Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-204/2023 10.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1990-cı ildə Qobustan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qobustan rayonu Xilmilli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar yaşayış massivi, küçə 315 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1982-cı ildə Neftçala rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 01 il 06 ay müddətinə şərti cəzaya məhkum edilmiş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Neftçala rayonu Xolqarabucaq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq xx.xx.1992 ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının təkərlərini talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 05 fevral 2023cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qaz 33021 Yük” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının yanına gəlib özləri ilə gətirdikləri 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətindən istifadə etməklə 1 ədəd təkər cütü 730 (yeddi yüz otuz) manat olmaqla ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat dəyərində 4 ədəd təkər cütünü (8 ədəd) kəsərək həmin avtomobilə yükləyib gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla qabacaqdan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının təkərlərini talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 05 fevral 2023cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Qaz 33021 Yük” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının yanına gəlib özləri ilə gətirdikləri 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətindən istifadə etməklə 1 ədəd təkər cütü 730(yeddi yüz otuz) manat olmaqla ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat dəyərində 4 ədəd təkər cütünü (8 ədəd) kəsərək həmin avtomobilə yükləyib gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 2920(iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla qabacaqdan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının təkərlərini talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 05 fevral 2023cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qaz 33021 Yük” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının yanına gəlib özləri ilə gətirdikləri 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətindən istifadə etməklə 1 ədəd təkər cütü 730(yeddi yüz otuz) manat olmaqla ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat dəyərində 4 ədəd təkər cütünü (8 ədəd) kəsərək həmin avtomobilə yükləyib gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla qabacaqdan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının təkərlərini talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək 05 fevral 2023cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Qaz 33021 Yük” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmiryolu stansiyasında dayanmış refrijerator vaqonlarının yanına gəlib özləri ilə gətirdikləri 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətindən istifadə etməklə 1 ədəd təkər cütü 730(yeddi yüz otuz) manat olmaqla ümumilikdə 2920 (iki min doqquz yüz iyirmi) manat dəyərində 4 ədəd təkər cütünü (8 ədəd) kəsərək həmin avtomobilə yükləyib gizli yolla talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ümumilikdə 2920(iki min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla qabacaqdan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından 30 manat pul müqabilində Ələt qəsəbəsində həm qəsəbə ərazisində həm də Ələt dəmir yolu stansiyası ərazisində qoyunquzu otarmaqla ailəsini dolandırır. O Ələt dəmir yolu stansiyası ərazisində qoyunları otaran zaman istifadəyə yararsız vaqonların olduğunu, həmin vaqonların dəmir parçalarını və dəmir təkərlərini oğurlayıb satmaqla gəlir əldə edə biləcəyini fikirləşmişdir. Dəmirləri tək oğurluyub sata bilməyəcəyindən bu işi tanışı Təqsirləndirilən şəxs2 Ziyadxan oğlu ilə birlikdə törətmək üçün sonuncu ilə görüşüb bu barədə təklif etmək qərarına gəlmişdir. Bu məqsədlə 29 yanvar 2023-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində Təqsirləndirilən şəxs2 Ziyadxan oğlu ilə görüşmüş və ona bu barədə danışmışdır. Qadirində maddi vəziyyəti yaxşı olmadığından, pula ehtiyacı olduğundan onun oğurluq etməklə bağlı təklifi ilə razılaşmış və o Qadirə refrijerator vaqonlarının dəmir hissələrini eləcə də, təkərlərini kəsmək üçün onlara “rezak”, “kislarod” və “propan” lazım olduğunu bildirmişdir. Qadir isə dəmirləri kəsmək üçün lazım olan ləvazimatların onda olduğunu və özü ilə birlikdə gətirəcəyini demişdir. Həmçinin öz aralarında razılaşmışlar ki, həmin ərazidən oğurladıqları dəmir parçalarını Ələt qəsəbəsində metal qəbulu ilə məşğul olan hər hansı bir şəxsə satıb əldə etdikləri pulu isə öz aralarında bölsünlər. Qadirin istifadəsində Qazel markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğundan oğurlayacaqları dəmir parçalarını həmin avtomobilə yığmaqları üçün onlara fəhlə lazım olduğu, Ələt qəsəbəsində yaşayan taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs3 və digər tanışı Təqsirləndirilən şəxs4 özləri ilə birlikdə fəhlə kimi apara biləcəklərini Qadirə bildirmişdir. 05 fevral 2023-cü il tarixdə, saat 10 radələrində Qadirin avtomobil ilə Yeni Ələt dəmir yolu stansiyasında olan vaqonların dəmirlərini kəsmək üçün həmin ünvana getmişlər. Stansiya ərazisində istifadəyə yararsız vaqonların yaxınlığında Qadir avtomobili saxlamış və sonuncu ilə birlikdə avtomobildə olan dəmirləri kəsmək üçün istifadə edəcəkləri əşyaları yerə boşaltmışlar. Bundan sonra Qadir ilə birlikdə vaqonlara aid olan 4 cüt olmaqla 8 ədəd təkəri kəsib yerə yığmışlar. Həmin təkərləri avtomobilə yükləmək üçün əvvəlcə tanışı Təqsirləndirilən şəxs4 zəng etmiş və sonuncuya əvvəlcədən yük daşımaq üçün fəhlə lazım olacağı barədə məlumat verdiyindən Yeni Ələt dəmir yolu stansiyasına çağırmışdır. Daha sonra digər tanışı Təqsirləndirilən şəxs3 zəng edib sonuncuya 30 manat pul müqabilində avtomobilə yük doldurmaq üçün fəhlə lazım olduğunu bildirmiş və işləmək istəyib-istəmədiyini soruşmuşdur. Rəşad işləmək istədiyini bildirdiyindən o sonuncunu Yeni Ələt dəmir yolu stansiyasına çağırmışdır. Saat 14 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onların olduğu yerə yəni stansiya ərazisinə gəlmişdir. O Miraslan ilə Rəşada vaqonlara aid olan 4 cüt olmaqla 8 ədəd təkəri Qadir ilə birlikdə vaqonlardan kəsib oğurladıqlarını, həmin təkərləri avtomobilə yükləyib təkərləri satdıqdan sonra pullarını verəcəyini bildirmiş və Qadirin də köməkliyi ilə saat 17 radələrinədək Rəşad və Miraslan 8 ədəd dəmir təkəri Qazel markalı avtomobilə yükləmişdir. Bundan sonra o Qadirə orada qalıb təkərləri kəsdikləri ləvazimatları yığmağı tapşırmış, özü isə Rəşadı Ələt qəsəbəsində dörd yol adlanan yerdə düşürmək Miraslanı isə təkərləri satacağı yerdə təkərləri avtomobildən boşaltmağa köməklik etməsi üçün avtomobilə mindirmiş və hərəkət etməyə başlamışlar. Ələt-Qazax magistral yoluna yaxınlaşan zaman üç nəfər mülki geyimli şəxs avtomobilə saxla işarəsi vermiş,həmin şəxslərin polis əməkdaşları olduqlarını güman edib onlardan yayınmaq üçün avtomobili yoldan çıxararaq geriyə döndərib saxlamışdır. Avtomobildən düşərək müxtəlif istiqamətdə qaçmağa başlamış və polis əməkdaşlarından yayınmağa müvəffəq olmuşdur.Törətdiyi əməldən peşmandır. Vurulmuş zərəri tam olaraq ödəmişdir. 2-ci Qarabag müharibəsi iştirakçısıdır və “vətən müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, istifadəsində Qazel markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobil etibarnamə ilə qohumu X1 məxsus olsa da, avtomobili o idarə etmişdir. Avtomobil ilə tullantı dəmirləri yığıb dəmir alveri ilə məşğul olan şəxslərə satmışdır. Təqsirləndirilən şəxs1 təxminən bir ilə yaxın müddətdir ki, tanıyır. 29 yanvar 2023-cü il tarixdə yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs1 istifadəsindən olan mobil telefon nömrəsinə zəng etmiş və onunla görüşmək istədiyini bildirib yaşadığı Qobustan qəsəbəsinə gəlmişdir. Fuad ona Ələt qəsəbəsində yerləşən Yeni Ələt dəmir yolu stansiyasında istifadəyə yararsız refrijerator vaqonlarının olduğunu, həmin vaqonların dəmir parçalarını və təkərlərini oğurlayıb satmaqla gəlir əldə edə biləcəklərini bildirib, həmin dəmirləri birlikdə oğurlamağı ona təklif etmişdir. Onunda pula ehtiyacı olduğundan Fuadın təklifini qəbul etmişdir. Bundan sonra Fuad ona refrijerator vaqonlarının dəmir hissələrini kəsmək üçün “rezak”, “kislarod” və “propan” lazım olduğunu bildirmişdir. O dəmirləri kəsmək üçün lazım olan ləvazimatların onda olduğunu və özü ilə birlikdə gətirəcəyini demişdir. Öz aralarında razılaşmışlar ki, həmin ərazidən oğurladıqları dəmir parçalarını onun istifadəsində olan Qazel markalı avtomobilə yükləyib Ələt qəsəbəsində metal qəbulu ilə məşğul olan şəxslərdən birinə satıb əldə etdikləri pulu öz aralarında bölsünlər. Oğurlayacaqları dəmir parçalarını avtomobilə yükləmək üçün fəhlə lazım olacağından Fuad bu işi görə biləcək iki nəfər tanışının olduğunu, dəmirləri yüklədikdən sonra zəhmət haqqlarını da dəmirləri satdıqdan sonra əldə edəcəkləri puldan ödəyəcəklərini ona bildirmişdir. 05 fevral 2023-cü il tarixdə, saat 10 radələrində evdə olduğu zaman Fuad ona zəng etmiş və planlaşdırdıqları oğurluğu həyata keçirmək üçün yaşadığı ünvana yəni Ələt qəsəbəsinə çağırmışdır. O da dəmirləri kəsmək üçün lazım olacaq əşyaları yəni 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1 (bir) ədəd dəmir çəkic, 1 (bir) ədəd kəlbətin və içərisində müxtəlif ölçüdə açarlar olan 1(bir) ədəd sandıqcanı istifadəsində olan **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub Ələt qəsəbəsinə Fuadın yaşadığı ünvana getmişdir. Fuadı götürüb birlikdə Yeni Ələt dəmir yolu stansiyasında olan vaqonların dəmirlərini kəsmək üçün həmin ünvana getmişlər. Stansiya ərazisində istifadəyə yararsız vaqonların yaxınlığında avtomobili saxlamış və avtomobildə olan dəmirləri kəsmək üçün istifadə edəcəkləri əşyaları yerə boşaltmışlar. Bundan sonra Fuad ilə birlikdə vaqonlara aid olan 4 cüt olmaqla 8 ədəd təkəri kəsərək yerə yığmışlar. Həmin təkərləri avtomobilə yükləmək üçün Fuad əvvəlcə Təqsirləndirilən şəxs4 zəng etmiş və sonuncunu Yeni Ələt dəmir yolu stansiyasına çağırmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs3 zəng etmiş və 30 manat pul müqabilində avtomobilə yük doldurmaq üçün fəhlə lazım olduğunu bildirib işləmək istəyib-istəmədiyini soruşmuşdur. Rəşad işləmək istədiyini bildirdiyindən Fuad sonuncunuda Yeni Ələt dəmir yolu stansiyasına çağırmışdır. Saat 14 radələrində Rəşad və Miraslan stansiya ərazisinə gəlmişlər. Fuad Miraslan ilə Rəşada vaqonlara aid olan 4 cüt olmaqla 8 ədəd təkəri onunla birlikdə vaqonlardan kəsərək oğurladıqlarını, həmin təkərləri avtomobilə yükləyəcəklərini və təkərləri satdıqdan sonra isə pullarını verəcəyini bildirmişdir. Bundan sonra o Rəşad və Miraslan ilə birlikdə 8 ədəd dəmir təkəri Qazel markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləmişdir. Bundan sonra Fuad ona orada qalıb təkəri kəsdikləri ləvazimatları yığmağı tapşırmışdır. Fuad isə dəmir əşyaları satmaq üçün avtomobilə əyləşmiş və Rəşad ilə Miraslanda Fuad ilə birlikdə avtomobilə əyləşmişdir. O Fuadı təxminən bir saat orada gözlədikdən sonra qayıtmadığını görüb oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur Fuad avtomobil ilə dəmirləri satmaq üçün Ələt qəsəbəsinə doğru hərəkətdə olan zaman polis əməkdaşları onları saxlamış və həmin vaxt Təqsirləndirilən şəxs3 saxlanılsa da, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 polislərdən qaçmağa müvəffəq olmuşlar.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Törətdiyi əməldən peşmandır.Dəymiş zərəri ödəmişdir.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, istifadəsində olan VAZ 2101 markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur və həmişə Ələt qəsəbəsində yerləşən dörd yol deyilən yerdə dayanır. Təxminən 1 il bundan əvvəl Ələt qəsəbəsində yerləşən dörd yol adlanan yerdə dayanıb müştəri gözləyən zaman sonradan adını Fuad kimi bildiyi şəxs avtomobilinə müştəri kimi əyləşmiş və sonuncunu dediyi ünvana aparmışdır. Bundan sonra Fuad istifadəsində olan mobil telefon nömrəsini istəmiş və ona taksi lazım olduğu halda ona zəng edəcəyini bildirmişdir. Həmin vaxtdan etibarən ona taksi lazım olduğu vaxt Fuad ona zəng edirmiş və o sonuncunu gedəcəyi ünvana aparırmış. 05 fevral 2023-cü il tarixdə, saat 14 radələrində evdə olduğu zaman Fuad onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və 30 manat pul müqabilində yük daşımaq üçün fəhlə lazım olduğunu bildirib ondan işləmək istəyib-istəmədiyi barədə fikrini soruşmuşdur. Onun isə maddi vəziyyəti yaxşı olmadığından Fuada fəhlə işləyə biləcəyini bildirmişdir. O Fuadla razılaşdıqdan sonra sonuncu ona Baş Ələt dəmir yolu stansiyasına gəlməyini tapşırmış və o piyada olaraq həmin yerə getmişdir. O həmin yerə çatdıqda vaqonların yanında Qazel markalı avtomobilin dayandığını, Təqsirləndirilən şəxs1 ilə yanaşı Qadir və Miraslan adlı şəxslərində orada olduğunu görmüşdür. Onlarla görüşdükdən sonra Fuad ona relsin kənarına yığılmış 8 ədəd vaqon təkərini göstərib həmin təkərləri Qadir ilə birlikdə vaqonlardan kəsib oğurladıqlarını, təkərləri Qazelə yükləmək lazım olduğunu və təkərləri satdıqdan sonra onun zəhmət haqqını verəcəyini bildirmişdir. O Qadir və Miraslan ilə birlikdə refrijerator vaqonlarına məxsus 8 ədəd təkəri oxları ilə birlikdə Qazel markalı avtomobilin yük yerinə yükləmişdir. Bundan sonra Fuad və Miraslan ilə birlikdə avtomobilə əyləşib hərəkət etməyə başlamışdır. Qadir isə həmin yerdə qalmışdır. Ələt-Qazax magistral yoluna yaxınlaşan zaman üç nəfər mülki geyimli şəxs avtomobilə saxla işarəsi vermişdir. Onlar həmin şəxslərin polis əməkdaşları olduqlarını güman edib onlardan yayınmaq üçün həmin vaxt avtomobili idarə edən Fuad avtomobili yoldan çıxardaraq geriye döndərib avtomobili saxlamışdır. Onlar avtomobildən düşüb müxtəlif istiqamətdə qaçmağa başlamışlar. Bu zaman polis əməkdaşları onu saxlamış Fuad isə Miraslan ilə birlikdə qaçmağa müvəffəq olmuşlar.Törətdiyi əməldən peşmandır. Vurulmuş zərəri tam olaraq ödəmişdir. Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayının sonlarında yaşadığı evin yaxınlığında olduğu zaman Ələt qəsəbə sakini kimi tanıdığı Fuad adlı şəxslə rastlaşmışdır. Sonuncu ilə görüşüb söhbət edən zaman söhbət əsnasında Fuad ondan pul müqabilində fəhlə işləmək istəyibistəmədiyini soruşmuşdur. O isə maddi vəziyyəti yaxşı olmadığından Fuada işləyə biləcəyini bildirmişdir. Fuad isə ona zəng edib xəbər edəcəyini demişdir. 05 fevral 2023-cü il tarixdə, saat 14 radələrində evdə olduğu zaman Fuad istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək yük daşımaq üçün fəhlə lazım olduğunu bildirmiş və Ələt dəmir yolu stansiyasına gəlməyini tapşırmışdır. O həmin yerə çatdıqda vaqonların yanında Qazel markalı avtomobilin dayandığını, Təqsirləndirilən şəxs1 ilə yanaşı Qadirin orada olduğunu görmüşdür. Sonuncularla görüşdükdən sonra Rəşad da oraya gəlmişdir. Fuad ona relsin kənarına yığılmış 8 ədəd vaqon təkərini göstərmiş və həmin təkərləri Qadir ilə birlikdə vaqonlardan kəsib oğurladıqlarını, təkərləri Qazelə yükləmək lazım olduğunu bildirib təkərləri satdıqdan sonra onun zəhmət haqqını verəcəyini bildirmişdir. Lakin onlar aralarında pulun miqdarı barədə danışıq aparmasalarda Fuad ona razı salacağını bildirmişdir. O Qadir və Rəşad ilə birlikdə refrijerator vaqonlarına məxsus 8 ədəd təkəri oxları ilə birlikdə Qazel markalı avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra o, Fuad və Rəşad ilə birlikdə avtomobilə əyləşib hərəkət etməyə başlamışdır. Qadir isə həmin yerdə qalmışdır. Ələt-Qazax magistral yoluna yaxınlaşan zaman üç nəfər mülki geyimli şəxs avtomobilə saxla işarəsi vermişdir. Onlar həmin şəxslərin polis əməkdaşları olduqlarını güman edib onlardan yayınmaq üçün həmin vaxt avtomobili idarə edən Fuad avtomobili yoldan çıxardaraq geriye döndərib avtomobili saxlamışdır. Onlar avtomobildən düşüb müxtəlif istiqamətdə qaçmağa başlamışdır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Törətdiyi əməldən peşmandır. Vurulmuş zərəri tam olaraq ödəmişdir. Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsində hüquqşünas vəzifəsində işləyir. 05 fevral 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhər, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən "xxxx" QSC-nin Yeni Ələt dəmir yolu stansiyasında dayanmış refrijerator vaqonlarının 4 (dörd) cüt olmaqla 8 (səkkiz) ədəd təkəri kəsilərək oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" QSC-yə 2920 (iki min doqquz yüz iyirmi) manat maddi ziyan dəymişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən "xxxx" QSC-yə dəymiş ziyanın ödənildiyi və mülki iddiadan imtina edildiyi bildirilmişdir. İş materiallarında olan tələbnamə hökmdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən 01 il 06 ay müddətinə şərti cəzaya məhkum edilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2023-cü il tarixli, 9/1466 №-li rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş arayış məlumatlarına əsasən refrijerator vaqonlarının təkərinin 1 cütünün 2023-cü ilin fevral ayına olan bazar qiyməti təxminən 730,0 manat, 4 cütü (8 ədəd) ümumilikdə 2920,0 (4cüt x 730man) manat müəyyən edilmişdir. İş materiallarından görünür hadisə yerindən götürülmüş diametri 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətin və içərisində müxtəlif ölçüdə açarlar olan 1(bir) ədəd sandıqca maddi sübut kimi tanınmış və saxlanması üçün Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişlər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4lunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs4 oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək ona qarşı heç bir şikayət və tələbin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan aradan qalxdığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətin sayını və iştirak dərəcələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4lunun üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı "xxxx" QSC tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4luna qarşı şikayət və tələb olmadığından və mülki iddia geri götürüldüyündən "xxxx" QSC tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 apre22 mayl 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətin və içərisində müxtəlif ölçüdə açarlar olan 1(bir) ədəd sandıqca sahiblərinə qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qayada tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutma altında olduğu 02 gün – həbsetmənin 1 gününə azadlığın məhdudlaşdırılması cəzasının 2 gün hesabı azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qayada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləcəri st. XPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan 7 (yeddi) ədəd kislarod balonu, 2 (iki) ədəd qaldırıcı kran, 2 (iki) ədəd kəsici avadanlıq olan qaynaq qurğusu, 2 (iki) ədəd dəmir ling, 1(bir) ədəd dəmir çəkic, 1(bir) ədəd kəlbətin və içərisində müxtəlif ölçüdə açarlar olan 1(bir) ədəd sandıqca sahiblərinə qaytarılsın. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-204/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-204/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver