Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-206/2022 19.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1978-ci ildə Ermənistan Respublikasının Bahar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Daşkəsən rayonu, Kəmərqaya kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıl dərə, massiv 1, nömrəsiz fərdi tikili evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhər, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:30də Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcər qəsəbəsi, Yəhya Hüseynov küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 21:35-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən metadon əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman tərəflərindən narkoloji sərxoş olmasında şübhəli bilinərək Bakı-Salyan şossesinin 57-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, bağ massivində dəniz kənarında saxlanılaraq 11-ci PB-nin əməkdaşları ilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat 21:15 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkcəsinin qabaq sağ sinə cibindən selofan cığara içərisində üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı metadon tərkibli həblərdən ibarət hər bir həbin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan ümumi təsiredici maddəsinin miqdarı 0,12 qram təşkil edən 3 ədəd narkotik vasitə metadon aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik maddələrin aludəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «papanin» adlanan ərazidən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir büküm heroin alaraq üzərində saxlamışdır ki, istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsində olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Binəqədi RPİ-nin 6-cı PB-nin polis əməkdaşları olduqlarını bildirərək üzərində qanunsuz narkotik vasitə saxlamaqda şübhəli bilinərək onu Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib videoçəkiliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən içərisində heroin (kakos) olan bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Lakin həmin şəxsin onda heç bir məlumatları yoxdur, heç bir əlamətlərinə fikir verməmişdir. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, törətdiyi əməlin cinayət olduğunu dərk etmişdir. Bundan başqa 2-ci Qarabağ müharibəsində kiçik oğlu Eltun Əliyev şəhid olduqdan sonra əsəbləri pozulmuş, ürəyində sıxıntılar əmələ gəlmişdir. Bu səbəbdən də rahatlaşmaq üçün arada bir narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. Lakin sonradan həmin maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul etmişdir. Son zamanlar həmin vərdişləri tərgizmək üçün ağrı kəsici dərmanlar və düşəndə narkotik vasitə hesab olunan metadon həbləri qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonunda yadında qalmayan məhəllədə olarkən tanımadığı şəxslə rastlaşmış, söhbət əsnasında o, onun dərdini bildikdən sonra pulunu da almadan ona selofan cığarada içərisində 3 ədəd metadon həbləri vermişdir. O da həmin 3 ədəd metadon həblərini selofanda əynində olan qara rəngli gödəkcəsinin qabaq sağ sinə cibinə qoymuş ki, ağrıları olanda istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində tanışı Şahid8 istifadəsində olan 077 311 19 09 mobil telefonuna zəng edərək onunla yol yoldaşı kimi Qaradağ rayonu Qobustan qəsəbəsinə qohumu Arifin evinə birlikdə getməyini təklif etmişdir. Elvin, Arifdən isə Kamaz təkəri götürüb Xızı rayonuna göndərməli imiş. Belə ki, o, Elvinlə razılaşmış və həmin günü saat 18 radələrində Elvin idarə etdiyi QAZ 3110 markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu 20 Yanvar dairəsi ətrafından götürərək Qobustan qəsəbəsinə gəlmişlər. Qəsəbənin daxilinə girməmiş, ürəyi sıxıldığından, özünü pis hiss etdiyindən Elvindən avtomobili yol kənarında dəniz kənarına sürməyini xahiş etmişdir. Elvində avtomobili Bakı-Salyan şossesinin 57-ci km-də Qobustan qəsəbəsindən keçən hissəsində bağ massivində yerləşən dəniz kənarına sürüb saxlamış və avtomobilin pəncərələrini açmışlar. Artıq saat 19:30 radələri olarmış, təxminən 5-10 dəqiqə keçmişdir ki, 2 nəfər PPX-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan şübhələndikləri üçün oraya əlavə polis çağırıb onları 11-ci PB-nə gətirmişlər. Polis bölməsində söhbət əsnasında əynində olan gödəkçəsinin cibində narkotik vasitə olan 03 ədəd metadon həbləri olduğunu bildirmişdir. Həmin zaman hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib videoçəkiliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ sinə cibindən 3 ədəd metadon həblərini selofan cığarada çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin şəffaf selofan cığarada 3 ədəd ağ rəngli dairəvi formada metadon həblər açıq aydın görünmüşdür. Öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi haradan necə əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin həblər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşlarından biri protokol tərtib etmiş, protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmur, heç kəsə pay verməmişdir. Həmin metadon həblərini öz istifadəsi üçün əldə etmişdir. Lakin həmin şəxsin onda heç bir məlumatları yoxdur, heç bir əlamətlərinə fikir verməmişdir. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, törətdiyi əməlin cinayət olduğunu dərk etmişdir. O, öz ifadəsində son olaraq taksi fəaliyyət ilə məşğul olaraq Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində hərəkət edərək ailəsini dolandırdığını, az ağır cinayət əməli törətdiyini, oğlu X8 2-ci Qarabağ müharibəsində şəhid olmaqla “Vətən uğrunda” medalı ilə təltif edildiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərindən çıxan heroin barədə qeyd edə bilər ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud tərəfdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və xx.xx.2022-ci il tarixdə saat 20:30-də Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcər qəsəbəsi, Yəhya Hüseynov küçəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 6-cı PB-nə gətirilmiş, həmin gün saat 21:35-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq əməliyyat müvəkkili Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Qaradağ RPİ-nin 11ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 ilə xidmətdə olduqları zaman distansion radio efir vasitəsi ilə PPXB-nin əməkdaşları tərəfindən Qobustan qəsəbəsi, bağ massivi adlanan dəniz kənarına yaxın əraziyə kömək çağırışını eşidib həmin yerə getdikdə içərisində iki nəfər kişi cinsli şəxslər olan QAZ 3110 markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin şəxslər heç bir sənəd təqdim etməməklə narkotik sərxoşlu görünüşlü olduqları üçün onları Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid8dur. Polis bölməsində ayrı-ayrılıqda həmin şəxslərlə söhbət edən zaman Təqsirləndirilən şəxs narkotik qəbul etdiyini və hal hazırda da üzərində 3 ədəd narkotik vasitə metadon «Z/40» həbləri olduğunu bildirmişdir. Bu səbəbdən də onun üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ sinə cibindən 3 ədəd həbləri selofan cığarada çıxardaraq masanın üzərinə qoymuş və həmin həblərin narkotik vasitə metadon olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş həblərə nəzər yetirdikdə üzərində Z/40 yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin həbləri ona tanımadığı şəxs pay vermişdir. Ondan aşkar edilmiş həmin həblər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Qobustan qəsəbəsi, bağ massivi adlanan dəniz kənarına yaxın ərazidə post yoldaşı Şahid6 ilə xidmətdə olarkən içərisində iki nəfər kişi cinsli şəxslər olan QAZ 3110 markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobili onlara yaxınlaşaraq özlərini onlara təqdim edib sənədlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər heç bir sənəd təqdim etməməklə narkotik sərxoşlu görünüşlü olduqları üçün distansion radio efir vasitəsi ilə 11-ci PB-dən əraziyə kömək çağırışı etmişdir. Həmin yerə Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 və Şahid4 yaxınlaşaraq onların köməkliyi ilə onları Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid8dur. Polis bölməsində ayrı-ayrılıqda həmin şəxslərlə söhbət edən zaman Təqsirləndirilən şəxs narkotik qəbul etdiyini və hal hazırda da üzərində 3 ədəd narkotik vasitə metadon «Z/40» həbləri olduğunu bildirmişdir. Bu səbəbdən də onun üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra o, post yoldaşı ilə əraziyə çıxaraq xidmətlərini davam etməyə başlamışlar. Bundan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ sinə cibindən 3 ədəd narkotik tərkibli həblər aşkar olunmuşdur. Şahid8 üzərindən isə qanunsuz əşya aşkar olunmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs, Şahid8 tanımamışam, onlarla heç bir ədavətim yoxdur. Onlara qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə sabiq əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid8 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid8 göstərmişdir ki, QAZ 3110 markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmaqla baş etibarnamə ilə idarə edir. Əvvələr narkotik vasitə və psixotrop maddə qəbul etsə də tərgizmişdir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, NZS qəsəbəsində aptek deposunda fəhlə işləyərkən tanış olmuşlar. Aralarında salamları var, telefon əlaqələri olub, lakin aralarında heç bir ədavətləri yoxdur. Qeyd etmək istər ki, Elnurun oğlu Eltun 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Bundan sonra Elnurda tez-tez ürək sıxıntıları halsızlıq əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 077 311 19 09 mobil telefonuna zəng edərək onunla yol yoldaşı kimi Qaradağ rayonu, Qobustan qəsəbəsinə qohumu Arifin evinə getməyini təklif etmişdir. Arifdən isə Kamaz təkəri götürüb Xızı rayonuna əmisi oğlu Turaba göndərməli imiş. Belə ki, Elnur onunla razılaşmış və o, idarə etdiyi avtomobili ilə həmin günü saat 18 radələrində Elnuru 20 yanvar dairəsi ətrafından götürərək Qobustan qəsəbəsinə gəlmişlər. Qəsəbənin daxilinə girməmiş Elnur ürəyinin sıxılmasını, özünü pis hiss etməsini və avtomobili yol kənarında dəniz kənarına sürməyini xahiş etmişdir. O da idarə etdiyi avtomobili Bakı- Salyan şossesinin 57-ci K/M-də Qobustan qəsəbəsindən keçən hissəsində bağ massivində yerləşən dəniz kənarına sürüb saxlamış və avtomobilin pəncərələrini açmışlar. Təxminən 5-10 dəqiqə keçmiş ki, 2 nəfər PPX-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib onlardan şübhələndikləri üçün oraya əlavə polis çağırdımışlar və onları 11-ci PB-nə gətirmişlər. Polis bölməsində söhbət zamanı Elnur cibində narkotik vasitə olan 03 ədəd metadon həbləri olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş və xidməti otaqların birinə keçmişlər. Lakin bundan sonra o, növbəti prosesdə iştirak etməmişdir. Prosess bitdikdən sonra məlum olmuşdur ki, Elnurun əynində olan qara gödəkçəsinin qabaq sağ sinə cibindən selofan torbadan 03 ədəd metadon həbləri aşkar olunmuşdur. Hansı ki, onun həmin həblərdən xəbəri olmamışdır. O, Elnura və ya Elnur ona heç bir narkotik vasitə və psixotrop maddə satmamış və birlikdə qəbul etməmişlər. Elnurun narkotik vasitə qəbul etməsindən, kimnənsə almasından, kiməsə satmasından xəbəri olmayıb. Elnur ona narkotik vasitə və psixotrop maddə satmayıb və ümumiyyətlə verməyibdə. Onun Elnurla heç bir narkotik vasitə və psixotrop maddə ilə əlaqəsi olmayıb. Elnurun narkotik vasitə və psixotrop maddələrin haradan əldə etməsindən xəbəri yoxdur. Onu bilir ki, o, bir şəhid atası kimi çox vaxt qəmli olur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2022-ci il tarixli 6/795 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,331 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,331 qram, tədqiqata sərf edildi– 0,050 qram, qalıq 0,281 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli 6/1113 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 3 (üç) ədəd üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. 3 ədəd həbdən ibarət metadon təsir edici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir (üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”-in ıı siyahısına daxildir. Qeyd: 3 həbdən 1 həb tədqiqata sərf edildi, qalıq 2 həb. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 10 fevral 2022-ci il tarixli 622 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 15 mart 2022-ci il tarixli 1311 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,331 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,281 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı 3 ədəd həblər maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 2 həb saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,331 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,281 qram heroin, üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı metadon tərkibli 3 ədəd həblər maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 02 ədəd qalıq qalmış narkotik vasitə metadon tərkibli həblər saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə heroinə bənzər bir ədəd bükümü təqdim etmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin qabaq sağ sinə cibindən 3 ədəd həbləri selofan cığarada çıxardaraq masanın üzərinə qoymuş və həmin həblərin narkotik vasitə metadon olmasını və öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadənamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadənamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə döyüş meydanında hərbi əməliyyatlar nəticəsində zədələnməklə ölmüşdür. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, X11 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, oğlu X8 İİ Qarabağ müharibəsində iştirak edərək şəhid olmasını və “Vətən uğrunda” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərinə görə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, xx.xx.2022-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına verilmişdir. Bundan sonra məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ev dustaqlığında olduğu müddət cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,281 qram heroin, üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı tədqiqatdan sonra 02 ədəd qalıq qalmış olan narkotik vasitə metadon tərkibli həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 195 (yüz doxsan beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 30 iş saatı, Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 11 saylı Vəkil Bürosunun, 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı 01 (bir) ay 10 (on) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə, massiv 1, nömrəsiz fərdi tikilidə yerləşən evi hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,281 qram heroin, üzərində «Z/40» yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı tədqiqatdan sonra 02 ədəd qalıq qalmış olan narkotik vasitə metadon tərkibli həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 195 (yüz doxsan beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 11 saylı Vəkil Bürosunun, 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-206/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-206/2022
19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver