Məhkəmə qərarları › İş №1(002)-204/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-204/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-204/2024 25.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat, 12:45 radələrində ünvan 2 ünvanında aralarında yaranmış şəxsi mübahisə zamanı dəmir materialdan olan oturacaqla qardaşı Zərərçəkmiş şəxs baş nahiyyəsinə qəsdən vuraraq ona başın ənsə nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sağ əlin İV barmağın dırnaq flanqasının sıyrığı ilə müşayiət olunan dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanuu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsili bilinən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük qardaşıdır. Onlar ata yurdu olan ünvan 3 ünvanında ayrıayrı evlərdə yaşayırlar. Münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pisləşmişdir. Buna səbəb ata yurdunun düzgün bölünməməsi olmuşdur. 20 may 2024-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs həyətdə kanalizasiya borusu çəkmək üçün qazıdığı quyu ona və həyat yoldaşının paltar sərməsinə mane olduğu üçün həmin quyunun bir hissəsini torpaqla doldurmuş və daha sonra yaşadığı evə qayıtmışdır. Bir qədər sonra İlhamın həyat yoldaşı Qəmərin səsini eşitmişdir. Belə ki, Qəmər onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Lakin o, Qəmərə heç bir söz deməmişdir. Bundan təxminən 40 dəqiqə sonra qardaşı İlqar evə gələrək həyətdən götürdüyü mişar daşı ilə onun evinin pəncərəsini şüşələrini sındırmışdır. O, evdən çıxıb həyətə düşən zaman İlqarın əlində daşla onun üstünə gəldiyini görüb orada olan dəmir stulu götürüb İlqarı vurmaq istəmişdir. Lakin həmin vaxt onların yanlarında olan İlqarın həyat yoldaşı Qəmər araya girərək stulu tutmaq istəyəndə oturacaq ona dəymişdir. Törətdiyi əməldən peşmandır.Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var.Zərərçəkmiş şəxslə barışmaq istəyir, lakin zərərçəkmiş şəxs onu bağışlamır.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kiçik qardaşıdır. Onlar ata yurdu olan ünvan 3 ünvanında ayrı-ayrı evlərdə yaşayırlar. Onların əvvəllər normal münasibəti olsa da sonradan münasibətləri pisləşmişdir. Buna səbəb ata yurdunun düzgün bölünməməsi olmuşdur. O, tanımadığı fəhləyə pul verərək yaşadığı evin həyətində kanalizasiya borusu üçün qazıntı işləri aparmış, lakin hava yağışlı olduğundan və uyğun boru tapa bilmədiyi üçün qazdığı quyunun üstünü örtə bilməmişdir. 20 may 2024-cü il tarixdə günorta radələrində o, yaşadığı evə gələn zaman İlhamın onun kanalizasiya borusu çəkmək üçün qazdığı quyunu torpaqla bağladığını görmüş və əsəbləşərək həyətdə olan kərpic parçası ilə İlhamın yaşadığı evin pənçərəsinin şüşəsini sındırmışdır. Bu zaman İlham evdən çıxıb həyətdə olan dəmirdən olan oturacağı götürüb onu vurmaq istəmiş, həmin vaxt orada olan həyat yoldaşı Qəmər Əliyeva onların arasma girərək əli ilə oturacağı tutmaq istəmiş, lakin oturacaq Qəmərin əlinə dəyərək xəsarət yetirmişdir. Bundan sonra İlham ikinci zərbə ilə həmin oturacaqla onun baş nahiyyəsindən vurmuş və nəticədə o, başından xəsarət almışdır.Qardaşı İlham ilə barışmamışdır, lakin ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X5 bildirmişdir ki, 20 may 2024-cü il tarixdə günorta radələrində işdə olan zaman qızı Günel ona zəng vuraraq İlhamın onların kanalizasia borusu çəkmək üçün qazdığı quyunun bir hissəsini torpaqla doldurmasını bildirmişdir. O da işdən çıxıb evə gələndə həyətdə İlhamla rastlaşmışdır. O, İlhamdan quyunu doldurmasının səbəbini soruşanda İlham ona kobud cavab vermiş bu səbəbdəndə aralarında sözlü mübahisə olmuşdur. O, həyat yoldaşı Zərərçəkmiş şəxsa zəng vuraraq baş verənləri bildirmişdir. Bir qədər sonra isə İlqar gəlmişdir. O, İlqara mübahisə etməməsi üçün yalvarsada ilqar əsəblərini cilovlaya bilməyib evdən çıxaraq həyət olan kərpic parçasını götürüb İlhamın evinin pəncərəsinin şüşəsini sındırmışdır. O, İlqarın arxası ilə qaçıb İlqarı tutub saxalmaq istəyəndə İlham dəmirdən olan oturacağı götürüb onların üstünə gəlmiş və oturacağı İlqara vurmaq istəyən zaman o, əli ilə oturacağı tutmaq istəmiş, lakin tuta bilməmiş və oturacaq onun əlinə dəyərək xəsarət yetirmişdir. Lakin İlham ikinci zərbə ilə oturacaqla İlqarın baş nahiyyəsinə vurmşdur. İlqar da əli ilə onu vuraraq özündən ayırmağa çalışmışdır. Bu zaman İlhamın oğlu Tunar onlara tərəf daş atmış, lakin daş heç kimə dəyməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X6 və X7 ifadələrində X2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, onlar İlhamın böyük qardaşı İlqarla bir həyətdə yaşayırlar. 20 may 2024-cü il tarixdə günorta radələrində qardaşı İlqarın həyətdə kanalizasiya borusu çəkmək üçün qazıdığı quyu ona paltar sərməsinə mane olduğu üçün İlham həmin quyunun bir hissəsini torpaqla doldurmuş və daha sonra yaşadığı evə girmişdir. Bir qədər sonra İlqarın həyat yoldaşı Qəmərin səsini eşitmişdir. Belə ki, Qəmər İlhamın ünvanına nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bir qədər keçdikdən sonra İlhamın qardaşı İlqar evə gələrək həyətdən götürdüyü mişar daşı ilə onların evinin pəncərəsini şüşələrini sındırmışdır. İlham evdən çıxıb həyətə düşən zaman İlqarın əlində daşla onun üstünə gəldiyini görüb orada olan dəmir stulu götürüb İlqarı baş hissəsindən vurmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində X3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya" publik hüquqi şəxsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli, 327 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın ənsə nahiyyəsinin dərialtı hematoması və sıyrığı, sağ əlin İV barmağın dırnaq flanqasımn sıyrığı, bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 20 may 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxsm almış oldutu xəsarətlərin xarakteri və lokalizasiyasmı nəzərə alıb demək olar ki, başın ənsə nahiyyəsində olan dərialtı hematoması və sıyrığı qərarda göstərilən şəraitdə, yəni oturacaqda stulun dəmir ayaqlarının təsirindən törənməsi inkar olunmur, daş kərpiclə törənməsi inkar olunur. Yuxarda göstərilən xəsarətlər şəxsin özü tərəfindən yetirilinəsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası PHŞ-dən daxil olmuş 30 may 2024-cü il tarixli, 6904 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam,hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayət əməlini zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “ Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Təhqiqat zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar