Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-20/2021 26.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləmiş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci ildə saat 17:00-da Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən 40-cı kilometrliyində idarə etdiyi “Howo ZZ3317N3867W” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə sağ zolaqla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, diqqətini yoldan yayındırdığından avtomobil sağa istiqamətlənərək hərəkəti istiqamətində yolun sağ ehtiyat hissəsində olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW 323” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, zərbədən “BMW 323” minik markalı avtomobil yolun sağ kənarındakı dərəyə düşərək alışıb yanmış, nəticədə ehtiyatsızlıqdan “BMW 323” minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 İV boyun fəqərəsinin cisminin fəsadlaşmayan, kompression sınığı, sol qulaq seyvanının sıyrığı, sağ yanağın, sağ ağız bucağının qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran, sürücü Zərərçəkmiş şəxs1 sol bazu oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan bazunun dərialtı hematoması, sol saidin və sol baldırın sıyrıqları kimi səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəvsarətləri almalarına, habelə “BMW 323” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşərək və 1000 (min) manat pulun yanaraq sahibi Zərərçəkmiş şəxs1 13.000 (on üç min) manat, “Howo ZZ3317N3867W” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2521,64 (iki min beş yüz iyirmi bir manat altmış dörd qəpik) manat məbləğində maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 1 ildən artıq müddətdir ki, “xxxx” MMC-də sürücü işləmişdir. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi “xxxx” MMC-yə məxsus “Howo ZZ3317N3867W” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qızıldaş qəsəbəsinə gedərkən avtomobildə yük və sərnişin olmamışdır. Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən magistral yolun sağ birinci zolağı ilə üzü Bakı şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən fikirli olduğu üçün həmin gün saat 17:00 radələrində yolun sağ ehtiyat hissəsi ilə asta sürətlə hərəkət edən “BMW” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşmuşdur. Nəticədə onun avtomobili və qarşı tərəf avtomobil yoldan çıxaraq dərəyə düşmüşdür. O, avtomobildən düşüb “BMW” markalı avtomobilə yaxınlaşıb sürücünü və sərnişini çıxartmışdır. Daha sonra “BMW” markalı avtomobil yanmağa başlamışdır. Sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını hər ikisini xəstəxanaya aparmışdır. Hadisə zamanı özü xəsarət almış, lakin bununla bağlı xəstəxanaya müraciət etməmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəyərək, onlarla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Həmçinin “xxxx” MMC-yə vurduğu maddi ziyan şirkət tərəfindən qarşılanmışdır. Hazırda MMC-nin ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Son olaraq ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini və sonuncularla barışıq əldə etməsini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunması və barəsində verilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvəllki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Daşkəsən RPŞ-nin İstintaq Qrupunda müstəntiq vəzifəsində işləyir. “BMW 323” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində idarə etdiyi “BMW 323” minik markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən çıxıb Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxtı avtomobildə qohumu Zərərçəkmiş şəxs2 da olmuşdur. İdarə etdiyi avtomobillə Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən zaman Zərərçəkmiş şəxs2 özünü narahat hiss etdiyini bildirərək ondan avtomobili saxlamasını xahiş etmişdir. O, idarə etdiyi “BMW 323” markalı avtomobillə yolun orta zolağından sağ zolağına çıxmış və sonra avtomobili sağ ehtiyat hissəsinə çıxıb tam dayandırmışdır. Bu zaman arxadan təxminən 100 metr məsafədə hərəkətdə olan «Shacman» markalı **-JS- *** dövlət qeydiyyat nişanlı yük avtomobili onun avtomobilini vurmuşdur. Zərbədən avtomobili aşaraq dərəyə düşmüşdür. Ətrafda olan vətəndaşların köməyi ilə onlar avtomobildən çölə çıxarılmışlar. Bundan sonra avtomobili yanaraq tam yararsız vəziyyətə düşmüşdür. Avtomobilinin yanması nəticəsində salonunda olan ona məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilinin sənədləri və 1000 manat pulu yanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o və qohumu Rəsmiyyə bədən xəsarəti almışlar. Həmçinin yol qəzası zamanı ona 13.000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan tam olaraq ödəndiyindən, sonuncu ilə barışmışdığını və ona qarşı heç bir şikayət, tələbi və iddiasının olmadığıının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 87.6.11 və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydada həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, Gəncə şəhəri Aqrar Universitetində müəllimə işləyir. Zərərçəkmiş şəxs1 onun qohumudur. xx xxxx 2020-ci il tarixdə saat 14:30 radələrində Zərərçəkmiş şəxs1 idarə etdiyi “BMW 323” minik markalı, 10-VN- 704 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən çıxıb Bakı şəhərinə getmişlər. Onlar avtomobillə Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisindən keçən zaman özünü narahat hiss etdiyi üçün su içmək məqsədilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili yolun kənarında saxlamasını xahiş etmişdir. Elçin idarə etdiyi avtomobili sağ hərəkət zolağı ilə hərəkət etdirib sağ yolun ehtiyat hissəsinə çıxarmış və avtomobili saxlamışdır. Onlar avtomobildə olarkən arxadan gələn adını bilmədiyi sürücü idarə etdiyi “Shacman” markalı avtomobillə arxadan onların avtomobilini vurmuşdur. Zərbədən əyləşdiyi avtomobil dərəyə düşmüş və alışmağa başlamışdır. Kənardan gələn vətəndaşlar köməklik edib onu və Elçini avtomobildən çölə çıxarmışlar və təxminən 2 dəqiqədən sonra əyləşdiyi avtomobil yanmağa başlamışdır. Yol qəzası “Shacman” markalı avtomobilin sürücüsünün günahı nəticəsində baş vermişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «xxxx» MMC-nin nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə məxsus “Howo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi ziyan dəymişdir. Lakin dəymiş ziyanla bağlı Cəmiyyətin Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbin olmaması barədə cəmiyyətin direktoru tərəfindən verilmiş məktub məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokol, əlavə edilmiş sxem və foto cədvəldən görünür ki, BDYPİ-nin YPXA-nın 6-cı tağımın YPX inspektoru, polis serjantı X3 Təqsirləndirilən şəxs iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və bu zaman hadisənin Bakı-Qazax yolunun 10-cu km-də Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verdiyi, yolun hərəkət hissəsinin düz olmaqla, yol örtüyünün asfaltdan olması, örtüyün vəziyyətinin quru, yol örtüyünün işlək hissəsinin eninin 12 metr, ehtiyat hissəsinin 2 metr olmaqla yolun hərəkət zolaqlarının sayının üç, işlək hissədə ehtiyat hissə, soldan ehtiyat hissə, ehtiyat hissədən sonra sağdan çöllük, soldan əks yol olması müəyyən edilmişdir. Hadisə yerində hər iki avtomobil sağ tərəfə yoldan çıxaraq torpaqlıq sahədə “BMW” markalı avtomobil dam üstə aşmış “Hovo” yük markalı avtomobil isə çəpinə vəziyyətdə olmuşdur. Hadisə yerində hər iki avtomobilə məxsus şin və əyləc izləri yoxdur. (iş vər. 6-16) “xxxx” MMC tərəfindən verilmiş yük avtonəqliyyatı üçün yol vərəqəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdən “Howo ZZ3317N3867W” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobil Təqsirləndirilən şəxs təhvil verilmişdir. (iş vər. 18) Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “xxxx” MMC sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. (iş vər. 20) xx.xx.2020-ci il tarixli, 19 saylı əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən sürücü işinə qəbul edilmişdir. (iş vər. 21) xx xxxx 2020-ci il tarixli, 2/7867 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuşdur, (iş vər. 29) BDYPİ Şirvan RQİ TBŞ tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AB seriyalı 791439 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ vardır. Sürücülük hüququ xx.xx.2022-ci ilədək etibarlıdır. (iş vər. 29) xx xxxx 2020-ci il tarixli, 2/7831 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən gün ayıq vəziyyətdə olmuşdur. (iş vər. 32) “xxxx” İstehsalat Birliyi “xxxx” Gəncə Müəssisəsi tərəfindən verilmiş 44 K saylı, xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “BMW 323” minik markalı, 10-VN- 704 dövlət qeydiyyat nişanlı avtomobilə 12000 (on iki min) manat məbləğində maddi ziyan dəymişdir. (iş vər. 38) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-cu il tarixli cavabından, Şirvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, cəzası 01 il 02 aya endirilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vər. 40, 121-122) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-62326-1220 saylı məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat- İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə AB seriyalı 791439 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. (iş vər. 50) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 401 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədin məlumatlarına əsasən, Zərərçəkmiş şəxs1 sol bazu oynağında cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan bazunun dərialtı hematoması, sol saidin və sol baldırın sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (iş vər. 51-53); “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 402 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmətibbi ekspertizasına və tibbi sənədin məlumatlarına əsasən, Zərərçəkmiş şəxs2 İV boyun fəqərəsinin cisminin fəsadlaşmayan, kompression sınığı, sol qulaq seyvanının sıyrığı, sağ yanağın, sağ ağız bucağının qançıları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (iş vər. 54-56); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 8/996 nömrəli rəyindən görünür ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMW” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Howo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayıt etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. (iş vər. 57-60) Maddi sübut kimi tanınma haqqında 327 saylı, xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “BMW 323” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı və “Howo ZZ3317N3867W” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (iş vər. 61) “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, «Howo» markalı, **-JS-*** markalı avtomobilin əzilməsi nəticəsində ümumilikdə 2521,64 (iki min beş yüz iyirmi bir manat, altmış dörd qəpik) manat maddi ziyan dəymişdir. (iş vər.77-78) Cinayət işi üzrə əməlin tövsif olunması haqqında xx xxxx 2020-ci il tarixli, 343 saylı qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. (iş vər.88-89) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (iş vər. 109) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və işə nəticə verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, 348 saylı qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs2 ağır xəsarət alması faktı üzrə Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, habelə 1000 manat pulun yanması halı nəzərə alınmışdır. (iş vər. 123- 126) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş “xxxx” MMC-nin direktoru F.S.Zeynalov tərəfindən verilmiş 47 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” MMC-yə dəyən maddi ziyan MMC-nin daxili imkanları vasitəsilə qarşılanmışdır. Odur ki, MMC-nin Təqsirləndirilən şəxs heç bir maddi tələb və şikayəti yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işi materiallarında olan X4 tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi, özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar olmasa da, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslərlə barışması ilə əlaqədar barəsində başlanmış cinayət işi üzrə başlanmış icraata xitam verilməsinə razı olduğunu bildirdi. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməklə sonunculara dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin tətbiqinə əsas yaradır. Yəni başqa sözlə desək Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işi üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məlikəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş olmaqla, sonuncularla barışığın əldə edilməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “BMW 323” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı və “Howo ZZ3317N3867W” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. (CPM-132). Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir .(CPM-in 197-198) Məhkəmə, eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması məqsədi ilə qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və X8-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10.09. 2020-ci il tarixli № 1732 saylı order əsasında işə qoşularaq məhkəmədə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin qeyd hissəsinin 2-ci bəndi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “BMW 323” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı və “Howo ZZ3317N3867W” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 70 (yetmiş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş 30 (otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması məqsədi ilə qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və X8-nəqliyyat hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilsin. Qərardan elan edildiyi vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-20/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-20/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver