Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-206/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1995-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Astara şəhəri, M.Əzizbəyov küçəsi ev 23-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonunda kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx xxxx 1999-cu il tarixdə Masalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonunda kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Lada Priora” markalı avtomobillə “kənar dairəvi yolla” Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili sağ tərəfindən ötdüyünə görə Zərərçəkmiş şəxs1 ona irad bildirməsini bəhanə edərək avtomobilini saxlayıb hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1la mübahisə edib öz avtomobilində olan, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs2 qəsdən X3 yolun kənarında yerləşən otluq sahəyə yıxaraq sonuncuya alt dodağın selikli qişasının qansızması, sağ saidin sıyrığı xəsarətləri ilə müşayət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, o isə əvvəlcə “Hyundai Elantra” markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 üzərinə hücum edib boğaz nahiyyəsindən tutaraq sonuncuya boyun nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət, daha sonra onu ayırmağa cəhd edərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs, Zərərçəkmiş şəxs3 müqavimət göstərib, ağız nahiyyəsindən vurub yerə yıxaraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, üst və alt dodağın selikli qişalarının əzilmiş yaraları ilə müşayət olunan, üst çənədə mərkəzi kəsici dişin travmatik laxlaması və üst dodaq nahiyyəsinin qançır-şişkinlik halında əziyi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qurup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı avtomobillə sərnişin qismində “kənar dairəvi yolla” Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili sağ tərəfindən ötdüyünə görə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 irad bildirməsini bəhanə edərək avtomobildən enmiş, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1la mübahisə edib avtomobili idarə edən tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Təqsirləndirilən şəxs1 əvvəlcə “Hyundai Elantra” markalı avtomobildə olmuş sərnişin Zərərçəkmiş şəxs2 üzərinə hücum edib boğaz nahiyyəsindən tutaraq sonuncuya boyun nahiyyəsinin sıyrığı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət, daha sonra onu ayırmağa cəhd edərək ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs, Zərərçəkmiş şəxs3 müqavimət göstərib, ağız nahiyyəsindən vurub yerə yıxaraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, üst və alt dodağın selikli qişalarının əzilmiş yaraları ilə müşayət olunan, üst çənədə mərkəzi kəsici dişin travmatik laxlaması və üst dodaq nahiyyəsinin qançır-şişkinlik halında əziyi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, o, isə qəsdən X3 yolun kənarında yerləşən otluq sahəyə yıxaraq sonuncuya alt dodağın selikli qişasının qansızması, sağ saidin sıyrığı xəsarətləri ilə müşayət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, “Sədərək” ticarət mərkəzində 10-cu sıra, korpus 2, 37 saylı mağazada kişi ayaqqabılarının satışı ilə məşğul olur, həmin mağazada Şəbnəm Müseyibova ilə şərikli olaraq ticarət edir. Qardaşı Şahid1 isə həmin ticarət mərkəzində səyyar su, siqaret və digər malların satışı ilə məşğul olur. “Lada Priora” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Hər gün evə gedən zaman qardaşı, Şəbnəm və qonşu mağazada satıcı olan Elmir də idarə etdiyi avtomaşın ilə 20 yanvar metrostansiyasına qədər gedir. xx.xx.2022-ci il tarixdə iş saatı bitdikdən sonra işlədiyi “Sədərək” ticarət mərkəzindən etibarnamə əsasında idarə etdiyi “Lada Priora” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə sərnişin olaraq qabaq sərnişin oturacaqda Şəbnəm Müseyibova, arxa sol sərnişin oturacağında qardaşı Şahid1 və arxa sağ arxa sərnişin oturacaqda isə Təqsirləndirilən şəxs2la birlikdə hərəkət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən, Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq idarə etdiyi avtomobilə yanacaqdoldurma məntəqəsində sağ tərəfdə yerləşən aparatda 10 manat miqdarında 92 Aİ makalı benzin almışdır. Avtomaşını işə salaraq YDMdən çıxan zaman yolda “Hyundai” markalı avtomaşının yanacaqdoldurma məntəqəsindən baş yola çıxan hissədə dayanıqlı vəziyyətdə olduğunu görərək həmin avtomobilin sağ tərəfi ilə baş yola çıxmaq qərarına gəlmişdir. Baş yola çıxdıqdan sonra arxadan həmin “Hyundai” markalı avtomaşının işıq və səs siqnalından istifadə etdiyini görüb, həmin sürücünün onu dayandırmaq istədiyini güman edərək idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkərək dayandırmışdır. Həmin “Hyundai” markalı avtomaşın da onun avtomaşınının arxasında saxladığından yerə düşərək həmin avtomaşının sürücüsünə yaxınlaşmışdır. Həmin sürücü avtomaşında əyləşərək avtomaşının sol qapısının pəncərəsini aşağı endirib onunla söhbət etməyə başlamışdır. Həmin tanımadığı, adı ona sonradan məlum olan Allahşükür adlı şəxsdən nə üçün səs və işıq siqnalından istifadə edib, avtomaşınını idarə etməyə maneəçilik törətdiyini soruşmuşdur. Bu zaman Allahşükür adlı şəxs də ona sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün qəza şəraiti yaratdığını bildirmişdir. O da yol boş olduğu üçün idarə etdiyi avtomaşınla sağdan keçdiyini bildirmişdir. Bu zaman həmin avtomaşının sağ arxa oturacağında əyləşmiş şəxs qapını açaraq yerə düşüb, gəlib belini qucaqlayaraq demişdir ki, “allah şeytana lənət eləsin gəl keç get avtomaşını idarə et gedəyin”. Bu zaman qardaşı Təbriz onun idarə etdiyi avtomaşının sol arxa oturacağından düşərək elə bilmişdir ki, həmin qucaqlayan şəxs onu vurur. Qardaşı yaxınlaşan zaman həmin “Hyundai” markalı avtomobildən 3 nəfər şəxs yerə düşmüşdür. Bundan sonra onun idarə etdiyi avtomaşında əyləşmiş Elmir və Şəbnəm də yerə düşmüşdür. Avtomobildən yerə düşdükdən sonra Allahşükür adlı şəxs ilə yerdə mübahisə edən zaman adı ona sonradan məlum olan Alim adlı şəxs nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Yanlarında xanım olduğu üçün əsəblərini cilovlaya bilməyib Alim adlı şəxsin boğazından tutaraq söyüş söyməməsini bildirmişdir. Bu zaman onların yanında olan Alim adlı şəxsin atası, adı ona sonradan məlum olan Ziyafət adlı şəxs köynəyindən tutaraq onu itələməyə başlamışdır. Bu zaman Ziyafət adlı şəxsi özündən uzaqlaşdırmaq məqsədi ilə dirsəyi ilə onu itələyərək özündən uzaqlaşdırmaq istəmişdir. Bu zaman dirsəyi onun ağız nahiyyəsinə dəymişdir. Allahşükür adlı şəxs daha sonra Elmiri yol kənarında otluq sahəyə yıxmış və onlar yol kənarında otluq sahədə dalaşmağa başlamışlar. Təbriz isə onları aralayaraq sakitləşdirmək istəmişdir. Bu zaman Ziyafət adlı şəxs Elmirə tərəf gedərək Elmiri təpiklə vurmağa başlamışdır. O da Elmiri vuran Ziyafət adlı şəxsi kənara itələmişdir ki, Elmiri vurmasın. Şəbnəm də ağlaya-ağlaya Ziyafət adlı şəxsə bildirmişdir ki, “sən heç olmasa bunları ayır, qoyma dava etsinlər”. Bundan sonra avtomaşınından enmiş olan şəxslərə bildirmişdir ki, “avtomaşına əyləşərək gedəyin”. Baş vermiş həmin dava zamanı ətrafda kənar yol maşınları saxlayaraq davaya tamaşa edirmişlər. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamış, hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 9-10 dəqiqə aralığında baş vermişdir. Həmin hadisə zamanı Şəbnəm Müseyibli idarə etdiyi avtomaşında qabaq sağ sərnişin oturacağında əyləşmiş və hadisə zamanı o, qışqıraraq həmin dava edən şəxsləri sakitləşməyə çağırmışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslərlə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, “Sədərək” ticarət mərkəzində 10-cu sıra korpus 2, 102 saylı mağazada kişi ayaqqabılarının satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə işlədiyi “Sədərək” ticarət mərkəzindən çıxan zaman həmin ticarət mərkəzində onunla eyni korpusda 37-ci mağazada ayaqqabı satışı ilə məşğul olan əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Lada Priora” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşında arxa sağ sərnişin oturacağında əyləşərək Bakı Dairəvi yolunda hərəkət etmişlər. X16 ticarət mərkəzinin üst hissəsində şəhər istiqamətində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində sağ ətrəfdə yerləşən aparatda 10 manat miqdarında 92 Aİ makalı benzin almışdır. Fərid avtomaşını işə salaraq YDM-dən çıxan zaman yolda “Hyundai” markalı avtomaşının dayandığını görüb, həmin avtomaşının sağı ilə yola çıxaraq yoluna davam etmişdir. Bu zaman arxadan həmin “Hyundai” markalı avtomaşının işıq və səs siqnalından istifadə edərək Fəridi saxlatmaq istədiyini görüb Fərid idarə etdiyi avtomaşını yolun sağına çəkərək saxlamış və avtomaşından yerə düşmüşdür. Fərid həmin avtomaşına yaxınlaşıb söhbət edən zaman bir nəfər şəxs həmin avtomaşının arxa oturacağından düşərək Fəridə yaxınlaşmış və onu bel nahiyyəsindən qucaqlamışdır. Bu zaman Təbriz də avtomaşının arxa sol oturacağından düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt “Hyundai Elentra” markalı avtomaşından bir neçə nəfər də yerə düşmüşdür. Bunu arxa şüşədən gördükdə dava olmasın deyə yerə düşmüşdür. Həmin avtomaşını idarə edən sürücü Təbrizə tərəf gələndə özünü onların qabağına vermişdir ki, onları sakitləşdirsin. Bu zaman “Hyundai Elantra” markalı avtomaşının sürücüsü adı ona sonradan məlum olan Allahşükür adlı şəxs onu tutmuş və ayağı ilişdiyindən sürücü ilə birlikdə yolun kənarında olan otluq sahəyə yıxılmışdır. Yerə yıxıldıqdan sonra biri-birilərini vurmağa başlamışlar. Yerdə dalaşan zaman kimsə onu təpiklə vurmağa başlamışdır. Fərid gələrək sürücünün əynində olan gödəkçədən tutaraq üzərindən qaldırmışdır. Bundan sonra o, gedərək Fəridin idarə etdiyi avtomaşında əyləşmişdir. Şəbnəm ona təpik atan adı sonradan məlum olan Ziyafət adlı yaşlı kişiyə bildirmişdir ki, “utanmırsan bunları aralayıb sakitləşdirmək əvəzinə səndə qoşulmusan bunlara.” Orada yoldan keçən avtomaşında olan şəxslər gələrək Fəridi, Təbrizi və digər avtomaşında olan şəxsləri sakitləşdirdikdən sonra Fərid avtomaşını idarə etmiş və onlar yollarına davam etmişlər. Bundan əlavə Baş vermiş hadisə zamanı heç bir xəsarət almamış, baş vermiş hadisə təxminən 8-9 dəqiqə aralığında baş vermiş, hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında baş vermişdir. Həmin hadisə zamanı Şəbnəmə tərəf kiminsə gəldiyini görməmişdir. Həmin hadisə zamanı Şəbnəm Ziyafət adlı şəxsə irad tutaraq bildirmişdir ki, “sən onları sakitləşdirməkdənsə təpik atırsan?”. Ona heç kim yaxınlaşmamışdır. O, öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, övladları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” TM-in şirniyyat bazarında fəhlə kimi işləyir. 11 dekabr 2022-ci il tarixdə iş vaxtları qurtardıqdan sonra oğlu Zərərçəkmiş şəxs2 və birlikdə işləyən əvvəlcədən tanıdığı Şahid2, oğlu Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi avtomobilə əyləşərək bazardan çıxmışlar və yaşadıqları evə doğru yola düşmüşlər. O, avtomobilin ön oturacağında, oğlu Zərərçəkmiş şəxs2 və Şahid2 isə avtomobilin arxa oturacağında əyləşərək hərəkət edirmişlər. Həmin gün saat təxminən 18 radələrində oğlu Zərərçəkmiş şəxs1 avtomobilin yanacağının azaldığını bildirərək, yanacaq doldurmaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq idarə etdiyi avtomobilə yanacaq əlavə etmişdir. Yanacağın pulunu ödədikdən sonra isə hərəkətinə davam etmiş, yanacaq doldurma məntəqəsindən baş yola çıxmaq üçün avtomobili dayandırmışdır. Bu zaman avtomobilin arxası ilə hərəkət edən “Lada Priora” markalı **- OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü hərəkət etdiyi avtomobili sağ tərəfdən keçən zaman oğlu arxada olan avtomobilin onu sağdan keçəcəyini güman etmədiyi üçün işıq və səs siqnalından istifadə edərək qarşıda hərəkət edən avtomobilin sürücüsünə öz iradını bildirmişdir. Bu zaman “Lada Priora” markalı avtomobili idarə edən şəxs qarşıda avtomobili saxlayaraq avtomobilindən enmiş və əyləşdiyi avtomobilin sürücü tərəfindən yaxınlaşaraq oğlu Zərərçəkmiş şəxs1 işıq və səs siqnalından istifadə etdiyi üçün irad tutmuşdur. Oğlu da eyni zamanda həmin adı sonradan ona məlum olan “Lada Priora” markalı avtomobili idarə edən Fərid adlı şəxsə onu sağdan keçdiyi üçün öz iradını bildirmişdir. Bu zaman oğlu Zərərçəkmiş şəxs1 ilə Fərid arasında mübahisə yaranmışdır. Həmin mübahisəni dayandırmaq üçün avtomobildə əyləşmiş Şahid2 avtomobildən enərək Fəridə yaxınlaşmış və onu avtomobildən uzaqlaşdırmışdır. Bu zaman qarşı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş adları sonradan məlum olan Elmir və Təbriz adlı şəxslərin avtomobildən endiyini görmüşdür. O və digər oğlu Zərərçəkmiş şəxs2 dərhal avtomobildən enərək onlara yaxınlaşmışdır ki, yaranmış mübahisə böyüməsin. Daha sonra oğlu Zərərçəkmiş şəxs2 baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün irad tutmuşdur. Bu zaman Fərid adlı şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 boğazından yapışmışdır. Daha sonra digər oğlu Zərərçəkmiş şəxs1 onları aralaşdırmaq istəyən zaman Elmir adlı şəxs Zərərçəkmiş şəxs1 paltarından tutaraq onu, yolun kənarında yerləşən otluq sahəyə yıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs2 boğazından tutmuş Fərid adlı şəxsin köynəyindən tutaraq onun Alimin boğazını buraxmasını istəmişdir. Fərid adlı şəxs isə bu tələbinə məhəl qoymayaraq dirsəyi ilə onun ağız nahiyyəsindən zərbə endirmişdir və ağız nahiyyəsindən xəsarət almışdır. Daha sonra Fərid adlı şəxs oğlu Zərərçəkmiş şəxs2 boğazını buraxmışdır. Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxs isə yol kənarında olan otluq sahədə yerə yıxılmış vəziyyətdə hələ də dalaşmağa davam etmişlər. Daha sonra Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxs aralaşdırmaq üçün ora yaxınlaşmışdır. Bu zaman yol ilə hərəkət edən tanımadığı şəxslər avtomobildən enərək onlara yaxınlaşmışlar və baş vermiş mübahisənin dayandırılmağında ona kömək etməyə başlamışlar. Bu zaman Fərid adlı şəxsin idarə etdiyi avtomobilin ön sərnişin oturacağıdan xanım yerə düşərək qışqıraraq yaranmış mübahisəni sakitləşdirmək istəmişdir. Aralaşdıqdan sonra avtomobilə əyləşərək öz hərəkətlərini davam etdirmişlər. Baş vermiş hadisə zamanı sadəcə oğlanlarının döyülməsinin qarşısını almaq üçün yaranmış mübahisəni sakitlədirmək istəmiş, hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında təxminən 5-10 dəqiqə aralığında baş vermiş, heç kimi təpik ilə vurmamış, sadəcə baş vermiş dava-dalaşı sakitləşdirmək istəmişdir. Baş vermiş hadisə zamanı Müseyibli Şəbnəmi heç kim nə itələməmiş, nə də ki təhqir etməmişdir. Qızıl üzüyünün itməsi ilə bağlı heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sadəcə sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün irad tutmuş, Fərid adlı şəxs isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 boğazından yapışmışdır. Yəni Fərid adlı şəxs yalan deyir Zərərçəkmiş şəxs2 heç kimə qarşı təhqiramiz ifadə işlətmiyib. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, atası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” TM-in şirniyyat bazarında fəhlə kimi işləyir. 11 dekabr 2022-ci il tarixdə iş vaxtları bitdikdən sonra Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və birlikdə həmin bazarda satıcı kimi işləyən əvvəlcədən tanıdığı Şahid2 etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə əyləşərək bazardan çıxararaq və yaşadıqları evə doğru yola düşmüşlər. O, avtomobili idarə etmiş, qardaşı Zərərçəkmiş şəxs2 və Şahid2 avtomobilin arxa oturacağında, atası Zərərçəkmiş şəxs3 isə avtomobilin ön sərnişin oturacağında əyləşərək hərəkət etmişdir. Həmin gün saat təxminən 18 radələrində idarə etdiyi avtomobilin yanacağının azaldığını görərək avtomobilə yanacaq əlavə etmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən, Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq idarə etdiyi avtomobilə yanacaq əlavə etmişdir. Yanacağın pulunu ödədikdən sonra isə hərəkətimə davam edərək, yanacaq doldurma məntəqəsindən baş yola çıxmaq üçün avtomobili dayandırmışdır. Bu zaman idarə etdiyi avtomobilin arxası ilə hərəkət edən “Lada Priora” markalı **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü hərəkət etdikləri avtomobili sağ tərəfdən keçən zaman həmin sürücünün idarə etdiyi avtomobili sağdan keçdiyi üçün əsəbləşmiş və ona öz irad bildirmək üçün işıq və səs siqnalından istifadə edərək qarşıda hərəkət edən avtomobilin sürücüsünə öz iradını bildirmişdir. Bu zaman “Lada Priora” markalı avtomobili idarə edən şəxs idarə etdiyi avtomobilin qarşısında avtomobilini dayandıraraq avtomobildən enmiş və ona tərəf yaxınlaşmışdır. Avtomobildən enməyərək onun nə deyəcəyini gözləmişdir. Həmin şəxs yaxınlaşaraq hansı səbəbdən işıq və səs siqnalından istifadə etdiyini soruşmuşdur. O isə sağdan keçməklə səhv etdiyini, qəza şəraiti yaratdığını həmin avtomobilin sürücüsü Fərid adlı şəxsə bildirmişdir. Bu zaman “Lada Priora” markalı avtomobili idarə edən, adı sonradan məlum olan Fərid adlı şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin mübahisəni dayandırmaq üçün avtomobildə əyləşmiş Şahid2 avtomobildən enərək Fəridə yaxınlaşmış və onu avtomobildən uzaqlaşdırmışdır. Bu zaman qarşı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş adları sonradan ona məlum olan Elmir və Təbriz adlı şəxslərin avtomobildən endiyini görmüşdür. Daha sonra dərhal avtomobildən enərək onlara yaxınlaşmışdır ki, yaranmış mübahisə böyüməsin. Daha sonra Zərərçəkmiş şəxs2 baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün irad tutmuşdur. Bu zaman Fərid adlı şəxs heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 boğazından yapışmış, o isə aralaşdırmaq üçün onlara yaxınlaşan zaman Elmir adlı şəxs paltarından tutaraq onu, yolun kənarında yerləşən otluq sahəyə yıxmışdır. Elmir adlı şəxs ilə yerdə dalaşmağa başlamışlar. Baş vermiş hadisə zamanı yerə yıxılan zaman sağ ayağından, Elmir adlı şəxsin vurmağı nəticəsində isə ağız nahiyyəsindən xəsarət almışdır. Daha sonra Zərərçəkmiş şəxs3 yaxınlaşaraq onları aralaşdırmaq istəmişdir, həmin yol ilə hərəkət edən tanımadığı sürücülər və sərnişinlər yaxınlaşaraq onları sakitləşdirmişlər və daha sonra avtomobillərinə əyləşərək hərəkətlərini davam etdirmişlər. Baş vermiş hadisə zamanı sadəcə özünü qorumuşdur, heç kimə xəsarət yetirməmiş, əksinə olaraq Elmir adlı şəxs tərəfindən döyülmüşdür. Hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 8-10 dəqiqə aralığında baş vermişdir. Hadisə yerindən uzaqlaşan zaman Zərərçəkmiş şəxs3 ağız nahiyyəsindən, Zərərçəkmiş şəxs2 isə boğaz nahiyyəsindən xəsarət aldığını bilmiş, Zərərçəkmiş şəxs2 xəsarəti isə Fərid adlı şəxsin yetirdiyinin birbaşa şahidi olmuşdur. Zərərçəkmiş şəxs3 sadəcə baş vermiş dava-dalaşı sakitləşdirmək istəmiş, bundan əlavə baş vermiş hadisə zamanı Müseyibli Şəbnəmi heç kim nə itələməmiş, nə də ki təhqir etməmişdir. Qızıl üzüyünün itməsi ilə bağlı heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün irad tutmuş, Fərid adlı şəxs isə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 boğazından yapışmışdır. Yəni Fərid adlı şəxs yalan deyir qardaşı Zərərçəkmiş şəxs2 heç kimə qarşı təhqiramiz ifadə işlətmiyib. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X6 iştirakı ilə xx.xx.2005-ci il tarixdə doğulmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini, o cümlədən növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, öz uzun müddətdir ki, atası Zərərçəkmiş şəxs3 və qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, Sədərək TM-in şirniyyat bazarında fəhlə kimi işləyir. 11 dekabr 2022-ci il tarixdə iş vaxtları bitdikdən sonra o, Zərərçəkmiş şəxs3 və tanıdığı Şahid2, Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi avtomobilə əyləşərək bazardan çıxmışlar və yaşadıqları evə doğru yola düşmüşlər. Zərərçəkmiş şəxs3 avtomobilin ön oturacağında, o və Şahid2 isə avtomobilin arxa oturacağında əyləşərək hərəkət etmişlər. Həmin gün saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs1 avtomobilin yanacağı azaldığı üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq idarə etdiyi avtomobilə yanacaq əlavə etdi. Yanacağın pulunu ödədikdən sonra isə hərəkətinə davam etdi, yanacaq doldurma məntəqəsindən baş yola çıxmaq üçün avtomobili dayandırdı. Bu zaman avtomobilin arxası ilə hərəkət edən “Lada Priora” markalı **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü hərəkət etdikləri avtomobili sağ tərəfdən keçən zaman Zərərçəkmiş şəxs1 arxada olan avtomobilin onu sağdan keçəcəyini güman etmədiyi üçün işıq və səs siqnalından istifadə edərək qarşıda hərəkət edən avtomobilin sürücüsünə öz iradını bildirdi. Bu zaman “Lada Priora” markalı avtomobili idarə edən şəxs qarşılarında avtomobili dayandıraraq avtomobilindən endi və əyləşdikləri avtomobilin sürücü tərəfindən yaxınlaşaraq Zərərçəkmiş şəxs1 işıq və səs siqnalından istifadə etdiyi üçün irad tutdu. Zərərçəkmiş şəxs1 da eyni zamanda həmin adı sonradan məlum olan “Lada Priora” markalı avtomobili idarə edən Fərid adlı şəxsə onu sağdan keçdiyi üçün öz iradını bildirdi. Bu zaman Zərərçəkmiş şəxs1 ilə Fərid arasında mübahisə yarandı. Həmin mübahisəni dayandırmaq üçün avtomobildə əyləşmiş Şahid2 avtomobildən enərək Fəridə yaxınlaşdı və onu avtomobildən uzaqlaşdırdı. Bu zaman qarşı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş adları sonradan mənə məlum olan Elmir və Təbriz adlı şəxslərin avtomobildən endiyini görmüşdür. Dərhal avtomobildən enərək onlara yaxınlaşdılar ki, yaranmış mübahisə böyüməsin. Daha sonra baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını etməkdə səhv etdiyini, qəza şəraiti yaratdığını bildirmişdir. Bu zaman Fərid adlı şəxs heç bir əsaslı səbəb olmadan onun boğazından tutmuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 onları aralaşdırmaq istəyən zaman Elmir adlı şəxs Zərərçəkmiş şəxs1 paltarından tutaraq onu, yolun kənarında yerləşən otluq sahəyə yıxmışdır. Zərərçəkmiş şəxs3 boğazından tutmuş Fərid adlı şəxsin köynəyindən tutaraq onun boğazını buraxmasını istəyirdi. Fərid adlı şəxs isə onun bu tələbinə məhəl qoymayaraq dirsəyi ilə atası Ziyafətin ağız nahiyyəsindən zərbə endirdi, daha sonra isə onun boğazını buraxdı. Baş verən hadisə zamanı o, boyun nahiyyəsindən xəsarət aldı. Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxs isə yol kənarında olan otluq sahədə yerə yıxılmış vəziyyətdə hələ də dalaşmağa davam edirdilər. Daha sonra o və Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxsi aralaşdırmaq üçün ora yaxınlaşdılar. Bu zaman yol ilə hərəkət edən tanımadığı şəxslər avtomobildən enərək ora yaxınlaşdılar və baş vermiş mübahisənin dayandırılmağında kömək etməyə başladılar. Bu zaman Fərid adlı şəxsin idarə etdiyi avtomobilin ön sərnişin oturacağıdan xanım yerə düşərək qışqıraraq yaranmış mübahisəni sakitləşdirmək istəyirdi. Aralaşdıqdan sonra avtomobilə əyləşərək öz hərəkətlərini davam etdirdilər. Baş vermiş hadisə zamanı onun köynəyi tikiş yerindən sökülmüş buna baxmayaraq ona heç bir maddi ziyan dəyməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə zamanı heç kimə xəsarət yetirməmiş, əksinə olaraq Fərid adlı şəxs tərəfindən döyülmüşdür. Hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 7-10 dəqiqə aralığında baş vermişdir. Zərərçəkmiş şəxs3 heç kimi təpiklə vurmamış, o sadəcə baş vermiş davadalaşı sakitləşdirmək istəmişdir. Bundan əlavə baş vermiş hadisə zamanı Müseyibli Şəbnəmi heç kim nə itələməyib, nə də ki təhqir etməyib. Qızıl üzüyünün itməsi ilə bağlı heç bir məlumatı yoxdur. Baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını həyata keçirdiyi üçün irad tutmuş, Fərid adlı şəxs isə heç bir əsaslı səbəb olmadan boğazından yapışmışdır. Yəni Fərid adlı şəxs yalan deyir, o heç kimə qarşı təhqiramiz ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, “Sədərək” ticarət mərkəzində 10-cu sıra korpus 2-də səyyar su, siqaret və digər zəruri malların satışı ilə məşğul olur. Qardaşı Təqsirləndirilən şəxs1 isə həmin korpusda 37-ci mağazada kişi ayyaqqabılarının satışı ilə məşğul olur. Fərid “Lada Priora” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Hər gün evə qardaşı, qardaşı Fəridlə şərikli mağzada işləyən Şəbnəm və qonşu mağazada satıcı olan Elmirlə gedir. xx.xx.2022-ci il tarixdə işlədiyi Sədərək ticarət mərkəzindən qardaşı Fəridin etibarnamə əsasında idarə etdiyi “Lada Priora” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə sərnişin olaraq qabaq sərnişin oturacaqda Şəbnəm Müseyibova, arxa sol sərnişin oturacaqda o və sağ arxa sərnişin oturacaqda isə Təqsirləndirilən şəxs2la birlikdə hərəkət edərək, Bakı Dairəvi yolunda Sədərək ticarət mərkəzinin üst hissəsində şəhər istiqamətində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində sağ tərəfdə yerləşən aparatda 10 manat miqdarında 92 Aİ makalı benzin almışlar. Fərid avtomaşını işə salaraq YDM-dən çıxan zaman yolda “Hyundai” markalı avtomaşının dayandığını görüb, həmin avtomaşının sağı ilə yola çıxaraq yoluna davam etmişdir. Bu zaman arxadan həmin “Hyundai” markalı avtomaşının işıq və səs siqnalından istifadə edərək Fəridi saxlatmaq istədiyini görüb Fərid idarə etdyi avtomaşını yolun sağına çəkərək saxlamışdır. Həmin “Hyundai” markalı avtomaşın da Fəridin idarə etdiyi avtomaşının arxasında saxladığından Fərid yerə düşərək həmin avtomaşının sürücüsünə yaxınlaşmışdır. Həmin sürücü avtomaşının sol qapısının pəncərəsini aşağı endirib Fəridlə söhbət etməyə başlamışdır. Fərid də həmin tanımadığı şəxsdən nə üçün səs və işıq siqnalından istifadə edib, onu avtomaşını idarə etməyə maneəçilik törədir deyə soruşmuşdur. Həmin sürücü ona bildirmişdir ki, “sən məni niyə sağdan keçmisən”. Fərid də ona yol boş olduğu üçün idarə etdiyi avtomaşınla sağdan keçdiyini bildirmişdir. Bu zaman həmin avtomaşının sağ arxa oturacağında əyləşmiş şəxsin qapını açaraq yerə düşüb gəlib, Fəridin belini qucaqladığını görmüşdür. Bu zaman o, avtomaşının sol arxa oturacağından düşərək elə bilmişdir ki, həmin Fəridi qucaqlayan şəxs onu vurur. Buna görə də o, onlara yaxınlaşan zaman həmin “Hyundai” markalı avtomaşından bir neçə nəfər tanımadığı şəxs yerə düşmüşdür. Bundan sonra Elmir və Şəbnəm də yerə düşmüşlər. Bu zaman avtomobildən enən şəxslərdən adı sonradan məlum olan Alim adlı şəxs nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Fərid həmin şəxsin üzərinə gəldiyini görüb onu tutaraq saxlamışdır. Daha sonra isə Elmir ilə digər avtomobil sürücüsünün yol kənarında yerləşən otluq sahəyə yıxıldığını və otluq sahədə dalaşdıqlarını görüb, onları aralaşdırmaq üçün dərhal ora yaxınlaşmışdır. Bu zaman Şəbnəm avtomaşından düşərək uca səslə qışqırmağa başlamış və hamı sakit olduqdan sonra Fərid onları avtomaşına tərəf aparmış və avtomaşına əyləşərək oradan uzaqlaşmışlar. Həmin dava zamanı ətrafda kənar yol maşınları saxlayaraq davaya tamaşa edirmişlər. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamış, baş vermiş hadisə zamanı, heç kimi vurmamış, sadəcə yaranmış mübahisəni sakitləşdirməyə cəhd etmiş, hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 9-10 dəqiqə aralığında baş vermişdir. Hadisə zamanı kiminsə Şəbnəmə tərəf gəldiyini görməmiş, həmin hadisə zamanı Şəbnəm avtomaşından düşərək uca səslə onları sakitləşdirmək üçün qışqırdıqdan sonra avtomaşına gələrək əyləşib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Vəliməhəmməd oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” TM-in şirniyyat bazarında satıcı kimi işləyir. 11 dekabr 2022-ci il tarixdə iş vaxtı qurtardıqdan sonra o, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs3 və onun övladları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai” markalı avtomobil ilə bazardan hərəkətə başlamışlar. Bu zaman o və Zərərçəkmiş şəxs2 avtomobilin arxa sərnişin oturacağında, Zərərçəkmiş şəxs3 isə avtomobilin ön sərnişin oturacağında əyləşərək hərəkət etmişlər. Həmin gün saat təxminən 18 radələrində Zərərçəkmiş şəxs1 avtomobilin yanacağı azaldığı üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə daxil olaraq idarə etdiyi avtomobilə yanacaq əlavə etmişdir. Yanacağın pulunu ödədikdən sonra isə hərəkətinə davam etmiş, yanacaq doldurma məntəqəsindən baş yola çıxmaq üçün avtomobili dayandırmışdır. Bu zaman avtomobilin arxası ilə hərəkət edən “Lada Priora” markalı **-OD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən sürücü hərəkət etdikləri avtomobili sağ tərəfdən keçən zaman Zərərçəkmiş şəxs1 arxada olan avtomobilin onu sağdan keçəcəyini güman etmədiyi üçün işıq və səs siqnalından istifadə edərək qarşıda hərəkət edən avtomobilin sürücüsünə öz iradını bildirmişdir. Bu zaman “Lada Priora” markalı avtomobili idarə edən şəxs qarşıda avtomobili dayandıraraq avtomobilindən enmiş və əyləşdikləri avtomobilə sürücü tərəfindən yaxınlaşaraq Zərərçəkmiş şəxs1 işıq və səs siqnalından istifadə etdiyi üçün irad tutmuşdur. Zərərçəkmiş şəxs1 da eyni zamanda həmin adı sonradan məlum olan “Lada Priora” markalı avtomobili idarə edən Fərid adlı şəxsə onu sağdan keçdiyi üçün öz iradını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 ilə Fərid arasında mübahisə yaranmışdır. Həmin mübahisəni dayandırmaq üçün avtomobildən enmiş və Fəridin belindən tutaraq onu avtomobildən uzaqlaşdırmışdır və öz avtomobilləri tərəfə apararaq sakitləşdirmişdir. Bu zaman qarşı avtomobilin arxa sərnişin oturacağında əyləşmiş adları sonradan ona məlum olan Elmir və Təbriz adlı şəxslərin avtomobildən endiyini görmüşdür. Bu zaman digər avtomobildən də Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 da avtomobildən enərək onlara yaxınlaşmışlar. Daha sonra Zərərçəkmiş şəxs2 baş verən hadisə ilə əlaqədar Fərid adlı şəxsə sağdan ötmə əməliyyatını etməkdə səhv etdiyini, qəza şəraiti yaratdığını bildirmişdir. Bu zaman Fərid adlı şəxs Zərərçəkmiş şəxs2 boğazından tutaraq tutaraq sıxmağa başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 baş vermiş mübahisəni sakitləşdirmək istəyən zaman istəyən zaman Elmir adlı şəxs Zərərçəkmiş şəxs1 paltarından tutaraq onu, yolun kənarında yerləşən otluq sahəyə yıxmışdır. Zərərçəkmiş şəxs3 Fərid adlı şəxsin köynəyindən tutaraq Zərərçəkmiş şəxs2 boğazını buraxmasını istəmişdir. Fərid adlı şəxs isə onun bu tələbinə məhəl qoymayaraq dirsəyi ilə onun ağız nahiyyəsindən zərbə endirmiş, daha sonra isə Zərərçəkmiş şəxs2 boğazını buraxmışdır. Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxs isə yol kənarında olan otluq sahədə yerə yıxılmış vəziyyətdə hələ də dalaşmağa davam edirmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs1 ilə Elmir adlı şəxsi aralaşdırmaq üçün ora yaxınlaşmışdır. Bu zaman yol ilə hərəkət edən tanımadığı şəxslər avtomobildən enərək onlara yaxınlaşmışlar və baş vermiş mübahisənin dayandırılmağında kömək etməyə başlamışlar. Bu zaman Fərid adlı şəxsin idarə etdiyi avtomobilin ön sərnişin oturacağıdan xanım yerə düşərək qışqıraraq yaranmış mübahisəni sakitləşdirmək istəmişdir. Aralaşdıqdan sonra avtomobilə əyləşərək öz hərəkətlərini davam etdirmişlər. Baş vermiş hadisə zamanı o heç kimə xəsarət yetirməmiş, heç bir xəsarət almamış, hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 7-10 dəqiqə aralığında baş vermişdir. Zərərçəkmiş şəxs3 heç kimi təpiklə vurmamış, o sadəcə baş vermiş dava-dalaşı sakitləşdirmək istəmişdir. Bundan əlavə baş vermiş hadisə zamanı Müseyibli Şəbnəmi heç kim nə itələməyib, nə də ki, təhqir etməyib. Qızıl üzüyünün itməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində 10-cu sıra, korpus 2, 37 saylı mağazada kişi ayaqqabılarının satışı ilə məşğul olur. Həmin mağazada Fərid adlı şəxs ilə şərikli olaraq ticarət edir. Fərid adlı şəxsin qardaşı Təbriz isə həmin ticarət mərkəzində səyyar su, siqaret və digər malların satışı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə iş saatı bitdikdən sonra o, Təbriz və Elmir adlı şəxs Fəridin etibarnamə əsasında idarə etdiyi “Lada” markalı avtomaşına əyləşərək yaşadıqları evə doğru hərəkət etməyə başlamışlar. Elmir və o, 20 yanvar metrostansiyasında enib, oradan yaşadıqları evlərə getməli olmuşlar. O, avtomobilin qabaq sərnişin oturacağında Təbriz ilə Elmir isə arxa sərnişin oturacağında hərəkət edirmişlər. Fərid “Sədərək” ticarət mərkəzinin üst hissəsində şəhər istiqamətində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən benzin almışdır. Fərid avtomaşını işə salaraq YDM-dən çıxan zaman yolda “Hyundai” markalı avtomaşının dayandığını görüb, həmin avtomaşının sağı ilə yola çıxaraq yoluna davam etmişdir. Bu zaman arxadan həmin “Hyundai” markalı avtomaşının işıq və səs siqnalından istifadə edərək Fəridi saxlatmaq istədiyini görüb, Fərid idarə etdiyi avtomaşını yolun sağına çəkərək saxlamış və avtomaşından yerə düşmüşdür. Daha sonra nə olduğunu bilmədən Təbriz və Elmir də avtomobildən enmişdir. Müəyyən qədər vaxt keçdikdən sonra arxaya baxan zaman arxada olan şəxslərin dalaşdığını görmüşdür. Avtomobildən enən zaman Elmir adlı şəxsin yol kənarında yerdə bir nəfər şəxs ilə dalaşdığını, bir nəfər yaşlı kişinin isə yerdə olan Elmiri təpik ilə vurduğunu görmüşdür. Bu zaman həmin şəxsə təpik vurduğu üçün irad bildirmişdir. Daha sonra yol ilə oradan keçən avtomaşında olan şəxslər gələrək Fəridi, Təbrizi və digər avtomaşında olan şəxsləri sakitləşdirdikdən sonra Fərid avtomaşını idarə etmiş və yola davam etmişlər. Baş vermiş hadisə zamanı Elmiri sakitləşdirmək istəyən zaman barmağında olan üzüyünü hadisə yerində itirmişdir. Həmin hadisə zamanı heç bir xəsarət almamış, avtomobildən enən zaman Elmir adlı şəxsin yol kənarında yerə bir nəfər şəxs ilə dalaşdığını, bir nəfər yaşlı kişi cinsindən olan şəxsin isə yerdə olan Elmiri təpik ilə vurduğunu görmüş, bundan başqa kiminsə döyüldüyünü görməmişdir. Hadisə 11 dekabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Badamdar qəsəbəsi istiqamətinə gedən yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini Badamdar istiqamətində keçdikdən sonra 100-150 metr irəlidə yol kənarında 9-10 dəqiqə aralığında baş vermişdir. Baş vermiş hadisə zamanı yerə yıxılmış, buna baxmayaraq onu həmin vaxt heç kim itələməmişdir. Bundan əlavə orada söyüş söyülsə də heç biri ona ünvanlanmamışdır. Baş verən hadisə zamanı Zərərçəkmiş şəxs2 təhqiramiz ifadə işlətdiyini eşitməmiş, həmin vaxt avtomobildən yerə enməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 Qaradağ rayon şöbəsinin 22 dekabr 2022-ci il tarixli 920 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, üst və alt dodağın selikli qişalarının əzilmiş yaraları ilə müşayiət olunan üst çənədə mərkəzi kəsici dişin travmatik laxlaması və üst dodaq nahiyyəsinin qançır-şişkinlik halında əziyi, boyun nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X17 stansiyasına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 923 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - boyun nahiyyəsinin sıyrığı bərk küt əşya təsirindən, müayinədən 2-4 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 921 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - alt dodağın selikli qişasının qansızması, sağ saidin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 17 aprel 2023-cü il tarixli, 1067 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Şizoaffektiv pozuntu dayanıqlı remissiya vəziyyəti qeyd olunur. Təqsirləndirilən şəxs1, onda qeyd olunan psixi xəstəliyin dayanıqlı remissiya (yaxşılaşma) vəziyyətində olduğundan və onda hal-hazırda hər hansı psixotik əlamətlər qeyd olunmadığından hazırki psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə də, onda qeyd olunan psixi xəstəliyin remissiya (yaxşılaşma) vəziyyətində olduğundan həmin psixi pozuntu onu öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində “Anlaqlı” hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda da onda qeyd olunan psixi xəstəliyin remissiya vəziyyətində olduğundan öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İbtidai istintaq zamanı ifadələri arasında ziddiyət olduğundan, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 üzlədirmə istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs1 ona xəsarət yetirdiyini, ona qarşı və yaxud orada olan digər şəxslərə qarşı heç bir təhqiramiz ifadə işlətmədiyini bildirmişdir. İbtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 boğazından tutduğu, Zərərçəkmiş şəxs3 isə ağız nahiyyəsindən dirsəyi ilə vurduğu yeri əyani olaraq göstərmişdir. İbtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 yıxdığı, ona xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini, az ağır cinayət əməli törətmələrini, əməllərini etiraf edərək peşman olmalarını, zərərçəkmiş şəxslərlə barışmaqla zərərçəkmiş şəxslərin onlara qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 30 mart 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 01 aprel 2023-cü il tarixdə barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X8 və X5 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-206/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-206/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver