Məhkəmə qərarları › İş №1(002)-205/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-205/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-205/2025 23.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim FətZərərçəkmiş şəxs19 Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, X1, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs12 nümayəndəsi X2, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan cinayət işi Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Fərhad qızının həbsdə saxlama müddəti 10 oktyabr 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Fərhad qızının həbsdə saxlama müddəti hazırlıq iclasının sonunadək dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını, təqsirləndirilən şəxsin müdafiə hüquqları pzulduğundan cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatətlə müraciət edərək ibtidai istintaqdan yayınmadığını, istintaqın gedişatına mane olmadığını, həmin faktın araşdırılması üçün sorğuların verilməsinin vacib olduğunu, himayəsində azyaşlı övladlarının olmasını, zərəri ödəmək istədiyini nəzərə alaraq barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını, ibtidai istintaqın qeyri-obyektiv aparılması səbəbindən cinayət işinin ibtidai istintaqa qaytarılmasının xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs12 qardaşı X4 məhkəməyə natoriatda təsdiq edilmiş etibarnamə və şəxsiyyət vəsiqəsini təqdim edərək Zərərçəkmiş şəxs12 nümayəndəsi qismində iştirak etməsini istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi ilə müraciət edərək Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat pulun və mülki iddia verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 45 (qırx beş) manat pulun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə hazırlıq iclasının predmetinə aid olan hallardan biri də məhkəmə aidiyyəti məsələsidir. Cinayət işinin ittiham aktından göründüyü kimi cinayətlərin sonuncusu həm tarix üzrə, həm də xronoloji ardıcıllıq baxımından Bakı şəhəri Xətai rayonunun ərazisində törədilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işinin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndiriləndiriməsinə dair cinayət işinin materiallarından və ittiham aktından göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda Zərərçəkmiş şəxs17 5000 (beş min) manat pul vəsaitinin ələ keçirildiyi yerin Bakı şəhəri Xətai rayonunda Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Chef Mood” adlı restoran olduğu göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 74.2-ci maddəsinə əsasən, uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: 74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; 74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 75.1-ci maddəsinə səasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. 77.2-ci maddəsinə əasən, cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır. 102.1-ci maddəsinə əsasən, cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər. 102.2.2-ci maddəsinə əsasən, cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan yaxın qohumu iştirak edə bilər. 300.1.4-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədədir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda Zərərçəkmiş şəxs17 5000 (beş min) manat pul vəsaitinin ələ keçirildiyi yerin Bakı şəhəri Xətai rayonunda Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Chef Mood” adlı restoran olduğu göstərildiyindən dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi adiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs vəsatətləri təmin edilməməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs12 qardaşı X2 təqdim etdiyi etibarnamədə B.R.Mahmudovun Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 102-ci maddəsinə əsasən məhkəmələrdə təmsil etmək və zərərçəkmiş şəxsin adından Azərbaycan Respublikasının CPM-də mümkün hesab edilən hərəkətləri etmək səlahiyyətinin olduğu göstərildiyindən, B.R.Mahmudovun vəsatəti təmin edilməli və B.R.Mahmudov Zərərçəkmiş şəxs12 nümayəndəsi qismində işə buraxılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, işin məhkəmə aidiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aid olduğundan Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs qarşı mülki iddiasına da həmin məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısının vəsatəti təmin edilsin və X3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi adiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Müdafiəçi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs vəsatətləri təmin edilməsin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs12 qardaşı X2 vəsatəti təmin edilsin və B.R.Mahmudov Zərərçəkmiş şəxs12 nümayəndəsi qismində işə buraxılsın. Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs qarşı mülki iddiasına Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılması məqsədəmüvafiq hesab edilsin. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar