən oğurluq etdiyini təsdiq etmişdir. O, Zeynəbi axşama qədər gözləmiş, lakin Zeynəb gəlib ona məxsus əşyaları geri qaytarmamışdır. Buna görə də o, DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Evində oğurlanmış əşyaların çox hissəsi istintaq zamanı ona geri qaytarılmış, qaytarılmayan digər əşyaların isə dəyəri təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir.. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14, 23); xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.56); xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxsi MSY-dən azad etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.63); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i.v 74) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/821-9/1355 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 1 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşlı kulonu olan boyunbağı – üzərində “925” əyar daşğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi – 3,26 qramdır, qaşları qiymətli qaşlara aid deyil. 1 ədəd gümüşü rəngli metaldan, üzərində 1 ədəd tünd bənövşəyi rəngli qaşı olan üzük - üzərində “925” əyar daşğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur. Çəkisi 2,52 qramdır, qaşı qiymətli qaşlara aid deyil. Ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların 2020-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 158,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 109,50 manat təşkil edir. (i.v 75-80) xx xxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvar, RBL Roball markalı 1 ədəd qadın köynəyi, DARİYY markalı 1 ədəd qadın köynəyi, REİNA markalı 1 ədəd qadın köynəyi, SABRA markalı 1 ədəd qadın köynəyi, Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarı, üzərində marka nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvarı, SCHVVYZ markalı 1 ədəd bel çantası, VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantası, heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantası, SECRET markalı 1 ədəd qadın ətri, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, gümüş qadın üzüyü, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyun bağı, 925 əyyarlı gümüşü boyunbağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v 85-86) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə ünvan 4 ünvanından oğurlanmış və istintaq zamanı aşkar olunaraq götürülmüş ona məxsus KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvarını, RBL Roballl markalı 1 ədəd qadın köynəyini, DARİYY markalı 1 ədəd qadın köynəyini, REİNA markalı 1 ədəd qadın köynəyini, SABRA markalı 1 ədəd qadın köynəyini, Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarını, üzərində marka nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvarı, SCHVVYZ markalı 1 ədəd bel çantasını, VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantasını, heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantasını, SECRET markalı 1 ədəd qadın ətrini, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, gümüş qadın üzüyünü, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyun bağını, 925 əyyarlı gümüşü boyunbağını Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Elnur Abdullayevdən təhvil almışdır. (i.v. 88) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. (i.v. 89) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxxxx 2017-ci il təvəllüdlü Gülgün adlı bir azyaşlı övladı vardır. (i.v 90) Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 177.2.4, 177.2.2, 186-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180, 177.2.4, 177.2.2 və 186-cı maddələrinin əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. İstintaq zamanı aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus əşyaların iş üzrə maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs təqdim etdiyi video görüntü olan DVD disk sübut növü kimi tanınmışdır. İş üzrə hadisə yerinin Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Vahid Ələkbərov küçəsindəki 18 saylı ünvanda yerləşən qarajdan düzəldilmiş fərdi yaşayış evi olması nəzərə alınmışdır. (91-97) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Qaradağ RİHnin Ümid qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət, tələbi və mülki iddiasnın olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maddi sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə olan 02 ədəd faylda əks olunmuş biri 1 dəqiqə 23 saniyə, digəri isə 15 saniyə davam edən video görüntülərə baxış keçirilmiş və baxış zamanı 15 saniyə olan davam edən görüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin yanına gəlir, digər 1 dəqiqə 23 saniyə davam edən görüntüdə isə Təqsirləndirilən şəxs yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsinin şüşəsini sındıraraq, pəncərəni açıb evə daxil olur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM 59.2), himayəsində 1 azyaşlı uşağının olmasını (59.1.4), zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etməsini (59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxsnun gənc olmaqla, cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutmaaltında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvar, RBL Roball markalı 1 ədəd qadın köynəyi, DARİYY markalı 1 ədəd qadın köynəyi, REİNA markalı 1 ədəd qadın köynəyi, SABRA markalı 1 ədəd qadın köynəyi, Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarı, üzərində marka nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvarı, SCHVVYZ markalı 1 ədəd bel çantası, VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantası, heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantası, SECRET markalı 1 ədəd qadın ətri, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, gümüş qadın üzüyü, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyun bağı, 925 əyyarlı gümüşü boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs təqdim etdiyi video görüntü olan DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. (CPM-132.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X2: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxx 2020-ci il tarixli № 715 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 17 (on yeddi) iş saatı və xx xxxx 2020-ci il tarixli 1788 saylı order əsasında isə məhkəmə iclaslarında 28 (iyirmi səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxsnun xx xxx 2020-ci il tarixindən xx xxx 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxsnun üzərinə; yaşadığı ünvan 5 ünvanını gün ərzində saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxsnun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış– KAZEMİ RAHA markalı 1 ədəd qadın cins şalvar, RBL Roball markalı 1 ədəd qadın köynəyi, DARİYY markalı 1 ədəd qadın köynəyi, REİNA markalı 1 ədəd qadın köynəyi, SABRA markalı 1 ədəd qadın köynəyi, Desperado markalı 1 ədəd qadın üçün sarı rəngli cins şalvarı, üzərində marka nişanı olmayan 1 ədəd tünd göy rəngli cins şalvarı, SCHVVYZ markalı 1 ədəd bel çantası, VLTN markalı 1 ədəd qırmızı rəngli qadın çantası, heç bir markalanma nişanı olmayan 1 ədəd tünd qırmızı rəngli qadın çantası, SECRET markalı 1 ədəd qadın ətri, 1 ədəd bənövşəyi rəngdə daşı olan 925 əyyarlı, gümüş qadın üzüyü, üzərində çox saylı xırda sadə daşlı klonu olan 925 əyyarlı, 4 qramlıq 30 manat dəyərində 1 ədəd gümüş boyun bağı, 925 əyyarlı gümüşü boyunbağının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və Zərərçəkmiş şəxs təqdim etdiyi video görüntü olan DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 109,50 (yüz doqquz manat, əlli qəpik) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 45 (qırx beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-199/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-199/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver