Məhkəmə qərarları › İş №1(002)-204/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-204/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-204/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçən Bakı-Şamaxı avtomobil yolunun 25-cı kilometrində Bakı şəhəri istiqamətində hərəkətdə olan avtobusda Zərərçəkmiş şəxs yatmasından istifadə edib sonuncunun əyləşdiyi oturacağın yanında olan çantadan Zərərçəkmiş şəxs məxsus 800 manat dəyərində 01 ədəd Canon 6D markalı fotoaparatı, 200 manat dəyərində 01 ədəd Canon 50 mm markalı lensi (obyektiv), 250 manat dəyərində 01 ədəd Canon 70-200 1:2.8 markalı lensi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, fərdi olaraq fotoalbom yığılması işi ilə məşğul olur. Belə ki, sifarişçi fotoalbom barədə sifariş verdikdən sonra onun müxtəlif yerlərdə fotoçəkilişini aparıb fotoalbom yığıb sifarişçiyə təhvil verir. Eləcə də o, 11-ci sinif şagirdlərinin vinetka çəkilişlərini də həyata keçirir. Fotoçəkilişi isə fotoqraflar aparır. O, Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar aynın əvvəllərində tanımışdır. Belə ki, o, Bəhruzu tanışı Kənanın vasitəsilə tanımışdır. İlk dəfə 2020-ci ilin yanvar ayının əvvəllərində Bəhruz onun sifariş götürdüyü 11-ci sinif şagirdilərinin vinetka üçün fotoşəkillərini Qusar rayonunda yerləşən Şahdağ istirahət mərkəzində çəkmişdir. Həmin vaxtan sonra Bəhruz onunla bir neçə dəfə fotoçəkiliş aparmaq üçün fotoşəkillərini Qusar rayonunda yerləşən Şahdağ istirahət mərkəzinə gedib fotoçəkilişlər aparmışdır. Zərərçəkmiş şəxs şikayəti ilə bağlı məlumatlanmışdır. İşin mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin ortalarında dəqiq tarix yadında qalmayan gündə o, Bəhruz ilə mobil telefon əlaqəsi saxlayıb Qəbələ şəhərinə 252 nömrəli orta məktəbin vinetka çəkilişinə getmək lazım olduğunu demişdir. Bəhruz onunla fotoçəkiliş aparmaq üçün 60 manat pul müqabilində razılaşmışdır. xx.xx.2020-ci il tarixdə səhər radələrində 252 fömrəli məktəbin 11 c sinif şagirdləri, valideynləri, həmin məktəbin müəllim heyəti ilə birlikdə 20 Yanvar dairəsi yaxınlığında görüşüb, 28 nəfərlik avtobusla Qəbələ şəhərinə yola düşmüşlər. Bəhruz nişanlısı Mahirə adlı qızı da özü ilə Qəbələ rayonuna aparmışdır. Qəbələ rayonunda “Tufandağ” istirahət mərkəzində Bəhruz özünə məxsus olan “Canon” markalı fotoaparat ilə fotoçəkilişlərini etmiş, daha sonra isə həmin gün Qəbələ rayonunda yerləşən restoranların birində əyləşib yemək yemişlər və o, bir qədər spirtli içki qəbul etmişdir. Həmin gün təxminən saat 17 radələrində gəldikləri avtobus ilə Bakı şəhərinə yola düşmüşlər. O, avtobusda sürücünün sağ tərəfində olan qabaq sağ oturacağında əyləşmişdir. Bəhruz isə onun əyləşdiyi oturacağın arxasındakı iki nəfərlik oturacaqda nişanlısı Mahirə ilə birlikdə oturmuş, sonradan isə onlar hər ikisi yatmışdır. O, yolda yatmış, lakin spirtli içki qəbul etdiyi üçün özünü yaxşı hiss etmədiyindən bir az sonra ayılmış və yata bilməmişdir. Bəhruz fotoaparatın çantasını əyləşdiyi oturacağın yanına qoymuşdur. O, sərxoş olduğu üçün Bakı şəhərinə çatmağa az qalmış, yəni əyləşdiyi avtobus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçərkən avtobusun salonunun qaranlıq olmasından istifadə edib təxminən saat 20:30 radələrində Qəbələ rayonunda çəkilmiş fotoşəkillərə baxmaq üçün Bəhruzun fotoaparatı qoyduğu çantanı açıb oradan Canon 6D markalı fotoaparatı götürmüşdür. Fotoaparatın üzərində Canon 50 mm markalı lens (obyektiv) olmuşdur. Daha sonra o, çantada olan 01 ədəd Canon 70-200 markalı lensi (obyektiv) onun çantasından götürmüş və fikirləşmişdir ki, həmin əşyaları oğurlayıb qazanc əldə etsin. Buna görə oğurladığı üzərində Canon 50 mm markalı lens (obyektiv) olan Canon 6D markalı fotoaparatı və 01 ədəd Canon 70-200 markalı lensi gödəkçənin içərisinə qoyub gödəkçəsini qatdalamışdır. Avtobus Bakı şəhərinə, Sulutəpə qəsəbəsinə təxminən saat 21:00 radələrində çatmış və o, içərisində oğurladığı əşyalar olan gödəkçəsini də götürüb Sulutəpə qəsəbəsində avtobusdan düşmək üçün avtobusu saxlatdırmışdır. O, avtobusdan düşəndə Bəhruz yatmış, nişanlısı Mahirə isə ayılmışdır və o, Mahirə ilə sağollaşıb avtobusdan düşüb yaşadığı evinə getmişdir. Digər sərnişinlər isə Bakı şəhərində yerləşən 20 yanvar dairəsində düşəcəkmişlər. Lakin sərxoş olduğu üçün yaşadığı evinə gedəndə Canon 6D markalı fotoaparat, Canon 50 mm markalı lensi (obyektiv), 01 ədəd Canon 70-200 markalı lensi (obyektiv) gödəkçəsinin arasından yerə düşüb naməlum şəraitdə itmişdir. O, sərxoş olduğu üçün Canon 6D markalı fotoaparatı, Canon 50 mm markalı lensi, 01 ədəd Canon 70-200 markalı lensi itirmişdir. O, Zərərçəkmiş şəxs məxsus Canon 6D markalı fotoaparatı, Canon 50 mm markalı lensi, 01 ədəd Canon 70-200 markalı lensi çantanın içərisindən oğurlayanda onu heç kim görməmişdir. O, Canon 6D markalı fotoaparatı, Canon 50 mm markalı lensi, 01 ədəd Canon 70-200 markalı lensi gəldiyi avtobus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisindən keçərkən oğurlamışdır. O öz ifadəsində son olaraq bağışlanmasını xahiş edib, bir daha qanuna zidd əməllər törətməyəcəyini qeyd etmişdir. Hazırda əməlindən peşimandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Cəbrayıl rayonu, Şıxalağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci a massivi, ev 23-də valideynləri ilə birlikdə yaşayır. O, fərdi qaydada fotoçəkiliş ilə məşğul olur. O, fotoçəkilişləri 5000 manat dəyərində olan özünə məxsus Canon 6D markalı fotoaparatla həyata keçirirmiş. O, Təqsirləndirilən şəxs adlı şəxsi 2020-ci ilin yanvar aynda tanımışdır. Belə ki, o, 2020-ci ilin yanvar ayının əvvəllərində Qusar rayonunda yerləşən Şahdağ istirahət mərkəzində 11-ci sinif şagirdilərinin vinetka üçün fotoşəkillərini çəkərkən Təqsirləndirilən şəxs tanımışdır. Məhəmmədin təxminən 30 yaşı vardır, əslən Ağdam rayonundan olduğunu ona demişdir. Şahdağ istirahət mərkəzində Məhəmməd ondan mobil telefon nömrəsi götürüb ona demişdir ki, o özü də onun kimi vinetka üçün fotoçəkiliş işlərinə baxır, lazım olanda ona zəng vuracaq. 2020-ci ilin yanvar ayının ortalarında bir dəfə Məhəmməd onunla telefon əlaqəsi saxlayıb 11-ci sinif şagirdlərinin vinetka üçün fotoçəkilişlər etmək lazım olduğunu, fotoçəkilişlərin Qusar rayonunda yerləşən Şahdağ istirahət mərkəzində aparılacağını bildirmişdi. O, Məhəmməd ilə həmin fotoçəkilişləri etməyi razılaşmış və 2020-ci ilin yanvar ayının ortalarında Şahdağ istirahət mərkəzində Məhəmmədin sifarişi ilə o, 11-ci sinif şagirdlərinin vinetka üçün fotoçəkilişlərini etmişdir. Səhv etmirsə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, Qəbələ şəhərinə 252 nömrəli orta məktəbin vinetka çəkilişinə gedəcəklərini bildirmişdir. O da Məhəmməd ilə fotoçəkiliş aparmaq üçün 60 manat pul müqabilində onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə səhər radələrində 252 fömrəli məktəbin 11 c sinif şagirdləri, valideynləri, həmin məktəbin müəllim heyəti ilə birlikdə 20 Yanvar dairəsi yaxınlığında görüşüb, avtobusla Qəbələ şəhərinə yola düşmüşlər. O, nişanlısı Şahid da özü ilə Qəbələ rayonuna aparmışdır. Qəbələ rayonunda “Tufandağ” istirahət mərkəzində o, özünə məxsus olan “Canon” markalı fotoaparat ilə fotoçəkilişlərini etmiş, daha sonra isə həmin gün təxminən saat 17 radələrində gəldikləri mikroavtobus ilə Bakı şəhərinə qayıtmışlar. Məhəmməd sürücünün sağ tərəfində bir nəfərlik oturacaqda əyləşmişdir. O isə Məhəmmədin əyləşdiyi oturacağın arxasındakı iki nəfərlik oturacaqda nişanlısı Mahirə ilə birlikdə oturmuşdur. Yolda o və nişanlısı Mahirə avtobusda yatmışlar. O, fotoaparatının çantasını avtobusun sürücüsü ilə Məhəmmədin əyləşdiyi oturacağın arasına qoymuşdu. Avtobus Bakı şəhərinə, yəni 20 Yanvar dairəsi yaxınlığına axşam saat 21:30-da çatmışdı. O və nişanlısı həmin vaxt yuxudan ayılmışdır. Avtobusda olan şəxslər avtobusdan düşmüşlər, o da fotoaparat və ləvazimatları olan çantasını götürüb nişanlısı Mahirə ilə avtobusdan düşmüşdür. O, nişanlısı Mahirəni evlərinə yola salıb Lökbatan qəsəbəsində yaşadığı evinə gəlmişdi və yorğun olduğundan yatmışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 12 radələrində yuxudan ayılmış və Qəbələ rayonunda çəkdiyi fotoşəkillərə baxmaq üçün fotoaparatının çantasını açan zaman 4 il bundan əvvəl 5000 manata alınmış Canon 6D markalı fotoaparatının, 01 ədəd 210 manata aldığı Canon 50 mm markalı lensin, 01 ədəd 2800 manata aldığı Canon 70-200 1:2.8 markalı lensin çantasının içərisində olmadığını, yəni oğurlanmasını aşkar etmişdir. O, dərhal Məhəmmədin ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub fotoaparatının çantasından 4 il bundan əvvəl 5000 manata alınmış Canon 6D markalı fotoaparatının, 01 ədəd 210 manata alınmış Canon 50 mm markalı lensin, 01 ədəd 2800 manata aldığı Canon 70-200 1:2.8 markalı lensin oğurlandığını bildirmişdir. Məhəmməd ona demişdir ki, narahat olmasın, onun fotoaparatının qaytarılmasında ona köməklik edəcəkdir. O, Məhəmmədə demişdir ki, fotoaparatının oğurlanması barədə polisə şikayət edəcək. Məməhəmməd isə ona demişdir ki, polisdə izahat verəndə desin ki, fotoaparatı oğurlanan zaman Məhəmməd yatmışdır. Daha sonra o, 29-cu PB-nə gedib şikayət ərizəsi yazmışdır. Eləcə də nişanlısı Mahirə ona demişdir ki, Məhəmməd avtobusdan düşüb gedəndə o yuxudan ayılmış və onun əlində gödəkçəsi olmuş, gödəkçəsinin içərisində isə sanki hansısa əşya olmuşdur. Ona görə də tam əminliklə deyir ki, onun fotoaparatını və 02 ədəd lensi Təqsirləndirilən şəxs oğurlayıb. O, Qaradağ RPİ-nin İŞ-də ifadə verəndə ona məxsus Canon 6D markalı fotoaparatı 4 il bundan əvvəl 5000 manata, Canon 50 mm markalı lensi 210 manata, Canon 70-200 1:2.8 markalı lensi 2800 manata almağını göstərmişdir. Lakin hansısa əşya işlədiləndə o dəyərdən düşür. Ona görə də o məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1489 saylı rəyində xx.xx.2020-ci il tarixdə 4 il bundan əvvəl alınmış Canon 6D markalı fotoaparatın dəyərinin 800 manat, Canon 50 mm markalı lensin dəyərinin 200 manat, Canon 70-200 markalı lensin dəyərinin 250 manat təşkil etməsinin göstərilməsi ilə razıdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödəndiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nişanlısıdır. Bəhruz fotoqrafdır və fotoçəkilişlə məşğul olur. İşin mahiyyəti üzrə bildirir ki, Bəhruz təxminən xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan mobil telefonuna öz istifadəsində olan mobil telefondan zəng vurub 252 nömrəli məktəbin 11-ci sinif şagirdlərinin vinetkaları üçün fotoçəkiliş aparılması məqsədilə Qəbələ rayonuna gedəcəyini bildirib onun da onunla birlikdə Qəbələ rayonuna getməyini təklif etmişdir. O da Bəhruza etiraz etməmiş və xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində yerləşən 20 Yanvar dairəsi yaxınlığında Bəhruzla görüşüb 252 nömrəli məktəbin 11 c sinif şagirdləri, valideynləri, həmin məktəbin müəllim heyəti ilə birlikdə avtobusla Qəbələ şəhərinə yola düşmüşlər. Vinetka çəkilişinə nişanlısı Bəhruzun tanışı Məhəmməd adlı cavan oğlan rəhbərlik edirmiş. Qəbələ rayonunda “Tufandağ” istirahət mərkəzində nişanlısı Bəhruz özünə məxsus olan “Canon” markalı fotoaparat ilə fotoçəkilişlərini etmiş, daha sonra isə həmin gün Qəbələ rayonunda yerləşən restoranların birində əyləşib yemək yemişlər. Həmin gün təxminən saat 17 radələrində onlar gəldikləri avtobus Bakı şəhərinə yola düşmüşdür. Məhəmməd avtobusda sürücünün sağ tərəfində olan qabaq sağ oturacaqda əyləşmişdir. Bəhruz ilə o özü Məhəmmədin əyləşdiyi oturacağın arxasındakı iki nəfərlik oturacaqda əyləşmiş, yolda hər ikisi yatmışlar. Bəhruz fotoaparatın çantasını Məhəmmədin əyləşdiyi oturacağın yanına qoymuşdur. Həmin gün təxminən saat 21 radələrində Bakı şəhərinə çatmağa az qalmış, daha dəqiq desə Sulutəpə qəsəbəsində avtobusun dayanmasını hiss edib yuxudan ayılmışdır. Bəhruz isə hələ də yatmışdır. Məhəmmədin əlində gödəkçəsi olmuşdur, ancaq həmin gödəkçəni büküb əlində saxlamışdı, sanki gödəkçənin içərisinə hansısa əşyanı qoymuşdur. Onun özünə də təəcüblü gəlmişdir ki, soyuq havada Məhəmməd gödəkçəsini əyninə geyinməyib əlində bükülmüş vəziyyətdə avtobusdan düşmüşdür. Məhəmməd onunla sağollaşıb avtobusdan düşmüş və avtobusun sürücüsü avtobusu 20 Yanvar dairəsinə sürmüşdür. 20 Yanvar dairəsinə çatanda Bəhruz yuxudan ayılmış və bütün sərnişinlər avtobusdan düşmüşlər. Bəhruzla o 20 Yanvar dairəsinin yaxınlığında yerləşən kafelərin birində kofe içmişlər. Daha sonra isə Bəhruz onu taksi ilə yaşadığı ünvana yola salmışdır. Həmin günün sabahısı günü, günorta saatlarında Bəhruz onun mobil telefonuna zəng edib bildirmişdir ki, Qəbələ rayonundan Bakı şəhərinə qayıdanda onun fotoaparatının çantasından fotoaparatı və obyektivləri oğurlanmışdır. Fotoaparatın və obyektivlərin oğurlanmasını isə bir az bundan əvvəl yaşadığı evində olarkən çantanın içərisinə baxanda aşkar etmişdir. O da Bəhruza bildirmişdir ki, Bakı şəhərinə çatmağa az qalmış, yəni Sulutəpə qəsəbəsində Məhəmməd avtobusu saxlatdırıb avtobusdan düşəndə qış ayı olmasına baxmayaraq gödəkçəsini geyinməmişdi və sanki gödəkçəsinin içərisində hansısa əşya omuşdur. O, baş vermiş oğurluqda Məhəmməddən şübhələndiyini Bəhruza bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1489 saylı rəyində göstərilmişdir ki, 4 il əvvəl alınmış malların istifadəsi nəzərə alınmaqla işlək vəziyyətdə olan Canon 6D markalı fotoaparatın 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 800 manat, 01 ədəd Canon 50 mm markalı lensin (obyektiv) qiyməti 200 manat, 01 ədəd Canon 70-200 markalı lensin (obyektiv) qiyməti 250 manat, ümumilikdə 1250 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünü etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də məhkəmə prosesi zamanı araşdırılmış işin digər halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlinə görə xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 50 manat (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 11(on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 50 manat (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar