Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-20/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceygun Bəhruz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1967-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1954-cü il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, "xxxx" MMC-də əməyin mühafizəsi və elektrik təsərrüfatı üzrə direktor müavini vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Şıxlınski küçəsi, ev 10 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ortaixtisas təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham olunur ona görə ki, o, xx.xx.2021-ci il tarixli əmr və əmək müqaviləsi əsasında "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə müvafiq dövlət orqanları tərəfindən "xxxx" ASC-nin istifadəsinə və xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin idarəetməsinə (icarəsinə) verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, müəssisənin rəhbəri olaraq bilavasitə məsuliyyət daşıdığı halda, əmək vəzifələrini yerinə yetirməyib yerin təkindən istifadə ilə əlaqədar X13ni, istehsalın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq, müəssisədə işçilərlə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim, təlimatlandırma və peşə hazırlığının, faktiki olaraq işçilərin biliklərinin yoxlanılmasının keçirilməsini təmin və təşkil etməyərək, kombaynın istismarına dair X13nə cavabdeh olan məsul şəxs (şəxslər) təyin etsə də müəssisənin rəhbəri olaraq işçiləri müvafiq qaydada tərtib olunmuş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməyək, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrənməyərək, işə xüsusi ixtisas hazırlığı olmayan şəxsləri buraxaraq, işçiləri xüsusi geyim və qorunma vasitələri ilə təmin etməyərək, təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialları tətbiq etməyərək, işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasının təmin olunması üçün müşahidələr aparmayaraq və bunu mütəmadi təşkil etməyərək “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qayları”nın 84-cü bəndinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydalarınnın 3.33cü bəndinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 22-ci maddələrinin tələblərini pozmuş, nəticədə 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sərbəst işə buraxılmış X16 xx.xx.2021 -ci ildə saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş- 1” əhəngdaşı yatağında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, 4-cü sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikinə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dartılaraq aldığı sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasından İbarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirmədən baş vermiş travmatik və hemorragık şokdan hadisə yerində ölmüş, bununla da əməyin mühafizəsi qaydalarım pozaraq ehtiyatsızlıqdan X8 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham olunur ona görə ki, o, xx.xx.2021-ci il tarixli əmr və əmək müqaviləsi əsasında "xxxx" MMC-nin direktor müavini vəzifəsində işlədiyi dövrdə müvafiq dövlət orqanları tərəfindən "xxxx" ASC-nin istifadəsinə və xx.xx.2021-ci il tarixli müqavilə əsasında "xxxx" MMC-nin idarəetməsinə (icarəsinə) verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, müəssisənin istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini olaraq bilavasitə məsuliyyət daşıdığı halda, əmək vəzifələrini yerinə yetirməyib yerin təkindən istifadə ilə əlaqədar X13ni, istehsalın xarakterindən və təhlükə dərəcəsindən asılı olmayaraq, müəssisədə işçilərlə əməyin mühafizəsi və texniki təhlükəsizliyə dair təlim, təlİmatlandırma və peşə hazırlığının, faktiki olaraq işçilərin biliklərinin yoxlanılmasının keçirilməsini təmin və təşkil etməyərək, kombaynın istismarına dair X13nə cavabdeh olan şəxs olaraq işçiləri müvafiq qaydada tərtib olunmuş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməyək, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrənməyərək, işə xüsusi ixtisas hazırlığı olmayan şəxsləri buraxaraq, işçiləri xüsusi geyim və qorunma vasitələri ilə təmin etməyərək, təhlükəsizlik texnikası qaydalarının və sanitariya normalarının tələblərinə uyğun gələn maşın, avadanlıq və materialları tətbiq etməyərək, işlərin normal texnoloji rejiminin və təhlükəli halların proqnozlaşdırılmasınm təmin olunması üçün müşahidələr aparmayaraq və bunu mütəmadi təşkil etməyərək “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qayları’-nın 84-cü bəndinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 3.33-cü bəndinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 22-ci maddələrinin tələblərini pozmuş, nəticədə 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sərbəst işə buraxılmış X16 xx.xx.2021-ci ildə saat 17:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında, 4-cü sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikinə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dartılaraq aldığı sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasmdan ibarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirmədən baş vermiş travmatik və hemorragik şokdan hadisə yerində ölmüş, bununla da əməyin mühafizəsi qaydalarım pozaraq ehtiyatsızlıqdan X8 ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs3 müvafiq dövlət orqanları tərəfindən "xxxx" ASC-nin istifadəsinə verilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağının xx.xx.2021-ci il tarixli müqavilə əsasında idarəetməyə (icarəyə) götürmüş "xxxx" MMC direktorunun xx.xx.2021-ci il tarixli əmri və əmək müqaviləsi əsasında həmin tarixdən 4-cü sahənin rəisi vəzifəsində işlədiyi dövrdə əmək vəzifələrini yerinə yetirməyərək “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaylarım”nm 4-7 və 84-cü bəndlərinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”-nın 1.19 bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili Ümumi tələblər” 12.0.004-90 DÜST (dövlət standannm) 3.1, 4.4, 7.1, 7.2, 7,3 bəndlərinin tələblərini pozub yerin təkindən istifadə ilə əlaqədar X13ni təmin etməyərək X10 işə qəbulu barədə əmr verilmədən və onunla əmək müqaviləsi bağlanmadan, müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçmədən, işlərin təhlükəsiz üsul və metodlarla yerinə yetirilməsini öyrətmədən, komissiya tərəfindən bilikləri yoxlanılıb qiymətləndirilmədən, xüsusi geyim və qorunma vasitələri ilə təmin etmədən, sağlam və təhlükəsiz iş şərait yaratmadan və buna nəzarət etmədən, istismar edilən daşkəsən maşının (kombaynın) saz vəziyyətdə olmasım, yəni işarəverici, işıqlandırma və əyləc vasitələrlə, hərəkətdə olan hissələrini qoruyucu vasitələrlə təmin etmədən və yoxlamadan 08 və ya xx.xx.2021-ci il tarixindən etibarən daşkəsən maşının (kombaynın) maşinisti vəzifəsinə sahə rəisi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-1” əhəngdaşı yatağında 4-cü sahədə sərbəst işə buraxmış, nəticədə X16 xx.xx.2021-ci İl tarixdə, saat 17:30 radələrində həmin sahədə hərəkətdə olan daşkəsən maşının (kombaynın) mühərrikinə bağlanmış sürətlər qutusu ilə reduktor arasındakı vala ilişib sıxılıb-dartılaraq aldığı sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasından ibarət həyat üçün təhlükəli ağır zərər vurmaya aid xəsarətlərdən və kəskin daxili qanitirmədən baş vermiş travmatik və hemorragik şokdan hadisə yerində ölmüş, bununla da texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan X8 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, direktor vəzifəsinə təyin edilərkən ona vəzifə təlimatını təsisçi Şahid8 izah edib, vəzifə təlimatı ilə tanış olmuşdur və onu imzalamışdır. Vəzifə təlimatına əsasən direktoru olduğu ərazidə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına birinci şəxs olaraq direktor müavini Təqsirləndirilən şəxs2 cabaddehdir. Belə ki, müvafiq əmr əsasında Təqsirləndirilən şəxs2 həmin qaydalar üzrə müavin təyin edilmiş, buunla bağlı təlimatlandırılmışdır.Ümumi qaydalara əsasən gündəlik təlimatlandırma aparılması nəzərdə tutulmamışdır. Bununla belə bu qaydalara Təqsirləndirilən şəxs2 nəzarət edir. Bundan başqa "xxxx" MMC-də texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına o cavabdeh deyildir. Həmin qaydalara Allahverdi müəllim və sahə rəisləri cavabdeh olubdur. Bundan başqa o, bu sahəni yaxşı bildiyi üçün MMC-nin markşeyderi Xəlil müəllimə. köməkçi olaraq Allahverdi müəllimə kömək etməsini tapşırmışdır.Təqsirləndirilən şəxs3 MMC-də sahə rəis vəzifəsində çalışmışdır və işinə görə maaş almışdır. Onunla mişar daşı yatağında olan sahələrdən birində işlərin görülməsi ilə bağlı müqavilə bağlanmışdır.Müqaviləyə əsasən bütün məsuliyyət Təqsirləndirilən şəxs3 üzərində olmuşdur.12 noyabr 2021-ci il tarixdə gecə saatlarında ona mobil telefon vasitəsi ilə məlumat verilmişdir ki, sahələrdən birində, yəni Təqsirləndirilən şəxs3 sahəsində fəhlələrdən biri daşkəsən kombaynın arasında qalaraq vəfat etmişdir.Sonradan müəyyən olunmuşdur ki, vəfat edən şəxs ümumiyyətlə MMC-nin işçisi olmamış və ona deyilmədən Təqsirləndirilən şəxs3 tərəfindən özbaşına, iş vaxtı qurtardıqdan sonra işə cəlb edilmişdir.Hadisənin baş verdiyi mişar daşı kombaynını da iş sahəsinə oranın sahə rəisi Təqsirləndirilən şəxs3 gətiribdir, kombayn onun özünə məxsusdur. Sahə rəisləri onlara təhkim edilmiş ərazidə texniki təhlükəsizliyə tam cavabdeh şəxslərdir, texniki baxışları da özləri etməli idilər, təhlükəsizliyə cavab verməyən avadanlıqları onlar İstismar etməli deyildilər.Hadisənin baş verdiyi kombaynın işlək hissələrinin üzərində qoruyucun örtüyün olmasını da sahə rəisi təmin etməli idi.Bundan başqa mən texniki təhlükəsizlik üzrə müavin Təqsirləndirilən şəxs2 tapşırıq verilmişdir ki, ərazidə yoxlamalar aparsın və avadanlıqlarda aşkar edilmiş nöqsanlar barədə, nöqsanlar və məsuliyyətləri barədə sahə rəislərinə bildirsin. Baxmayaraq ki, məsul şəxs sahə rəisidir,Təqsirləndirilən şəxs2 hadisə baş verən sahədə, yəni Təqsirləndirilən şəxs3 təhkim edilmiş ərazidə baxış keçirib, bu barədə akt da tərtib etmişdir.Baş vermiş cinayət hadisəsi ilə bağlı onun heç bir əlaqəsi yoxdur.Belə ki, Təqsirləndirilən şəxs3 ona heç bir məlumat vermədən özbaşına olaraq mərhum şəxsi sahədə işlərə cəlb etmişdir.Qeyd edilənlərə əsasən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayımn sonlarında "xxxx" MMC-yə texniki təhlükəsizlik və enerji təsərrüfatı üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.Vəzifə təlimatını ona Təqsirləndirilən şəxs1 təqdim etmişdir.Həmin təlimata əsasən o təhlükəsizlik və enerji təsərrüfatı üzrə direktor müavini kimi MMC-nin istifadəsində olan ərazidə həmin qaydalara cavabdeh şəxs olmuşdur. Bütün bu qaydalarla tanış olduqdan sonra o, işə başlamışdır.MMC-nin fəaliyyəti icarəyə götürdüyü ərazidə əhəng-daş yataqlarının istismarı, mişar daşlarının kəsilməsindən ibarətdir. MMC-nin sahəsi çoxdur, amma hazırda 10 sahədə iş gedir, hər sahənin sahə rəisi, işçiləri vardır.Təqsirləndirilən şəxs3 MMC-də sahə rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmişdir ki, MMC-nin ərazisində, Təqsirləndirilən şəxs3 sahə rəisi olduğu sahədə ölüm hadisəsi baş vermişdir. Növbəti gün işə gedəndə Təqsirləndirilən şəxs1 və digər işçilərlə birlikdə hadisə yerinə getmişlər.Hadisə yerində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 sahəsində işləyən işçilərdən birinin əli sahədə istifadə edilən kombaynın işlək hissələrinə ilişib, işlək hissələr onu dartaraq mühərrikin içinə salmış və nəticədə işçi xəsarət alaraq hadisə yerində ölmüşdür. Sonradan onlara məlum olmuşdur ki, vəfat edən şəxs ümumiyyətlə MMC-nin işçisi olmamışdır.Sahə rəisi özbaşına MMC-nin direktoruna xəbər vermədən onu işə götürmüş və onun nəzarətsizliyi ucbatından məlum hadisə baş vermişdir.Özünü təqsirli bilmir. Çünki Təqsirləndirilən şəxs3 X10 işə qəbul etməsi, onu işə buraxması barədə bilməmişdir. Ona və MMC-nin direktoruna bu barədə heç bir şey deyilməyibdir. Qeyd edilənlərə əsasən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, 2017-ci ildə təqaüdə çıxmışdır.2021-ci ilin iyun ayında daş karxanası işlətmək qərarına gəlmişdir. Ona görə də tanışlarından bu iş və onu qura biləcəyi yer barədə maraqlanmış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-nin öz ərazilərini icarəyə verdiyini öyrənmiş və tanışları vasitəsi ilə ASC-nin direktoru Əkrəmlə görüşmüşdür. Razılaşmaya əsasən ona, ASC-dən təxminən 1 hektar yer icarəyə verilmiş və ora öz avadanlıqlarını, yəni daş kəsən mişar - kombayn, xətt aparatı, transformator gətirmiş, orada ofis tipli tikililər tikmiş, mövcud olanları təmir etdirmiş, zəruri işçiləri tapıb, onları işə cəlb edərək qısa müddətdən sonra işə başlamışdır. Həmin dövrdə cəmi iki nəfər, bir nəfər kombaynçı və bir nəfər xətt aparatını işlədən işçisi (palasovşik) olmuşdur.2021-ci ilin avqust ayında ASC-nin ofisindən ona bildirilmişdir ki, icarə müqavilələri dəyişilir, ora getmək lazımdır. Qısa zaman sonra iclas olmuş, iclasda çıxış edən Habil adlı şəxs özünü təqdim etdikdən sonra bundan sonra yeni qaydalar əsasında işləməli olacaqlarını bildirmişdir. Belə ki, onlar şirkətdə sahə rəisi kimi rəsmiləşdiriləcək, bundan sonra eyni sahələrdə işlərini davam etdirəcəklər. Bundan sonra onunla əmək müqaviləsi bağlanmışdır.2021-ci ilin sentyabr ayında onun iki nəfər kombayçı işçisi olmuşdur. Cəlb olunan fəhlələr günəmuzd işləmiş və onlar daşların yük avtomobillərinə yüklənməsi zamanı çağırılmışdır.2021-ci ilin noyabr ayının ilk günlərində kombaynçılardan biri işdən çıxmış, ona görə işçi axtarmağa başlamışdır. Təxmini 08 və ya 09 noyabr 2021-ci il tarixdə işçisi Şahid2 bildirmişdir ki, “iki nəfər şəxs bizim işlədiyimiz əraziyə gəlib, onlar iki qardaşdır, onlar daha əvvəl başqa daş karxanalarında kombaynçı işləyiblər, iş axtarırlar, həmin şəxsləri işə götürə bilərik?”. O, Rəşada bildirmişdir ki, həmin şəxslər bir gün işləsinlər, o, həmin şəxslərin işinə baxsın, əgər işi bacarırlarsa onları işə götürər. Bir gün sonra Rəşad bildirmişdir ki, onlar işi bacarır. Növbəti gün həmin şəxslərdən şəxsi məlumatlarını öyrənmişdir. Yeni işçilər Qafur Hacıyev və Əbülfəz Hacıyev olmuşdur. Növbəti gün X19, sağlamlığında yaranan problemlə bağlı işdən çıxmış, amma X16 işini davam etdirmişdir. O, X10 işə buraxmağı barədə şirkətin direktoru Təqsirləndirilən şəxs1 məlumat verməmişdir Çünki onun iş qabiliyyətinə bələd olmamışdır.İş qabiliyyətini öyrəndikdən sonra onun işə götürülməsi ilə bağlı şirkət direktoruna məlumat verəcəkdi.xx.xx.2021-ci il tarixdə, saat təxminən 18.00 radələrində Şahid2 ona zəng vuraraq qardaşı Buludun mişar daşı almaq üçün əraziyə getdiyini, həmin vaxt X10 görmədiyini, sonradan kombaynın yanına gedib çatan zaman onun işlək vəziyyətdə olan kombaynın mühərrik hisəsinin işlək hissələrinin arasında sıxılıb qaldığını və öldüyünü bildirmişdir.Bundan sonra o, təcili olaraq hadisə yerinə gəlmişdir.Hadisənin günahkarı özüdür.Təqsirini boynuna alır. X10 işə götürməyi lə bağlı MMC-ci rəhbərliyini heç məlumat verməmişdir.Həmin ərazidə işləyən texnikalar da özünə məxsusdur və texinakaların sazlığına cavabdeh şəxs özü olmuşdur.Tərədiyi cinayət əməlindən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəyərək onunla barışıq əldə etmişdir.Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, X16 Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında fəhlə, usta və ya kombanyor işləyirmiş. o, daimi olaraq bir karxanada işləmirmiş.Ailələsini maddi olaraq X16 təmin edirdi. xx.xx.2021-ci il tarixdə saat 20.00 radələrində zərərəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs qohumları məlumat verib bildirmişlər ki, X16 işlədiyi daş karxanasında kombaynın işlək hissələrinin arasında düşərək aldığı xəsarətlərdən orada ölümüşdür. X16 ailədə işləyən tək şəxs idi, ailəni maddi olaraq yalnız o təmin edirdi, onun ölümü nəticəsində ailəyə maddi və mənəvi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tərəfindən ailəyə köməklik göstərilmiş, ziyan ödənilmiş, digər təqsirəndirilən şəxslər tərəfindən isə heç bir yardım edilməmiş, ziyan ödənilməmişdir.Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu və onlara aid hissədə mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ərizə təqdim edərək Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayət tələbinin olmadığını bildirmiş və digər təqsiləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu və onlara aid hissədə mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qaradağ- SC” MMC-yə mən markşeyder vəzifəsinə işləyir. MMC-nin sahəsi çoxdur, amma hazırda 8 sahədə iş gedir, hər sahənin sahə rəisi, işçiləri vardır.Təqsirləndirilən şəxs3 tanıyır, o, MMC-də sahə rəisidir.xx.xx.2021-ci İl tarixdə, gecə saatlarında Təqsirləndirilən şəxs1 ona zəng vuraraq bildirmişdir ki, MMC-nin ərazisində, Təqsirləndirilən şəxs3 sahə rəisi olduğu sahədə ölüm hadisəsi baş vermişdir. Növbəti gün o, işə gedəndə Təqsirləndirilən şəxs1 və digər işçilərlə birlikdə hadisə yerinə getmiş, hadisə yerində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs3 sahəsində işləyən işçilərdən biri kombaynın işlək hissələrinə ilişib, həmin işlək hissələr onu dartaraq mühərrikin işlək hissələrinin arasına salıb, nəticədə içi xəsarət alaraq hadisə yerində ölmüşdür. Hadisənin dəqiq olaraq necə baş verdiyini bilmir. Hadisə barədə başqa məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsindən tanıdığı Təqsirləndirilən şəxs3 ona bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-nin ərazisində icarəyə daş karxanası götürüb, oranı işlədəcəkdir və onun yanında işləməsini istəyir. O, uzun illər yük avtomobili sürücüsü, daş karxanalarında maşınist-kombanyor işlərində işləmişdir. O, Təqsirləndirilən şəxs3lə onun yanında maşinistkombanyor kimi işləməyə razılaşmışdır. Bir neçə gün sonra ASC-nin Əkrəm adlı əməkdaşı onu çağırmış və ondan kitabçasını almış, orada əmək müqaviləsinə və hansısa başqa sənədə imza çəkmiş, bundan sonra işinə davam etmişdir. Təqsirləndirilən şəxs3 daş karxanasında sahə rəisi işləyir.2021-ci ilin noyabr ayının əvvələrində Təqsirləndirilən şəxs3 ona zəng vurub demişdir ki, “ona iki nəfər zəng vurub, həmin şəxslər iş axtarır, onları işi götürmək istəyir, həmin şəxsləri mənim yanıma göndərir, həmin şəxslər sınaq müddəti ilə işləyəcəklər”. Bir az sonra həmin şəxslər onun yanına gəmişlər.Onlarla söhbət zamanı məlum olmuşdur ki, həmin şəxlər Astara rayonundandır, uzun illər daş karxanasında maşinist- kombanyor işləyiblər, sonuncu işlədikləri yerdən pullarını ala bilmədiklərindən çıxıblar, onlar işləyəcəkləri müddətdə daş karxanasının ərazisində olan vaqon-otaqda qalacaqlar. O, onları ərazi ilə tanış etdikdən sonra onlar işə başlamışlar. İşə başladıqdan bir gün sonra Qafur Hacıyevin sağlamlığında problem yaranmağa başlamış və o işdən çıxmış, lakin Əbülfəz Hacıyev işinə davam etdirmişdir.xx.xx.2021-ci il tarixdə, saat 14.00 radələrində o, işini bitirib evə gəlmiş, ondan sonra isə onun idarə etdiyi kombaynı X24 etmişdir.Qardaşı Bulud yük avtomobili sürücüsüdür, və o mişar daşının daşınmasını həyata keçirir. Qardaşı onun iş sahəsini bildiyindən daşı adətən onun işlədiyi daş karxanasından alır.xx.xx.2021-ci il tarixində, səhər saatlarında Bulud ona zəng vurub daş lazım olduğunu demiş o isə cavabımda daş kəsildiyini, axşama ona lazım olan qədər daş olacağını bildirmişdir. Saat 14 radələrində o, işdən getdikdən sonra qardaşı Bulud əraziyə gəlmiş, saat 18.00 radələrində Şahid3 ona zəng vurub bildirmişdir ki, Əbülfəz Hacıyev kombaynın mühərrikinin hərəkətli hissələrinin arasında qalıb və ölübdür.O, təcili ora getmişdir. Oraya çatanda görmüşdür ki, həqiqətən də Əbülfəz Hacıyev kombaynın mühərrik hissəsinin arasında sıxışıb qalıbdır, onun üst geyimi isə mühərrikin sepinə dolanıbdır. Bundan sonra o, dərhal hadisə barədə Təqsirləndirilən şəxs3 zəng vurub məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, uzun illərdir yük avtomobili sürücüsü işləyir. Qardaşı Rəşad da daha əvvəllər yük avtomobili sürücüsü işləyib, amma artıq bir neçə ildir ki, daş karxanasında mişar daşı kəsən maşın kombayn idarə edir. O, adətən daşı ondan alır, qardaşı olduğu üçün xeyri onlara verməyə çalışır.xx.xx.2021 -ci il tarixdə o, Rəşadla əlaqə saxlamış, ona daş lazım olduğunu demişdir. Rəşad bildirmişdir ki, onlar daş kəsirlər, axşama qədər daşı hazır edərlər. Odur ki, saat 14 radələrində o, daş karxanasına getmiş, ora çatanda Rəşadın getdiyini görmüş və növbəni başqa şəxsə verdiyini bilmişdir.Həmin şəxsin adını bilməmiş amma onu həmin gündən iki və ya üç gün əvvəl görmüşdür. Belə ki, iki və ya üç gün əvvəl oraya daş yükləmək üçün gedəndə həmin şəxsin qardaşının özünü yaxşı hiss etmədiyini görmüş,o bu barədə qardaşına demiş, Rəşad isə karxanaya gəlib onu rayonlarına yola salmışdır. O, növbəni təhvil alan maşinist- kombanyora yaxınlaşıb ondan daşı nə vaxta hazır edəcəyini soruşmuş, o isə cavabında hələ işlədiyini, daşı hazır etmək üçün çalışdığını demişdir. Həmin vaxt orada həmin şəxsdən və ondan başqa heç kim olmamışdır. Bir neçə saat sonra o, başa düşmüşdür ki, o, lazım olan qədər daş kəsə bilməyəcək. Odur ki, o, Zeynal müəllimə zəng vurmuş, ona daşın sabah hazır olacağını, yük avtomobilini ərazidə saxlayacağını, evə gedəcəyimi demiş və ondan onu oradan götürməsini xahiş etmişdir. Zeynal müəllim bir azdan onu götürmk üçün gələcəyini demişdiri. Hava soyuq olduğundan bundan sonra o, avtomobilin salonunda oturub gözləməyə başlamışdır. Bir az sonra, təxminən saat 18.00 radələrində kəsimin necə getdiyini öyrənmək üçün avtomobildən düşmüş, maşinisti-kombanyoru axtarmağa başlamış, amma onu ərazidə görməmişdir.Həmin vaxt kombayn işlək vəziyyətdə olmuş, relsin üzərində hərəkət etmişdir. O, kombayna yaxınlaşmış, onun əks tərəfindən keçən zaman birdən kombaynın mühərrikinin işlək hissəslərinin arasında nəyinsə ilişib qaldığını hiss etmiş, yaxına gedəndə maşinist- kombanyorun həmin hissələrin üzərində, kombaynın korpusunun arasında sıxılıb qaldığını görmüş, dərhal qaçaraq kombaynı elektrik cərəyanından ayırmışdır. O, dərhal dərhal qardaşı Rəşada zəng vurub hadisə barədə ona demiş və gəlməsini istəmişdir.Təxminən 20-25 dəqiqə sonra Rəşad hadisə yerinə çatmışdır.Rəşad dərhal bu barədə müdiri Təqsirləndirilən şəxs3 zəng vuraraq demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, uzun illərdir ki, "xxxx" müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2021-ci il tarixdə isə ASC-nin direktoru vəzifəsinə keçirilmişdir.Qaradağ-SC” MMC-nin direktoru Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs3 də uzun illərdir tanıyır.O, polis əməkdaşı olubdur, aralarındaa tanışlıq olubdur. 2021-ci ilin yay aylarında, tarixi dəqiq xatırlamadığı vaxtda, Təqsirləndirilən şəxs3 ASC-nin inzibati binasına gəlmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs3 ASC-nin ərazisində icarəyə yer götürərək orada daş karxanası işlətmək istəyir. Bir müddət sonra Təqsirləndirilən şəxs3 ərazidə İşə başlamışdır.xx.xx.2021-ci il tarixdə, gecə saatlarında Şahid1 ona zəng vuraraq bildirmişdir ki, ərazidə hadisə olubdur. Növbəti gün o, işə çıxmış və Xəlillə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə baxdıqdan sonra geri gəlmişlər.Həmin günü eşidib öyrənmişlər ki, hadisə baş vermiş sahədə maşinist-kombanyor işləyən bir nəfər işçi kombaynı işlətdiyi zaman onun paltarı kombaynın işlək hissələrinə ilişmiş, işlək hissələr onu dartaraq kombaynın əsas hissəsinin arasına salıb, onu sıxışdırıb və nəticədə işçi aldığı xəsartlərdən ölmüşdür.”Sonradan məlum olmuşdu ki, həmin şəxs ümumiyyətlə MMC-nin işçisi deyil və Təqsirləndirilən şəxs3 tərəfindən rəhbərliyə məlumat vermədən işə cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir.Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin direktorudur.Hadisəni şəxsən görməmişdir.Sədəcə işə gəldikdə eşitmişdir ki, sahə rəisi Təqsirləndirilən şəxs3 sahəsində bir nəfər fəhlə daş kəsən mişarın arasında qalaraq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir.Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin direktorudur.Hadisəni şəxsən görməmişdir.Sədəcə işə gəldikdə eşitmişdir ki, sahə rəisi Təqsirləndirilən şəxs3 sahəsində bir nəfər fəhlə daş kəsən mişarın arasında qalaraq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir.Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin direktorudur.Hadisəni şəxsən görməmişdir.Sədəcə işə gəldikdə eşitmişdir ki, sahə rəisi Təqsirləndirilən şəxs3 sahəsində bir nəfər fəhlə daş kəsən mişarın arasında qalaraq vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, "xxxx" MMCnin təsisçisidir və xəzinədar vəzifəsində işləyir. O, "xxxx" MMC-nin təsisçisi olduqdan sonra məclislərin birində tanış olduğu Təqsirləndirilən şəxs1 MMC-də direktor vəzifəsini təklif etmiş və o, təklifi qəbul etdikdən sonra onu direktor vəzifəsinə təyin etmişdir.Təqsirləndirilən şəxs3 tanıyır.O, MMC-də sahə rəisi vəzifəsində işləyir.Hadisə baş verən vaxta işdə olmamış və hadisəni şəxsən görməmişdir.Hadisə baş verəndən sonra eşitmişdir ki, sahə rəisi Təqsirləndirilən şəxs3 sahəsində bir nəfər şəxs daş kəsən mişarın arasında qalaraq vəfat etmişdir.Sonradan ona məlum olmuşdur ki, sahə rəisi Təqsirləndirilən şəxs3 həmin fəhləni rəhbərliyə demədən özbaşına işə cəlb etmiş və məlum hadisə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X8 maşinist-kombançı işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Qızıldaş-İ” əhəng-daş yatağında iş zamanı xəsarət alaraq ölməsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən məlumat daxil olmuş və toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəng-daş yataqları ərazisidir, ərazinin yaxınlığında hər hansı ünvanlı obyekt yoxdur. Baxışda iştirak edən maşinist-kombaynçı Şahid2 bildirmişdir ki, hadisə baş verən yerin sahə rəisi Təqsirləndirilən şəxs3dur, ərazidə iki ədəd daşkəsən kombayn vardır, onlardan biri işləmir, hadisə işlək olan kombaynda baş vermişdir. Sahənin sərhədi boyu daş qırıntıları-tullantıları yığılmışdır, ərazinin ölçüləri 140x60 metr olmaqla qərbdən şərqə doğrudur, sahəyə qərb tərəfdən iki yerdən giriş var, daşkəsən kombayn bir-birinə paralel bir cüt relslərin üstündədir, işlək deyil, ətrafı üzərində olan elektrik lamparı ilə işıqlandırılır. Kombaynın şərq tərəfinə keçdikdə onun qarşısında yerdə xx.xx.1973-cü ildə doğulmuş X8 meyiti, yanında yun material, paltar qalıqları vardır. Meyitin üzü əynindəki paltarın cırılmış hissələrinin onun başına dolanması nəticəsində örtülmüşdür. Şahid2 sözlərinə görə, meyiti kombaynın mühərrikinin işlək hissələrinin üstündən, kombaynın korpusunun hissələrinin arasından dartaraq çıxarıb mühərrikin qarşısında hazırda olduğu yerdə uzatmışdır.Meyitin əynində boz rəngli gödəkçə, göy rəngli köynək, boz rəngli kəməri olan boz rəngli şalvar, boz rəngli köynək, qara rəngli idman şalvarı vardır.Meyit əllə yoxladıqda kəllə tağı sümükləri tamdırlar, sağdan qabırğalarda sümük krepitasiyası hiss olunur, fəqərə sümükləri tamdır, sağ yuxarı ətraf bazu oynağında yoxdur, həmin nahiyədə yumşaq toxumalar qeyri-müəyyən formalıdır, didilmiş-cırılmış vəziyyətdədir, sol yuxarı ətrafları düzgün inkişaf etmişdir, sol əl barmaqları daraq sümükləri daxil olmaqla güdül şəklindədir (yoxdur). Güdüldə olan çapıq ağ rəngdədir, yumşaq konsistensiyalıdır, az hərəkətlidir (köhnə çapıqdır). Hər iki aşağı ətrafı düzgün inkişaf etmişdir, əllə yoxladıqda tamdırlar. Meyitdə başın sağ gicgah nahiyəsindən başlayaraq ənsə nahiyəsinə qədər uzanan 13x0,5 sm ölçüdə, aypara formalı, kənarları nahamar, üzəri qurumuş qanla hopmuş yara, sağ kürək nahiyəsində 9x7 sm, bel nahiyəsinin sol yarısında 12x6 sm ölçülərdə, qeyri-müəyyən formalarda, ətrafı sağlam dəri səviyyəsindən aşağıda yerləşmiş, qırmızı rəngli sıyrıq xəsarətləri vardır.Kombayn “SM-89” modellidir, hərəkət etdiyi relslər arasındakı məsafə 4,25, kombaynın korpusunun ölçüləri 4,85x3,85 metrdir. Kombaynın üzərində olan kəsici mişarın qoşulduğu, kombaynın korpusunun üzərindəki hərəkət edə bilən hissənin ölçüləri isə 2x3,05 metrdir. Kombaynın altında, ön yaxın hissədə, yerə paralel vəziyyətdə yerləşən üç ədəd kəsici mişarlar arasındakı məsafə 20 sm-dir, diametri 40 sm-dir. Ondan arxada isə yerə perpendikulyar olan, diametri 60 sm olan bir ədəd kəsici mişar vardır. Giriş tərəfdən baxdıqda sağdakı rels soldakından 40 sm hündürdədir. İşləmə mexanizminə görə kombaynın altında-öndə olan 3 ədəd mişar daş qatını yan tərəfdən 3 yerdən bərabər ölçülərdə kəsir, arxadakı mişar isə onu üstündən kəsir və nəticədə eyni ölçülü mişar daşları alınır. Kombaynın elektrik qutusu və mühərriki işə salan düymələr kombaynın arxa tərəfindən baxdıqda öndə-sağdadır. Kombaynın mühərriki ön tərəfdədir, mühərrikin və onun işlək hissələrinin üzərində qoruyucu hissəörtük-qapaq yoxdur, işlək hissələr aydın görünür. X8 meyitinin çıxarıldığı yerdə kombaynın korpusunun və digər hissələrinin üzərində, eləcə də yerdə - daş örtük üzərində qanabənzər ləkələr vardır, ləkələr sonuncu nöqtədən, düz xət boyunca kombaynın hərəkət etdiyi istiqamətdə damcı formasında 84 metr məsafədə davam edir, başlanğıc nöqtədə gölməcə formasındadır. Qanabənzər ləkələrin bağladığı yerə qədər kəsilmiş mişar daşları kənara atılmışdır, lakin qana bənzər ləkələrin başladığı hissədə ona paralel kəsilmiş daş yerindədir və üstündə əl izi qalmışdır. Eləcə də qana bənzər izlərə qədər yerdə olan ayaq izlərindən başa düşmək olur ki, mişar daşı kəsildikcə kəsilmiş daşların yanı boyunca hərəkətdə olan şəxs həmin ayaq izlərini qoyaraq kəsilmiş mişar daşlarını kəsim aparıldıqca kənara atmışdır. Qana bənzər izlər başladıqdan sonra isə heç bir oxşar izlərin olmaması və kəsilmiş sonuncu daşın yerində qalması, eləcə də ondan sonra heç bir daşın kənara atılmaması hadisədən sonra həmin işlərin yerinə yetirilmədiyini göstərir. Ətrafda hər hansı çəpərləmə, xəbərdaredici və mühafizəedici işarə müəyyən edilməmişdir.Bundan başqa kombaynın mühərrik hissəsinin üzərində qoruyucu hissə-örtük-qapaq yoxdur, işlək hissələr aydın görünür. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, "xxxx" ASC xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmışdır və ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsidir. "xxxx" ASC ilə Şahid4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, ASC-yə direktor vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “X25 X3” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli, 01108 nömrəli “Dağ-mədən ayırması” aktı ilə Qaradağ rayonu, “Qaradağ-1” əhəngdaşı yatağında mişar daşı istehsalı məqsədi ilə "xxxx" ASC-yə 43 hektar yer təki sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış 01108 nömrəli aktla "xxxx" ASC-yə 5 il müddətinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində markşeyder planı üzərində dağ-mədən ayırması sahəsinin proyeksiyasında yer səthinin planında 43 hektar yer istifadəyə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, İN/L-1147/2016 nömrəsi ilə qeydiyyata alınmış lisenziyadan görünür ki, "xxxx" ASCyə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X13 və X5 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası X2 təhlükəsizliyə dair ekspertiza rəyindən görünür ki, Qaradağ rayonu ərazisində yerləşən “Qaradağ İ” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" ASC-yə məxsus daş karxanasının 2021-ci il üçün “Dağ-mədən işlərinin inkişaf planı”nı texniki təhlükəsizlik üzrə qüvvədə olan normativ sənədlərin və qaydaların tələblərinə uyğun hesab edilmiş və xx.xx.2021-ci il tarixdə həmin rəy K10617 nömrəli qərarla təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında “Müəssisənin idarəetməyə (icarəyə) verilməsi barədə” müqaviləsindən görünür ki, müqavilənin premetinə görə "xxxx" ASC (idarəetməyə verən) "xxxx" MMC-yə (idarəçiyə) Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında yerləşən müəssisəni daş karxanası, istehsal vasitələri, avadanlıq və müəssisənin digər əsas komponentləri və MH seriyalı ******* nömrəli, xx.xx.2008-ci il tarixli reyesterdən çıxarış əsasında 1,6777 hektar torpaq sahəsini əmlakı ilə birlikdə kompleks şəkildə (elektrik təsərrüfatı istisna olmaqla) mişar daşı istehsalı məqsədi ilə icarəyə vermişdir.Həmin müqavilənin şərtlərinə görə əməyin mühafizəsi, təhlükəsizlik və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, o, xx.xx.2001-ci il tarixdə təsdiqlənmişdir. Nizamnamədə xx.xx.2021-ci il tarixdə edilmiş dəyişiklikdən görünür ki, MMC-nin adı təsisçi Şahid8 tərəfindən "xxxx" MMC-yə dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixli əmək müqavilələrindən və əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin direktoru, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs2 istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini və Təqsirləndirilən şəxs3 sahə rəisi vəzifələrinə təyin edilmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə xx.xx.2021-ci il tarixdə, əməyin mühafizəsi üzrə direktor müavini (təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin rəisi) Təqsirləndirilən şəxs2, sahə rəisi Təqsirləndirilən şəxs3 və maşinist Şahid2 ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqavilələri qeydiyyata alınmışdır. Əmək Müfəttişliyi Xidmətinə X16 ilə əmək müqaviləsi bağlanması barədə hər hansı məlumat təqdim edilməmişdir. “Texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalı”ndan görünür ki, Təqsirləndirilən şəxs3 və Şahid2 xx.xx.2021-ci il tarixdə 4-cü sahə üzrə müvafiq olaraq sahə rəisi və maşinist kimi təlimatlandırılmışdır. Kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin texniki ekspertizası üzrə xx.xx.2022ci il tarixli 4/539-5/443 №-li rəyindən görünür ki, akt-göstərişdəki əlyazıları Şahid1 tərəfindən, imzalar isə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən icra olunmuşdur. Bundan başqa rəy əsasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli “Akt- Göstəriş”də olan “09” rəqəmindəki “9” rəqəmi tədqiqat üçün yararsız olduğundan həmin rəqəmin kimin tərəfindən icra olunması haqqında rəy vermək mümkün deyil və qaralanmış həmin “09” rəqəmində düzəliş edilmişdir, rəqəmin cizgiləri infraqırmızı dalğa uzunluğunda eyni intensivliyə malik olduğu üçün ilkin rəqəmi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 98 №-li rəydən görünür ki, X8 bədənində sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılması, kəskin daxili qanitirmə, sağ yuxarı ətrafın travmatik amputasiyasından ibarət həyat üçün təhlükəli ağır zrər vurmaya aid xəsarətlər aşkar edilmişdir, qeyd edilən xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən yaranmışdır, ölümlə birbaşa səbəbli əlaqəlidir, xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X8 ölümünə səbəb sağ ağ ciyərin cırılması ilə müşayiət olunan sağ tərəfli İİ-İİİ-İV-V qabırğaların yerdəyişmiş sınıqları, sağ yuxarı ətrafın travmatik amputasiyası və kəskin daxili qanitirmə nəticəsində baş vermiş travmatik hemmorragik şok olmuşdur. X8 ölümü meyitin müayinəsindən 2-4 saat əvvəl, yəni xx.xx.2021 -ci il tarixdə, saat 17-19 radələrində baş vermişdir.X7 götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/58 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaşı yatağındakı "xxxx" ASC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin saz olması və düzgün istismar (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəkətdə olan valının üzəri qoruyucu örtüklə təmin) edilməsi təşkil olunmadığına, həmin maşın və mexanizmlərin istismar olunmasına cavabdeh olan şəxs təyin edilmədiyinə, daş karxanasına işləyən işçilərin peşə hazırlığı yoxlanılmadan, onlara xüsusi geyim və fərdi mühafizə vasitələri verilmədən, eləcə də zərərçəkmiş X16 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaylarını”nın 4, 5, 6, 7 və 84-cü bəndlərinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.19, 3.33-cü bəndlərinin, “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-90 DÜST (dövlət standarının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 22-ci maddələrinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir.Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəng daşı yatağındakı "xxxx" ASC-yə məxsus daş karanasında istifadə edilən maşın və mexanizmlərin saz olması və düzgün istismar edilməsini (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəkətdə olan valının üzərinin qoruyucu örtüklə örtülməsini) təmin etmədiyinə, daş karxanasında işləyən işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələri verilmədən onları, eləcə də X8 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxdığına görə “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaylarını”nın 4, 5, 6, 7 və 84-cü bəndlərinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 1.19-cu bəndinin və “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər” 12.0.004-90 DÜST (dövlət standarının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin tələbləri "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs3 Hacıağa oğlu tərəfindən pozulmuşdur.Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəng daşı yatağındakı "xxxx" ASC-yə məxsus daş karanasında istifadə edilən maşın və mexanizmlərin düzgün istismarına cavabdeh olan şəxs təyin edilməklə onlardan təhlükəsiz istifadə olunmasına nəzarətin aparılması təşkil edilmədiyinə, daş karxanasında işləyən işçilərin peşə hazırlığının yoxlanılması, onlara xüsusi geyim və fərdi mühafizə vasitələrin verilməsinə nəzarəti aparılmadığına görə “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaylarını”nın 84-cü bəndinin, “Tikinti təhlükəsizlik texnikası” İİİ-4-80 saylı “Tikinti norma və qaydaları”nın 3.33-cü bəndinin və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunununun 9, 22-ci maddələrinin tələbləri "xxxx" MMC-nin direktoru X17 və həmin MMC-nin istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Əlavə məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5076 nömrəli rəyindən görünür ki, görə hər hansı bir şəxsin vəzifəyə təyin edilməsi tələblərinin və bu tələblərinə cavab verilmədiyi halda həmin şəxslərin vəzifəyə təyin edilməsinə görə məsuliyyətin daşınıb-daşınmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından, məhkəmə təhlükəsizlik texnikası ekspertizasının həll etdiyi məsəllərinin dairəsindən (predmətindən) kənardır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 22 maddəsinə görə, yerinə təkindən istifadə ilə əlaqədar X13 üçün həmin işlərə ancaq xüsusi ixtisas hazırlığı keçmiş şəxslər buraxılmalıdır. Keçmiş SSRİ-nin 30 avqust 1968-ci ildə təsdiq olunmuş “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 9-ju bəndinin tələblərinə görə, dağ-mədən işlərinə texniki rəhbərlik edilməsinə yalnız tam ali və orta dağ-texniki ixtisası, yaxud dağ işlərinin görülməsi hüququ olan şəxslər təyin edilə bilər. Yataqlarda açıq üsulla faydalı qazıntıları istehsal edən müəssisənin rəhbər və mühəndis-texniki işçiləri 3 ildə bir dəfədən az olmayaraq təhlükəsizlik qaydalar və təlimatlar üzrə komissiyalarda biliklərin yoxlanlımasından keçməlidirlər. Həmin komissiyalar yuxardakı təşkilatlarda, yaxud nazirlik sistemində yaradılmalıdır.“Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4, 5, 6, 7 və 8-ci bəndlərinin tələblərinə görə, müəssisənin fəhlələri müvafiq proqramlar əsasında peşə hazırlığı və təlim keçməli, işlərin təhlükəsizlik üsul və metodlarla yerinə yetirilməsini öyrənməlidirlər. Təlim və hazırlıq keçdikdən sonra və eləcə də bundan sonra ildə bir dəfədən az olmayaraq, müəssisənin daxilində yaradılmış komissiya tərəfindən işçilərin bilikləri yoxlanılmalı və bu yoxlamanı müsbət keçmiş işçilər sərbəst işə buraxılmalıdırlar. Biliklərin yoxlanılması müvafiq qaydada tərtib olunmuş sənədlərdə (protokollarda və s.) qeydə alınmalıdır. Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə keçirilmiş təlimatlar xüsusi kitablarda (curnallarda, şəxsi kartoçkalarda və s.) qeydə alınmalıdır. Müəssisənin rəhbərliyi bütün işçiləri müvafiq qaydada tərtib və təsdiq olnmuş əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla təmin etməlidir. Əməyin mühafizəsi üzrə biliklərin yoxlanlıması komissiyalarının tərkibi və onun üzvlərinə olan tələblər X6 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 26 avqust 1999-ju il tarixli 19-3 №-li qərarla təsdiq edilmiş «Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimi və bilklərinin yoxlanılması haqqında Nümunəvi Əsasnamə»nin və həmin kollegiyanın 16 fevral 1999-ju il tarixli 6-2 №-li qərarla təsdiq olunmuş «Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr»də qeyd edilmişdir. Həmin tələblərin işin faktiki hallarına uyğun olubolmamasının müəyyən edilməsi hüquqi xarakter daşıdığından və ekspertin xüsusi biliyinin tələb edilmədiyindən, istintaqla aydınlaşdırıla bilər.Hazırki ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaş yatağındakı "xxxx" ASCyə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin saz olması və düzgün istismar (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəktədə olan valının üzəri qoruyuju örtüklə təmin) edilməsi təşkil olunmadığına, həmin maşın və mexanizmlərin istismarına javabdeh olan şəxs təyin edilmədiyinə, daş karxanasında işləyən işçilərin peşə hazırlığı yoxlanılmadan, onlara xüsusi geyim və fərdi mühafizə vasitələri verilmədən, eləcə də zərərçəkmiş X16 ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxıldığına görə, baş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4, 5, 6, 7, 84-cü bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19, 3.33 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-90 DÜST-nin (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir.Hazırki ekspertizaya təqdim edilmiş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, öz vəzifə borclarına əsasən: - Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaş yatağındakı "xxxx" ASC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin saz olması və düzgün istismar edilməsini (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəkətdə olan valının üzəri qoruyucu örtüklə örtülməsini) təmin etmədiyinə, daş karxanasında işləyən işçilərinə xüsusi geyim və fərdi mühafizə vasitələri verilmədən onları, eləcə də zərərçəkmiş X8 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilmədən işə sərbəst buraxdığına görə, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 4, 5, 6, 7, 84cü bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19 bəndinin və «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-90 DÜST-nin (dövlət standartının) 3.1, 4.4, 7.1, 7.2, 7.3 bəndlərinin tələbləri "xxxx" ASJ-nin sahə rəisi Təqsirləndirilən şəxs3 Hacıağa oğlu tərəfindən pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaş yatağındakı "xxxx" ASC-yə məxsus daş karxanasında istifadə edilən maşın və mexanizmlərin düzgün istismarına javabdeh olan şəxs təyin edilməklə onlardan təhlükəsiz istifadə olunmasına nəzarətin aparılması təşkil edilmədiyinə, daş karxanasında işləyən işçilərin peşə hazırlığının yoxlanılması, onlara xüsusi geyim və fərdi mühafizə vasitələrin verilməsinə nəzarəti aparılmadığına görə, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü bəndinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 3.33 bəndinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 və həmin MMC-nin istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur.Yataqlarının açıq üsulla istehsalında (daş karxanalarda) istifadə olunan maşın və mexanizmlərin (eləjə də daş kəsən maşınların) saz olmasına nəzarəti növbə ərzində maşinist, hər həftədə sahə mexaniki və hər ayda isə karxanın baş mexaniki (yaxud onun müavini) yaxud başqa təyin olunmuş şəxs tərəfindən keçirilməlidir. Bununla yanaşı, təşkilatın rəhbərliyi maşınlarla təhlükəsiz işlərin görülməsinə, həmin maşınların istismarına dair qayda və təlimatlar üzrə bilikləri yoxlanılmış mühəndis-texniki işçilərindən javabdeh olan məsul şəxs (-lər) təyin edilməlidir.Hadisə baş verdiyi daş karxanasında istifadə edilən maşın və mexanizmlərin düzgün istismarına cavabdeh olan şəxs təyin edilməklə onların təhlükəsiz istifadə olunmasına nəzarətin aparılması təşkil edilmədiyinə görə, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü bəndinin və «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 3.33 bəndinin və «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunun 9, 22 maddələrinin tələbləri "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 və həmin MMC-nin istehsal, elektrik təsərrüfatı, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə direktor müavini Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs3 Hacıağa oğlu, daş karxanasında istifadə olunan maşın və mexanizmlərin saz və təhlükəsiz istismarına javabdeh şəxs kimi təyin edilməməsinə baxmayaraq, öz vəzifə təlimatına əsasən, karxanada istifadə edilən maşın və mexanizmlərindən texniki normalara uyğunq olaraq təhlükəsiz istifadə edilməsini (konkret olaraq hadisə baş verdiyi daş kəsən maşının valın üzərində qoruyuju örtüyünün olmasını) təmin etməklə, işçilər (zərərçəkmiş şəxs X16) üçün təhlükəsiz iş şəraitini yartamadığına görə, onun tərəfindən “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü bəndinin tələbləri pozulmuşdur. Təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2525 nömrəli rəyindən görünür ki, aş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalarının 4, 5, 6, 7, 8 və 84-cü bəndlərinin və "Qaradağ-SC” MMC-nin direktoru ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 3.1 bəndinin (“c", "d", “e” və “ə" abzaslarının) tələbləri pozulmuşdur.Məhkəmə tərəfindən müəyyən edilmiş yeni halları (Təqsirləndirilən şəxs3 ifadəsini) nəzərə aldıqda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaşı yatağındakı daş karxanasında işləyən işçilərə, konkret olaraq X11 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırılmalar keçirilmədən, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin etmədən sərbəst işə buraxdığına, həmçinin karxanada İstifadə edilən maşın və mexanizmlərin saz vəziyyətdə olmasını və düzgün istismar edilməsini (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəkətdə olan valının üzərinin qoruyucu örtüklə örtülməsini) təmin etmədiyinə görə, əmək müqaviləsinin 3.1 bəndinin ("c", “d", “e" və “ə" abzaslarının) və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalan"mn 4, 5, 6, 7, 8 və 84-cü bəndlərinin tələbləri “Qaradağ-SC" MMC-də sahə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişlər. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi tam təsdiqini tapsa da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı verdiyi ittihamı yalnız məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyi və Təqsirləndirilən şəxs3 ilkin ifadəsi üzərində üzərində qurmuşdur. Halbuki, cinayət işi materiallarında olan "xxxx" MMC-nin dirktoru ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin tələblərinə görə Təqsirləndirilən şəxs3 sahə rəisi olaraq texniki təhlükəsizliyə, əməyin, elektrik təsərrüfatının təhlükəsizliyinə nəzarət etməli olmuş və buna görə məsuliyyət daşımış, yalnız əmək müqaviləsi bağlandıqdan sonra işçilərin işə cəlb edilməsinə nəzarət etməli olmuş, istehsalat sahəsində işləyən işçilərə ilkin və vaxtaşırı texniki təhlükəsizlik üzrə təlimatlar keçir və bu barədə qeydiyyat kitabında müvafiq qeydlər aparmalı olmuş və istehsalat sahəsində olan avadanlıqların və digər əmlakların salamatlığını təmin etməli olmuşdur. Lakin Təqsirləndirilən şəxs3, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin d) bəndində də qeyd edildiyi halda əmək müqaviləsi bağlanılmadan X10 işlərə cəlb etmiş, bununla yanaşı onunla bağlanmış müqavilədə qeyd edilən tələbləri yerinə yetirməmiş və nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs3 ifadəsində zərərçəkmiş şəxs X10 daş karxanasında kombayınçı kimi işə cəlb edən zaman MMC-nin direkoruna, yəni Təqsirləndirilən şəxs1 və direktor müavini Təqsirləndirilən şəxs2 heç bir məlumat vermədiyini və X8 həmin ərazidə işləməsi ilə bağlı rəhbər şəxslərdən heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 ifadəsində X8 Təqsirləndirilən şəxs3 tərəfindən kombaynçı kimi işə cəlb edilməsindən məlumatlı olmadığını, bu barədə Təqsirləndirilən şəxs3 tərəfindən ona heç bir məlumat verilmədiyini bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 ifadəsində X8 Təqsirləndirilən şəxs3 tərəfindən kombayınçı kimi işə cəlb edilməsindən məlumatlı olmadığını, bu barədə Təqsirləndirilən şəxs3 tərəfindən ona və MMC-nin direktoru Təqsirləndirilən şəxs1 heç bir məlumat verilmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X16 əmək müqaviləsi olmadan işlərə cəlb edildiyindən və bu barədə "xxxx" MMC-nin direkoru Təqsirləndirilən şəxs1 və direktor müavini Təqsirləndirilən şəxs2 məlumatı olmadığı üçün Təqsirləndirilən şəxs1 və direktor müavini Təqsirləndirilən şəxs2 X11 münasibətdə öz əmək müqavilələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirməsi faktiki olaraq mümkün olmamışdır. Lakin X1 Eldəniz Hacağa oğlu tərəfindən kombayınçı kimi işə əmək müqaviləsi olmadan cəlb edilsə də onlar arasında faktiki olaraq əmək münasibətləri yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən, onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə üzərinə qoyulmuş vəzifələr yerinə yetirilməmiş və nəticədə X8 ölümü ilə nəticələnən cinayət hadisəsi baş vermişdir. Bundan başqa təkrar məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/2525 nömrəli rəyindən də göründüyü kimi baş vermiş hadisə ilə əlaqədar “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalarının 4, 5, 6, 7, 8 və 84-cü bəndlərinin və "Qaradağ-SC” MMC-nin direktoru ilə Təqsirləndirilən şəxs3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 3.1 bəndinin (“c", "d", “e” və “ə" abzaslarının) tələbləri pozulmuşdur.Məhkəmə tərəfindən müəyyən edilmiş yeni halları (Təqsirləndirilən şəxs3 ifadəsini) nəzərə aldıqda Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Qızıldaş əhəngdaşı yatağındakı daş karxanasında işləyən işçilərə, konkret olaraq X11 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırılmalar keçirilmədən, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin etmədən sərbəst işə buraxdığına, həmçinin karxanada İstifadə edilən maşın və mexanizmlərin saz vəziyyətdə olmasını və düzgün istismar edilməsini (konkret olaraq hadisə baş vermiş daşkəsən maşının hərəkətdə olan valının üzərinin qoruyucu örtüklə örtülməsini) təmin etmədiyinə görə, əmək müqaviləsinin 3.1 bəndinin ("c", “d", “e" və “ə" abzaslarının) və “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalan"mn 4, 5, 6, 7, 8 və 84-cü bəndlərinin tələbləri “Qaradağ-SC" MMC-də sahə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 tərəfindən pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. X27 Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur), bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə, habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; b) təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olubolmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər sübutlar toplanılmadan ehtimallara və mülahizələrə əsasən həmin maddə üzrə ittiham verilmiş, toplanmış sübutlar onların həmin ittiham üzrə təqsirsizliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin: 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 32.2.3-cü maddəsinə əsasən ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır; 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi göstərilməlidir. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onların həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən ittiham üzrə bəraət verilməli və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərədilməsi ilə bağlı ittiham hökmü çıxarılmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CPM-in 56.0.1-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət alması ilə əlaqədar onların cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdikləri hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qarşı olan mülki iddiasından imtina etdiyindən X20 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 664 (altı yüz altmış dörd) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42.2.2, 55.1, 344-347, 349, 350, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 664 (altı yüz altmış dörd) manat Təqsirləndirilən şəxs3 alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddianın Təqsirləndirilən şəxs3 aid hissədə icraatına xitam verilsin və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilməsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X12, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-20/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-20/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver