Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-202/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Müdafiəçi2, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1995-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 20 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zülfüqar oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 aldadaraq guya X25 Cümhuriyyətinə göndərdiyini, lakin məhsulun gömrük sərhəddindən buraxılması üçün pul lazım olduğunu bildirərək bu məsələdə ona kömək edəcəyi halda meyvə-tərəvəz məhsullarının topdan satışından əldə edəcəyi qazancdan Zərərçəkmiş şəxs1 da verəcəyini vəd edib, ilk dəfə Zərərçəkmiş şəxs1 04 may 2022-ci il tarixdə saat 14:58-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi «Optimal-2» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə istintaqa adı «N.Dadaşzadə» məlum olan şəxsin «5213********6385» saylı bank kartı hesabına köçürdüyü 400 manat məbləğdə pul vəsaitini, növbəti dəfə guya X25 Cümhuriyyətinə göndərdiyi meyvə-tərəvəz məhsullarının trayektoriyasını izləmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən mobil telefonuna zəruri mobil tətbiqetmə əlavəsinin yazılacağını bildirib, 06 may 2022-ci il tarixdə gündüz saatlarında Bakı şəhəri Yasamal rayonu «20 Yanvar» dairəsində "xxxx" QSC-nin yaxınlığında 600 manat dəyəri olan bir ədəd «Samsung» markalı «Galaxy S 10» modelli mobil telefonunu, növbəti dəfə guya topdan «kinkonq» meyvəsini X25 Cümhuriyyətinə göndərməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinə dövlət rüsumu ödəyəcəyini bildirərək, 10 may 2022-ci il tarixdə saat 15:14-də Zərərçəkmiş şəxs1 Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsində olan «Rifah» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə «5213********6385» saylı bank kartı hesabına köçürdüyü 400 manat məbləğdə pul vəsaitini, daha sonra guya X25 Cümhuriyyətinə göndərdiyi meyvə-tərəvəzlərin bir hissəsinin sənədləşdirilməsində problem olduğunu və məhsulların məhv olmaması üçün «Forma 9» adlı sənədin lazım olmasını bildirərək, 10 may 2022-ci il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi «Heydər Əliyev» adına Bakı Dərin Özüllər zavodundan istintaqa məlum olmayan bank kartı hesabına köçürdüyü 500 manat məbləğdə pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 1.900 manat məbləğində pulu vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibarından sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair heç bir səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs2 oğlu Nihad Əlizadənin Azərbaycan X11 qəbul olunmasıı üçün Dövlət İmtahan Komissiyasında imtahan zamanı köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsinə yerləşən "xxxx" QSC-nin inzibati binasının yaxılığında, Zərərçəkmiş şəxs2 məxsus olmuş “Hundai SantaFe” markalı, ** HY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin salonunda sonuncunun 3.000 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 oğlu X16 İmtahan Komissiyasından imtahan zamanı Gəncə şəhərində yerləşən təhsil müəsissəsinə qəbul olunduğunu bildirib sonuncunun Bakı şəhərinə köçürülməsi adı ilə aldadaraq, 12 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsində yerləşən "xxxx" QSC-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2lə görüşüb 1.500 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 başqa mobil nömrədən başqa şəxsin adından mesajlar yazaraq guya polis əməkdaşlarının onu həbs etmələri təəssüratını yaradıb həbsdən buraxılmasından ötrü pul tələb olunduğunu bildirməklə Zərərçəkmiş şəxs1 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi «Optimal-2» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə Şahid «540408******4790» saylı bank kartı hesabına köçürdüyü 800 manat məbləğdə pul vəsaitini, 20 iyun 2022-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanda bir bank vasitəsi ilə Şahid «540408******4790» saylı bank kartı hesabına köçürdüyü 900 manat məbləğdə pul vəsaitini, 21 iyun 2022-ci il tarixdə eyni işə görə Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi 25-ci km.-də yerləşən, “H.Əliyev” adına Bakı Dərin Özüollər zavodunda bir bank vasitəsi ilə Şahid «540408******4790» saylı bank kartı hesabına köçürdüyü 1500 manat məbləğdə pul vəsaitini və 22 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev küçəsində, «Tural Palace» adlı restoranla üzbəüz yerləşən «Rifah» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə Şahid «540408******4790» saylı bank kartı hesabına köçürdüyü 1700 manat məbləğdə pul vəsaitini, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4.900 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda valideynləri ilə birlikdə yaşayır, orta məktəbi başa vurduqdan sonra 2013-2014cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Subaydır, heç vaxt evli olmamış və himayəsində heç bir övladı yoxdur. Heç bir fiziki, psixi, psixoloji və ya xroniki xəstəliklərdən əziyyət çəkmir. İlk dəfə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə təqsirləndirilməyi barədə Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 2018-ci ildə, ikinci dəfə eyni cinayət əməllərinə görə 2021-ci ildə məhkum olunmuş, birinci məhkumluğuna görə «Zəfər günü» ilə əlaqədar barəsində amnistiyaya aktı tətbiq edilməklə cərimə cəzasından azad edilmiş, ikinci dəfə isə 01 il 04 ay 21 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir və 20 iyun 2023-cü il tarixdə cəzası başa çatmışdır. Zərərçəkmiş şəxs1 2022-ci ilin may-iyun aylarından internet üzərindən onlayn oyunlar vasitəsi ilə tanımış, özünü “X23” oğlu kimi təqdim edib tanıtmışdır. Zərərçəkmiş şəxs1la münasibətləri normal olmuş, heç vaxt ədavətləri və ya düşmənçiliyi olmamışdır, özünü ona başqa ad, soyad və ata adı ilə təqdim etməyi, valideynlərinin əmisi tərəfindən öldürülməsini deməyinin səbəbi Rüfəti aldatmaq niyyəti olmuşdur. Rüfətlə münasibətləri genişlətdirdikdən sonra «whatsapp» sosial media üzərindən anasna məxsus +**********29 mobil telefon nömrəsi vasitəsi ilə əlaqə saxlayıb danışmağa başlamaışdır. Həmin vaxt Rüfətə özünü iş adamı kimi təqdim etmiş, atamsı Milli Bankda 500.000 manatlıq hesabı olduğunu, əmisinin atası öldürdükdən sonra atasının virasına sahib olmağa çalışdığını, əmisi məhkəməyə verdiyi, Azərbaycan Respublikasından topdan meyvə-tərəvəzləri iri tonajlı yük avtomobilləri ilə X25 Cümhuriyyətində satışını təşkil etmək üçün göndərdiyi, yüksək qazanc əldə etdiyii, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən göndərdiyi meyvə-tərəvəzlərin izlənilməsi üçün mobil telefonuna xüsusi proqramlar yazıldığını və Azərbaycan Milli bankı tərəfindən atasının ona viras qoyduğu 500.000 manat pulun və digər mülklərini əldə etmək üçün “üz tanınma” sənədi yazıldığını deyərək, Rüfəti özünə inandırmağı bacarmışdır. Zərərçəkmiş şəxs1 ona tamamilə inandığı üçün demişdir ki, X25 Cümhuriyyətinə mal, yəni meyvə-tərəvəz vurmuş, mallar gömrükdə ilişmişdir və keçirməyə rüsum ödəməyə pulu çatmır. Rüfət ondan aldığı malın qiymətini və mal üçün ödəməyə pulu haradan əldə etdiyini soruşduqda, atasının Azərbaycan Milli bankında olmuş hesabından 500.000 manat pul çıxartdığını və həmin puldan 400.000 manatlıq mal vurduğunu , yerdə qalan pulu ilə dostuna ev aldığını , dostunun isə evi sataraq pulunu götürüb qaçıb getdiyini bildirmişdir. Sonra Rüfətə demişdir ki, 400 manat rüsum ödəməlidir ki, yük avtomaşınını buraxsınlar. Rüfətdən ona kömək etməsini xahiş etmişdir. Lakin Rüfət pulu olmadığını deyəndə, Rüfətə bildirmişdir ki, «Unibank» və "xxxx" ASC-dən kart götürsün, ona göndərəcəyim kart nömrəsinə pul köçürtsün. Sonra Rüfətə «whatsapp» sosial media üzərindən tanımadığı və heç bir münasibətinin olmadığı, səhv etmirsə, taksi sürücüsü işləyən «N.Dadaşzadə» adlı şəxsin hazırda xatırlamadığı bank kartının fotoşəklini göndərmiş, Rüfət 04 may 2022-ci il tarixdə günorta saatlarında «eManat» ödəmə terminalı vasitəsilə həmin kart nömrəsinə ona 400 (dörd yüz) manat məbləğdə pul vəsaiti köçürmüşdür. Sonra həmin pulu kartdan çıxartmış, inandırmaq üçün Rüfətə zəng edib mallarının çatdırıldığını və ona görə də, Rüfətə ev və avtomobil alıb hədiyyə edəcəyini bildirmişdr. Qeyd etmişdir ki, həmin pul vəsaitini məhz haradan çıxartdığını xatırlamasada da, həmin dövrdə Bakı şəhərində yaşadığından, əksər vaxtlarda pulları Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında və ya «Sədərək» Ticarət mərkəzi tərəfdə bankomatlardan çıxarıb nağdlaşdırmışdır.Bundan bir neçə gündən sonra Rüfətlə danışıb İqtisadiyyat Nazirliyindən mobil telefonuna xüsusi proqram yazılacağını, həmin proqramla gömrükdən mal göndərdiyim yük maşınlarını izləyəcəyini, lakin istifadə etdiyi mobil telefonunun yaddaşının az olduğunu və ona görə, İqtisadiyyat Nazirliyi tərəfindən işlətdiyi mobil telefona həmin proqramın yazılmasının mümkün olmadığını deyərək, yeni telefon ala bilmək üçün ona kömək etməsini xahiş etmiş və bildirmişdir ki, X25 Cümhuriyyətinə göndərdiyi malların ödəmələri gələndə onun pulunu qaytaracağaq. Rüfət kreditlə telefon ala bilmədiyini dedi, lakin onu inandırdığı üçün Rüfət özünə məxsus olan bir ədəd «Samsung» markalı «Galaxy S 10» modelli mobil telefon aparatını müvəqqəti işlətmək üçün ona verəcəyini demişdir. Sonra onlar görüşməyi danışmışlar və 06 may 2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhəri Yasamal rayonu «20 Yanvar» dairəsində "xxxx" QSC-nin yaxınlığında görüşmüşlər. Orada Rüfət həmin «Samsung» markalı «Galaxy S 10» modelli mobil telefon aparatını ona vermşdir. Qeyd etmişdir ki, onlar Rüfətlə ilk dəfə həmin günü şəxsən görüşmüşlər, bundan əvvəl sadəcə mobil telefon vasitəsi ilə sosial şəbəkə üzərindən danışmışlar. Bundan bir neçə sonra o yenə də xərcləmək üçün pul axtarmş, bu məqsədlə də, Zərərçəkmiş şəxs1 yenə pul ala biləcəyini düşünüb əlaqə saxlayıb bildirmişdir ki, malları çatdığına görə İqtisadiyyat Nazirliyinə çağırılmış, lakin geyinmək üçün heç bir geyim əşyası yoxdur və Rüfətdən əlavə pul istəyib demişdir ki, X25 Cümhuriyyətinə «kinkonq» meyvəsi vurmuşdur, Azərbaycan Respublikasının gömrük xidmətinə 400 manat məbləğdə dövlət rüsumu ödəməlidir ki, mallar burdan çıxarılsın, X25 Cümhuriyyətinə göndərilsin. Rüfət də ona inanaraq, 10 may 2022-ci il tarixdə günorta saatlarında əvvəl fotoşəklini göndərdiyi «N.Dadaşzadə» adlı şəxsin «5213********6385» saylı bank kartın hesabına 400 (dörd yüz) manat məbləğdə də pul vəsaiti köçürmüşdür.Sonra həmin adını xatırlamadığı taksi sürücüsü ilə əlaqə saxlayıb onun kartına pul köçürüldüyünü demiş, həmin pulu nağdlaşdırıb ona gətirməsini xahiş emişdir, sürücü isə, pulu nağd şəkildə ona çatdırdıqdan sonra ona pulunu ödəyimiş. Həmin vaxtlarda Rüfətlə tez-tez əlaqə saxlayıb danışırmış, Rüfət ondan X25 Cümhuriyyətinə göndərdiyi malların nə yerdə oldduğunu soruşmuş, O, malların yarısının Kiprə çatdığını, lakin yarısının sənədlərində problem olduğunu, mallarınınn batdığını, bunun üçün 500 manat ödəyib «Forma 9» adlı sənədi götürməli olduğumu bildirmişdir. Rüfətə bildirmişdir ki, ona 500 manat pul göndərsin, o, həmin pulu ondan aldığı və qazanc verəcəyi pulların üstünə hesablayıb özünə qaytaracağmış. Rüfət isə ona inanaraq, 10 may 2022-ci il tarixdə gecə saatlarında öz iş yerinə çağırdı, o, da ora gedərək, Rüfətdən nağd şəkildə 500 (beş yüz) manat məbləğdə pul almışdır. O, həmin pulu da özü üçün müxtəlif əyləncələrə xərcləmişdir. Həmin ərəfələrdə onun Zərərçəkmiş şəxs1la çox yaxşı münasibəti yaranmışdır. Müxtəlif vaxtlarda Rüfətdən özü üçün borc pullar alıb, özünə paltar almış, başqa şəxslərə borcu olduğu üçün Rüfətdən borc alıb borclu olduğu şəxslərə pullarını ödəmişdir. Təxminən 10800 manata yaxın Rüfətdən borc pul almışdır. Söhbət əsnasında Rüfətə bildirmişdir ki, narahat olmasın borclarını qaytaracqıdır. Rüfətdə ona inandığı üçün heç bir söz deməmişdir. Amma o həqiqətəndə istəyirmi ki bir iş tapıb Rüfətə olan borclarını ödəsin. Lakin iş tapa bilməmişdir. 2022-ci ilin iyun ayının əvvəllərində tanışı Rüfət ona bildirmişdir ki, Feyruz adında tanışı vardır. Feyruz oğlu Nihadın Azərbaycan X11 daxil olmasını istəyir. Bunun üçün Feyruz Rüfətdən xahiş etmişdir ki, əgər tanışı olsa bu barədə ona köməklik göstərsin. Rüfət bu barədə ona danışan zaman, Rüfətə bildirmişdir ki, Feyruzu onunla tanış etsin, o, bu işdə ona köməklik göstərər. Pula ehtiyacı olduğu üçün düşünmüşdür ki, Feyruzu aldadıb pulunu ələ keçirsin. Bundan sonra Rüfət onun mobil telefon nömrəsinə Feyruza vermişdir. Feyruz onunla telefon əlaqəsi saxlayıb bu barədə danışmışlar. O, Feyruza bildirmişdir ki, bu işin alınması üçün ümumilikdə 3000 manat pul verməli olduğunu demişdir. Feyruz da onun təklifi ilə razılaşmışdır. 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Feyruzla Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsinə yerləşən "xxxx" QSC-nin inzibati binasının yaxılığında, “Respublika” xəstəxanasının ətrafında Feyruza məxsus “Hundai SantaFe” markalı avtomobilin salonunda oğlu Nihadı imtahandan keçirəcəyi adı ilə 3.000 manat pulunu almış, həmin vaxt Rüfət də yanlarında imiş. Feyruzla sağollaşıb oradan çıxıb getmişdir. Feyruzdan aldığı 3000 manat pulu Bakı şəhərində restoran və barlarda xərcləmişdir. Səhəri gün, yəni 11 iyun 2022-ci il tarixdə düşünmüşdür Feyruzun pulu var və onu yenə aldadıb pul alsın. Bu minvalla o, Feyruzla zəngləşib bildirmişdir ki, oğlu X16 İmtahan Komissiyasından imtahan zamanı Gəncə şəhərində yerləşən təhsil müəsissəsinə qəbul olunmuşdur. Onun bu sözündən sonra Feyruz çox sevinmişdir. Feyruza bildirmişdir ki, əgər istəsələr oğlunu Bakı şəhərinə köçürə bilər, lakin bu iş tez görmək lazımdı. Feyruz ondan bu işin alınması üçün nə qədər pul lazım olduğunu soruşanda bildirmişdir ki, bu iş 1500 manat lazımdı, əgər mümkündür sə sabah ona versinlər. Səhəri gün, 12 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsində yerləşən "xxxx" QSC-nin inzibati binasının qarşısında Feyruzla görüşmüşdür. Orada Feyruz ona 1.500 manat pul vermişdir. O pulu aldıqdan sonra Feyruza demişdir ki, narahat olmasın oğlu tezliklə Bakı şəhərinə köçürüləcəkdir. Feyruzdan aldığı 1500 manat pulu özü üçün xərcləmişdir. Pulu xərclədikdən sonra pula ehtiyacı yaranmışdır. Düşünmüşdür ki, tanışı Rüfət ona çox inanır və xətrini çox istəyir. Rüfətin ona göstərmiş olduğu hörmətdən istifadə edib fikirləşmişdir ki, polis adı ilə ondan pul alsın. Belə ki, 17 iyun 2022-ci il tarixdə axşam saatlarında öz mobil telefonundan Rüfətin mobil telefonuna meaj göndərmişdir ki, guya İmranı həbs eləmişlər, İmran özü xahiş etmişdir ki, dostuna, yəni Rüfətə bu barədə desin. Rüfət mesaja inandıqdan sonra bildirmişdir ki, xahiş edib İmranı onunla danışdırmışdır. Bundan sonra o Rüfətlə telefonda danışmışdır. Söhbət əsnasında Rüfətə bildirmişdir ki, polis əməkdaşları onun mesajlarını izləmişlər və bu cinayət hadisəsi olduğu üçün onu tutacaqlar. Rüfət onu sözünə inanmış və bildirmişdir ki, bank kartı göndərsin ona pul göndərsin.Onun Aqşin adlı tanışı taksi fəaliyyəti ilə məşğul olmuşdur. Aqşinə bildirmişdir ki, ona pul göndərəcəklər, əgər Aqşində bank kartı varsa de həmin karta pul köçürsünlər, O da pulu Aqşinin kartından çıxarsın. Aqşin ona öz bank kartının şəklini göndərmişdir, o həmin kartın şəklini Rüfətə göndərmişdir. Rüfət həmin bank kartına 800 manat pul köçürmüşdür. 20 iyun 2022ci il tarixdə 900 manat, 21 iyun 2022-ci il tarixdə 1500 manat və sonuncu dəfə 22 iyun 2022-ci il tarixdə 1700 manat pulu Rüfətdən eyni qayda ilə ona ə göndərmişdir. Rüfətlə danışdığı ərəflərdə bildirmişdir ki, pulları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən dükanlarda quraşdırılmış ödəmə terminalları vasitəsi ilə göndərmişdir. Bu minvalla o, Rüfətin 4900 manat pulunu aldadıb ələ keçirmişdir və həmin pulları Bakı şəhərində restoran və barlarda xərcləmişdir. Sonradan Feyruz ondann oğlunun işi ilə maraqlanmış və o hər dəfə bəhanələr gətirməklə Feyruza demişdir ki, ki, müəyyən səbəblərə görə oğlunun işi təxirə salınmışdır. 2 həftəyə oğlunun işi alınacaqdır. Daha sonra Zərərçəkmiş şəxs1 ona inamının itirildiyini başa düşüb Rüfətlə əlaqəni tam kəsmişdir. Telefon zənglərinə və mesajlarına cavab verməmişdir.Bu müddət ərzində Zərərçəkmiş şəxs1 dəfələrlə ondan aldığı pulları geri qaytarmağını tələb etmişdir , lakin həmin vaxt onun pulu olmadığı üçün aldığı pullardan heç bir məbləğdə pulu geri qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 onun barəsində polisə şikayət etdiyini öyrənmişdir.Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 04 may 2022-ci il tarixdən 10 may 2022-ci il tarixədək guya ona məxsus malların X4, yəni sərhəddin buraxılması üçün ümumilikdə 1900 manat pulunu, daha sonra 17 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək polislərin onu guya tutduğu üçün ümumilikdə 4900 manat pulunu aldadıb almışlar. Həmin ərəfələrdə Rüfətlə yaxşı tanışlıq münasibətləri yaranmışdır. Müxtəlif vaxtlarda Rüfətdən özü üçün borc pullar alıb, özünə paltar almış, başqa şəxslərə borcu olduğu üçün Rüfətdən borc alıb borclu olduğu şəxslərə pullarını ödəmişdir. Təxminən 10800 manata yaxın Rüfətdən borc pul almışdır. Söhbət əsnasında Rüfətə bildirmişdir ki, narahat olmasın borclarını qaytaracaqdır. Rüfətdə ona inandığı üçün heç bir söz deməmişdir.Rüfət həmin pulları tanışı Aqşinin bank kartına göndərmiş, Aqşin də həmin pulları tam dəqiq halda ona təqdim etmiş, o da Aqşinə yalnız yol haqqı ödəmişdir. Aqşin bu barədə ondan heç bir söz soruşmamışdır. Aqşinə yol haqqını ödəmişdir.Belə ki, özü həmin şəxsi tanımamışdır. Sadəcə bilmişdir i, taksi sürücüsüdür. Taksi sürücüsü işləyən «N.Dadaşzadə» adlı şəxsin hazırda xatırlamadığı bank kartının fotoşəklini Rüfətə göndərmişdir. Amma kartı göndərməmişdən öncə həmin taksi sürücüsündən soruşmuşdur bank kartı olub-olmaması barədə soruşmuşdr, həmin şəxs bank kartı olduğunu, o həmin şəxsin kartına pul göndərilməsi təqdirdə ona gətirə biləcəyini soruşduqda həmin şəxs heç bir problem olmadığını, kartına köçürələn pulu ona çatdırması barədə söz vermişdir. O,bundan sonra həmin şəxsin kartını Rüfətə göndərmişdir. Rüfət də həmin karta ona pul göndərmişdir. Həmin taksi sürücüsü isə ondan heç bir söz soruşmayıb, nədəki Rüfətin ona hansı səbəbdən pul göndərməsini də bilməmişdir. Daha sonra o öz ifadəsində törətdiyi əməli qismən etiraf edərək dəymiş ziyanın 16000 manat olan hissəsini qəbul etdiyini, hal-hazırda vurulmuş ziyanın ödənilməsilə bağlı maddi imkanının olmadığını və ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. Təqsirləndirilən şəxs Zülfüqar oğlunu 2022-ci ilin təxminən mart-aprel aylarında internet üzərindən «Lato» adlı oyun vasitəsi ilə tanımış, həmin şəxslə əvvəllər normal münasibətləri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs özünü «Kənan» adı ilə tanıtmış və 27 yaşı olduğunu bildirmişdir, bundan başqa o, anası və atasının rəhmətə getdiyini, habelə valdeynlərinin əmisi tərəfindən öldürüldüyünü demişdir. Onun sözlərinə görə İmrana yazığı gəlmiş və İmrana özünü tanıdaraq Ukrayna Respublikasında təhsil aldığını demişdir. Sonra İmran ona «whatsapp» sosial media üzərindən işlətdiyi +**********29 nömrəni verib demişdir ki, atası Azərbaycanın bir nömrəli biznesmeni olmuş, Azərbaycanın iqdisadiyyatını qaldıran adam olmuşdur. Onlar bir müddət danışmışlar, sonra İmran atasının köhnə iş yeri kimi təqdim etdiyi «Aparat»-dan çağırıldığını demişdir. Sonra Təqsirləndirilən şəxs ona demişdir ki, X25 Cümhuriyyətinə mal, yəni meyvə-tərəvəz vurmuşdur, malı gömrükdə ilişmişdir və keçirməyə rüsum ödəməyə pulu çatmır. O İmrandan aldığı malın qiymətini və mal üçün ödəməyə pulu haradan əldə etdiyini soruşduqda, İmran atasının "xxxx" QSC-də olmuş hesabından 500.000 manat pul çıxartdığını və həmin puldan 400.000 manatlıq mal vurduğunu və yerdə qalan pulu ilə çöldə qalan dostuna ev aldığını, dostunun isə evi sataraq pulu götürüb qaçıb getdiyini bildirmişdir. Sonra İmran ona demişdir ki, 400 manat rüsum ödəməlidir ki, yük avtomaşını buraxsınlar və ondan xahiş etmişdir ki, köməklik etsin. O əvvəl İmrana pulunun olmadığını desə də, İmran xahiş etmişdir ki, «Unibank» və ya "xxxx" ASC-dən kart götürsün. Sonra pulu necə İmrana göndərcəyini soruşmuşdur, İmran bildirdi ki, kart nömrəsi göndərəcək, o da də həmin karta pul köçürəcək. Sonra İmran onun istifadəsində olan «whatsapp» sosial media üzərindən əvvəl işlətdiyi +**********11 mobil telefon nömrəsinə «N. Dadaşzadə» adlı şəxsin «5213********6385» saylı bank kartın fotoşəklini göndərmiş və o 04 may 2022-ci il tarixdə saat 14:58-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi «Optimal-2» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə həmin kart nömrəsinə 400 (dörd yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. Sonra İmran ona zəng edərək, sevincli şəkildə mallarının çatdırıldığını və ona görə də, ona ev və avtomobil alıb hədiyyə edəcəyini bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs onunla danışaraq, İqtisadiyyat Nazirliyindən mobil telefonuna hansısa proqram yazılacağını, həmin proqramla gömrükdən mal göndərdiyi yük maşınlarını izləyə biləcəyini, lakin onun hazırda istifadə etdiyi mobil telefonunun yaddaşının az olduğunu və ona görə də, İqtisadiyyat Nazirliyi tərəfindən onun işlətdiyi mobil telefona həmin proqramın yazılmasının mümkün olmadığını deyərək, ona yeni telefon ala bilmək üçün köməklik göstərməyini xahiş etmiş və bildirmişdir ki, X25 Cümhuriyyətinə göndərdiyi malların ödəmələri gələndə onun pulumu qaytaracaqdır. O imrana kreditlə telefon verilmədiyini desə də, İmran israr etdiyindən o, məcbur olub özündə olan 600 (altı yüz) manat dəyəri olan bir ədəd «Samsung» markalı «Galaxy S 10» modelli mobil telefonumu qutusu ilə birlikdə səhv etməmşdirsə, 06 may 2022-ci il tarixdə gündüz vaxtı Bakı şəhəri Yasamal rayonu «20 Yanvar» dairəsində "xxxx" QSC-nin yaxınlığında görüşərək, Təqsirləndirilən şəxs vermişdir. Qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxslə ilk dəfə həmin günü şəxsən görüşmüşdür, həmin ərəfələrdə İmranı «X17» kimi tanıyırdım. Bundan bir neçə sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, mallarının çatmasına görə İqtisadiyyat Nazirliyinə çağırıldığını, lakin geyinmək üçün heç bir geyim əşyası olmadığını bildirmiş və ondan əlavə pul istəmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ona demişdi ki, X25 Cümhuriyyətinə «kinkonq» mevsəyi vurmuşdur və Azərbaycan Respublikasının gömrük xidmətinə 400 manat məbləğdə dövlət rüsumu ödəməlidir ki, malları burdan çıxarılsın, X12 göndərilsin. Ona görə də, o, 10 may 2022-ci il tarixdə saat 15:14-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsində olan «Rifah» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan «whatsapp» sosial mediada əvvəl işlətdiyi +**********11 mobil telefon nömrəsinə əvvəl göndərdiyi «N.Dadaşzadə» adlı şəxsin «5213********6385» saylı bank kartın hesabına 400 (dörd yüz) manat məbləğdə də pul vəsaiti köçürmüşdür. Sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb X25 Cümhuriyyətinə göndərdiyi mallarının nə yerdə olduğunu soruşmuşdur, İmran da malların yarısının Kiprə çatdığını, lakin yarısının sənədlərdə problemləri olduğunu, malların batdığını, bunun üçün «Forma 9» adlı sənədin lazım olduğunu və həmin sənəd üçün 500 manat pul lazım olduğunu bildirmişdir. Ona görə də, o "xxxx" ASC-dən bir müddət əvvəl evə bazarlıq etmək üçün aldığı «Kart-oney» adlı bank kartından 10 may 2022-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Qaradağ rayonu Salyan şossesi «Heydər Əliyev» adına Bakı Dərin Özüllər zavodunda işdə növbədə olduğu zaman hazırda xatırlamadığı kart hesabına İmran üçün 500 (beş yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. Həmin ərəfələrdə onun Təqsirləndirilən şəxs inamı yaranmış və İmranla yaxın tanışlıq münasibəti qurmaq fikrinə gəlmişdir. İmran ona öz problemlərindən azda olsa danışmışdır. Bu ərəfədə o, İmrana 10825 manat borc vermiş. İmran bildirmişdir ki, 2022-ci ilin iyul ayında həmin borcu bağlayacaqdır. O da İmrana inandığı üçün heç bir söz deməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona demişdir ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə köçürmək üçün köməklik edə bilərmiş və təklif etmişdir ki, Ukraynada təhsil aldığı Universitetdən arayış gətirmişdir, o, Dövlət İmtahan Komissiyasının sədri Məleykə Abbaszadənin evinə girib-çıxan adamdır və BDU-nə köçürülməyinə kömək eliyə bilər, bunu onun üçün təmənnasız edə biləcəyini bildirmişdir. Lakin o imtina edib bunu istəmədiyini , lakin iş yoldaşının oğlunun İdman Akademiyasına imtahan verdiyini demiş və imtahanlarında köməklik göstərmək imkanının olub-olmadığını soruşmuşdur. İmran bu işlərə imkanının olduğunu, imtahanda abüturiyentin 06 dəfə qabiliyyət imtahanı verməli olduğunu, hər imtahan üçün də 500 (beş yüz) manatdan, ümumilikdə 3000 (üç min) manat məbləğdə pul ödəməli olduğunu demişdir. O bu barədə iş yoldaşı Zərərçəkmiş şəxs2 məlumat vermiş və Feyruz razılaşaraq, 3.000 manat pul verəcəyini bildirmişdir. Sonra İmrana bu barədə bildirmiş və onlar 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsi yaxınlığında, "xxxx" QSC-nin inzibati binasının yaxılığında görüşmüşlər, Zərərçəkmiş şəxs2 onun yanında, özünə məxsus məxsus “Hundai SantaFe” markalı, dövlət nömrə nişanını bilmədiyi avtomobilin salonunda oğlunun imtahanlarında kömək etməsi üçün Təqsirləndirilən şəxs 3.000 manat məbləğində nağd pul vermişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək, iş yoldaşı Zərərçəkmiş şəxs2 oğlunun Gəncə şəhərində universitetə daxil olduğunu və əgər Bakı şəhərinə köçürülməsini istəyirsə, əlavə 1.500 (bir min beş yüz) manat məbləğdə pul verməli olduğunu demişdir. Bundan əlavə, İmran ona demişdir ki, guya Milli Bankda hesabını aktiv etməsi üçün “üz tanınma” sənədinə 1.000 (bir min) manat pul lazımdır, ondan 1.000 manat pul istəmişdir. O Zərərçəkmiş şəxs2 oğlunun köçürülməsi üçün 1.500 manat pul lazım olduğunu özünə çatdıracağını, lakin 1.000 manat pul verə bilməyəcəyini demişdir.O Feyruzla görüşdüyü zamanı ona, oğlunun Gəncə şəhərindən Bakı şəhərinə köçürül-məsi üçün 1.500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 etiraz etməyib oğlunun köçürülməsi üçün 1.500 manat pul verəcəyini bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs2 öyrənmişdir ki, o, həmin gün, yəni 12 iyun 2022ci il tarixdə Təqsirləndirilən şəxslə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsi yaxınlığında, "xxxx" QSC-nin inzibati binasının yanında görüşmüşlər və sonuncuya 1500 manat məbləğdə pul vəsaiti vermişdir. 17 iyun 2022-ci il tarixdə ona +99455672 8488 mobil telefon nömrəsindən bir nəfər tanımadığı şəxs mesaj yazaraq, “Emil” adlı dövlət işçisi olduğunu, İmranın mobil telefonunda rüşvətlə bağlı mesaj mətnləri tapıldığını, tutularaq onun yanında aparıldığını və əgər təcili 700 manat pul göndərməsə, İmranın burdan həbs edilib həbsxanaya göndəriləcəyini bildirmişdir. O həmin şəxsə bildirmişdir ki, İmranla calaşdırsın ki, özləri ilə danışsınlar. Bir neçə dəqiqə sonra İmran ona telefonla zəng edib 700 manatdan başqa, 100-150 manat da əlavə pul göndərməyini, çünki əynində heç bir paltarı olmadığını və əlavə pulla paltar almaq istədiyini demişdir. O, 150 manat yox, 100 manat pul göndərə biləcəyimi bildirmişdir.Sonra ona mesaj yazan +99455672 8488 mobil telefon nömrəsindən «whatsapp» sosial media üzərindən “Şahid” adlı şəxsə aid “540408******4790” plastik bank kartının fotoşəklini göndərilmişdir. Və o eyni gün, yəni 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi «Optimal-2» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə həmin kart nömrəsinə 800 (səkkiz yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. 20 iyun 2022-ci il tarixdə +99455672 84 88 mobil telefon nömrəsindən özünü dövlət işçisi kimi “Emil” adı ilə təqdim etmiş tanımadığı şəxs yenidən ona mesaj yazaraq, İmranın məhkəməyə çıxarılacağını, Milli Bank sənədlərinə imza edəcəyini, ona görə 600 manat məbləğdə pul lazım olduğunu demişdir, o həmin şəxsə yenə bildirmişdir ki, onu İmranla calaşdırsın ki, özü ilə danışsın. Bir neçə dəqiqə sonra İmran ona telefonla zəng edib 600 manatdan başqa, əlavə pul da göndərməyini, döyüldüyünə görə dərmanları və məhkəmədə geyinmək üçün paltar lazım olduğunu, ona görə də özünə kostyum almaq istədiyini demişdir. O İmrana demişdir ki, keçən dəfə özü üçün kostyum almışdır, gedib onu evindən gətirsin. Lakin İmran ona evinə getməyə icazə verməmiş, guya evinin üzərinə həbs qoyulduğunu və evinə heç kimin daxil ola bilmədiyini demişdir. Ona görə, məcbur olub mesaj yazan +99455672 8488 mobil telefon nömrəsindən «whatsapp» sosial media üzərində Şahid yazılmış «540408******4790» saylı bank kartının fotoşəklini göndərilmiş və o, eyni gün, yəni 20 iyun 2022-ci il tarixdə yaşadığı evdən həmin bank kartının hesabına özünə məxsus və "xxxx" ASC-yə aid “Birkart” bank kartı ilə 900 (doqquz yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. Həmin ərəfədə, 21 iyun 2022-ci il tarixdə +99455672 8488 mobil telefon nömrəsindən özünü dövlət işçisi kimi “Emil” adı ilə təqdim etmiş tanımadığı şəxs yenidən mesaj yazaraq, İmranın mobil telefonuna rüşvətlə bağlı yenidən mesaj mətnləri yazıldığını, əgər İmran 2.500 manat pul verməsə, rəisin guya İmranı tutmaq niyyətində olduğunu, özünün 1.000 (bir min) manat pul tapdığını, onun isə 1.500 (bir min beş yüz) manat pul göndərməyini bildirmiş və ona «whatsapp» sosial media üzərindən əvvəllər göndərdiyi “Şahid” adlı şəxsə aid “540408******4790” plastik bank kartının hesabına pul köçürməyini tələb etmişdir. O yenə eyni gün, yəni 21 iyun 2022-ci il tarixdə saat 20:11-də Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Salyan şossesi 25-ci km.-də yerləşən, işlədiyi “H.Əliyev” adına Bakı Dərin Özüollər zavodunda işdə olarkən, özümə məxsus və "xxxx" ASC-yə aid “Birkart” bank kartımla “540408******4790” bank kart nömrəsinə 1.500 (bir min beş yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. 22 iyun 2022-ci il tarixdə +99455672 8488 mobil telefon nömrəsindən özünü dövlət işçisi kimi “Emil” adı ilə təqdim etmiş tanımadığı şəxs yenidən ona mesaj yazaraq, İmranın yenə məhkəməyə çıxarılacağını, atasının və anasının xaricdən ölüm sənədlərinin gəlməli olduğunu, notariusa 1.700 manat pul verməli olduğunu, bundan sonra hər şeyin İmranın xeyrinə məhkəmə qərarı çıxarılacağını, bütün mülklərin onun adına keçiriləcəyini demişdir. O, həmin şəxsdən soruşmuşdur ki, bundan sonra İmran azad ediləcəkdirmi? O da, İmranın azad ediləcəyini və hər şeyə görə onun pulunun geri qaytaracağını bildirmişdir. O, bu səbəbdən, məcbur olub bütün “batmış” pullarımı geri qaytara bilmək, eləcə də, iş yoldaşı Zərərçəkmiş şəxs2 də aldığı 3.000 manat və 2.500 manat məbləğdə pulları alıb özünə verə bilmək üçün həmin “Emil” kimi özünü təqdim edən şəxsin təklifi ilə razılaşmalı olmuşdur. Həmin tarixdə, yəni 22 iyun 2022-ci il tarixdə saat 22:02-də son dəfə olaraq, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsində, «Tural Palace» adlı restoranla üzbəüz yerləşən «Rifah» adlı marketin içərisində quraşdırılmış «eManat» ödəmə terminalı vasitəsilə “Emil” adlı şəxsin «whatsapp» sosial media üzərindən göndərdiyi “Şahid” adlı şəxsə aid “540408******4790” plastik bank kartının hesabına 1.700 (bir min yeddi yüz) manat məbləğdə pul vəsaiti köçürtmüşdür. Bundan sonran o, dəfələrlə Təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da, İmran onun mesajlarına və telefon zənglərinə cavab verməməyə başlamışdır, ümumiyyətlə əlaqələri tamamilə kəsilmişdir. O, həmin «Emil» kimi özünü təqdim edən şəxsin telefon nömrəsi və «whatsapp» sosial media üzərindən əlaqə saxlamağa və şikayət edəcəyini çalışsa da, o, dövlət qulluqçusu olduğunu, ondan şikayət etsə də, onun özünə “problem olacağını” və heç kimdən şikayət edə bilməyəcəyini demişdir. O son günədək Təqsirləndirilən şəxs inanaraq, onu gözləmək qərarına gəlmişdir. Eyni zamanda, İmranın onu külli miqdarda pul ziyanına saldığına görə İmrandan pulları da qaytarmasını xahiş etmişdir. Sonradan öyrənmişdir ki, həmin “Emil” adı ilə özünü tanıdan şəxs Təqsirləndirilən şəxs özü olmuş, onun əsl adı təqdim etdiyi üçün “X23” oğlu deyil, Təqsirləndirilən şəxs Zülfüqar oğlu olduğunu, eləcə də, ona dediyi sözlərin heç birini həqiqətə uyğun olmadığını və uzun müddətdir, dələduzluqla məşğul olan şəxs olduğunu öyrənmişdir. Ona görə də, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zülfüqar oğlunun barəsində Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ümumilikdə 16625 manat məbləğdə maddi ziyan dəymişdir. Hal-hazırda ona vurlumuş ziyandan heç bir ödəniş edilmədiyini və buna görə də təqsirləndirilən şəxsə azğır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 04 ildir, «H.Əliyev» adına Bakı Dərin Özüllər» zavodunda işə gəldikdən sonra tanımış və iş yoldaşı kimi normal münasibətləri vardır, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Zülfüqar oğlunu 2022-ci yay aylarından Zərərçəkmiş şəxs1 vasitəsi ilə «Kənan» adı ilə tanımışdır, onunla heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, 2022-ci ilin yay aylarında Rüfət işdə olarkən ona demişdir ki, onun «Kənan» adlı tanışı vardır, həmin şəxs X19 Komissiyasının sədri Məleykə Abbaszadənin evinə girib-çıxan adam olduğunu və universitetə qəbulla bağlı köməklik etmək imkanına malik olduğunu Rüfətə demiş və Rüfət soruşmuşdur ki, onun oğlunun universiteti ilə bağlı kömək etsin. Belə ki, onun oğlu X22 Akademiyasına imtahan vermiş, imtahanlarında köməklik göstərmək lazım olmuşdur. İmran bu işlərə imkanının olduğunu, imtahanda abüturiyentin qabiliyyət imtahanları verməli olduğunu, hər imtahan üçün də 500 (beş yüz) manatdan, ümumilikdə 3000 (üç min) manat məbləğdə pul ödəməli olduğunu demidir. İmran ona bu barədə deyəndən sonra o razılaşaraq, 3.000 manat pul verəcəyini bildirmişdir. Sonra o, Rüfət və İmran 10 iyun 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsi yaxınlığında, "xxxx" QSC-nin inzibati binasının yaxılığında, “Respublika” xəstəxanasının ətrafında ona məxsus olmuş “Hundai SantaFe” markalı, ** HY *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilin salonda oğlunun imtahanlarında kömək etməsi üçün Təqsirləndirilən şəxs 3.000 (üç min) manat məbləğdə pul vermişdir. Həmin vaxtı İmran ona demişdir ki, həmin 3.000 manat puldan ona heç bir məbləğdə pul çatmır, pulun hamısı guya Məleykə xanıma çatmalıdır, əslində pulun məbləği çoxdur, lakin Rüfətin xətrinə, guya, ona “endirim” etmək qərarına gəlmişdir. Səhəri gün, yəni 11 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Rüfətə zəng edib demişdir ki, İmran onunla əlaqə saxlayıb deyib ki, onun oğlu Gəncə şəhərində universitetə daxil olmuşdur, əgər o, oğlunun Bakı şəhərinə köçürülməsini istəyirsə, əlavə 1.500 (bir min beş yüz) manat məbləğdə də pul verməlidir.O da buna etiraz etməyib oğlunun köçürülməsi üçün 1.500 manat pulu Təqsirləndirilən şəxs verəcəyini demişdir. Həmin gün, yəni 12 iyun 2022-ci il tarixdə Rüfətin iştirakı olmadan, ikilikdə Təqsirləndirilən şəxslə Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” dairəsi yaxınlığında, "xxxx" QSC-nin inzibati binasının yanında görüşüb ona ümumilikdə 1.500 manat məbləğdə nağd pul vermişdir. Lakin oğlu Nihad Əlizadə üç dəfə Dövlət İmtahan mərkəzində imtahan versə də, imtahanlardan kəsilmişdir. İlk dəfə bu barədə İmranla maraqlandıqda, İmran ona demişdir ki, guya yoxlama olduğuna görə, özləri qəsdən oğlunu imtahadan kəsmişlər və ikinci imtahandan sonra qəbul olacaqdır. Buna baxmayaraq, oğlu imtahanlardan kəsildiyinə görə o, Təqsirləndirilən şəxs onu və Rüfəti aldatdığını başa düşmüşdür. Rüfətə bu barədə məlumat vermişdir. Qeyd etmişdir ki, evdə ailə üzvləri və ya başqa heç kimə oğlu X20 Akademiyasına qəbul edilməsi üçün qabiliyyət imtahanlarından keçməsinə kömək etməsi üçün Təqsirləndirilən şəxs pul verməyi haqqında məlumat verməmişdir. Sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs1 dəlduzluq yolu ilə aldanıldığına görə Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ona ümumilikdə 4.500 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyandan heç bir məbləğ ödənilmədiyini və hal-hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu, və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Bolt” şirkətinə məxsus taksi şirkətində sürücü işləyir. İdarə etdiyi avtomobil “Toyoto Prius” minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlıdır. Həmin avtomobil X6 mülkiyyətindədir. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Zərərçəkmiş şəxs1 müracitə ilə tanış olmuşdur. Qeyd etmişdir ki Rüfət adlı şəxsi tanımır. Lakin onun müraciəti ilə bağlı bunu bildirmişdir ki, 2022-ci ilin yay aylarında ortalarında taksi kimi fəaliyyət göstərən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” TM-nə sifariş almışdır. Yolda gedərkən həmin şəxs onunla ünsiyyətdə oldu və söhbət zamanı ona zəng gəldi o da kiminləsə mobil telefonla əlaqə saxladıqdan sonra məndən soruşdu ki, üzərində hər hansı bir kart var. O, üzərində “Kapital Banka” məxsus kartın olduğunu söyləmişdir. Həmin şəxs ona məxsus kartı öz istifadəsində olan mobil telefonla şəkilin çəkib kiməsə göndərmişdir. Həmin şəxs ona bildirmişdir ki, onun kart hesabına 800 manat pul köçürəcəklər və həmin pulu onun özünə çıxarıb versin. Belə ki, o taksi sifariş verərəkən onun nömrəsi mobil telefonunun yaddaşında qalmışdır. Bundan sonra “Sədərək” TM-də bir qədər yubanmış və həmin vaxt mobil telefon nömrəmə SMS gəlmişdir. Və orda onun hesabına 800 manat pul köçürülməsi qeyd olunmuşdur. O, bundan sonra “Elit” ticarət mərkəzinin daxilində olan «Kaptal Banka» məxsus bankomatdan 800 manat pulu çıxarıb həmin şəxsin istifadəsində olan mobil telefonuna zəng edib harda olduğunu soruşmuşdur. O da bildirmişdir ki, bazarın içərisindədir. Bazarın içərisində onunla görüşüb həmin məbləği ona vermişdir. Onu gözləməyini nəzərə alaraq 20 manat ona pul vermişdr. Həmin vaxt bilmişdir ki, şəxsin adı İmrandır. İmran lazım olduğu halda ona pul köçəcəkdir, həmin pulları ona çatdırmağını və buna görə yol haqqımı ödəyəcəyini demişdir. O , İmrana heç bir proble olmadığını, nə vaxt lazım olsa kartına istənilən şəxsin pul köçürə biləcəyini və həmin pulu ona gətirib verəcəyimi demişdir. Bu minvalla onun kartına 20 iyun 2022-ci il tarixdə 900 manat, 21 iyun 2022-ci il tarixdə 1500 manat və sonuncu dəfə 22 iyun 2022-ci il tarixdə 1700 manat pul köçürülmüşdür. Həmin pulları o İmran adlı şəxsə gətirib vermiş. İmranda onun yol pulunu vermişdir. O əvvəllər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. İfadəsində göstərdiyi İmranı 17 iyun 2022-ci il tarixdə idarə etdiyi avtomobilə müştəri qismində əyləşərkən tanımışdır. Ona məxsus bank kartı ilə İmranın adına göndərilən pullardan sonuncu ona bəxşiş verməmiş. Onun yol pulunu yəni zəhmət haqqını vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Qulahmhüseyn oğlunun etibarından sui istifadə edərək pulunun ələ keçirlməsi barədə onunla heç bir razılaşması olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Xaçmaz rayon, İcra Hakimiyyəti Başçısının Xudat şəhəri İ.Ə.D-nin nümayəndələyi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsidə Xaçmaz rayon, Xudat şəhər İ.Ə.D-in üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhəri İ.Ə.D-nin nümayəndələyi tərəfindən verilmiş 24 noyabr 2022-ci tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası-xx.xx.1959-cu il təvəllüdlü X5, anası xx.xx.1967-ci il təvəllüdlü X3, bacısı xx.xx.1989-cu il təvəllüdlü X7 və bacısı xx.xx.1991-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 mart 2023-cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 25 mart 2023-cü il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökümün surətindən və Xaçmaz rayon İcra və Probasiya şöbəsinin məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 04 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 20 iyun 2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qismən etiraf edərək peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 25 mart 2023-cü il tarixdə saat 18:25-də şübhəli şəxs kimi tutulmuş və 27 mart 2023-ci il tarixdə saat 12:40-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-202/2023 saylı 26 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs əvvəl tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 28 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərəçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəməyə müraciət etmək hüququna malikdirlər. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X13, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-202/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-202/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver