Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-200/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi, bina 20, mənzil 39 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyində 9 nömrəli ünvanda yerləşən fəaliyyətsiz şüşəli adsız obyektin qarşısında mütəmadi olaraq şəhərciyə gəlib qeyri rəsmi ər-arvad kimi münasibətləri olan Şahid2 hər dəfə evində yox küçədə qarşılamasını, şəhərcikdə cəmiyyət arasında bu kimi halların yaxşı baxılmamasını Zərərçəkmiş şəxs irad tutaraq mübahisə etmiş və yaranmış münaqişə zamanı şəxsi münasibətlərin pozulması zəminində qəsdən sol əli ilə sonuncunun boyun nahiyyəsindən tutub sağ yumruğu ilə onun sifət nahiyyəsinə qəsdən çox saylı zərbələr vurub sonuncuya - sağ gözün konyuktiva qişasına qansızma ilə müşayiət olunan gözaltı nahiyyənin hematoması, alt dodağın selikli qişasının, boyunun qançırları, sol yanağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyi bina 20, mənzil 39-da ailəsi ilə yaşayır. Xeyli vaxtdır ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyi 14 saylı qonşu binada yaşayan Günay adlı xanım yaşadığı binanın və ya məcburi köçkünlər şəhərciyinin müxtəlif yerlərində mütəmadi olaraq tanımadığı bir oğlan ilə görüşərək çıxıb gedirlərmiş. Onların evdə yox binaların ətrafında tez-tez görüşməsi onda və məhəllə camaatında mənfi hal yaratmışdır. Belə ki, xx.xx.2020ci il tarixdə saat 19 radələrində sonradan adı ona Natiq kimi bəlli olan şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyinə gəlib Günayı yaşadığı binanın yaxınlığında tanımadığı, markasına və nömrəsinə fikir vermədiyi taksi avtomobili ilə qarşılayıb məcburi köçkünlər şəhərciyinin çıxışına doğru gedərkən o, məhəllə sakini olan Zamin ilə birlikdə əl işarəsi ilə onları saxlatdırıb, həmin şəhərciyin sakinləri olmaqlarını bildirərək onlardan nə kimi münasibətlərinin olmasını soruşmuşlar. Natiq onlara bildirmiş ki, onun Günay ilə qeyri rəsmi yaxın münasibətləri vardır. Günayda həmçinin Natiqin dediklərini təsdiq etmişdir. O və Zamin; «bura şəhərcikdir, ayıbdır, anabacı, uşaq-böyük var, hamı biri birin tanıyır. Əgər Sizin ciddi münasibətləriniz varsa bəs onda nə üçün Natiq Günayı yaşadığı evində yox, hər dəfə binanın yaxınlığında qarşılayır» deyə Natiqə və Günaya irad tutmuşlar. Natiq və Günay isə «bu bizim şəxsi işimizdir» deyə onlara cavab vermişlər. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Həmin zaman onlar olduqları yer mərkəz önündə olduğundan, yəni həmin yer binalardan göründüyü üçün onları şəhərciyin sonunda olan fəaliyyətsiz şüşəli bir obyektin qarşısına dəvət etmişlər. Natiq və Günay taksini yola salaraq könüllü onlar dedikləri yerə gəlmişlər. Günayla Natiqin münasibətlərinə dair mövzuda aralarında əvvəlcə söz ilə mübahisələri yaranmışdır. Həmin zaman orada dördündən başqa heç kim yox imiş. Aralarında yaranmış mübahisə zamanı o, sol əli ilə Natiqin boyun nahiyyəsindən tutaraq sağ yumruğu ilə onun sifət nahiyyəsinə çox saylı zərbələr vurmuşdur. Həmin zaman bunu görən Günay əsəbiləşərək onun üstünə hücum edib onu vurarkən o, sağ əli ilə Günayın sağ qolundan vuraraq onu geri itələmişdir. Həmin zaman Zamin onları aralaşdıraraq sakitləşdirmiş və onlar ayrılmışlar. Həmin zaman orada dördündən başqa heç kim olmamış, heç kim nalayiq söyüş ifadə etməmiş və münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zaman onu Günay vursa da heç bir xəsarət almamış və bu səbəbdən də məhkəmə tibbi ekspertizasından keçmək istəməmişdir. Hal-hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, psixoloji durumu normaldır və sağlamdır. Heç kəslə ədavəti düşmənçiliyi yoxdur. 8 ilə yaxındır ki, Şahid2 ilə qeyri rəsmi ər-arvad kimi yaşayırlar. O, sürücü işləməklə mütəmadi yük avtomobili idarə etdiyi üçün evə gecələr gəlirmiş. Günay isə evdə tək və hamilə olduğundan iki aya yaxındır ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyi bina 14, mənzil 56-da anası ilə yaşayırmış. Onun işi olmayanda Müşfiqabad qəsəbəsinə gəlib Günayı götürərək Bakı şəhəri Xətai rayonunda kirayədə qaldıqları evə gedirmişlər. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyinə gəlib Günayı yaşadığı binanın yaxınlığında tanımadığı, markasına və nömrəsinə fikir vermədiyi taksi avtomobili ilə qarşılayıb məcburi köçkünlər şəhərciyinin çıxışına doğru gedərkən iki nəfər əvvəllər tanımadığı polis bölməsində adları ona bəlli olan Rauf və Zamin adlı şəxslər əl işarəsi ilə onları saxlatdırıb həmin şəhərciyin sakinləri olmalarını və onun Günay ilə nə kimi münasibətləri olmasını soruşmuşlar. O, onlara bildirmişdir ki, Günay ilə qeyri rəsmi yaxın münasibətləri vardır. Günayda həmçinin onun dediklərini təsdiq etmişdir. Rauf və Zamin «bura şəhərcikdir, ayıbdır, ana-bacı, uşaq-böyük var, hamı biri birin tanıyır. Əgər Sizin ciddi münasibətləriniz varsa bəs onda nə üçün Günayı yaşadığı evində yox, hər dəfə binanın yaxınlığında qarşılayırsan» deyə ona və Günaya irad tutmuşlar. O, isə «bu bizim şəxsi işimizdir» deyə onlara cavab vermişdir. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Həmin zaman onlar olduqları yer mərkəz önündə olduğundan yəni həmin yer binalardan göründüyü üçün Rauf və Zamin onlara şəhərciyin sonunda olan fəaliyyətsiz şüşəli bir obyektin qarşısına dəvət etmişlər. Onlar taksini yola salıb həmin yerə gəlmişlər. Onun Günay ilə münasibətlərinin mövzusuna dair olaraq aralarında əvvəlcə söz ilə mübahisələri yaranmışdır. Həmin zaman orada dördündən başqa heç kim yox imiş. Aralarında yaranmış mübahisə zamanı Rauf sol əli ilə boyun nahiyyəsindən tutaraq sağ yumruğu ilə onun sifət nahiyyəsinə çox saylı zərbələr vurmuşdur. Həmin zaman sağ göz, alt dodağından, sol yanaq və boynundan xəsarətlər almışdır. Həmin zaman bunu görən Günay əsəbiləşərək Raufun üstünə hücum edib onu vurarkən Rauf Günayın sağ qolundan vuraraq geri itələmişdir. Bunu görən Zamin onları aralaşdıraraq sakitləşdirmişdir, onlar ayrılmışlar və o, hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Həmin zaman orada dördündən başqa heç kim olmamış, heç kim nalayiq söyüş ifadə etməmiş və münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Zamində Raufun iradını sözlə müdafiə etdiyindən əsəbi və həyəcanlı olduğundan 102 xidmətinə verdiyi məlumatda, izahatında bir neçə şəxs tərəfindən döyülməyi göstərməsi, Zamini nəzərdə tutmağı olub. Lakin Zamin onu və Günayı vurmamışdır. Onları Rauf əl zərbələri ilə vurmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyi bina 9, mənzil 27-də ailəsi ilə yaşayır. Xeyli vaxtdır ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyi 14 saylı qonşu binada yaşayan Günay adlı xanım yaşadığı binanın və ya məcburi köçkünlər şəhərciyinin müxtəlif yerlərində mütəmadi olaraq tanımadığı bir oğlan ilə görüşərək çıxıb gedirlərmiş. Onların evdə yox binaların ətrafında tez-tez görüşməsi onda və məhəllə caamatında mənfi hal yaratmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində sonradan adı ona Natiq kimi bəlli olan şəxs Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yeni yaşayış massivi məcburi köçkünlər şəhərciyinə gəlib Günayı yaşadığı binanın yaxınlığında tanımadığı, markasına və nömrəsinə fikir vermədiyi taksi avtomobili ilə qarşılayıb məcburi köçkünlər şəhərciyinin çıxışına doğru gedərkən O məhəllə sakini olan Rauf ilə əl işarəsi ilə onları saxlatdırıb, həmin şəhərciyin sakinləri olduqlarını bildirərək onlardan nə kimi münasibətlərinin olmasını soruşmuşlar. Natiq onlara bildirmiş ki, onun Günay ilə qeyri rəsmi yaxın münasibətləri vardır. Günayda həmçinin Natiqin dediklərini təstiq etmişdir. O, və Rauf; «bura şəhərcikdir, ayıbdır, ana-bacı, uşaq-böyük var, hamı biri birin tanıyır. Əgər Sizin ciddi münasibətləriniz varsa bəs onda nə üçün Natiq Günayı yaşadığı evində yox, hər dəfə binanın yaxınlığında qarşılayır» deyə Natiqə və Günaya irad tutmuşla. Natiq və Günay isə «bu bizim şəxsi işimizdir» deyə bizə cavab vermişlər. Bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Həmin zaman onlar olduqları yer mərkəz önündə olduğundan, yəni həmin yer binalardan göründüyü üçün onları şəhərciyin sonunda olan fəaliyyətsiz şüşəli bir obyektin qarşısına dəvət etmişlər. Natiq və Günay taksini yola salaraq könüllü onlar dedikləri yerə gəlmişlər. Günayla Natiqin münasibətlərinə dair mövzuda aralarında əvvəlcə söz ilə mübahisələri yaranmışdır. Həmin zaman orada dördündən başqa heç kim yox imiş. Aralarında yaranmış mübahisə zamanı Rauf sol əli ilə Natiqin boyun nahiyyəsindən tutaraq sağ yumruğu ilə onun sifət nahiyyəsinə çox saylı zərbələr vurmuşdur. Həmin zaman bunu görən Günay əsəbləşərək Raufun üstünə hücum edib onu vurarkən Rauf sağ əli ilə Günayın sağ qolundan vuraraq onu geri itələmişdir. Həmin zaman o, onları aralaşdıraraq sakitləşdirmiş və ayırmışdır. O əlavə olaraq bildirmişdir ki, həmin zaman orada dördündən başqa heç kim olmamış, heç kim nalayiq söyüş ifadə etməmiş və münaqişə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə zaman onu heç kim vurmamış, O da heç kimi vurmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2020-ci il tarixli, 283 №-li saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs – sağ gözün konyuktiva qişasına qansızma ilə müşayiət olunan gözaltı nahiyyənin hematoması, alt dodağın selikli qişasının, boyunun qançırları, sol yanağın selikli qişasının səthi əzilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanın ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 10 iş saatı, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-200/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-200/2020
02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver