Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-201/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs3 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 va Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 3-cü Massiv yaşayış sahəsində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evin zirzəmisinə qanunsuz daxil olaraq, oradan xəmir yoğuran aparatın hər birinin qiyməti 400 (dörd yüz) manat olmaqla, ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil edən 02 ədəd mühərrikini, üst hissəsini tamamilə qapayan, hər birinin qiyməti 40 (qırx) manat olmaqla, ümümi dəyəri 525 (beş yüz iyirmi beş) manat təşkil edən təxminən 50x30 sm ölçülü, 20 kq çəkisi olan 13 ədəd metal lövhələri gizli olaraq talayıb zərərçəkmş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək 01 fevral 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə mətbəxin plastik pəncərəsini açmaqla qanunsuz daxil olmuş, evin qonaq otağından 01 ədəd qiyməti 350 (üç yüz əlli) manat olan qaynaq aparatı, «Daewoo Nexia» markalı avtomobilə aid 01 ədəd qiyməti 400 (dörd yüz) manat olan mühərriki, həmin avtomobilə aid 01 ədəd qiyməti 300 (üç yüz) manat olan sürət qutusu, evin mətbəx otağından həmin avtomobilə aid olan 01 ədəd qiyməti 150 (yüz əlli) manat olan qranatı və hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat təşkil edən avtomobilin 04 ədəd təkər çarxını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olmuş özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayətkar əlaqəyə girərək 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 3-cü Massiv yaşayış sahəsində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evin zirzəmisinə qanunsuz daxil olaraq, oradan xəmir yoğuran aparatın hər birinin qiyməti 400 (dörd yüz) manat olmaqla, ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil edən 02 ədəd mühərrikini, üst hissəsini tamamilə qapayan, hər birinin qiyməti 40 (qırx) manat olmaqla, ümumi dəyəri 525 (beş yüz iyirmi beş) manat təşkil edən təxminən 50x30 sm ölçülü, 20 kq çəkisi olan 13 ədəd metal lövhələri gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə əlbir olan bir qrup şəxs halında birləşmiş, cinayətkar əlaqəyə girərək 01 fevral 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus vǝ Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə mətbəxin plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, evin qonaq otağından 01 ədəd qiyməti 350 (üç yüz əlli) manat olan qaynaq aparatı, «Daewoo Nexia» markalı avtomobilə aid 01 ədəd qiyməti 400 (dörd yüz) manat olan mühərriki, həmin avtomobilə aid 01 ədəd qiyməti 300 (üç yüz) manat olan sürət qutusu, evin mətbəx otağından həmin avtomobilə aid olan 01 ədəd qiyməti 150 (yüz əlli) manat olan qranatı və hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat təşkil etmiş avtomobilin 04 ədəd təkər çarxını gizli olaraq talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olmuş özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş cinayətkar əlaqəyə girərək 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsi, 3-cü Massiv yaşayış sahəsində yerləşən yaşayış olmayan nömrəsiz fərdi evin zirzəmisinə qanunsuz daxil olaraq, xəmir yoğuran aparatın hər birinin qiyməti 400 (dörd yüz) manat olmaqla, ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil edən 02 ədəd mühərrikini, üst hissəsini tamamilə qapayan, hər birinin qiyməti 40 (qırx) manat olmaqla, ümumi dəyəri 525 (beş yüz iyirmi beş) manat təşkil edən təxminən 50x30 sm ölçülü, 20 kq çəkisi olan 13 ədəd metal lövhələrini gizli olaraq talamış Zərərçəkmiş şəxs1 ümumilikdə 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş cinayətkar əlaqəyə girərək bir qrup şəxs halında 01 fevral 2023-cü il tarixdə gecə saatlarında Qəfərov Nurməmmǝd Elxan oğluna məxsus və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə mətbəxin plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq, 01 ədəd qiyməti 350 (üç yüz əlli) manat olan qaynaq aparatı, «Daewoo Nexia» markalı avtomobilə aid 01 ədəd qiyməti 400 (dörd yüz) manat olan mühərriki, həmin avtomobilə aid 01 ədəd qiyməti 300 (üç yüz) manat olan sürət qutusu, evin mətbəx otağından həmin avtomobilə aid olan 01 ədəd qiyməti 150 (yüz əlli) manat olan qranatı və hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla ümümi dəyəri 600 (altı yüz) manat təşkil etmiş avtomobilin 04 ədəd təkər çarxını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1.800 (bir min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi əvvəlcədən planlaşdırdıqlarından 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında sonuncunun Ələt qǝsəbəsində yerləşən, lakin yaşayış olmayan evinin qarşısına gəlmişdir. O, Zərərçəkmiş şəxs1 evinin qarşısına gəldikdə artıq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə bərabər orada olmuşlar. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 ilə birlikdə həyətə girmiş və bir qədər sonra əllərində mühərrikə oxşar dəmir alətlər ilə geri qayıtmışlar. Həmin alətləri daşıyaraq yaşadığı evin həyətində yığmışlar və onlar ayrılıb evlərinə getmişlər. 29 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində oğurladıqları dəmir alətlərini Hacıqabul rayonu, Atbulaq kəndinə metal qəbulu məntəqəsinə apararaq satmaları barədə razılığa gəlmişlər. Hacıqabul rayonuna getmələri üçün Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan VAZ-2106 minik markalı avtomobilin sürücüsü Bəylər adlı şəxsə müraciət etmişlər. Həmin şəxsə dəmir əşyalarını yaşadıqları evin həyətində təmizlik işləri zamanı topladıqlarını və satmaq üçün apardıqlarını demişlər. Hacıqabul rayonunun Atbulaq kəndində Telman adlı şəxsə həmin alətləri 23-24 manata satdıqdan sonra Ələt qəsəbəsinə geri qayıtmışlar. Dəmir əşyaların satışından əldə olunmuş pulun 5 manatı ona verilmişdir. Bundan bir gün sonra, yəni 31 yanvar 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la məhəllədə görüşərkən sonuncunun təklifi ilə Nurməmməd adlı şəxsin evindən oğurluq etmək üçün razılaşıb onun yaşayış olmayan fərdi evinin qarşısına gələrək hər üçü hasardan həyətə tullanmışlar. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 evin pəncərəsinin həncamasını sıxıb açdıqdan sonra hər üçü evə daxil olaraq oradan avtomobil mühərriki, sürət qutusu, təkər çarxlarının bir neçə hissələrini və bir ədəd qaynaq aparatını götürüb pəncərədən həyətə, oradan isə küçəyə çıxarmış, bir qədər uzaqlaşdıqdan sonra yolun kənarında gizlətmişlər. Təqsirləndirilən şəxs2 yenidən qohumu Bəylərə zəng edərək onu həmin yerə çağırmış, oğurladıqları əşyaları hissə-hissə aparıb satmağa razılaşdıqları üçün qaynaq aparatını Bəylərin idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qaynaq aparatını yoldan keçən dəmiryığan bir şəxsə satmış, lakin əldə olunmuş puldan ona verdikləri məbləği tam xatırlamır. Aradan iki gün keçdikdən sonra 2 fevral 2023-cü il tarixdə oğurladıqları digər avtomobil hissələrini satmaq üçün həmin hissələri gizlətdikləri yerə gəlmişlər. Təqsirləndirilən şəxs2 Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə avtomobil hissələrini Atbulaq kəndinə aparmış Telman adlı şəxsə 63 manata satmış və Ələt qəsəbəsinə qayıtmışdır. Elşən ona əldə olunmuş məbləğdən 6 manat pul vermişdir. Oğurladıqları əmlakı satmaq üçün Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə aparmalarına baxmayaraq, həmin əşyaları oğurluq nəticəsində əldə etmələri barədə ona heç bir məlumat verməmişlər. Daha sonra əməlindən peşman olduğunu bildirərək zərərçəkmiş şəxslərlə barışıq əldə olunmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi əvvəlcədən planlaşdırdıqlarından 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında sonuncunun Ələt qǝsəbəsində yerləşən, lakin yaşayış olmayan evinin qarşısına Təqsirləndirilən şəxs1la birlikdə gəlmişlər. Onlar ora gəldikdə Təqsirləndirilən şəxs3 artıq orada olmuşdur. O, Təqsirləndirilən şəxs3 ilə bərabər Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə girmişlər, Təqsirləndirilən şəxs1 isə onları darvazanın önündə gözləmişdir. Evin zirzəmisində olan xəmir yoğuran aparatın mühərrikinin hissələrinin metal lövhələrini söküb əvvəlcə evin darvazasının qarşısına, sonra isə həmin alətləri daşıyaraq Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə yığmışlar. 29 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində hər üçü Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında görüşmüş və həmin alətləri onun təklifi ilə Hacıqabul rayonu Atbulaq kəndinə metal qəbulu məntəqəsinə satmaq üçün aparmaları barədə razılığa gəlmişlər. O, onları Hacıqabul rayonuna aparması üçün Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan qohumu Bəylərə zəng edərək onu olduqları yerə dəvət etmiş, həyətindən topladığı dəmir alətləri satmaq üçün onları Hacıqabul rayonuna aparmaları barədə razılığa gəlmişlər. Oğurladıqları dəmir alətlərini Hacıqabul rayonu Atbulaq kəndində Telman adlı şəxsə 23-24 manata satmış Ələt qəsəbəsinə geri qayıtmışlar. O, alətlərin satışından əldə etdiyi puldan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 5 manat vermişdir. Bundan bir gün sonra, yəni 31 yanvar 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la məhəllədə görüşərək onun təklifi ilə Nurməmməd adlı şəxsin evindən oğurluq etmək üçün razılığa gələrək onun yaşayış olamayan fərdi yaşayış evinin qarşısına gələrək hər üçü hasardan həyətə tullanmışlar. O, Təqsirləndirilən şəxs3 ilə birlikdə evin pəncərəsinin həncamasını açdıqdan sonra hər üçü evə daxil olaraq oradan avtomobil mühərrikini, sürət qutusunu, təkər çarxlarının bir neçə hissələrini və bir ədəd qaynaq aparatını götürmüş, pəncərədən həyətə, oradan isə küçəyə çıxarmış, bir qədər uzaqlaşdıqdan sonra yolun kənarında gizlətmişlər. O, yenidən qohumu Bəylərə zəng edərək onu həmin yerə çağırmış, oğurladıqları əşyaları hissə-hissə aparıb satmağa razılaşdıqları üçün qaynaq aparatını Bəylərin idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə Hacıqabul rayonu, Atbulaq kəndinə gəlmişlər. O, qaynaq aparatını yoldan keçən dəmiryığan bir şəxsə 50 manata satmışdır. Aradan iki gün keçdikdən sonra 2 fevral 2023-cü il tarixdə oğurladıqları digər avtomobil hissələrini satmaq üçün həmin hissələri gizlətdikləri yerə gəlmişlər. O, Bəylərin nəqliyyat idarə etdiyi nəqliyyat vasitəsi ilə avtomobil hissələrini Atbulaq kəndinə aparmış Telman adlı şəxsə 63 manata satmış və Ələt qəsəbəsinə qayıtmışdır. Oğurladıqları əşyalarıın satışından əldə olunmuş pulun 6 manatını Təqsirləndirilən şəxs1, 10 manatını Təqsirləndirilən şəxs3, 10 manatını sürücüyə vermiş, qalan hissəsini özündə saxlamışdır. Oğurladıqları əmlakı satmaq üçün Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə aparmalarına baxmayaraq, həmin əşyaları oğurluq nəticəsində əldə etmələri barədə ona heç bir məlumat verməmişlər. Daha sonra əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 təklifi ilə Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi planlaşdırdıqlarından 28 yanvar 2023-cü il tarixdə gecə saatlarında sonuncunun Ələt qǝsəbəsində yerləşən, lakin yaşayış olmayan evinin qarşısına gəlmişlər. Əvvəlcədən danışdıqları kimi Təqsirləndirilən şəxs1 darvazanın qarşısında dayanıb ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2la həmin evin həyətinə girmiş, evin zirzəmisində olan xəmir yoğuran aparatın mühərrikinin hissələrinin metal lövhələrini söküb əvvəlcə evin darvazasının qarşısına sonra isə daşıyaraq Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə yığmışlar. 29 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində hər üçü Təqsirləndirilən şəxs1 yaşadığı evin qarşısında görüşmüş və həmin alətləri Təqsirləndirilən şəxs2 təklifi ilə Hacıqabul rayonu Atbulaq kəndinə metal qəbulu məntəqəsinə satmaq üçün aparmaları barədə razılaşmışlar. Həmin dəmir alətləri aparmaq üçün Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan Bəylər adlı qohumuna zəng edərək onu olduqları yerə dəvət etmiş, onun nəqliyyat vasitəsilə Hacıqabul rayonuna gedərək orada satmış, əldə olunmuş pulu aralarında bölmüşlər. 31 yanvar 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhəllədə görüşərək Nurməmməd adlı şəxsin yaşayış olmayan evindən oğurluq etmək üçün razılığa gəlmişlər. O, Təqsirləndirilən şəxs2la birlikdə evin pəncərəsinin həncamasını açdıqdan sonra hər üçü evə daxil olaraq oradan avtomobil mühərrikini, sürət qutusunu, təkər çarxlarının bir neçə hissələrini və bir ədəd qaynaq aparatını götürüb pəncərədən həyətə oradan küçəyə çıxarmış, hadisə yerindən uzaqlaşaraq yolun kənarında gizlətmişlər. Təqsirləndirilən şəxs2 qohumu Bəylərə təkrar zəng edərək həmin yerə çağırmış, onun idarə etdiyi nəqliyyat vasitəsilə oğurladıqları əşyaları satmaq üçün Hacıqabul rayonuna getmişlər, həmin rayonda Təqsirləndirilən şəxs2la bərabər qaynaq aparatını 50 manata satmışlar. 2 fevral 2023-cü il tarixdə yenidən Hacıqabul rayonuna gedərək oğurladıqları digər əşyaları da satmışlar. Əldə olunmuş puldan Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 6 manat, ona 10 manat, sürücüyə 10 manat vermiş, qalan pullar Təqsirləndirilən şəxs2 özündə qalmışdır. Oğurladıqları əmlakı satmaq üçün Bəylərin idarə etdiyi nəqliyyat vasitəsi ilə aparmalarına baxmayaraq, həmin əşyaları oğurluq nəticəsində əldə etmələri barədə ona heç bir məlumat verməmişlər. Daha sonra əməlindən peşman olmasının, himayəsində 1 azyaşlı övladının olmasının, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi 3-cü massiv yaşayış sahəsində yerləşən ona məxsus nömrəsiz fərdi evdə yaşayış yoxdur. Həmin evin zirzəmisində iki ədəd çörək bişirən və xəmir yoğuran aparat qoymuşdur. Sonuncu dəfə o, 22 noyabr 2022-ci il tarixdə həmin ünvanda olmuş və həmin vaxt evə heç bir kənar müdaxilə olmamışdır. 29 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində həmin ünvanda olduğu zaman zirzəmidə olan iki ədəd xəmir yoğuran aparatın iki ədəd mühərrikinin, üzərlərində 20 kq çəkisi olan 13 ədəd metal lövhələrin oğurlandığını müəyyən etmişdir. Əvvəlcə özü bir neçə gün araşdırma aparmış, lakin hadisənin kimlər tərəfindən törədildiyini müəyyən edə bilmədiyindən 31 yanvar 2023-cü il tarixdə “102” xidməti zəng mərkəzinə məlumat vermiş və Qaradağ RPİ-nin 11-ci polis bölməsinə gedərək ərizə yazmış və izahat vermişdir. Ona məxsus evdən xəmir yoğuran aparatın hər birinin qiyməti 400 (dörd yüz) manat olmaqla, ümumi dəyəri 800 (səkkiz yüz) manat təşkil edən 02 ədəd mühərrikini və xəmir yoğuran aparatın üst hissəsini tamamilə qapayan, hər birinin qiyməti 40 (qırx) manat olmaqla, ümümi dəyəri 525 (beş yüz iyirmi) manat təşkil edən təxminən 50x30 sm ölçülü, 20 kq çəkisi olan 13 ədəd metal lövhələri oğurlanmış və ona ümumilikdə 1.320 (bir min üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin, qeyd etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evdə yaşayış yoxdur. 01 fevral 2023-cü il tarixdə, saat 09:10 radələrində həmin evdə olarkən mətbəx otağının plastik pəncərəsinin həncamasının sındırıldığını evdən ona məxsus 01 ədəd qiyməti 350 (üç yüz əlli) manat olan qaynaq aparatının, "Daewoo Nexia" markalı avtomobilə aid 01 ədəd qiyməti 400 (dörd yüz) manat olan mühərrikin, həmin avtomobilə aid 01 ədəd qiyməti 300 (üç yüz) manat olan sürət qutusunun, evin mətbəx otağından həmin avtomobilə aid olan 01 ədəd qiyməti 150 (yüz əlli) manat olan qranatın və hər birinin qiyməti 150 (yüz əlli ) manat olmaqla ümumi dəyəri 600 (altı yüz) manat təşkil etmiş avtomobilin 04 ədəd təkər çarxının oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsi nəticəsində ona 1.800 (bir min səkkiz yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Həmçinin, qeyd etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, özünə məxsus Vaz-2106 minik markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Qohumu Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsinə köçdükdən sonra tanımış və münasibətləri normal vəziyyətdə olmuşdur. 2023-cü ilin yanvar ayının axırlarında saat 18-19 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək «Stansiyanın yanı» adlandırılan əraziyə, onun nəqliyyat vasitəsindən taksi kimi istifadə etmək məqsədilə çağırmışdır. O, həmin yerə gəldiyi zaman sonradan adları ona məlum olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 yanında olmuşlar. Təqsirləndirilən şəxs2 ona evin həyətyanı torpaq sahəsindən topladıqları dəmir parçalarını Hacıqabul rayonu, Atbulaq kəndinə satmaq üçun aparacaqlarını söyləmişdir. Onlar hər üçü dəmir parçalarını onun idarə etdiyi avtomobilin yük yerinə yığmışlar, Hacıqabul rayonu, Atbulaq kəndinə gələrək orada satmış və geri qayıtmışlar, ona isə gediş-gəliş haqqı olaraq 10 manat vermişlər. Bundan bir neçə gün sonra axşam saat 20:00 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək yenidən onun taksi xidmətindən istifadə etmək istədiklərini bildirmişdir. O, dəmir əşyalarını satmaq üçün Təqsirləndirilən şəxs2 və onunla bərabər digər təqsirləndirilən şəxsləri Hacıqabul rayonuna aparmışdır. Geri qayıtdıqdan sonra Təqsirləndirilən şəxs2 ona yol haqqı olaraq 15 manat pul vermişdir. Bir neçə gün sonra o, təkrarən onları Hacıqabul rayonuna aparmış, onlar avtomobilin ehtiyat hissələrini satmışlar və ona yol haqqı olaraq 10 manat ödəniş etmişlər. O, Təqsirləndirilən şəxs2 satdıqları dəmir əşyaları haradan əldə etməsi barədə soruşduqda ona həyətindən topladığını bildirmiş və Təqsirləndirilən şəxs2la qohum olduqları üçün ona yalan məlumat verəcəyindən şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2020ci ilin əvvəllərindən yaşadığı Hacıqabul rayonu, Atbulaq kəndindəki həyətyanı sahəsində əlvan və qara metal qəbulu ilə məşğul olur. Fiziki şəxs kimi vergi ödəyicisidir. Kənddə onu Telman deyə çağırırlar. İlk dəfə 29 yanvar 2023-cü il tarixdə axşam saatlarında sonradan adlarını öyrəndiyi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Vaz-2106 minik markalı avtomobillə onun yaşadığı evə metal parçaları gətirmişlər. Həmin metalı tərəzidə çəkib onlara 23 manat vermişdir. İkinci dəfə isə həmin şəxslər onun həyətinə yenə də həmin avtomobillə bir ədəd qaynaq aparatı gətirmiş, lakin qiymətdə razılaşmayaraq həmin qaynaq aparatını almamışdır. Üçüncü dəfə həmin şəxslər onun həyətinə bir ədəd avtomobil blokunun mühərrikini gətirmiş və onlara 63 manat pul vermişdir. Həmin şəxslər ona satdıqları metal əşyaların özlərinə yaxud da qohumlarına məxsus olmasını bildirmişlər. 03 fevral 2023-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs1la onun yaşadığı evə gəldikdən sonra aldığı əmlakın cinayət yolu ilə əldə edildiyini bilmiş və həmin əmlakı təqdim etmişdir. Həmin şəxslərə inandığı üçün əmlakı aldığını və əmlakın cinayət yolu ilə əldə edilməsindən şübhələnməmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqəsində olan ********* nömrəli cinayət işi üzrə 04 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 18:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 105-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 126-127-ci vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 4(002)-23/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 may 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2023cü il tarixli, 4(002)-93/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 18 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cildinin 178-179-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 192-193-cü vərəqələrində olan 23 fevral 2023-cü il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 205-206-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 1-ci cildinin 219-220-ci vərəqələrində olan 23 fevral 2023-cü il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 238-239-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 02 mart 2023-cü il tarixli, 574 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəsəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 243-244-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 03 mart 2023-cü il tarixli, 583 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs3 hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs3 qeyd edilən şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək məhrum etməmişdir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 241-243-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 mart 2023-cü il tarixli 9/925 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar instensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 950 manat müəyyən edilir. Cinayət işinin 240-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cildinin 166-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 09 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması və 750 manat cərimə cəzalarına məhkum edilmiş, 11 yanvar 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 14 noyabr 2018-ci il tarixli hökm dəyişdirilmiş onun üzərində qəti olaraq 02 il 08 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 750 manat cərimə cəzası saxlanılmış, 17 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli, 21-1/3-14009/14 nömrəli Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)-338/2018 saylı, 14 noyabr 2018-ci il tarixli hökmü ilə 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş məhkum Təqsirləndirilən şəxs1 “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edildiyi üçün xx.xx.2022-ci il tarixdə müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan cinayət işinin tövsif edilməsi haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqəsində olan 128 saylı MKİS tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunur və himayəsində bir azyaşlı övladı var. Cinayət işinin 1-ci cildinin 160-cı vərəqəsində olan 128 saylı MKİS tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur və himayəsində yaşlı anası var. Cinayət işinin 1-ci cildinin 163-cü vərəqəsində olan Qaradağ RİHB-nin Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Ailə tərkibi anası Səidə Abasova, qardaşları Elşad Talıbov və Səid Abasov, bacısı Gülnar Talıbovadan ibarətdir. Cinayət işinin 1-ci cildinin 164-cü vərəqəsində olan Qaradağ RİHB-nin Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 29-40-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus gizli oğurluq yolu ilə talanmış qəhvəyi rəngli xəmir qarışdıran aparatın mühərriki, sarı rəngli xəmir qarışdıran aparatın mühərriki, pəri ilə birlikdə, "Daewoo Nexia "markalı avtomobilə aid mühərrikin üst hissəsi "Daewoo Nexia "markalı avtomobilə aid mühərrikə məxsus detallar maddi sübut hesab edilərək saxlanılması üçün zərərçəkmişlərə qaytarılması nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən onlara dəymiş zərər tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs3 əməlləri isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qərarı ilə ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 180.1-ci maddələri ilə təyin edilmiş 02 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 il 08 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 17 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq iki il keçmədən yəni 28 yanvar 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 04 fevral 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində yaşlı anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış qəhvəyi rəngli xəmir yoğuran aparatın mühərrikinin, sarı rəngli xəmir yoğuran aparatın mühərrikinin, pəri ilə birlikdə, "Daewoo Nexia" markalı avtomobilə aid mühərrikin üst hissəsinin, "Daewoo Nexia" markalı avtomobilə aid mühərrikin detallarının saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs3, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq ibtidai istintaq dövründə 36 (otuz altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə istintaqı zamanı müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs2, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 dövlət hesabına hüquqi yardım göstərmişlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul, Müdafiəçi1 tərəfindən ibtidai istintaq dövründə göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat pul, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul, ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat pul, məhkəmə istintaqı dövründə Müdafiəçi2 tərəfindən göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onların işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 50 (əlli) manat isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış qəhvəyi rəngli xəmir yoğuran aparatın mühərrikinin, sarı rəngli xəmir yoğuran aparatın mühərrikinin, pəri ilə birlikdə, "Daewoo Nexia" markalı avtomobilə aid mühərrikin üst hissəsinin, "Daewoo Nexia" markalı avtomobilə aid mühərrikin digər detallarının saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. İbtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat pul, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul, Müdafiəçi1 tərəfindən ibtidai istintaq dövründə göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat pul, məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul, ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 36 (otuz altı) iş saatı hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat pul, məhkəmə istintaqı dövründə Müdafiəçi2 tərəfindən göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından onların işlədikləri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-201/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-201/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver