Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-204/2025 08.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1990-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan) orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Atakişili ərazi dairəsi, Şıxımlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzabati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 31 saylı evin 11 saylı mənzildə aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əlləri ilə bir neçə dəfə qəsdən vuraraq, sonuncuya başın sol təpə və ənsə nahiyələrinin qansızması, sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu nahiyəsinin dərialtı hematomasi, döş qəfəsi, sol kürək, hər iki mil-bilək oynağı və sol bud nahivələrinin qançırları ilə nəticələnməklə, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, 06 iyun 2025-ci il tarixdə saat 08 radələrində "174" saylı marşrut xətti üzrə hərəkət edən avtobusların Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində dayanacağında aralarında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən əlləri ilə vuraraq, sonuncuya üst dodaq nahiyəsinin qançırı və qansızması, alt dodaq nahiyəsinin əzilmiş yarası və qansızması, sağ bazu, sağ said və sağ baldır nahiyələrinin qançırları ilə nəticələnməklə, ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığa təkrarən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2011-ci ildə rəsmi olaraq Zərərçəkmiş şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Əvvəllər onların normal münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Son zamanlar arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qısqanclıq zəmnində mübahisələr yaradaraq onunla mübahisələr etmişdir. Belə ki, 22 mart 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs saat 16:30 radələrində yaşadığları evdə onunla mübahisə yaratdığı üçün o, əsəblərinə sahib çıxa bilməyib əl zərbələri ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, döymüşdür. Bundan başqa, eyni məzmunlu mübahisə ilə bağlı olaraq, 06 iyun 2025-ci il tarixdə saat 08 radələrində "174" saylı avtobusların Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən dayanacağında aralarında yaranmış mübahisə zamanı yenidən arvadını döyərək bədən xəsarətləri yetirmişdir. O, törətdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu ifadəsində göstərmişdir ki, 2011-ci ildə rəsmi olaraq Zərərçəkmiş şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Əvvəllər onların normal münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Son zamanlar arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qısqanclıq zəmnində mübahisələr yaradaraq onunla mübahisələr etmişdir. Belə ki, 22 mart 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs saat 16:30 radələrində yaşadığları evdə onunla mübahisə yaratdığı üçün o, əsəblərinə sahib çıxa bilməyib əl zərbələri ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, döymüşdür. Bundan başqa, eyni məzmunlu mübahisə ilə bağlı olaraq, 06 iyun 2025-ci il tarixdə saat 08 radələrində yaranmış mübahisə zamanı yenidən arvadını döyərək bədən xəsarətləri yetirmişdir. O, törətdiyi əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, özünü təqsirli bildiyini və barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2011-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuşlar, əvvəllər normal münasibətləri olsa da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, o, son zamanlar əri Təqsirləndirilən şəxs başqa bir qadınla telefonla danışdığını gördüyündən, aralarında qısqanclıq zəmnində mübahisələr yaranmışdır. Belə ki, 22 mart 2025-ci il tarixdə saat 16:30 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları ünvan 2 ünvanda yerləşən birgə yaşadıqları evdə olarkən, o, Elvinin "Günel" adlı qadınla münasibətdə olduğunu öyrənmiş və bununla bağlı Elvinlə arasında mübahisə yaranmışdır. Həmin vaxtı evlərinin yataq otağında Elvin ona əsəbləşərək, əlləri ilə bədəninin müxtəlif nahiyələrinə, yəni əsasən, başına, sinəsinə, kürəyinə, sol ayağına və özünü qorumaq istədiyi vaxt hər iki qollarını müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq, xəsarətlər yetirimişdir. Sonra Elvin evdən çıxıb getmiş və o da, Azərbaycan Respublikası DİN-in 102 zəng-məlumat mərkəzinə zəng edərək, bu barədə məlumat vermişdir. Həmçinin o, 06 iyun 2025-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "174" saylı marşrut xətti üzrə hərəkət edən avtobus dayanacağında olduğu vaxt əri Təqsirləndirilən şəxs birgə yaşadığı "Günel” adlı qadınla birlikdə dayanacaqda dayandıqlarını görmüş, ona görə də, əri Elvinə yaxınlaşıb söhbət etməyə başlamışdır. Sonra da onların söhbəti mübahisəyə çevrilmiş və Elvin onu sinəsindən itələyib əlləri ilə dodaqlarından vuraraq xəsarətlər yetirmişdir. O, Elvinin zərbələrinin təsirindən yerə yıxılmış və xəsarətlər almışdır. Sonra Elvin və Günel adlı qadın dayanacaqdan çıxıb getmişlər. O, 22 mart 2025-ci il tarixdə yaşadıqları evin yataq otağında və 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "174" saylı marşrut xətti üzrə hərəkətdə olan avtobus dayanacağında olduğu vaxt əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri almışdır. Hazırda isə Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid ö z ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi sakini və Lökbatan qəsəbəsində fəaliyyət göstərən "Sədərək" ticarət mərkəzində satıcı işləyən şəxs kimi tanıyır, Elvinlə qonşu və iş yoldaşı kimi normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsnın arvadı Zərərçəkmiş şəxs isə bir neçə müddətdir, qonşu olduqları üçün tanımış, sonuncu ilə heç bir münasibəti, həmçinin heç biri ilə heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, "Novruz bayramı ilə əlaqədar olaraq, 19 mart-23 mart 2025-ci il tarixlərdə Zərərçəkmiş şəxs neçə müddətdir ki, ona qarşı şər-böhtan ataraq, guya əri ilə qeyri-rəsmi münasibətinin olduğunu iddia edir, lakin belə bir hal heç vaxt olmamışdır. Zərərçəkmiş şəxs ona şər atmaq üçün guya onun Vüsaləni 22 mart 2025-ci il tarixdə "Sədərək" ticarət mərkəzində döydüyünü bildirmişdir, lakin o, Vüsalənin rəfiqələri Əfsanə, Zümrüd tərəfindən, eləcə də Vüsalə tərəfindən döyülmüş, təhqir və böhtanlara məruz qalmışdır. O həmin vaxt Vüsaləni döyməmiş, sonuncuya qarşı heç bir formada fiziki, maddi və ya mənəvi zərər vurmamışdır. Daha sonrakı günlərdə isə Vüsalə gəlib ondan şəxsən üzr istəmiş və barışmışlar. Bundan sonra o, 06 iyun 2025-ci il tarixdə səhər saat 08 radələrində işə getmək üçün yaşadıqları evdən çıxıb Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "174" saylı marşrut avtobuslarının son dayanacağında dayanıb avtobus gözləməyə başlamışdır. Ondan bir neçə dəqiqə sonra qonşusu Elvin də oraya getmiş və salamlaşmışlar, birlikdə avtobusu gözləməyə başlamışlar. Bu zaman Elvinin arvadı Vüsalə dayanacaqda onlara yaxınlaşmış, səs-küy salaraq, onu Elvinlə münasibətdə olmaqda ittiham etməyə başlamışdır. O, kənara çəkilmiş və Elvin arvadı Vüsalə ilə söhbət etməyə davam etmişdir. Bundan sonra o, Elvinlə arvadı Vüsalənin dava etdiklərini və Elvinin arvadı Vüsaləni əli ilə vurduğunu, Vüsalənin ağzını əlləri ilə tutub müvazinətini itirərək yerə yıxıldığını görmüşdür. Həmin vaxtı 174 saylı avtobus dayanacağa gəlib çatdığına görə, o, avtobusa əyləşərək, oradan çıxıb getmiş, Təqsirləndirilən şəxs də işə getmək üçün onunla birlikdə eyni avtobusa minmiş, lakin o, bunu dəqiqliklə xatırlamamışdır. Eyni zamanda, 06 iyun 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsində yerləşən "174" saylı marşrut xətti üzrə hərəkətdə olan avtobus dayanacağında olduğu vaxt da Təqsirləndirilən şəxs tərəfindən arvadı Zərərçəkmiş şəxs döyüldüyünü görsə də, yaxınlaşmamış və Vüsalə ilə danışmamış, sonuncunu vurmamış və döyməmişdir. Zərərçəkmiş şəxs onun barəsində dedikləri tamamilə yalan və şər-böhtandar ibarətdir. Vüsalənin müraciətlərində "Günel" kimi təqdim etdiyi qadın kimi onu nəzərə tutduğunu zənn etsə də, onun adı "Günel" yox, "Güney"-dir. Onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi və ya münasibəti yoxdur və olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizasına dair 142 saylı, 03 aprel 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Əhməd qızının məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - başın sol təpə və ənsə nahiyələrinin qansızması, sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu nahiyəsinin dərialtı hematoması, döş qəfəsı, sol kürək, hər iki mil-bilək oynağı və sol bud nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) əsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edılır. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin yıxılması nəticəsində, eləcə də özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizasına dair 376 saylı, 23 iyun 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər üst dodaq nahiyəsinin qançırı və qansızması, alt dodaq nahiyəsinin əzilmiş yarası və qansızması, sağ bazu, sağ said və sağ baldır nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında müdafiəçi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi CPM-in 39.1.12-ci maddəsinə əsasən «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 132, 314, 314.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (üç yüz otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 330 (iki yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-204/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-204/2025
08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver