Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-202/2024 15.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi Yeni yaşayış sahəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam»qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə ödəmə terminallarından pul oğurlamaq barədə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 mart 2024-cü il tarixdə saat, 02 :30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi, B.Əliyev küçəsində yerləşən poçt şöbəsinin qarşısında quraşdırılmış “PashaPay“ şirkətinin mülkiyyətində olan 52085 №-li saxlanc yeri sayılan “Milliön” ödəmə aparatına müdaxilə edərək aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini və korpusunu əlində olan dəmir linglə zədələyərək “Milliön” ödəmə aparatının xəzinəsində olan şirkətə məxsus xeyli miqdarda, yəni 12404 (on iki min dörd yüz dörd) manat məbləğində pul vəsaitini talamağa cəhd etmiş, həmin vaxt Qaradağ RPİ-nin PPXB-nin əməkdaşlarının yaxınlaşdıqlarını görüb hadisə yerindən qaçaraq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə ödəmə terminallarından pul oğurlamaq barədə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 mart 2024-cü il tarixdə, saat 02 :30 radələrində Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi, B.Əliyev küçəsində yerləşən poçt şöbəsinin qarşısında küçədə quraşdırılmış “PashaPay“ MMC-nin şəxsi mülkiyyətində olan 52085 №-li saxlanc yeri sayılan “Milliön” ödəmə aparatına müdaxilə edərək aparatın üzərində quraşdırılmış təhlükəsizlik kəmərini və korpusunu Təqsirləndirilən şəxs1 əlindəki dəmir linglə zədələyərək saxlanc yeri sayılan “Milliön” ödəmə aparatının xəzinəsində olan şirkətə məxsus xeyli miqdarda, 12404 (on iki min dörd yüz dörd) manat məbləğində pul vəsaitini talamağa cəhd etmiş, həmin vaxt Qaradağ RPİ-nin PPXB-nin əməkdaşlarının yaxınlaşdıqlarını görüb hadisə yerindən qaçaraq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qohumudur. Təxminən mart ayında qohumu Təqsirləndirilən şəxs2 ilə Qızıldaş qəsəbəsində görüşmüşlər. O, Eminə Sahil qəsəbəsində işi olduğunu bildirmiş, axşam onunla getməsini xahiş etmişdir. Onlar Eminlə görüşərək taksi ilə Sahil qəsəbəsinə getmişlər. Bir qədər qəsəbəni gəzərək xəlvət yerdə «Milliön» aparatı axtarmağa başlamış, gecə saat 02 radələrində poçt şöbəsi ilə üzbəüz ödəniş terminalı qoyulduğunu görmüşlər.Bir qədər orada gözlədikdən sonra ətrafda kimsənin olmadığını görüb aparata yaxınlaşıb özü ilə götürdüyü dəmir linglə terminalın kəmərlərini qırmaq üçün müdaxilə etmişdir. Emin isə kənarda durub onu gözləmişdir. Lakin o, terminalı sındıra bilməmişdir. Bu zaman hadisə yerinə polis avtomobilinin yaxınlaşdığını görüb oradan qaçmağa başlamışlar. Polis avtomobili onların arxasına düşmüşdür. Onlar dəniz sahilinə çatmışlar. Orada polis əməkdaşları onları tutaraq polis şöbəsinə aparmışdır. Törətdiyi əməldən peşmandır.Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Qeyd olunanlara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Tarixini unutduğu vaxtda təxminən mart ayında qohumu Nahidlə Qızıldaş qəsəbəsində görüşmüşlər. Söhbət əsnasında Nahid ona Sahil qəsəbəsində işi olduğunu bildirmiş və onunla getməyi təklif etmişdir. Nahidin təklifi ilə razılaşaraq axşam radələrində taksi ilə Sahil qəsəbəsinə getmişlər. Gecə saat 02 radələrində Nahid qəsəbədəki poçt şöbəsi ilə üzbəüz ödəniş terminalını görərək aparata yaxınlaşmışdir. Nahid ona qıraqda gözləməsini, kimsə gələn zaman ona xəbər verməsini bildirmişdir. Daha sonra Nahid özü ilə götürdüyü dəmir linglə terminalı qırmaq üçün müdaxilə etmişdir. Bu zaman hadisə yerinə polis avtomobilinin yaxınlaşdığını görüb oradan qaçmağa başlamışlar. Polis avtomobili onların arxalarınca düşmüşdür. Orada polis əməkdaşları onları tutaraq polis şöbəsinə aparmışdır. Törətdiyi əməldən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə gecə saatlarında "xxxx" MMC-nin ünvan 4 ünvanında "xxxx" marketinin yerləşdiyi binanın qarşısındakı küçədə quraşdırılmış MMC-nin şəxsi mülkiyyətində olan “Milliön” ödəmə aparatına kənar müdaxilə olunmuşdur. Müdaxilə zamanı ödəmə aparatının daxilində olan 12.404 (on iki min dörd yüz) manat pul vəsaitinin qarət edilməsinə cəhd olunaraq dəmir alətdən istifadə edilərək aparatın qapısının üzərində quraşdırılmış 33 manat məbləğində təhlükəsizlik kəməri, 200 manat məbləğində olan aparatın korpusu zədələnmişdir. Ödəmə aparatının zədələnməsi barədə MMC-yə 233 manat maddi ziyan vurulmuşdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək "xxxx" MMC-yə dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki. Bakı şəhəri, Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri kimi xidmət göstərir. 09 mart 2024-cü il tarixdə gecə radələrində polis əməkdaşarı Şahid2 və Şahid3la birlikdə avtopatrul avtomobili ilə təhkim olunmuş ərazidə xidmət göstərərkən Qaradağ rayonu Sahil qəsəbəsi, E.Quliyev küçəsində poçtun qarşısında quraşdırılmış “Milli ön” ödəmə aparatına iki nəfər şəxsin müdaxilə etdiyini görmüşlər. Həmin şəxslər onların yaxınlaşdıqlarını gördükdə dəniz sahili istiqamətində qaçaraq suya girmişlər.Həmin şəxslərin sahilə çıxmasını tələb etdikdə onlardan biri bıçaq çıxarıb nümayiş etdirərək yaxın gələcəyiksə özünə bıçaqla xəsarət yetrəcəyi ilə hədələmişdir. Sonra isə əlindəki bıçağı dənizə atmışdır. Daha sonra həmin şəxsləri saxlayaraq Qaradağ RPİ-nin 38ci polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etmişdir. İş materillarında olan 09 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi 09 mart 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə başlanılmışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onlara həmin maddələrdə nəzərdə tutlan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, bir ədəd dəmir ling iş üzrə maddi sübut kimi kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi subutların saxlanc otağına verilmişdir. İş materillarında olan DİN BƏSİİ-dən alınış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materillarında olan DİN BƏSİİ-dən alınış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal cinayətin residividir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxdığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətin sayını və iştirak dərəcələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə cəzasının, Təqsirləndirilən şəxs2 barəsində isə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhərrəmov Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan 09 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. İş üzrə maddi sübut kimi kimi tanınmış Qaradağ RPİ-nin maddi subutların saxlanc otağında saxlanılan bir ədəd dəmir ling məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.. Cəzasının əvvəli 09 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 (iki) gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi kimi tanınmış Qaradağ RPİ-nin maddi subutların saxlanc otağında saxlanılan bir ədəd dəmir ling məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-202/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-202/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver