Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-207/2023 02.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) "Neftqaztikinti" Tresti”-də daş doğrayan işləyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Reşad qızı ilə 25 iyun 2022-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq ilk dəfə həmin tarixdə olmaqla müxtəlif vaxtlarda mütəmadi olaraq yaşadığı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onlar Zərərçəkmiş şəxs ilə 25 iyun 2022-ci il tarixdə yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massivdə yerləşən 68 saylı evdə toyları olmuş və həmin gün onlar yaşadığı ünvanda cinsi əlaqədə olmuşlar. 2022-ci il oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs hamilə olduğunu müəyyən etmişlər. 28 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs müayinələrdən keçməsi məqsədilə üçün Qaradağ rayonunda yerləşən X7 getmişlər. Burada müayinə olunduqdan sonra ona 3 aylıq hamiləlik diaqnozu qoyulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslə rəsmi nikaha daxil olmamasına baxmayaraq, faktiki ər-arvad münasibətində, birgə təsərrüfat şəraitində yaşadıqlarını , himayəsində 1 aylıq övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Rəşadla anası Elnarə o, hələ uşaq olarkən nikahları pozulmuşdur. O, nənəsinin himayəsində yaşamış və qonşuluqda yaşayan Təqsirləndirilən şəxsla tanış olmuşlar. 25 iyun 2022-ci il tarixdə onlar Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən 68 nömrəli evdə el adəti ilə, lakin, o, yetkinlik yaşına çatmayan şəxs olduğu üçün rəsmi nikaha daxil olmadan evlənmişlər və ilk dəfə həmin ünvanda təbii yolla cinsi əlaqədə olmuşlar. 2022-ci il oktyabr ayının axırlarında o, hamilə olduğunu müəyyən etmişdir. 28 dekabr 2022-ci il tarixdə müayinə olunmaq məqsədilə X7 getmişdir. Burada müayinə olunduqdan sonra ona 3 aylıq hamiləlik diaqnozu qoyulmuşdur. Daha sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətində, birgə təsərrüfat şəraitində yaşadıqlarını, himayələrində 1 aylıq övladlarının olmasını, Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxsla qonşuluqda nənəsinin evində yaşayan Zərərçəkmiş şəxs el adəti ilə toy məclisini yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1-ci massiv 1A ünvanında yerləşən 68 nömrəli evdə qeyd etmişlər. Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün onların rəsmi nikaha daxil olmaları mümkün olmamışdır. Hazırda da onların ər-arvad münasibətində yaşadıqlarını, 1 ay əvvəl övladlarının dünyaya gəldiyini qeyd etmişdir. Oğlunun cinayət əməli törətməsi Ş.R.X5 Mərkəzinə hamiləliyi ilə əlaqədar müayinələrdən keçərkən müəyyən olunmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X6 daxil olmuş müraciət əsasında Qaradağ RPİ-nin 11-ci PB-də toplanmış HK-1,1222 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan 10 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir. Cinayət işinin 76-77-ci vərəqələrində olan 12 aprel 2023-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X2” X8 10 aprel 2023-cü il tarixli, 952 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdipsixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Cinayət işinin 85-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Bakı şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 159 saylı rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs cinsi orqanında o cümlədən bədəni üzərində vizual olaraq sperma və qan izləri aşkar olunmadı. Müayinəyə qədər son 5 gün ərzində cinsi əlaqədǝ olmadığı üçün uşaqlıq yolundan spermatozoidlərin təyini üçün yaxma götürülməsi məqsədə uyğun sayılmadı. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi elaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs adına “1 saylı X9”i tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli USM-nə əsasən, onda 28 həftə 6 günlük hamiləlik təyin edilir. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Bakı şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 158 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Cinayət işinin 93-97-ci vərəqələrində olan 21 aprel 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi, toy və nişan mərasimlərində çəkdirdikləri 02 ədəd fotoşəkil və işdə olan digər protokollar sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 07 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. Ailə olaraq birlikdə yaşayırlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2023-cü il təvəllüdlü İsmayıl adlı övladı vardır. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs - yetkinlik yaşına çatmış xx xxxxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs aşkar surətdə on altı yaşına çatmayan şəxslə - 16 oktyabr 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə onunla mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törətməsi faktı onun özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə on dörd yaşına çatmış, lakin onaltı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə faktiki ər arvad münasibətində yaşamalarını, himayəsində 1 aylıq övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməlini etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışaraq onunla el adəti üzrə toy edib faktiki ailə qurmasını və hazırda ər-arvad kimi birgə yaşamasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti verilməklə şərti hesab edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə zamanı əlavə cəza təyin edilə bilər.Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Təqsirləndirilən şəxs tutma altında olduğu iki gün təyin ediləcək cəza müddətinə hesablanmamalı və çəkiləcək olan deyil, təyin olunacaq cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulsun. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-207/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-207/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver