Məhkəmə qərarları › İş №1(002)-201/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-201/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-201/2024 26.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Ordubad rayonu, Nüsnüs kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək və həmin hərəkətlərinin qarşısını almağa cəhd edən digər şəxsə müqavimət göstərərək təkrar xuliqanlıq törətmişdir. Belə ki, o, 08 dekabr 2023-cü il tarixdə saat 16 radələrində ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində onunla yanaşı, yəni korpus 4, sıra 3, 111 nömrəli mağazada işləyən Zərərçəkmiş şəxs2 satışda olan geyim paltarlarının, manikenin ona maneçəlik törətməsini bəhanə edərək səliqəsiz vəziyyətə salıb heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisənin ətrafdakıların narahatlığına səbəb olmasını dərk etməsinə baxmayaraq ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli sürətdə pozaraq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yüksək səslə nalayiq ifadələr işlətməklə, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək sonuncunun üzərinə hücum edib ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə boğazından tutub dizləri üstə yerə çırpmış, saçlarından tutub dartmış, daha sonra həmin zaman ticarətlə məşğul olduğu mağazadan paltar asmaq üçün nəzərdə tutulmuş dəmir borunu gətirib silah qismində istifadə etməklə zərbələr endirib sonuncuya sağ əlin V barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V barmağının qançırı şişkinlik halında yumuşaq toxumlarının əziyi, boyun və sağ diz oynağı nahiyyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində ticarətlə məşğul olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində korpus 4, sıra 3, mağaza 111 nömrəli mağazanın qarşısında yenidən Zərərçəkmiş şəxs2 satışda olan geyim paltarlarının, manikenin ona maneçelik törətməsini bəhanə gətirərək səliqəsiz vəziyyətə salıb heç bir səbəb olmadan mübahisə yaratmış, mübahisənin ətrafdakıların narahatlığına səbəb olmasını dərk etməsinə baxmayaraq ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli sürətdə pozaraq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək yüksək səslə nalayiq ifadələr işlətməklə, özünün şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla heç bir əsaslı səbəb olmadan münaqişəyə çevirərək Zərərçəkmiş şəxs2 üzərinə hücum edib ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə saçlarından tutub dartmış, dırnaqları ilə sonuncunun əlini, barmaqlarını cırmaqlayaraq sağ əlin arxa səthinin sıyrığı və sağ əlin İİİ barmağının dırnaq falanqasmm qançırı ilə nəticələnən dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətləri yetirmiş, habelə həmin vaxt onu sakitləşdirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 da müqavimət göstərməklə ticarətlə məşğul olduğu mağazadan paltar asmaq üçün nəzərdə tutulmuş dəmir borunu gətirib silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə endirib sonuncuya başın sol təpə nahiyyəsinin qançırı ilə nəticələnən dərəcələrinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməklə təkrar qərəzli xuliqanlıq törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək öz ifadəsində göstərmişdir ki, qonşu mağazada satıcı işləyən Şəfa onu söydüyü üçün aralarında mübahisə yaranmış və həmin vaxtı əlində paltar asmaq üçün dəmir boru olmaqla Şəfanın üstünə getsədə onu vurmamışdır. Halhazırda zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, törətdiyi əməldən peşman olduğunu, ağır vəziyyətdə İ qrup əlil “dializ” xəstəsi olan anasına və xəstə bacısına özünün baxdığını, ailənin yeganə qazanc gətirən nümayəndəsi olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM korpus 4, sıra 3, mağaza 111–in yan tərəfində geyim paltarı sataraq ticarət ilə məşqul olmuşdur. Sədərək TM-nin sağ yan tərəfində qonşu mağazada Şəfa adlı qadın ticarətlə məşğul olur. Mağazanın qarşısında mallarını düzəndə yan-yana düzülmüş, Şəfa isə daim ona atmaca sözlər atıb sataşmışdır. 08 dekabr 2023-cü il tarixdə saat 16 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM korpus 4, sıra 3, mağazamın qarşısında olan manekeni təmizləyərkən Şəfa nə üçün onun manekenini itələdiyini deyərək üzərinə hücum edib söyüşlərlə söyüb təhqir etmiş, buna görə də onun sözlərini özünə qaytarmışdır. Aralarında münaqişə yaranmış, Şəfa onun saçından yolmuş, ona yumruq və təpik atmışdır. Şəfa ona qarşı nə hərəkətlər etmişdirsə o da həmin hərəkətləri onun özünə etmişdir. Qonşu mağazada işləyən şəxslər onları ayırmış, münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, münaqişə zamanı orada ticarət mərkəzində olan tanımadığı şəxslər hadisəyə tamaşa etmişlər. Şəfa onun saçını yolsa da Məhkəmə Tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM korpus 4, sıra 3, mağaza 111-in sağ yan hissəsində mağazada olarkən həmişə olduğu kimi yenə Şəfa mağazanın qarşısında olan mallarının ona maneçilik törətməsi adı ilə mağazanın qarşısında olan geyim paltarlarını səliqəsiz vəziyyətə salmış, üzərinə hücum edib söyüşlərlə söyüb təhqir edərək əlləri ilə saçlarından yolduğu üçün aralarında münaqişə yaranmışdır. Qonşu mağazada işləyən şəxslər onları aralaşdırmış, münaqişə zamanı qonşu mağazada işləyən Gülnarə də Şəfanı müdafiə edərək onu söyüşlərlə söyüb təhqir edərək vurduğu üçün sonuncunun da hərəkətlərini özünə qaytarmışdır. Lakin Gülnarəni ümumiyyətlə vurmamışdır. Hadisə zamanı ticarət mərkəzində olan tanımadığı şəxslər hadisəyə tamaşa etmişlər. Şəfaya paltar asqısı olan dəmir boru ilə xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə eyni yerdə işləyiblər. Halhazırda ona qarşı şikayəti yoxdur. Hadisə dekabr ayının 8-də baş vermişdir. İlk dəfə Kəmalənin mübahisəsi Şəfayla başlamışdır. Kəmalə Şəfanı söydüyü üçün bu hadisə baş vermişdir. İlk dəfə Şəfa Kəmalənin üzərinə hücum çəkmişdir. Kəmalə əlinə paltar asılan dəmiri götürərək onlara hücum etmişdir. Bu onun adəti idi dava olan kimi onu həməşə əlinə götürürdü. Hadisə zamanı ora bir çox adam yığılmışdır. Bəli hadisə vaxtı Kəmalə söyüş söymüşdür. Dəmir asılqanla Kəmalə hücum etdi və onuda vurmuşdur. Kəmalə onların mağazasının qarşısında olan mankenlərə gəlib təpik vurub onları qıcıqlandırmağa çalışırmış. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını və ona vurulmuş ziyanın ödənildiyini bildirərək məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavət və düşmənçiliyi yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM korpus 4, sıra 3, mağaza 111-də geyim paltarları sataraq ticarətlə məşğul olur. Kəmalə adlı qadın da qonşu mağazada ticarətlə məşğul olur. Lakin o, daim demək olar ki, hər gün heç bir səbəb olmadan qonşu mağazada işləyən Şəfanı mağaza qarşısında olan mallarının ona maneçilik törətməsini bəhanə gətirərək söyüşlərlə söyüb təhqir etmiş, hər dəfə onu sakitləşdirməyə çalışsada o, buna məhəl verməyib hərəkətlırini davam etdirmişdir. 08 dekbar 2023-cü il tarixdə saat 16 radələrində işlədiyi mağazada olarkən qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmişdir. Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın üstünə hücum edib onu söyüşlərlə söyüb təhqir edir, əvvəlcə əlləri ilə boğazından tutub onu boğmağa çalışmış, daha sonra onu yerə yıxarkən Şəfa dizləri üstə yerə çırpılmışdır. Şəfanın saçlarından tutub sağa-sola dartıb ona fiziki ağrı vermişdir.Bundan sonra Kəmalə elədiyi hərəkətlər azmış kimi gedib mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə yuxardan aşağı Şəfanın başının təpə nahiyyəsindən vurmaq istəyərkən Şəfa əllərini irəli verib özünü müdafiə etmiş, həmin zaman paltar asqısı dəmir boru Şəfanın əllərinə dəymişdir. Özü və qonşu mağazada işləyən şəxslər Kəmaləni Şəfadan güclə ayırmışdır. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman orada ticarət mərkəzində olan tanımadığı şəxslərdə Kəmalənin hərəkətlərinə tamaşa etmişlər. 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində isə işlədiyi həmin mağazada olarkən həmişə olduğu kimi yenə Kəmalənin yüksək səslə söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmiş, Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda isə görmüşdür ki, Kəmalə Şəfanın mağazasının içərisində Şəfanın üstünə hücum edib onu söyüşlərlə söyüb təhqir edib əlləri ilə saçlarından tutub dartıb ona fiziki ağrı verirmişdir. Şəfa Kəmalənin əllərini saçından ayırmaq istəyərkən Kəmalə dırnaqları ilə Şəfanın əllərindən tutub sıxmış, sağ əlinin barmaqlarını geriyyə əyərək Şəfanı geri itələmişdir. Həmin zaman qonşu mağazada işləyən şəxslər ilə birlikdə Kəmaləni Şəfadan güclə ayırmışlar. Həmin zaman Kəmalə, onu Şəfadan ayırdığına görə ona irad tutaraq, səbəbsiz olaraq guya Şəfanı müdafiə etməyinə görə onu da nəlayiq söyüşlərlə söyüb təhqir etmiş,daha sonra isə gedib mağazasından paltar asqısı olan dəmir boru ilə üstünə hücum edib başının təpə nahiyyəsindən zərbə endirərək xəsarət yetirmişdir.Qonşu mağazada işləyən şəxslər Kəmaləni ondan ayırmışdırlar.Münaqişə təxminən 5-10 dəqiqə müddətində orada olan tanımadığı şəxslərin gözləri qarşısında davam etmşdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM korpus 4, sıra 3, mağaza 111-də geyim paltar sataraq ticarətlə məşqul olur. Onunla sol yan tərəfdə qonşu mağazada Kəmalə adlı qadın ticarətlə məşğul olur. Kəmalə bəd niyyətli olmaqla demək olar ki, hər gün heç bir səbəb olmadan mağaza qarşısında olan malların ona maneçilik törətməsini bəhanə edərək ünvanına söyüşlərlə söyüb təhqir etmiş, Kəmaləni sakitləşdirməyə çalışsada o, buna məhəl verməmiş, əksinə hərəkətlərini davam etdirmişdir. 08 dekabr 2023-cü il tarixdə saat 16 radələrində işlədiyi mağazada olarkən həmişə olduğu kimi yenə Kəmalə mağazasının qarşısında olan malların ona maneçilik törədməsi adı ilə nəlayiq söyüşlərlə söyüb təhqir etmiş,mağazanın qarşısında olan manekeni yerə yıxmıışdır. Kəmalədən nəlayiq söyüşlərlə söyüb təhqir etməməsini tələb etdikdə isə sonuncu daha da azğınlaşaraq üzərinə hücum edib söyüşlərlə söyüb onu təhqir edərək əvvəlcə əlləri ilə boğazından tutub boğmağa çalışmış, daha sonra isə yerə yıxdığı üçün dizləri üstə yerə çırpılmış, eyni zamanda boyun və sağ dizindən xəsarətlər almışdır. Həmçinin saçlarıdan tutub sağa-sola dartıb fiziki ağrı vermişdir. Bundan sonra etdiyi hərəkətlər azmış kimi gedib mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə yuxardan aşağı başının təpə nahiyyəsindən vurmaq istəyərkən əllərini irəli verib özünü müdafiə etmiş, paltar asqısının dəmir borusu əllərinə dəymiş,sağ əlinin 5-ci barmağından xəsarət almışdır. Qonşu mağazada işləyən şəxslər Kəmaləni güclə ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman ticarət mərkəzində olan tanımadığı şəxslər onlara tamaşa etmişlər. Bundan sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, 10-cu polis şöbəsinə izahat yazıb Tibbi ekspertizadan keçmişdir.102 məlumatında geyim əşyalarımın cırılması ilə əlaqədar əvvəllər olsa da şikayət verməmişdir.Həmin günü isə geyim əşyalarını cırmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində işlədiyi həmin mağazada olarkən həmişə olduğu kimi yenə Kəmalə mağazanın qarşısında olan mallarının ona maneçilik törədməsi adı ilə mağazanın qarşısında olan geyim paltarlarını səliqəsiz vəziyyətə salmış, onu nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Mağazanın içərisində üstünə hücum edib söyüşlərlə söyüb təhqir etmiş əlləri ilə saçlarından tutub sağa-sola dartıb fiziki ağrı vermişdir. Əllərini saçından ayırmaq istəyərkən dırnaqları ilə əllərindən tutub sıxmış, sağ əlinin barmaqlarını geriyə əymiş, itələmişdir. Həmin zaman sağ əlinin arxa səthindən xəsarət almış, sağ əlinin üçüncü barmağının dırnağı dibindən sınmaqla xəsarət almışdır. Qonşu mağazada işləyən şəxslər Kəmaləni ondan güclə ayırmışlar. Hətta qonşu mağazada işləyən Gülnarə onu ayırdığına görə əlindəki, paltar asqısı olan dəmir boru ilə Gülnarənin başının təpə nahiyyəsindən zərbə endirərək ona xəsarət yetirmişdir. Münaqişə təxminən 5-10 dəqiqə, ticarət mərkəzində olan tanımadığı şəxslərin gözləri qarşısında davam etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını və ona vurulmuş ziyanın ödənildiyini bildirərək məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Lökbatan qəsəbəsi, ünvan 2ərkəzində sahibkarlıqla məşğul olur. Kəmalə ilk əvvəl “Sədərək” TM 1-ci zona, 3-cü sıra, 1-ci korpusda işləmiş, lakin sonuncunun orada qonşu mağazalarda işləyən şəxslərlə mütəmadi dava-dalaş etdiyi üçün təxminən 5-6 ildir ki, yerini dəyişdirərək Sədərək TM korpus 4, sıra 3, mağaza 111-də geyim paltar mağazasında Şəfa ilə yan-yana ticarət ilə məşqul olur. Kəmalə işlədiyi müddət ərzində heç bir səbəb olmadan qonşu mağazalarda işləyən şəxslərlə mübahisə edib onları nəlayiq söyüşlərlə söyüb təhqir etmiş və iş rejimini daim pozmuşdur. Belə ki, 08 dekabr 2023-cü il tarixdə saat 16 radələrində işlədiyim mağazada olarkən qonşu Şəfanın mağazasının qarşısında Kəmalənin yüksək səslə söyüşlərlə Şəfanı təhqir etdiyini eşitmiş,həmin mağazanın qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın üstünə hücum edib onu söyüşlərlə söyüb təhqir edir, əlləri ilə boğazından tutub onu boğmağa çalışır. Daha sonra Kəmalə Şəfanı dizləri üstə yerə yıxmış, Şəfanın saçlarından tutub sağa-sola dartmışdır. Bundan sonra Kəmalə elədiyi hərəkətlər azmış kimi gedib mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə yuxardan aşağı Şəfanın başının təpə nahiyyəsindən vurmaq istəyərkən Şəfa əllərini irəli verib özünü müdafiə etmişdir.Həmin zaman paltar asqısı dəmir boru Şəfanın əllərinə dəymiş, özü və qonşu mağazada işləyən şəxslər Kəmaləni Şəfadan güclə ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə müddətində, ətrafda olan insanların gözləri qarşısında dsavam etmiş, iş rejimi pozulmuşdur. Münaqişə zamanı xəsarət almamışdır. Bundan başqa 21 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Sədərək TM-də işlədiyi mağazada olarkən həmişə olduğu kimi yenə qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmiş, Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın mağazasının içərisində Şəfanın üstünə hücum edib onu söyüşlərlə söyüb təhqir edib əlləri ilə saçlarından tutub dartıb ona fiziki ağrı verir. Şəfa Kəmalənin əllərini saçından ayırmaq istəyərkən Kəmalə dırnaqları ilə Şəfanın əllərindən tutub sıxmış, sağ əlinin barmaqlarını geriyə əyərək Şəfanı geri itələmişdir. Qonşu mağazada işləyən şəxslərlə birlikdə Kəmaləni Şəfadan güclə ayırmış, Kəmalə onu Şəfadan ayırdığına görə Gülnarəyə irad tutaraq, səbəbsiz olaraq guya Gülnarə Şəfanı müdafiə etməyinə görə onuda söyüşlərlə söyüb təhqir etmiş, daha sonra gedib mağazasından paltar asqısı olan dəmir boru gətirərək Gülnarənin üstünə hücum edib həmin dəmir boru ilə Gülnarənin başının təpə nahiyyəsindən zərbə endirərək ona xəsarət yetirmişdir.Qonşu mağazada işləyən şəxslərlə Kəmaləni Gülnarədən güclə ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, ticarət mərkəzində olan tanımadığı müştərilərin diqqəti onlarda olmaqla tamaşa etmişlər, iş rejimi pozulmuşdur. Şahid2 məhkəmənin 19 sentyabr 2024-cü il tarixli iclasında məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumum normaldır və sağlamdır. Göstərilən ünvanda ailəsi ilə yaşayır. O, Milli X1 bacısıdır. Özü isə 1992-ci ildə Qarabağ müharibəsində “snayperçi” xanım kimi iştirak etmişdir. 15 ildir ki, Lökbatan qəsəbəsi, ünvan 2ərkəzində sahibkarlıqla məşğul olur. Hazırda isə Sədərək TM geyim zonası, korpus 5, sıra 3, mağaza 23-də kiçik sahibkarlıqla məşğul olur. Kəmalə ilk əvvəl Sədərək TM 1-ci zona, 3-cü sıra, 1-ci korpusda işləyirdi. Lakin orada qonşu mağazalarda işləyən şəxslərlə mütəmadi dava-dalaş etdiyi üçün təxminən 5-6 ildir ki, yerini dəyişdirərək Sədərək TM korpus 4, sira 3, mağaza 111-də geyim paltar mağazasında ticarət ilə məşğul olurdu. O, işlədiyi müddət ərzində heç bir səbəb olmadan qonşu mağazalarda işləyən şəxslərlə mübahisə edib onları nalayiq söyüşlərlə söyüb təhqir edirdi. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyim mağazada olarkən qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə nəlayiq söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmişdir. Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın üstünə hücum edib onu nəlayiq söyüşlərlə söyüb təhqir edib ǝvvlcə əlləri ilə boğazından tutub onu boğmağa çalışmışdır. Daha sonra onu yerə yıxarkən Şəfa dizləri üstə yerə çırpılmışdır. Şəfanın saçlarından tutub sağa-sola dartıb ona fiziki ağrı vermişdir. Bundan sonra Kəmalə elədiyi hərəkətlər azmış kimi gedib mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə yuxardan aşığı Şəfanın başının təpə nahiyyəsindən vurmaq istəyərkən Şəfa əllərini irəli verib özünü müdafiə etmişdir. Həmin zaman paltar asdığı dəmir boru Şəfanın əllərinə dəymişdir. Həmin zaman o və qonşu mağazada işləyən şəxslər Kəmaləni Şəfadan güclə ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Hamin zaman orada ticarət mərkəzində olan tanımadığı şəxslərdə Kəmalənin hərəkətlərinə tamaşa edirmişlər. Münaqişə zamanı xəsarət almamışdır. Bundan başqa xəsarət aldığı gün yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də işlədiyi mağazada olarkən həmişə olduğu kimi yenə qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə nəlayiq söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmişdir. Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın mağazasının içərisində Şəfanın üstünə hücum edib onu nəlayiq söyüşlərlə söyüb təhqir edib əlləri ilə saçlarından tutub dartıb ona fiziki ağrı vermişdir. Şəfa Kəmalənin əllərini saçından ayırmaq istəyərkən Kəmalə dırnaqları ilə Şəfanın əllərindən tutub sıxmışdır, sağ əlinin barmaqlarını geriyə əyərək Şəfanı geri itələmişdir. Həmin zaman o qonşu mağazada işləyən şəxslər ilə birlikdə Kəmaləni Şəfadan güclə ayırmışdır. Həmin zaman Kəmalə, onu Gülnarə Şəfadan ayırdığına görə ona irad tutaraq, səbəbsiz olaraq guya Gülnarə Şəfanı müdafiə etməyinə görə onuda nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Daha sonra gedib mağazasından paltar asqısı olan dəmir boru ilə Gülnarənin üstünə hücum edib başının təpə nahiyyəsindən zərbə endirərək ona xəsarət yetirdi. O və qonşu mağazada işləyən şəxslər Kəmaləni Gülnarədən ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman ticarət mərkəzində olan tanımadığım müştərilərin diqqəti onlarda olmaqla tamaşa edirdilər. Münaqişə zamanı xəsarət almamışdır. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə və baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Şahid 16 oktyabr 2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifdəsini təsdiq etdiyini, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı işə şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyildir. Psixoloji durumum normaldır və sağlamdır. Göstərilən ünvanda ailəsi ilə yaşayır. Lökbatan qəsəbəsi, ünvan 2ərkəzində kiçik sahibkarlıqla məşğul olur. Kəmalə ilk əvvəl Sədərək TM 1-ci zona, 3-cü sıra, 1-ci korpusda işləyirdi. Lakin orada qonşu mağazalarda işləyən şəxslərlə mütəmadi dava-dalaş etdiyi üçün təxminən 5-6 ildir ki, yerini dəyişdirərək Sədərək TM korpus 4, sira 3, mağaza 111-də geyim paltar mağazasında ticarət ilə məşğul olurdu. O, işlədiyi müddət ərzində heç bir səbəb olmadan qonşu mağazalarda işləyən şəxslərlə mübahisə edib onları nalayiq söyüşlərlə söyüb təhqir edirdi. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işlədiyim mağazada olarkən qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə nəlayiq söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmişdir. Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın üstünə hücum edib onu nəlayiq söyüşlərlə söyüb təhqir edib ǝvvlcə əlləri ilə boğazından tutub onu boğmağa çalışmışdır. Daha sonra onu yerə yıxarkən Şəfa dizləri üstə yerə çırpılmışdır. Şəfanın saçlarından tutub sağa-sola dartıb ona fiziki ağrı vermişdir. Bundan sonra Kəmalə elədiyi hərəkətlər azmış kimi gedib mağazasından paltar asmaq üçün nəzərdə tutulmuş dəmir boru ilə yuxardan aşığı Şəfanın başının təpə nahiyyəsindən vurmaq istəyərkən Şəfa əllərini irəli verib özünü müdafiə etmişdir. Həmin zaman paltar asdığı dəmir boru Şəfanın əllərinə dəymişdir. Həmin zaman o və qonşu mağazada işləyən şəxslər Kəmaləni Şəfadan güclə ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman orada ticarət mərkəzində olan tanımadığı şəxslərdə Kəmalənin hərəkətlərinə tamaşa edirmişlər. İş rejimi pozulmuşdur. Münaqişə zamanı xəsarət almamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 12 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də işlədiyi mağazada olarkən həmişə olduğu kimi yenə qonşu Şəfanın mağaza qarşısında Kəmalənin yüksək səslə nəlayiq söyüşlərlə Şəfanı söyüb təhqir etdiyini eşitmişdir. Şəfanın mağazasının qarşısına yaxınlaşdıqda görmüşdür ki, Kəmalə Şəfanın mağazasının içərisində Şəfanın üstünə hücum edib onu nəlayiq söyüşlərlə söyüb təhqir edib əlləri ilə saçlarından tutub dartıb ona fiziki ağrı verir. Şəfa Kəmalənin əllərini saçından ayırmaq istəyərkən Kəmalə dırnaqları ilə Şəfanın əllərindən tutub sıxmışdır, sağ əlinin barmaqlarını geriyə əyərək Şəfanı geri itələmişdir. Həmin zaman o qonşu mağazada işləyən şəxslər ilə birlikdə Kəmaləni Şəfadan güclə ayırmışdır. Həmin zaman Kəmalə, onu Gülnarə Şəfadan ayırdığına görə ona irad tutaraq, səbəbsiz olaraq guya Gülnarə Şəfanı müdafiə etməyinə görə onuda nəlayiq söyüşlərlə söyüb təhqir etmişdir. Daha sonra gedib mağazasından paltar asqısı olan dəmir boru ilə Gülnarənin üstünə hücum edib başının təpə nahiyyəsindən zərbə endirərək ona xəsarət yetirdi. O və qonşu mağazada işləyən şəxslər Kəmaləni Gülnarədən ayırmışlar. Münaqişə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin zaman ticarət mərkəzində olan tanımadığım müştərilərin diqqəti onlarda olmaqla tamaşa edirdilər. Münaqişə zamanı xəsarət almamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 Qaradağ rayon şöbəsinin 16 dekabr 2023-cü il tarixli, 910 nömrəli rəyindən görünür ki, 1.Vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri-sağ əlin V barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin V barmağının qançır-şişkinlik halında yumuşaq toxumalarının əziyi, boyun və sağ diz oynağı nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir gün qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.

2. vətəndaş Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakterini, lokalizaiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 Qaradağ rayon şöbəsinin 29 yanvar 2024-cü il tarixli, 48 nömrəli rəyindən görünür ki, 1.Vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətləri-sağ əlin arxa səthinin sıyrığı və sağ əlin İİİ barmağının dırnaq falanaqlasının qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir gün qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X9 Qaradağ rayon şöbəsinin 29 yanvar 2024-cü il tarixli, 49 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - başın sol təpə nahiyəsinin qançırı bərk küt əşya təsirindən müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 24 aprel 2024-cü il tarixli, 1118 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 08 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış” protokolu və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 2ərkəzinin 4-cü korpus, sıra 3, 111 nömrəli mağazanın qarşısıdır, mağazanın ətrafında müxtəlif ticarət obyektləri, köşkləri fəaliyyət göstərməklə və insanların sıx yeri olmaqla ictimai yerdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 21 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış” protokolu və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 2ərkəzinin 4-cü korpus, sıra 3, 111 nömrəli mağazanın qarşısıdır, mağazanın ətrafında müxtəlif ticarət obyektləri, köşkləri fəaliyyət göstərməklə və insanların sıx yeri olmaqla ictimai yerdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntüdən aydın olur ki, “Sədərək” TM-nin daxilində xeyli insanların və yüksək səs-küyün olduğu şəraitdə qırmızı rəngli kofta geyimində olan qadın özünü aqressiv aparmaqla ətrafda olan insanlara və onu sakitləşdirmək istəyənlərə məhəl qoymayaraq zərərçəkmiş şəxslərin üzərinə hücum edərək onları əl və ayaq zərbələri ilə vurur, daha sonra əlinə götürdüyü boruya bənzər alətlə həmin şəxsləri vurmaq məqsədi ilə onların üzərinə hücum çəkir. İbtidai istintaq və məhkəmə baxışı zamanı həmin video görüntüdə olan qırmızı geyimli qadının Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən verilmiş 22 dekabr 2022-cü il tarixli, 027 nömrəli Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası xx xxxxxx 1958-ci il tarixdə doğulmuş Şahid4 “xroniki obstruktiv piolenefrit, XBX- V mərhələ, proqram HD və şəkərli diabed ikinci tip ağır forma, hipertaniya” xəstəliyindən stosianar müalicədə olmaqla əziyyət çəkir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 1958-ci il tarixdə doğulmuş Şahid4 yaşa görə 363,85 manat, əlilliyə görə isə 200 manat məbləğində təqaüd alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən və Bakı şəhər Probasiya İdarəsinin 19 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 % məbləğdə pul tutulmaqla 05 ay müddətə islah işi cəzasına məhkum edilmiş və onun cəzası 21 may 2019-cu il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də və sonda özünü qismən təqsirli bilsədə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs sonda əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlə barışmaqla, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qadın olmaqla xasiyyətində isterik cizgilərin aşkar olunmasını və anasının ağır xəstə (əlil) olmaqla onun himayəsində olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən qadın olmaqla şəxsiyyətini və səhhətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli nəticələrə səbəb olmamasını, səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərlər barışıq əldə etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, xəstə və əlil anasının onun himayəsində olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsinə nəzərdə tutulmuş onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 24 aprel 2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs kimi tutulmuş, 26 aprel 2024-cü il tarixdə saat 11:35-də təqsirləndirilən şəxs kimi dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokuroruluğuna vəsatət ilə müraciət edilmiş, vəsatət təmin edilməmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra barəsində Qaradağ RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru X5 tərəfindən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə hadisənin görüntüsünü əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, korpus 10 ünvanında yerləşən fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə hadisənin görüntüsünü əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar