Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-203/2023 04.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), rəsmi qaydada işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları X4, şəxsiyyətləri istintaqa məlum olmayan “Ramin”, “Turan” və “Talış” adlı şəxslərlə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 17 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun sağ hissəsində yerləşən “X8” zavodunda olan plastik sellofan torbaların təkrar emalı sexinin qapısını açmaqla saxlanc yerinə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3000 manat təşkil edən mühərriki gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qəbələ şəhərində qeydiyyatda olsa da Abşeron rayonu, Xırdalan şəhərində daimi yaşayış yeri olmadığından kafelərdə yatırmış. O, təxminən hadisədən əvvəl 3 ay olarmış ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qaşıq zavodu” adlanan zavodda fəhlə işləyirmiş. O, həmin zavoddan 600 manat maaş almışdır. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Xırdalan şəhərində “Bakı gecələri” kafesində, Xırdalan şəhərində müxtəlif çayxanalardan üzdən tanıdığı adını Turan, Ramin, Nəvai kimi bildiyi və “Talış” ləqəbi ilə tanıdığı şəxslərlə birlikdə çay içən zaman Nəvai ondan soruşmuşdur ki, işlədiyi zavodda oğurlamaq üçün mator vardırmı?. O da maddi vəziyyəti çətin olduğundan işlədiyi zavodda matorların olduğu ağlına gəlmiş və bildirmişdir ki, zavodda 2 ədəd mator vardır. Bu zaman Nəvai bildirmişdir ki, “onun taksi tanışı vardır” və mobil telefon vasitəsi ilə taksi sürücüsünə zəng etmişdir. Bir müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 00:15 radələrində əvvələr taksi sürücüsü kimi tanıdığı Elturan idarə etdiyi “Tofaş” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla gəlmişdir. Elturan gələn zaman onlar kafenin həyətində Elturanı gözləmişlər. Elturan onlarla görüşdükdən sonra Nəvai Elturana bildirmişdir ki, “zavoda mator oğurlamağa gedirik, sənin avtomaşınına yükləyəcəyik”. Elturan onlarla razılaşmış və Ramin avtomaşında qabaq sərnişin oturacaqda, o, Turan və Talış isə arxa oturacaqda əyləşərək onun işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun Qaradağ rayonu istiqamətində yolun sağında yerləşən “Qaşıq zavod” adlanan zavoda gəlmişlər. O, bilirmiş ki, orada olan mühafizəçilər heç vaxt onlar zavoda daxil olacağı qapıya nəzarət etmirlər. Buna görə də, o, Elturana həmin qapıya tərəf avtomaşını sürməyi demişdir. Elturan onları həmin qapıda avtomaşından düşürtdükdən sonra həmin qapıda nəzarət etmişdir ki, gələn olsa onlara xəbər eləsin. Turan hasaradan aşaraq zavodun qapısında olan dəmiri çıxardıb qapını açmışdır. Bu zaman o, bildirmişdir ki, “yuxarıda kameralar çəkiliş edir”. Onun bu sözlərindən sonra Ramin əli ilə müşahidə kameralarının məftillərini çəkib sındırmışdır. Bundan sonra o, Ramin, Turan və Talış zavoda daxil olmuşlar. Zavodun həyətində yerləşən sellofan sexinin qapısı açıq olduğundan ora daxil olmuşlar. Tural əlində olan alışqanın fənəri ilə sexi işıqlandırmışdır. O, orada quraşdırılmış dəzgahın mator hissəsini sexdən götürdüyü açarla açdıqdan sonra Ramin sexin içərisindən böyük ling tapmış və həmin lingi matorun alt hissəsindən salaraq bir tərəfindən onunla Ramin, digər hissəsindən isə Turanla Talış tutaraq sexdən çölə çıxartmış və zavodun qapısının qarşısında yerə qoymuşlar. Ramin piyada Elturanın avtomaşını saxladığı yerə getmiş və Raminlə Elturan birlikdə avtomaşınla gəlmişlər. Elturan avtomaşından yerə düşməmiş, o, avtomaşının baqaj hissəsini açmış və Ramin də gələrək köməkləşib dördü matoru baqaja salmışlar. Ramin Elturanla birlikdə avtomaşınla Xırdalan şəhərinə getmişlər. O, Turan və Talış yol maşını ilə Xırdalan şəhərinə getmişlər. Xırdalan dairəsinə onlar yenə də görüşmüş və Nəvai də həmin dairəyə gəlmişdir. Elturan avtomaşının baqajını açaraq Nəvaiyə matoru göstərmişdir. Nəvai də matorun şəklini mobil telefonu vasitəsi ilə çəkmişdir. Bundan sonra onlar razılaşmışlar ki, Elturan səhər o, yaşadığı kafeyə gəlsin və orada görüşsünlər. Səhər təxminən saat 10 radələrində Elturan onun yaşadığı kafenin qarşısına gəlmişdir. Həmin zaman Nəvai də gəlmiş və Nəvai kiminləsə mobil telefonda danışdıqdan sonra matorun şəkillərini sosial şəbəkə vasitəsi ilə həmin şəxsə göndərmişdir. Nəvai bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində usta var onun yanına gedəyin. O, Nəvai və Elturan birlikdə Elturanın idaə etdiyi avtomaşınla həmin ünvana gəlmişlər. O, kənarda dayanmış, Elturan ilə Nəvai matoru adını bilmədiyi usta ilə razılaşaraq satmışlar. Nəvai ilə Elturan onun yanına gələrək bildirmişlər ki, matoru 760 manata satmışlar. Bundan sonra onlar birlikdə Elturanın idarə etdiyi avtomaşın ilə Xırdalan şəhərinə gəlmişlər. Yolda Nəvai ona 150 manat pul vermişdir. Bundan sonra o, yaşadığı kafeyə getmişdir. İşlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qaşıq zavod” adlanan zavoddan oğurluq etməyi o, təklif etmişdir. O, bundan əlavə heç bir cinayət törətməmişdir. Onunla birlikdə oğurluq etmiş Nəvai, Ramin, Turan və “Talış” ləqəbli şəxslərin şəxsiyyətləri və olduqları yer barəsində məlumatı yoxmuş və onları Xırdalan şəhərindən tanımışdır. O, öz ifadəsində son olaraq peşman olduğunu və həyat yoldaşının xəstə olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan–Xocəsən yolunun sağ hissəsində yerləşən keçmiş “Qaşıq zavudu” adlanan zavodun həyətində 500 kv/m sahəni icarəyə götürərək orada dəzgahlar quraşdıraraq şəhərdən yığılan plastik sellofan torbaların təkrar emalı ilə məşğul olmuşdur. Onun işlədiyi sexdə 3 nəfər işçi heyyəti vardır. O, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işə gəldikdə sexdə olan 60000 manat dəyərində olan üyüdücü dəzgahın 8000 manat dəyərində olan mator hissəsinin sökülərək oğurlandığını aşkar etmişdir. O, bu barədə heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, onun sexində fəhlə işləmiş Təqsirləndirilən şəxs oğurluq etmiş şəxslərlə əlbir olmuşdur. Buna görə də o, zavodun mühafizəçisi Pərvin Nuriyevə bu barədə məlumat vermişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşmış və ona 3000 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində metal qəbulu məntəqəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində tanımadığı 3 nəfər şəxs ona yaxınlaşmış və onlarda mator olduğunu və satdıqlarını bildirmişlər. O, onlardan həmin matorun şəklini göndərmələrini istəmişdir. Bu zaman həmin tanımadığı şəxslərdən biri sonradan adını Anar kimi bildiyi şəxs onun mobil telefonuna “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə matorun şəklini göndərmişdir. O, matorun şəklinə baxdıqdan sonra həmin matoru almaq istədiyini bildirmiş və həmin matorun oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, matoru Masazır qəsəbəsində öz sexlərindən işləmədiyi üçün söküblər və satıb əvəzinə yenisini almaq istəyirlər. O da onların dediklərinə inanaraq həmin matoru 900 manata razılaşmışdır. Bir neçə dəqiqədən sonra onlardan biri Tofaş markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşınla məntəqənin həyətinə daxil olmuş və matoru avtomobilin baqaj hissəsində olduğunu görmüşdür. O, əl qaldırıcı kran vasitəsi ilə matoru yerə qoymuş və bundan sonra həmin tanımadığı şəxslərə 900 manat pul vermişdir. O, həmin şəxslərdən matorun oğurluq olub olmadığını soruşmuşdur. Bu zaman Anar adlı şəxs ona həmin matorun özlərinə məxsus olduğunu və yeni mator aldıqlarına görə həmin matoru satdıqlarını bildirmişdir. Buna görə də, o, həmin matorun oğurluq olmadığına əmin olduqdan sonra 900 manat pul verərək almışdır. O, həmin şəxslərdən sənəd tələb etsə də onlar üzərlərində sənəd olmadığını demişlər, lakin Anar ona mobil telefon nömrəsini vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/1462 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrikin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3000 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan xx.xx.2023-cu il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə X4, şəxsiyyətləri və olduqları yer istintaqa məlum olmayan “Ramin”, “Turan” və “Talış” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakının oğurlanması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə Şahid götürülmüş 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrik maddi subut kimi tanınmış və məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş qohumluq haqqında məlumatdan görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 24 yanvar 2023-cü il tarixdən şübhəli şəxs kimi tutulmuş və 26 yanvar 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrikin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) gün 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Qəbələ şəhəri, Z.Süleymanov küçəsi, ev 9 ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Qəbələ rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrikin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-203/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-203/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver