Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-200/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 120.2.11, 181.3.2, 181.3.3, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 noyabr 2014-cü il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya saylıan daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “HUAWEİ P30 lite” markalı, “MAR-LX1M” modelli, “**********19423-**********49438” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefon aparatında olan danışıq kartı vasitəsi ilə xalası oğlu Şahid5 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 10 dekabr 2023-cü il tarixdə saat 16:40 radələrində müəssisənin əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 15 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın taxta döşəməsinin altından daxilində həmin danışıq kartı olan mobil telefon aparatı gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o saxlanıldığı kameranın taxta döşəməsinin altından aşkar edilərək götürülmüş daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatının özünə məxsus olduğunu, həmin mobil telefon aparatını daxilində danışıq kartları ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl, yəni 2023-cü ilin oktyabr ayının əvvəllərində qeydiyyatda olduğu kamerada təmir işləri aparılarkən döşəmənin altından tapdığını, həmin mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsi ilə bir neçə dəfə istifadə edərək xalası oğlu Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini yığaraq əlaqə saxlayıb danışdığını, həmin mobil telefon aparatı və danışıq kartı onda olan zaman onlardan başqa heç kimin istifadə etmədiyini və 10 dekabr 2023-cü il tarixdə təxminən saat 16:40 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən saxlanıldığı 1-ci rejim korpusunun 15 saylı kamerasında axtarışbaxış tədbirləri keçirilən zaman kameranın taxta döşəməsinin altından əvvəlcədən gizlətdiyi daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “HUAWEİ” markalı mobil telefon aparatının aşkar olunaraq götürüldüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanımış, daxil olmuş əməliyyat məlumatına əsasən 10 dekabr 2023-cü il tarixdə saat 16:40 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın taxta döşəməsinin altından gizlədilmiş vəziyyətdə həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “HUAWEİ P30 lite” markalı mobil telefon aparatının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin növbətçisi Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 10 dekabr 2023-cü il tarixdə saat 16:40 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın taxta döşəməsinin altından gizlədilmiş vəziyyətdə həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “HUAWEİ P30 lite” markalı mobil telefon aparatının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin inspektoru Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıdığını, daxil olmuş əməliyyat məlumatına əsasən 10 dekabr 2023-cü il tarixdə saat 16:40 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 15 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman kameranın taxta döşəməsinin altından gizlədilmiş vəziyyətdə həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** saylı “Sim” danışıq kartı olan bir ədəd “HUAWEİ P30 lite” markalı mobil telefon aparatının aşkar edilərək götürüldüyünü, qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunduğunu, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqlədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr və dekabr aylarının müxtəlif vaxtarında cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssiəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil telefon nömrəsindən dəfələrlə zənglər edərək onunla mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayaraq danışmışdır. O özüdə həmin nömrəyə dəfələrlə zəng edərək xalasıoğlu ilə danışmışdır. Xalasıoğlu Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonu və nömrəni haradan əldə etməsi barədə və onunla qanunsuz əlaqə saxlanılması barədə onda heç bir məlumat olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2024-cü il tarixli, 5/6 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və "Android 10" əməliyyat sistemi ilə təchiz olunmuş "HUAWEİ P30 lite" markalı "MAR-LX1M" modelli "**********19423 və **********49438" imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2.Rəyin "Tədqiqi hissəsi" nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "HUAWEİ P30 lite" markalı "MAR-LX1M" modelli mobil smartfonda foto və videoçəkiliş xidmətləri mövcuddur. 3.Təqdim edilmiş "HUAWEİ P30 lite" markalı "MAR-LX1M" modelli mobil smartfonun yaddaşından "7.65.0.247 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış hal-hazırda mövcud olan (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, video) məlumatlar əldə olundu (bax rəyə əlavə olunmuş bir ədəd "DVD-R" diskǝ). Ekspertiza tədqiqatının dəyəri 100 (yüz ) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" Telekom MMC-dən alınmış 06 mart 2024-cü il tarixli, “5156” saylı məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, məhkum Təqsirləndirilən şəxs “HUAWEİ G30 lite” markalı, “MAR- LX1M” modelli, “**********19423-**********49438” imei kodlu mobil telefon aparatından ***- ***-**-** saylı “Sim” danışıq kartından istifadə edərək ***-***-**-** saylı mobil telefon nömrəsi ilə mütəmadi danışıqlar aparmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 10 dekabr 2023-cü il tarixli "xxxx" protokolundan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində əməliyyat məlumatı əsasında həmin gün saat 16:40 radələrində müəssisənin 1-ci rejim korpusun 15 saylı kamerasında keçirilmiş axtarış-baxış tədbirləri keçirilən zaman taxta döşəmənin altında gizlədilmiş işlək vəziyyətdə “HUAWEİ G30 lite” markalı, “MAR-LX1M” modelli, “**********19423 və **********49438” imei kodlu markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Cinayə işi üzrə daxilində bir ədəd ***-***-**-** saylı “sim” danışıq kartı olan bir ədəd “HUAWEİ G30 lite” markalı, “MAR-LX1M” modelli, “**********19423 və **********49438” imei kodlu markalı mobil telefon aparatı və "xxxx" MMC-dən alınmış 06 mart 2024-cü il tarixli, “5156” saylı məktub və iş üzrə çıxarış olan diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X2»nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.6, 120.2.11, 181.3.2, 181.3.3, 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılmaqla qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 13 noyabr 2014-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “HUAWEİ G30 lite” markalı, “MAR-LX1M” modelli, “**********19423 və **********49438” imei kodlu markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd ***-***-**-** saylı “sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 100 (yüz manat) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 10 (on) il 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «HUAWEİ G30 lite” markalı, “MAR-LX1M” modelli, “**********19423 və **********49438» ime kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ***-***-**-** saylı “sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd DVD-R diski cinayət işində saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-200/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-200/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver