Məhkəmə qərarları › İş №1(002)-2/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-2/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-2/2023 10.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Təqsirləndirilən şəxs xx.xx.1977-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 2 ünvanında yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədilə 10 sentyabr 2021-ci tarixdən xx.xx.2021-ci tarixə kimi olan müddət ərzində Azərişıq ASC-nin Bakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən AEK-110/55/6 kv/m yarımstansiyasına qanunsuz daxil olaraq oradan vahid niyyətlə 200 metr uzunluğunda, 4x6 ölçüdə 1047,84 AZN dəyərində 'Kabel TTR" kabellərini və 9 ədəd 12v190A gücündə olan ümumi dayəri 3000, "15 AZN təşkli edən akkumlyatorları oğurlamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 4.047,99 AZN dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 Qəndab oğlundan 20,12.2021 -ci İİ tarixdə təxminən saat 21 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi islehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,607 qram olan narkotik vasitə herolni əldə edib üstündə saxlayaraq daşıyarkən, həmin gün saat 21:10 radələrində Bakı şəhəri Qaradağ Rayon polis idarəsinin 11-ci poli bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryol Deposunun qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş ayrı-ayrılıqda təmiz mkiiəri 0,272 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 0,607 qram oian 02 ədəd bükümdəki kırnyəvi tərkiblərinə gorə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi iki ədəd bükümdə ümumi çəkisi 0,852 qram narkotik vasitə oian heroinİ hissələrə bölərək, iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiiləri 0,272 qram və 0,335 qram, ümumi təmiz çəkisi isə 0,607 qram olan hisəsini xx.xx.2021-cl ii tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. Dəmiryol Deposunun qarşısında Təqsirləndirilən şəxs1 satmış, bundan sonra , satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi çəkisi 0,255 qram hissəsini iki ədəd sellofan kəsiyinə bükülmüş bükümdə satış məqsədi ilə üzərində saxlayıb daşıyarkən xx.xx.2021-ci ii tarixdə saat 13:15 radələrində Bakı şəhəri Qaradağ Rayon polis idarəsinin 11-ci poli bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş vo orada onun üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində oian qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,211 qram və 0,044 qram, ümumi təmiz çəkisi isə 0,255 qram oian qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni oian, kustar üsulla hazırnmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında o, tanışı Eltona zəng edərək Ələt qəsəbəsində yeni açılmış limanın ərazisində işlədiyini, lakin zəhmət haqqını vermədiklərindən maaşının əvəzinə ona işlənmiş akkumlyator verəcəklərini bildirmişdir. Həmin akkumiyatorian Eitonun avtomobili ilə evə aparmaq istədiyini demişdir. Eltona dediyi ünvana gəlməsini xahiş etmişdir. Elton da onun dediyi yerə gəlmişdir. O, Eltonu elektrik transformatoru olan yerdə çəpərin kənarında gözləmişdir. Elton həmin yerə çatdıqda o, akkumiyatorı və kabelləri Eltona göstərərək zəhmət haqqının əvəzinə həmin bu akkumiyatoriarı və kabelləri verdiklərini bildirmişdir. Həmin akkumiyatorları və kabelləri Eltonla birlikdə köməkləşib iki dəfəyə akkumiyatorları və kabelləri Eitonun avtomaşına yükləyərək onun yaşadığı evin həyətinə qoymuşlar. Eltona sonar 15 manat vul verəcəyini bildirmişdir. O, həmçinin Eltona bildirmişdir ki, müştəri olsa akkumiyatorun birini 120 manatdan sata bilər. Elton Ruslan adlı tanışı olduğunu bildirmiş və Ruslanın mobil nömrəsini ona vermiş və o, Ruslanla danışdıqdan sonra Ruslan ona 2 ədəd akkumlyator lazım olduğunu bildirmiş və o, Ruslanla akkumlyatorların qiymətini 240 manata razılaşmışdır. Daha sonra taksi kimi həmin 2 ədəd akkumiyatorları Elton vasitəsi ilə Ruslana çatdırmışdır. Daha sonar 06 ədəd akkumlyatorları Ələt qəsəbəsində metal-qəbulu məntəqəsində işləmiş qəsəbədən tanıdığı Babək adlı şəxsə metal kimi 144 manat pula satmış, bir ədəd akkumlyatoru Şamxal adlı tanışına 120 manat borc pulun əvəzinə vermişdir. O, bundan başqa bildirmişdir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihamı qəbul etmir.O, tutulan zaman üzərində narkotik vasitə olmamış və İspəndyar adlı şəxsdən narkotik vasitə almamışdır.Qaradağ Rayon polis idarəsinin 11-ci poli bölməsində ona təzyiqlər edildiyindən və o, işgəncələrə məruz qaldığından istintaq həmin əməli etiraf etməyə məcbur olmuşdur. Oğurluq əməlindən peşmandır. Oğurluq nəticəsində vurduğu ziyanı ödəməyə cəhd edib, lakin zərərşəkmiş şəxsin nümayəndəsi dəymiş ziyanın məbləği ilə razılaşmadığından onun verdiyi məbləği qəbul etmir.Evlidir və himayəsində 3 azyaşlı uşağı vardır.Qeyd olunanlara əsasən ona həbslə əlaqəli cəza verilməməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaqda verdiyi ifadəni təkzib edərək göstərmişdir ki, 21 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanında evdə olarkən səs-küy gəldiyini eşidərək küçəyə çıxmış və bu zaman küçədə olan polis əməkdaşları onu tutaraq Qaradağ Rayon polis idarəsinin 11-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində ona təzyiq göstərilmiş, döyülmüş və o da məcbur qalaraq qeyd edilən ittihamı boynuna almışdır. Halbuki, o tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış və Xəyal adlı şəxsə narkotik vasitə satmamışdır.Xəyal adlı şəxsi ümumiyyətlə tanımır.Hal-hazırda ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamı qəbul etmir.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə oglu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə onlara məlumat daxil olmuşdur ki. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan AEK-110/35/S yarımstansiyada oğurluq hadisəsi baş vermişdir.Tərəflərindən aparılmış hesablamalar zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs və ya şəxslər ASCnin Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan yarımstansiyadan TTR kabellər, 110 kv mühafizə paneli dəsti, elektrik boşaldıcı, 9 ədəd akkumlyator 12v oğurlanmışdır.Hadisə nəticəsində “Azərişıq" ASC-yə 42574.99 AZN dəyərində maddi ziyan vurmuşdur.Bununla bağlı mülki iddia da verilmişdir.İttihamda qeyd edilən ziyanla razı deyillər .Mülki iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2015ci ildən ‘'Azərışıq" ASC-nin Qaradağ rayon idarəsində baş mühəndis vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə o, Qaradağ rayonu ərazisində yerləşən yarımstansiyaları yoxlayan zaman ona məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən Limanın yaxınlığında olan yarımstansiyada oğurluq hadisəsi baş vermişdir. Belə ki, o, həmin yarımstansiyada ilkin olaraq 9 ədəd 190 amperlik akkumlyatorların, kabellərin oğurlandığını, mühafizə panel dəstələrinin və elektrik boşaldıcılarının isə yararsız hala salındığını müəyyən etmişdir. O, bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, ilkin olaraq ərizə yazan zaman ASCyə 3000 manat maddi ziyan dəydiyini göstərmişdir. Lakin sonradan ASC-nin əməkdaşları tərəfindən aparılmış hesablamalar zamanı müəyyən olunmuşdur ki, ASC-yə ümumilikdə təxmini 41824.79 AZN dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsamalıyev X3 göstərmişdir ki, Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 Ələt qəsəbəsindən müştəri olaraq 1 il olar ki, tanıyır 2021-ci ilin sentyabr ayının ortalarında təxminən axşam saatlarında Xəyal ona zəng edərək bildirmişdir ki, Ələt qəsəbəsində yeni açılmış Limanın ərazisində işləmiş, lakin zəhmət haqqı vermədiklərindən rəhbərlikdən ona pulun əvəzinə akkumlyator verirlər gəl aparaq. O, Ələt qəsəbəsindən idarə etdiyi Tofaş markalı avtomaşın ilə Xəyalın dediyi yerə gəlmişdir. Xəyal onu elektrik transformatoru olan yerdə çəpərin kənarında gözləmişdir.O, həmin yerə çatdıqda Xəyal 9 ədəd akkumlyatorları və kabelləri ona göslərərək bildirmişdir ki, zəhmət haqqının əvəzinə bunları veriblər. Həmin akkumiyatonarı və kabeli evə aparmaq lazımdır. O, Xəyalla köməkləşib 1-ci dəfə 4 ədəd akkumilyatorları və kabeli avtomaşına yükləyərək Xəyalın yaşadığı evin həyətinə qoyduqdan sonra yenidən həmin əraziyə qayıtmışlar və orada o, Xəyaldan nə qədər pul verəcəyi barədə soruşmuşdur. Xəyal ona 15 manat pul verəcəyini demişdir.O, Xəyalla həmin qiymətə razılaşdıqdan sonra yerdə qalan 5 ədəd akkumiyatoru avtomaşına yığaraq yenə də Xəyalın yaşıdığı evin həyətinə aparıb qoymuşdur. Həmin gün o, taksi dayanacağına gəldikdən sonra Xəyal onun mobil telefonuna zəng edərək bildirmişdir ki, müştəri olsa akkumilyatoruun birini 120 manatdan sata bilər. O, da Hacıqabul rayonu, Atqulaq kəndində yaşayan tanışı Ruslana zəng edərək ucuz, yəni əlimyandıda 120 manata akkumlyator satıldığını bildirmiş və Xəyalın mobil nömrəsini Ruslana vermişdir. Xəyal ona zəng edərək bildirmişdir ki, gəl akkumilyatorlardan ikisini Ruslana apar, o, özü onunla razılaşmış, taksi pulunu verəcəyini bildirmişdir. Xəyalın yaşadığı evə gedib həmin akkumlyatorlardan 2 ədədini götürərək Ruslanın yaşadığı Hacıqabul rayonu, Atbuiaq kəndinə gəlmişdir. Orada o, akkumilyatorları Ruslana verdikdən sonra Ruslan ona 240 manat pul vermişdir. O, da Ruslanın verdiyi 240 manat pulu gətirib Xəyala vermişdir. Bundan bir müddət sonra eşitmişdir ki, Xəyalı tutmuşlar. Xəyalın ona verdiyi malların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, yaşadığı Hacıqabul rayonunda idarə eldiyi Kamaz markalı avtomaşını ilə yük daşıyaraq ailəmi dolandırır. 2021-ci ilin sentyabr ayının sonlarında tanışı taksi fəaliyyəti ilə məşğul olan Elton ona zəng edərək ucuz qiymətə akkumiyatorlar olduğunu bildirmişdir. Həmin akkumilyatorları haradan əldə etdiyini bildirdikdə Elton Ələt qəsəbəsində tanışı oian Xəyalın satdığını bildirmişdir. O, Eltondan akkumlyatorun 1 dədədinin qiymətini soruşmuş o da, akkumilyatorun 120 manata satıldığını Eltona bildirmişdir. O, Xəyalın mobil nömrəsini Eltondan alaraq Xəyalla əlaqə saxlamış və ondan 2 ədəd hər birinin dəyəri 120 manat olmaqla 2 ədəd akkumiyator alacağını demişdir. Səhərisi Elton 2 ədəd akkumilyator gətirmiş və o, Eltona 240 manat pul vermişdir. Bir müddətdən sonra polis əməkdaşları gəlmiş və onun Xəyaldan 240 manata aldığı akkumlyatorları oğurluq yolu ilə əldə olunmasım bildirmişdir. O da Kamaz markalı avtomaşınına qoyaraq işlətdiyi akkumilyatorları çıxardıb polis əməkdaşlarına tədqim etrmişdir. O, akkumilyatorların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Karnil oğlu ifadəsində göstərmişdir ki, Qaradağ Rayon polis idarəsinin 11-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 dekabr 2021-ci il tarixdə xidmətdə olan zaman əməliyyat malumatı almışdır ki, ünvan 4 ünvanında yaşayan Xəyal adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə məşğul olur, Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Əiət qəsəbəsi Dəmiryol Deposunun qarşısına getmişdir. Təxminən saat 21:00 radələrində həmin ərazidə müşahidələr nəticəsində məlum olmuşdur ki, Xəyal Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Dəmiryol Deposunun qarşısındadır. Onlar göstərilən ərazidə Xəyalın həqiqətən, də orada olduğunu gördükdən sonra Xəyala yaxınlaşıb özlərini təqdim edib onları polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş bükümü çıxararaq narkotik vasitə kakos(heroin) olmasını, narkotik vasitəni Bakı şahəri Qaradağ rayonu Ələt qəsəbəsi Dəmiryolu Deposunun qarşısında tanışı isfəndiyar adlı şəxsdən biri 10 manat olmaqla ümumilikdə 20 manata iki bükümdə şəxsi istifadəsi məqsədi ilə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin maddə götürülərək qablaşdırılmışdır.O,əlavə olaraq bildirmişdir ki, polis bölməsində Təqsirləndirilən şəxs1 heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dlrdirimiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 21 dekabr 2021ci il tarixdə Qaradağ RPi-nin 11-ci PB-də xidmətdə olan zaman əməliyyat məlumatı aimışdır ki, ünvan 5 ünvanında yaşayan ispəndiyar adlı şəxs narkotik vasitələrin qanunsuz olaraq qəbulu ilə satışı ilə məşğul olur. Bununla əlaqədar olaraq tərəflərindən əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupu ilə birlikdə ispəndiyar adlı şəxsin yaşadığı ünvan 5 ünvanının qarşısına getmişdir. Həmin ərazidə aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, ispəndiyar adlı şəxs yaşadığı ünvan 5 ünvanın qarşısındandır. Onlar gösətirlən ərazidə ispəndiyarın həqiqətən də orada olduğunu gördükdər sonra İpəndiyara yaxınlaşıb ölərini təqdim edib onları polis bölməsinə dəvət etmişlər .Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs2 Qəndaiı oğlu olduğu müəyyən edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiiiş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur və həmin bükümün içərisində narkotik vasitə kakos olduğunu, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir.Bundan başqa o, 20.12 2021-ci il tarixdə saat 21:10 radələrində Ələt qəsəbəsində Dəmiryol Deposunun qarşısında Xəyal adlı şəxslə görüşərək 2 büküm narkotik vasitə olan heroıni 20 manata pul müqabilində satdığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə qablaşdırılmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5566 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №223” möhür əksi, ‘‘Təqsirləndirilən şəxs1 təqdim etdiyi..,“ və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,272 qram. 0,335 qram, ümumi təmiz çəkisi 0,607 qram maddə kütlələri kustar üsuila hazırlanmış narkotik vasitə heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz arəlannda eynilik təşkil edirlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5568 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №223" dairəcvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə 2 ədəd bükümdə ayrı-ayrılqıda təmiz çəkisi 0,044 qram, 0,211 qram ümumi təmiz çəkisi 0,255 qram oian qəhvəyi rəngli maddə xaricə əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci i! tarixli, 6/5S49 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65” dairəvi möhür əksiəri olan “6/5568...22 dekabr 2021-ci il,..." sözləri soyad və İmzalar qeyd edilmiş kağız paketdə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №60№" dairəvi möhür əksləri olan “6/5566..21 dekabr 2021-ci il..“ sözləri soyadlar və imzalar qeyd edilmiş kağız paketdə oian; İki ədəd bükümdə ümumi təmiz çəkisi 0,195 qram oian heroin İlə iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,527 qram oian heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/288 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd qara rəngli inci Akü markalı, 190 Ah göstəriciləri olan akkumilyatorın istifadədə olması nəzərə alınmaqla həzırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,00 (3x150) manat müəyyən olunur, İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci i! tarixil 420 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 430 nömrəli ekspert rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid8, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili X1, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, İsmayılzadə Əbülfət oğlunun və müdafiəçi X2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif edilir.Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra o,bükülülərin icərisindəkinin kakos (heroin) olduğunu bildirir və əvvəllər də tanıdığı İsi ləqəbli İspəndiyar adlı şəxsdən 20 dekabr 2021-ci il tarixdə 20 manata aldığını bildirir. Daha sonra onun üzərinə baxış keçirirlir və üzərindən heç bir şey aşkar edilmir. Daha sonra o, müdafiəçisinin suallarına cavab olaraq ona təzyiq göstərilmədiyini və narkotik vasitənin ona məxsus olduğunu bildirir.Həmin bükülülərə baxış zamanı içərilərindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Bundan sonra həmin maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür, bununla bağlı protokol tərtib olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərində Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid11, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid10 və müdafiəçi X6 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu masanın üzərinə qoyulması təklif edilir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü çıxararaq masanın üzərinə qoyur. Daha sonra o,bükülülərin icərisindəkinin narkotik vasitə kakos (heroin) olduğunu bildirir və tanımadığı şəxsdən 20 dekabr 2021-ci il tarixdə 30 manata aldığını və həmin narkotik vasitədən iki bükümünü 20 manata Xəyala satdığını bildirir. Daha sonra onun üzərinə baxış keçirirlir və üzərindən heç bir şey aşkar edilmir. Həmin bükülülərə baxış zamanı içərilərindən qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilir. Bundan sonra həmin maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülür, bununla bağlı protokol tərtib olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrində ibtidai istintaq zamanı işgəncələrə məruz qalmaları barədə məlumat vermişlər. Qeyd olunan halların araşdırılması məqsədilə xx.xx.2022-ci l tarixdə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğuna məlumat verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən işgəncəyə məruz qalmaları faktı təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməyi barədə ifadə versə də, həmin fakt məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, iş materillarına əlavə edilmiş videogörüntü, eləcə də işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə tədsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 məhkəmə araşdırması zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməyi barədə ifadə versə də, həmin fakt məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, iş materillarına əlavə edilmiş videogörüntü, eləcə də işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə tədsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli tötətməsi törətdiyi əməlini qismən etiraf etməsi, əməlindən peşman olması, evli olaraq himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli 4047 (dörd min qırx yeddi) manat 59 (əlli doqquz) qəpik Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, mülki iddiaçı "xxxx" ASC tərəfindən verilmiş mülki iddiada MMC-yə dəymiş ziyanın 42574.99 manat olduğunu qeyd edilsə də iddia ərizəsinə bunu təsdiq edən hər hansı bir sübut əlavə edilməmiş və qeyd edilən maddi ziyan məbləği əsaslandırlmamışdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,527 qram və 0, 195 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 , 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə köçürülməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) saata görə 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 Alllahşükür oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək CMnin 177.2.3-2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadalıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 20 dekabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadalıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 , 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0,527 qram və 0,195 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və 4047 (dörd min qırx yeddi) manat 59 (əlli doqquz) qəpik Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı "xxxx" ASC-yə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) saata görə 420 (dört yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 Alllahşükür oğlunun vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar