Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-202/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə, saat 15:30 radələrində ünvan 2 ünvanının dəhlizində onunla birlikdə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə arasında ailəməişət zəminində yaranmış mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs əlindən qıfılı alaraq qəsdən sonuncunun başına vurub başın ənsə və sağ gicgah nahiyəsinin əzilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir və onlar birlikdə yaşayırlar. 03 may 2022-ci il tarixdə saat 15:30 radələrində onun anası Sara ilə Heybətin mübahisəsi yaranmışdır. Bunu eşidən kimi o, Heybətə yaxınlaşıb anası ilə mübahisə etməməyini tələb edib Heybətin əlindəki qıfılı alıb Heybətin başına vurub xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında onun qardaşı Ramazan və anası Sara olsa da onlar Heybəti vurmamışlar. Hadisə təxminən bir dəqiqə davam etmişdir və hadisədən sonra Heybət qıfılın açarını götürərək evdən çıxmışdır. Qıfılın harada olması haqqında məlumatı yoxdur. Hadisə 03 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 43, mənzil 7-nin dəhlizində baş vermişdir. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur və onlar birlikdə yaşayırlar. 03 may 2022-ci il tarixdə saat 15:30 radələrində Neymətin anası Sara ilə onun mübahisəsi yaranmışdır. Bunu eşidən Neymət ona yaxınlaşaraq anası ilə mübahisə etməməyini tələb edib onun əlindəki qıfılı alıb başına vuraraq xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında Neymətin qardaşı Ramazan və anası Sara olsa da onlar onu vurmamışlar. Hadisə təxminən bir dəqiqə davam etmişdir və hadisədən sonra o qıfılın açarını götürərək evdən çıxmışdır. Qıfılın harada olması haqqında məlumatı yoxdur. Hadisə 03 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 43, mənzil 7-nin dəhlizində baş vermişdir. O, öz ifadəsində daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Zərərçəkmiş şəxs isə onun əri Şövlətin qardaşıdır və onlar birlikdə yaşayırlar. 03 may 2022-ci il tarixdə saat 15:30 radələrində onunla Heybətin mübahisəsi yaranmışdır. Bunu eşidən Neymət Heybətə yaxınlaşıb onunla mübahisə etməməyini tələb edib Heybətin əlindəki qıfılı alıb Heybətin başına vurub xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında onun digər oğlu Ramazan olsa da onlar Heybəti vurmamışlar. Hadisə təxminən bir dəqiqə davam etmişdir və hadisədən sonra Heybət qıfılı götürərək evdən çıxmışdır. Qıfılın harada olması haqqında məlumatı yoxdur. Hadisə 03 may 2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 43, mənzil 7-nin dəhlizində baş vermişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Təhqiqat zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, Şahid1 onun anası, Zərərçəkmiş şəxs onun əmisi, Təqsirləndirilən şəxs isə onun qardaşıdır və onlar birlikdə yaşayırlar. 03 may 2022-ci il tarixdə saat 15:30 radələrində anası ilə Heybətin mübahisəsi yaranmışdır. Bunu eşidən Neymət Heybətə yaxınlaşıb anaları ilə mübahisə etməməyini tələb edərək Heybətin əlindəki qıfılı almış Heybətin başına vurub xəsarət yetirmişdir. Həmin vaxtı onların yanında anası Sara olsa da onlar Heybəti vurmamışlar. Hadisə təxminən bir dəqiqə davam etmişdir və hadisədən sonra Heybət qıfılı götürərək evdən çıxmışdır. Qıfılın harada olması haqqında məlumatı yoxdur. Hadisə xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi ev 43, mənzil 7-nin dəhlizində baş vermişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 Qaradağ rayon şöbəsinin 06 may 2022-ci il tarixli, 288 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- başın ənsə və sağ gicgah nahiyələrinin əzilmiş yaraları bərk küt əşya (alət) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 20 saylı X7 Stansiyasına müraciət etdiyi xx.xx.2022ci il tarixdə əmələ gəlməsi mümkündür və dərəcələrinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət.Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 15 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h **********2200202122, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-202/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-202/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver