Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-207/2025 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni təkrarən eldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 13 may 2025-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci Massivdə yerləşən Mədəniyyət Evinin həyətində saxlanılıb saat 12:50-dən saat 12:57-ə qədər olan müddət ərzində üzərində yoxlama aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda, 01 ədəd bükümdə ümumilikdə 0,609 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Bakı şəhəri, Qaradağ RPİ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində 25 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A-nın yaxınlığında saxlanılıb saat 20:39dan saat 20:44-ə qədər olan müddət ərzində üzərində yoxlama aparılan zaman əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,609 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 13 May 2025-ci il tarixdə saat 12 radələrində yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən Mədəniyyət Evinin yanında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Polislər onun qanunsuz olaraq narkotik vasitələrin, psioxtrop maddələrin əldə etməsi, daşımasındən şübhələndiklərini bildirərək videoçəkiliş istifadə etməklə üzərinə baxış keçirəcəklərini bildirmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan 01(bir) ədəd bükümü təqdim təqdim etmişdir. Polis əməkdaşları həmin maddəni elektron tərəzidə çəkərkən 0,430 qram olması müəyyən edilmişdir. Onlara psixotrop maddəni şəxsi istifadəsi üçün Xocasən qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Həmin maddəni polis əməkdaşları zərfə qoyaraq qablaşdırıb möhürləmiş, o, və polis əməkdaşları zərfi imzalamışlar. Bundan sonra onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PŞ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla qablaşdırılmış zərf təqdim edilmişdir. Bundan sonra 25 iyun 2025-ci il tarixli cinayət əməlinə münasibətdə bildirmişdir ki, polis əməkdaşları onu həmin tarixdə saat 7-8 radələrində, bazarın yaxınlığında saxlamışlar. Lakin sonradan onu video çəkiliş aparmaq məqsədilə Lökbatan qəsəbəsi, massiv 1A-nın yaxınlığına aparmış, ona təqdim etdikəri narkotik vasitəni çəkiliş zamanı ona məxsus olması kimi təqdim etməsini tələb etmişlər. Qorxduğu üçün polis əməkdaşları deyənlərlə razılaşmış, polis şöbəsində olarkən müdafiəçisinə bu barədə məlumat verməmişdir. Həmin vaxt döyülərək xəsarət almasına baxmayaraq, şikayət etməmişdir. Hansı polis əməkdaşları tərəfindən video çəkiliş məqsədilə digər ünvana aparılmağa məruz qalması ilə bağlı suala cavab olaraq qeyd etmişdir ki, vəfat etmiş Mirtofiq adlı polis əməkdaşı onu narkotik vasitənin ona məxsus olmasını bildirməyə məcbur etmişdir. Ona psixoloji təzyiq olduğundan çəkiliş zamanı əməli etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə hər iki epizod üzrə özünü təqsirli bildiyini, əməllərindən peşman olduğunu bildirmiş yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntü ilə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyun 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Qaradağ RPİ-nin CA üzrə kiçik inspektoru Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 iyun 2025-ci il tarixdə saat 20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsi massiv 1A-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxartdığı qızılı rəngli kağızda olan 01 ədəd büküm narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə tərəzidə çəkilmiş, 0,80 qram olması müəyyən edilmişdir. Sonra isə aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmentlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs rayon 10-cu PŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, ona psixi və fiziki təsir göstərilməmiş və təqsirləndirilən şəxs tərəfindən onlara hər hansı müqavimət göstərilməmişdir. Anten məlumatının əldə olunması məqsədilə ***-***-**-** mobil nömrəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 may 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid5 Cavid oğlu və CA üzrə kiçik inspektoru Şahid6 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2025-ci il tarixdə saat 12 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1-ci massivdə yerləşən Mədəniyyət evinin həyətində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı və üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli ağ xətli şalvarının sağ yan cibindən çıxartdığı qızılı rəngli bükümdə olan 01 ədəd narkotik vasitəni təqdim etmişdir. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbiri yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs 10-cu PŞ-nə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onlara müqavimət göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili X5 və CA üzrə kiçik inspektoru Şahid6 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid4 ifadəsində qeyd etdiklərini təsdiqləmişlər. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 26 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 11-13-cü vərəqələrində olan 25 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, 25 iyun 2025-ci il tarixdə saat 20:39-dan 20:44-ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1A-da saxlanılıb ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyalar varsa təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir büküm qızılı rəngli siqaret kağınıza bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş və onu tanımadığı şəxsdən Xocahəsən qəsəbəsindən 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsində olan 25 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2025-ci il tarixdə, saat 20:39-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 34-35-ci vərəqələrində olan 25 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və onun Qaradağ RPİ-nin CAŞ-nın əməkdaşlarına təqdim etdiyi zərfdə olan bükümə baxış keçirilmişdir. Həmin zərf açıldıqda içərisində qızılı rəngli bir büküm aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkildə heroinə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyun 2025-ci il tarixli 6/2318 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222”-li dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs “yazısı və imzalar olan zərfdə olan üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №46”-li dairəvi möhür əksi zərfin içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0, 609 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi 0, 609 qr., tədqiqata sərf edildi 0,05 qr., qalıq 0,559 qr. Cinayət işinin 1-ci cildinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 53-54-cü vərəqələrində olan 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 09:00) Cinayət işinin 1-ci cildinin 62-63-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 67-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 14 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 75-77-ci vərəqələrində olan 13 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokol və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, 13 may 2025-ci il tarixdə saat 12:50-dən 12:57-ə qədər olan müddət ərzində keçirilmiş əməliyyat tədbiri zamanı Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə yerləşən Mədəniyyət evinin həyətində Təqsirləndirilən şəxs saxlanılaraq ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansıəşya varsa təqdim etməsi təklif olunduğunda o, əynində olan qara rəngli ağ cızıqlı şalvarın sağ yan cibindən bir büküm qızılı rəngdə kağıa bükülmüş kütləni təqdim edərək, həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan 13 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2025-ci il tarixdə, saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 94-95-ci vərəqələrində olan 13 may 2025-ci il tarixli baxış keçirilməsi və götürülmə aparılması haqqında protokoldan və ona əlavə edilən DVD diskdə olan görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin inzibati binasında dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və onun Qaradağ RPİ-nin CAŞ-nın əməkdaşlarına təqdim etdiyi zərfdə olan bükümə baxış keçirilmişdir. Həmin zərf açıldıqda içərisində qızılı rəngli bir büküm aşkar edilmişdir. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin metamfetamin olduğunu və 10 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli 6/1800 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,205 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,205 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq-0,155 qram. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 113-114-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (saat 11:00) Cinayət işinin 1-ci cildinin 131-132-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtian edilərək MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 133-134-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 155-161-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 185-186-cı vərəqələrində olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi il təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 dekabr 2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 05.11.21-ci il tarixli Amnistiya qərarının 4-cü bəndində əsasən 06.07.21-ci il tarixli hökm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəzadan dərhal azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 204-205-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 01 sentyabr 2025-ci il tarixli 5390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 220-228-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,155 qram psixotrop maddə metamfetamin və 0,559 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır. Həmçinin təqsirləndirilən şəxs saxlanılıb üzərinin yoxlanılması və əşyaların götürülməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş 02 ədəd DVD disk, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara əlavə edilən 02 ədəd DVD disk, Azerfon MMC-nin CD diski maddi sübut kimi tanınaraq cinayət işinin mateiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 231-232-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik etməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Qaradağ rayon prokurorunun qərarından görünür ki, təqsirləndirilən şəxsin həbsinin uzadılmaması barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında xx.xx.2025-ci il tarixli epizod üzrə tutulma yeri ilə bağlı ziddiyyətli ifadələr bildirdiyinə görə məhkəmə tərəfindən şahidlərin və təqsirləndirilən şəxsin istifadələrində və həmin vaxt üzərlərində olan mobil nömrələrinin anten məlumatlarının əldə olunması ilə bağlı qərarlar qəbul edilmiş və müvafiq operatorlara göndərilmişdir. Belə ki, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixli anten məlumatlarının götürülməsinə dair Azercell Telekom MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubundan müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 12:03:40 dəqiqədən sonra şahidin həmin gün daxilində anten dairəsinə dair məlumat mövcud deyil. Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixli anten məlumatları ilə bağlı Bakcell MMC-dən xx.xx.2025-ci il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:09:12 dəqiqədə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Neftçilər küçəsi, döngə 3 ünvanında, saat 21:44:42 dəqiqədə isə ünvan 2 ünvanında olmuş, lakin həmin saatlar arasında olan vaxt ərzində hər hansı ünvanda olması barədə məlumat əks olunmur. Şahid3 istifadəsində olan ********** mobil telefon nömrəsinin xx.xx.2025-ci il tarixli anten məlumatları ilə bağlı Azerfon MMC-dən xx.xx.2026-cı il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:32:59 dəqiqədə Bakı şəhəri, Qaradağ rayonu, Dəniz nasosu ünvanında və xx.xx.2025-ci il tarixdə 08:32:47 dəqiqədə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 may küçəsi ticarət cərgəsində olmuş, lakin həmin saatlar arasında olan vaxt ərzində hər hansı ünvanda olması barədə məlumat əks olunmur. Təqsirləndirilən şəxs istifadəsində olan ********** və ********** saylı mobil telefon nömrələrinin xx.xx.2025-ci il tarixli anten məlumatları ilə bağlı Azerfon MMC-dən xx.xx.2026-cı il tarixdə daxil olmuş cavab məktubundan görünür ki, o, xx.xx.2025-ci il tarixdə saat 20:42:59 və 20:43:00-da ünvan 6 ünvanında olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində 25 iyun 2025-ci il tarixində olan cinayət əməlini törətmədiyini, narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə vəfat etmiş polis əməkdaşı tərəfindən məruz qoyulduğunu bildirsə də, son sözündə hər iki epizod üzrə özünü təqsirli bilmiş, əməllərindən peşman olduğunu qeyd etmişdir. Saxlanması vaxtı ona qarşı edilmiş əməllərlə bağlı qeyd etdikləri təsdiqini tapmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə metamfetamini və narkotik vasitə heroini xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Belə ki, həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, həmçinin narkomaniyanın sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, əvvəllər törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrumetmə növündə cəza almasının onun islah olunması üçün yetərli olmadığını, cəmiyyətin maraqlarını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulub saxlandığı 13 may 2025-ci il tarixdən 15 may 2025-ci il tarixədək, 02 (iki) gün, həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək (Qaradağ Rayon Prokurorunun xx.xx.2025-ci il tarixli qərarı) həbsdə qaldığı 03 (üç) ay, ümumilikdə 03 ay 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Taboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 21 yanvar 2026-cı il tarixdə məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 01 sentyabr 2025-ci il tarixli 5390 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğundur. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Qaradağ RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,155 qram psixotrop maddə metamfetamin və 0,559 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut qismində tanınmış 04 ədəd DVD, 01 ədəd CD disk və iş materialına əlavə edilən digər 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 195 (yüz doxsan beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixdən etibarən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 36 iş saatı hüquqi xidmətə görə 396 manat pul Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3, məhkəmə istintaqı dövründə isə Müdafiəçi tərəfindən göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 330 manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 08 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş materiallarında olan 09 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,155 qram psixotrop maddə metamfetamin və 0,559 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 195 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 36 iş saatı hüquqi xidmətə görə 396 manat pul X3, məhkəmə istintaqı dövründə isə Müdafiəçi tərəfindən göstərilmiş 30 iş saatı hüquqi xidmətə görə 330 manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə onun alındığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-207/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-207/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver