Məhkəmə qərarları › İş №1(002)-204/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-204/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-204/2021 17.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 07 avqust 1980-ci ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 mart 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 149.2.1, 149.2.4, 149.2.5, 181.3.1, 181.3.2,181.3.3, 206.4, 228.3, 217.1, 217.2, 318.2, 320.2, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasında cəza çəkən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasında cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş istifadə üçün yararlı, daxilində 1 ədəd “GSM” danışıq kartı olan 1 ədəd «Nokıa» markalı mobil telefon aparatını, 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» SİM kartı, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, daşımış, gəzdirmiş habelə «Nokıa» markalı telefondan olan 055 613-16-32 «GSM» nömrəsindən qardaşı Şahid7 055 800-37-82 nömrəli mobil telefonuna zəng edərək dəfələrlə danışıqlar aparmaqla istifadə etmiş və 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Penitensiar Xidmətin Həbsxanasının əməliyyat şöbəsinə daxil olmuş məlumata əsasən onun cəza çəkdiyi 5-ci rejim korpusunun 154 nömrəli kamerasında hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman həmin əşyalar aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o məhkum olunmuş və Penitensiar Xidmətin Həbsxanasında cəza çəkmiş, 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman onun saxlanıldığı 5-ci rejim korpusunun 154 saylı kamerasında taxta döşəmənin altından 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı aşkar olunaraq götürülmüş və «Nokıa» markalı telefondan 055 613-16-32 «GSM» nömrəsindən qardaşı Şahid7 055 800-37-82 nömrəli mobil telefonuna zəng edərək dəfələrlə danışıqlar aparmaqla istifadə etmişdir. Həmin əşyaları saxlanıldığı kamerada sim məftil ilə divarnan döşəmənin arasını qurdalayarkən ucunda dəmir parçası olan qırmızı sapa diqqəti sataşmış və həmin sapı dartarkən sapın əks ucuna bağlanmış mobil telefon və digər əşyaları divarnan döşəmənin arasından tapmışdır. O son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Həbsxanasında əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyən, ədliyyə mayoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs məhkumdur. 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs saxlanıldığı 5-ci rejim korpusunun 154 saylı kamerasında taxta döşəmənin altından 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Həbsxanasında nəzarətçi vəzifəsində xidmət edən, ədliyyə giziri Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir, Təqsirləndirilən şəxs məhkumdur. 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs saxlanıldığı 5-ci rejim korpusunun 154 saylı kamerasında taxta döşəmənin altından 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Həbsxanasında nəzarətçi vəzifəsində xidmət edən, ədliyyə giziri Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir, Təqsirləndirilən şəxs məhkumdur. 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs saxlanıldığı 5-ci rejim korpusunun 154 saylı kamerasında taxta döşəmənin altından 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı aşkar olunaraq götürülmüşdür. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2020-ci il tarixli 5/72 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “Panamera S” markalı “**********00158” imei kodlu mobil telefon olmaqla, xarici görünüşü qara rəngli plastmas kütlədən olması, üz hissəsində “Panamera S” sözünün yazılması müəyyənləşdirildi. Mobil telefonun yuxarı hissəsi ekrandan, eşitmə mikrafonundan, aşağı tərəfi isə müvafiq düymələrdən və ötürmə mikrafonundan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. (mobil telefonun arxa tərəfində markirovka göstəricisi olmadığından və proqram təminatında modeli göstərilmədiyi üçün onun modelini müəyyən etmək mümkün olmadı). Təqdim edilmiş bir ədəd “Nokia” markalı “1202-2” modelli «**********69246» imei kodlu mobil telefon olmaqla, xarici görünüşü qara rəngli plastmas kütlədən olması üz hissəsində “Nokia” sözünün yazılması müəyyənləşdirildi. Mobil telefonun yuxarı hissəsi ekrandan, eşitmə mikrafonundan, aşağı tərəfi isə müvafiq düymələrdən və ötürmə mikrafonundan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “1202-2” modelli mobil telefonun yaddaşında olan “Logical” və “File” məlumatların əldə edilməsi metodları ilə toplanmış məlumatlar əsasında tərtib edilən (Report-отчет məlumat və faylların izləri “UFED TOUCH 2” markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) hesabat və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-72” adlı iş çantasında CD-R diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Rəyin tədqiqi hissəsinin 5-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Panamera S” modelli mobil telefonun “Чентр вызовов” bölməsində 1 ədəd buraxılmış zəngi, 6 ədəd yığılmış zəngləri və 1 ədəd qəbul olunmuş zəngi köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş “Nokia” markalı “1202-2” modelli və “Panamera S” markalı mobil telefonlarda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. Ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat təşkil edir. Həbsxanadan daxil olmuş 28 fevral 2020-ci il tarixli protokoldan görünür ki, 28.02.2020-ci il tarixdə saat 11:00 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanasının əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs saxlanıldığı 5-ci rejim korpusunun 154 saylı kamerasında taxta döşəmənin altından 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı aşkar edilərək götürülmüşdür. 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı, həmin telefonun daxilində olan 1 ədəd «GSM» nömrəsi 1 ədəd «Panamera S» markalı mobil telefon, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcı, "Azercell Telekom" və "xxxx" MMC-nin 2 ədəd diskə baxış keçirilərək maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş «xxxx» MMC-nin 07.09.2020-ci il tarixli BKC/LGL- 15347/20 nömrəli məktubundan görünür ki, “**********69246” imei kodlu mobil telefonda 28.12.2019-cu il tarixdən 28.02.2020-ci il tarixədək 055 613-16-32 «GSM» nömrəsi istifadə edilmişdir. İş materiallarına əlavə edilmiş 15 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, həbsxananın 5-ci rejim korpusunun 154 saylı kamerasında aşkar edilərək götürülmüş mobil telefonunda olan ***-***-**-** nömrə ilə Şahid7 istifadəsində olan ***-***-**-** nömrəsinə zənglər edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 29.12.2011-ci il tarixli 7-N №li qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X2»na 11-ci əlavədən görünür ki, mobil telefon cəzaçəkmə müəssisələrində saxlanılan şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış 13 mart 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 29.03.2005-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 149.2.1, 149.2.4, 149.2.5, 181.3.1, 181.3.2, 181.3.3, 206.4, 228.3, 217.1, 217.2, 318.2, 320.2, 29,177.2.1, 29,177.2.3, 29,177.2.4 maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 26 iyun 2004-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.6-cı maddəsindən görünür ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs yeni cinayət törətdikdə, yeni təyin edilən cəza ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunur. Maddi sübut kimi tanınmış 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı və 1 ədəd «Panamera S» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, “Nokıa” markalı mobil telefon aparatının daxilində olan 1 ədəd «GSM» nömrəsi, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. «Azercell Telekom» və «xxxx» MMC-dən daxil olmuş iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə 113,59 (yüz on üç manat əlli doqquz qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.6-cı maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunaraq Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 26 iyun 2004-cü il tarixdən hesablansın. Cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Həbsxanasında çəksin. Maddi sübut kimi tanınmış 1 ədəd «Nokıa» markalı mobil telefon aparatı və 1 ədəd «Panamera S» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin, “Nokıa” markalı mobil telefon aparatının daxilində olan 1 ədəd «GSM» nömrəsi, 2 ədəd «GSM» nömrəsi, 3 ədəd mobil telefon batareyası və 1 ədəd elektrik qidalandırıcısı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. «Azercell Telekom» və «xxxx» MMC-dən daxil olmuş iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə 113,59 (yüz on üç manat əlli doqquz qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar