Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-200/2023 16.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 11 noyabr 2022-ci il tarixdə saat 15.00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanının həyətinə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 80 manat olan 2 ədəd işlənmiş vəziyyətdə olan maşının təkəri üçün nəzərdə tutulmuş diskləri və 1 ədəd 20 manat dəyərində dəmir lövhəni gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 03 fevral 2023-cü il tarixdə saat 15.00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən yaşayış olmayan evinin həyətinə darvazadan aşaraq qanunsuz daxil olub, daş kəsən kombaynın ehtiyat hissələri olan 400 manat dəyərində 1 ədəd hidravlik boşqab, hər biri 200 manat dəyərində 2 ədəd Z-72 markalı dişli çarx, hər biri 15 manat dəyərində 18 ədəd Z-19 markalı dişli çarx, hər biri 20 manat dəyərində 14 ədəd Z-20 markalı dişli çarx, 40 manat dəyərində 1 ədəd Z-27 markalı dişli çarx, 50 manat dəyərində 1 ədəd dəmir val, hər biri 10 manat dəyərində 5 ədəd metal boru, hər biri 400 manat dəyərində 2 ədəd Z-93 markalı dişli çarx, hər biri 50 manat dəyərində 2 ədəd Z-24 markalı dişli çarx, 60 manat dəyərində 1 ədəd Z-45 markalı dişli çarx və 60 manat dəyərində 1 ədəd Z-36 markalı dişli çarxı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2510 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 noyabr 2022-ci il tarixdə o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində gəzib sataraq pul əldə etmək üçün metal axtarmışdır. O, nə qədər gəzsə də küçədə hər hansı metal əşya tapa bilməmişdir. Bu zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv ərazisinə gəlmişdir. O, orada olan evlərin birinin hasarına yaxınlaşmış və ağ rəngli taxta qapısının açıq olmasını görmüşdür. O, qapını açıb içəriyə baxmış və evdə heç kimin olmadığını bilmişdir. O, həyətə daxil olmuş və orada kənara qoyulmuş 4 ədəd avtomobil diski olmasını görmüşdür. O, həmin disklərdən ikisini götürmüş və evdən çıxan zaman orada quyunun üzərində metal lövhə olmasını görüb, həmin lövhəni də götürmüşdür. O, götürdüyü metal əşyaları Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olan “Tos Oil” adlı yanacaq doldurma məntəqəsinin yaxınlığında metal qəbul edən şəxsin yanına gətirmişdir. O, orada metal qəbul edən Əfsər adlı şəxsə özünə məxsus metalları satmaq istədiyini demişdir. O, Əfsərə həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. Əfsər ondan şəxsiyyət vəsiqəsini istəmiş və o, çıxardıb Əfsərə təqdim etmişdir. Əfsər metallara görə ona 17 manat pul vermişdir. O, pulu götürmüş və şəxsi işlərinə xərcləmişdir. Bundan başqa o, 02 fevral 2023-ci il tarixdə avtobusla Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsinə gedərkən avtobus Sahil qəsəbəsi, 1A yaşayış massivində yerləşən evin yaxınlığından keçən zaman həyət evinin qapısının açıq olmasını, evdə yaşayış olmadığını və evin həyətində metal əşyaların olmasını görmüşdür. O, həmin metalları oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Səhəri gün yəni 03 fevral 2023-cü il tarixdə günorta saatlarında o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1A yaşayış massivində gördüyü evin yaxınlığına gəlmişdir. O, evin həyətinə hasardan baxmış və evdə heç kimin olmadığını görmüşdür. O, həyət evinin qapısından aşaraq həyətə düşmüş və darvazasının aşağı hissəsində olan dəmir parçasını çıxarıb darvazanı açmış və həyətə daxil olmuşdur. O, həyətdə olan dairə formasında olan metal əşyaları və başqa bir neçə metal əşyanı darvazanın qarşısına yığmışdır. Bundan sonra o, 149 nömrəli avtobusun sonuncu dayanacağına gedib orada olan taksi kimi fəaliyyət göstərən “Kia” markalı avtomobilə yaxınlaşmışdır. O, həmin avtomobilin sürücüsünə özünə məxsus metal əşyalar olduğunu və həmin metalları qəsəbədə yerləşən metal qəbulu yerinə aparacağını bildirmişdir. Taksi sürücüsü də ona həmin dəmirlərin oğurluq olub olmamasını soruşmuşdur, o isə oğurluq olmadığını və özünə məxsus olduğunu demişdir. Bundan sonra o, həmin taksi ilə birlikdə metalları yığdığı yerə gəlmişdir. O, orada yolun kənarına yığdığı dəmir parçaları avtomobilin yük yerinə yığmışdır. Bundan sonra taksi ilə birlikdə Sahil qəsəbəsində olan metal qəbulu məntəqəsinə gəlmişdir. O, orada avtomobilin yük yerinə yığdığı metalları boşaldaraq metal qəbul edən İntiqam adlı şəxsə özünə məxsus metalları satmaq istədiyini demişdir. O, İntiqama həmin əşyaların özünə məxsus olmasını bildirmişdir. İntiqam ondan şəxsiyyət vəsiqəsini istəmiş və o, çıxarıb İntiqama təqdim etmişdir. İntiqam həmin metallara görə ona 52 manat pul vermişdir. O, pulu götürmüşdür və taksi sürücüsünə 15 manat pul vermişdir. Qalan pulları isə şəxsi işlərinə xərcləmişdir. Bir müddət sonra 38-ci polis bölməsinin əməkdaşları onu saxlayıb bölməyə dəvət etmişlər və o, polislərlə birlikdə polis bölməsinə gəlmiş və orada törətdiyi cinayət əməlini etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. İlk dəfədir cinayət törədir. Zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanı ödəmişdir. Digər zərəçəkmiş şəxsə dəymiş ziyanı pul şəklində ödəyir, lakin zərərçəkmiş Osman Məhəmmədov ziyanı ondan natura şəklində tələb etdiyindən həmin əşyaları tapıb ona qaytara bilmir. Qeyd edilənlərə əsasən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Pioner küçəsi ev 3-də qeydiyyatda olmaqla ailəsilə birlikdə yaşayır. O, ünvan 3 ünvanını almış və 2008-ci ildən orada ev tikmiş, lakin yarımçıq qalmışdır. Həmin evdə hazırda yaşayış olmasa da o, hər gün gedib evə baş çəkir. Həmin evin həyətində o, daş kəsən kombayının ehtiyat hissələrini saxlamışdır. 03 fevral 2023-cü il tarixdə saat 15 radələrində o, gedib evə baş çəkmiş və hər şeyin qaydasında olmağını görmüşdür. 04 fevral 2023-cü il tarixdə saat 09 radələrində o, evə gəlmiş və darvazanın giriş hissəsində yerdə torpağın üzərində daş kəsən kombayının çarxının izi olmasını görmüşdür. O, dərhal evin həyətinə girmiş və həyətə baxan zaman ona məlum olmuşdur ki, 2500 manat dəyərində daş kəsən kombayının ehtiyat hissələri oğurlanmışdır. O, işləri ilə əlaqədar olaraq, şikayət edə bilməmişdir. Yalnız 06 fevral 2023-cü il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nə bu barədə ərizə yazmışdır. Daha sonra onun oğurlanmış əşyalarının təxminən yarısı geri qaytarılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və ondan şikayətçi olduğunu bilddirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 04 noyabr 2022-ci il tarixdə özünə məxsus “Mitsubishi Chariot” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin diskləri yararsız vəziyyətdə olduğu üçün yeniləri ilə dəyişib köhnə diskləri yaşadığı evin həyətinə qoymuşdur. 11 noyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində ailəsi ilə birlikdə Tovuz rayonuna qonaq getmişdir. Onun həyətindən qardaşının həyətinə çıxış olduğu üçün həyət qapısına qıfıl vurmamışdır ki, qardaşı ordan getmək istəsə gedə bilsin. 12 noyabr 2022-ci il tarixdə saat təxminən 16-17 radələrində yaşadıqları evə qayıtmışdır. Yaşadığı evin həyətinə daxil olarkən həyətdə qoyduğu 4 ədəd disklərdən 2 ədədinin oğurlandığını müəyyən etmişdir. Bundan başqa həyət qapısının qarşısında olan kanalizasiya çuxurunun üstünə qoyduğu təxmini 40 kg ağırlığında olan kvadrat formada dəmir lövhənin də oğurlandığını müəyyən etmişdir. Oğurlanmış disklərin hər birinin qiyməti 80 manat, dəmir lövhənin qiyməti isə 20 manat olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 180 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayarq təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və sonuncudan şikayəttələbinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sahil qəsəbəsində M.Seyidov küçəsində əlvan və qara metalların qəbulu ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə taksi ilə 2 nəfər şəxs gələrək metal satdıqlarını bildirmişlər. Həmin şəxslər taksidə olan kombaynın bir neçə ədəd dəmir ehtiyat hissəsini düşürtmüşlər. O, həmin dəmirləri tərəzidə çəkmiş və 150 kg olduğunu bildirərək 1 kg-nı 35 qəpikdən alacağını demişdir. Həmin vaxt sürücünün yanında olan cavan oğlan onunla razılaşmış və o, həmin oğlana 52 manat pul vermişdir. Pul verərkən həmin şəxslərdən şəxsiyyət vəsiqələrini istəmişdir. Nisbətən yaşlı olan şəxs taksi sürücüsü olduğunu bildirmiş, digər şəxs isə dəmirlərin özünə məxsus olduğunu bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, telefonla həmin şəxsin şəxsiyyətini vəsiqəsinin şəklini çəkmişdir. Həmin şəxsin xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan təxminən 2-3 gün sonra polis əməkdaşları gəldikdə ona məlum olmuşdur ki, həmin şəxs ona satdığı dəmirləri oğurlamışdır. Həmin metalları oğurluq olduğu üçün təhvil vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvə tərəvəz bazasında müvəqqəti məskunlaşıb ailəsi ilə birlikdə yaşayır. O, fərdi şəkildə Lökbatan qəsəbəsində olan “Tos Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında metal qəbulu ilə məşğul olur. O, metal qəbulu məntəqəsinə müştərilərin gətirdikləri metalları alıb zavoda əritmək üçün verir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2022-ci iklin noyabr ayının əvvəllərində saat 15 radələrində Mirkazım metal qəbulu məntəqəsinə gələrək, 2 ədəd yarasız vəziyyətdə avtomobil diskləri və bir neçə ədəd dəmir hissəni satdığını bildirmişdir. Mirkazım həmin metalların özünə məxsus olduğunu bildirmişdir. O, həmin metalları tərəzidə çəkmiş, disklər 6 kq metallar isə 25 kq gəlmişdir. O, həmin metalların hamısına görə Mirkazıma 17 manat pul vermişdir. O, Mirkazımın şəxsiyyət vəsiqəsini götürüb mobil telefonla çəkmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsi ev 3A-da ailəsilə birlikdə yaşayır. O, etibarnamə əsasında idarə etdiyi “Kia Ceed” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanımır, həmin şəxslə heç bir münasibəti yoxdur. 03 fevral 2023-cü il tarixdə saat 15 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi 149 nömrəli avtobusun sonuncu dayanacağında dayanıb müştəri gözləmişdir. Bu zaman adını sonradan bildiyi Mirkazım adlı şəxs taksiyə yaxınlaşaraq, bir az dəmiri olduğunu və həmin metalları qəsəbədə yerləşən metal qəbulu yerinə aparacağını bildirmişdir. O, həmin dəmirlərin oğurluq olub olmamasını soruşmuş, Mirkazım isə oğurluq olmadığını və özünə məxsus olduğunu bildirmişdir. O, Mirkazımdan ünvanı soruşmuş, Mirkazım da ona Sahil qəsəbəsi, Yeni massivdə yerləşən həyət evinin qarşısı olmasını demişdir. O, Mirkazıma 10 manat müqabilində bunu edə biləcəyini demişdir, Mirkazım da onunla razılaşıb avtomobilinə əyləşmişdir. O, idarə etdiyi “Kia Ceed” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə Mirkazımın göstərdiyi həyət evinin qarşısına gəlmiş, avtomobili saxlamış, Mirkazım da yolun kənarına yığdığı dəmir parçalarını onun avtomobilin yük yerinə yığmışdır. Bundan sonra birlikdə metal qəbulu məntəqəsinə gəlmişlər. O, avtomobili saxlamış və bir az kənarda dayanmışdır. Mirkazım da avtomobilin yük yerinə yığdığı metalları boşaldaraq metal qəbul edən şəxsə vermişdir. Daha sonra Mirkazım Sahil qəsəbəsində olan bazar yoluna aparmağını demiş, o, Mirkazımı bildirdiyi yerə düşürtmüş və 15 manat pul almışdır. İş materiallarında olan ambulator məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 566 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham edildiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 11 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, gəncliyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və digər zərərçəkmiş şəxslə barışığa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd hidravlik boşqab, 2 ədəd Z-72 markalı, 14 ədəd Z-19 markalı, 4 ədəd Z-20 markalı, 1 ədəd Z-27 markalı dişli çarxlar, 1 ədəd val, 5 ədəd metal borunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saat hesabı ilə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat hesabı ilə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsindən seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd hidravlik boşqab, 2 ədəd Z-72 markalı, 14 ədəd Z-19 markalı, 4 ədəd Z-20 markalı, 1 ədəd Z-27 markalı dişli çarxlar, 1 ədəd val, 5 ədəd metal borunun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saat hesabı ilə 300 (üç yüz) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saat hesabı ilə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-200/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-200/2023
16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver