Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-208/2023 26.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, X8 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 şikayətini onunla əsaslandırmışdır ki, X13 və X15 bir neçə şəxsin yanında ona böhtan atmışlar. Onlar həmin şəxslərlə söhbət zamanı onu təhqir etməklə şərəf və ləyaqətini də alçaltmışlar. Bundan sonra, həmin şəxslər ona böhtan ataraq əri X6, tanışları X2, X9, X7, X1 və Təmirazov Şahin Murad oğluna onun ərinə xəyanət etməsini demişlər. Belə ki, X13 onunla şərikli ticarətlə məşğul olan əri X6 21 dekabr 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunun kənarında X15 ilə birlikdə söhbət zamanı demişdir ki, o, 4 kişi ilə ərinə xəyanət etmişdir. X4 X5 əri Müzəffərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yerə-Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunun kənarı ünvana gəlib-gedən və onu tanıyan X2, X9, X7, X1 və Təmirazov Şahin Murad oğluna barəsində bu cür yalan və böhtan xarakterli sözlər deyib, onu əxlaqsız, ərinə xəyanət edən qadın kimi təqdim edib təhqir etməsi, eləcə də barəsində böhtan atması həmin şəxslərin özlərinin ona və ərinə bu barədə bildirməsi və səs yazıları ilə tam sübuta yetir. Mirzə İbrahimli yalan olduğunu bilə-bilə bu ifadələri bilərəkdən barəsində işlətməklə onu cəmiyyət içərisində nüfuzdan salmağa, şərəf və ləyaqətini alçaltmağa çalışır. Bundan başqa, Mirzə İbrahimli onun əri ilə söhbət zamanı onun əxlaqsız qadın olduğunu, ərinə xəyanət etdiyinə görə evdən çıxarılıb ata evinə göndərilməli olduğunu deməklə onun şərəf və ləyaqətini alçaltmışdır. X15 da 21 dekabr 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocəsən yolunun kənarı ünvanda Mirzə İbrahimlinin yanında onun əri ilə söhbət edərkən onun ərinə xəyanət etdiyini bildirmişdir. Göstərilənlərə əsasən X4 və X8 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə onların həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilmələri və cəzalandırılmaları barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs G.A.Koyugölge ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1 ərizənin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, məhkəməyə səs və video yazı təqdim edərək, G.A.Koyugölgenin ərizəsində qeyd etdiyi halların mövcud olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs M.V.İbrahimli bildirmişdir ki, o, heç kimə şər və böhtan atmamışdır. G.A.Koyugölgenin əri ilə aralarında mövcud olan işguzar fəaliyyətə sonuncunun qanunsuz əməlləri səbəbindən son verdikdən sonra ona qarşı bu iddialara başlamışlar. O, heç bir ictimai yerdə və ya iş yerində G.A.Koyugölge barəsində qeyri-etik ifadələr səsləndirməmişdir. Bundan əlavə, vəkil tərəfindən təqdim olunmuş videogörüntü ilə bağlı bildirmişdir ki, işlətdiyi “5 nəfər” ifadəsini G.A.Koyugölgenin həmin vaxt orada olan ərinə onunla iş problemləri yaşamış şəxslərlə bağlı demişdir, digər təqdim edilmiş səs yazısının isə kimə məxsus olması barədə ümumiyyətə məlumatlı deyildir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X.M.Yusifov bildirmişdir ki, o, X13 ilə X3 birgə sahibkarlıq fəaliyyəti ilə bağlı olan ərazinin gözətçisi işləyir. Bir neçe vaxt əvvəl M.A. Koyugölge ona yaxınlaşaraq arvadı G.A.Koyugölge barəsində əxlaqsızlıqla bağlı olan yayılmış söz-söhbətdən məumatlı olubolmamasını ondan soruşmuş o, isə həmin söhbətlərdən xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs M.V.İbrahimlinin müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, M.V.İbrahimliyə istinad edilən əməldə cinayət əlamətləri yoxdur və şikayət əsassızdır. Belə ki, bu işlə bağlı təqdim edilmiş səs və video yazılarında məhz böhtan və təhqirin mövcudluğuna əsas verən kifayət qədər sübut yoxdur. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X.M.Yusifovun müdafiəçisi Müdafiəçi3 bildirmişdir ki, X.M.Yusifova istinad edilən əməldə cinayət əlamətləri yoxdur və şikayət əsassızdır. Belə ki, hadisə zamanı nalayiq ifadə işlədilməmişdir. Təqdim olunmuş video yazıda böhtan və təhqir xarakterli ifadələrin səslənməsi müəyyən edilməmiş, səs yazının isə hansı şəraitdə və harada qeydə alınmasına, həmin səs yazının hüquqlarını müdafiə etdiyi şəxsə aid olub-olmamasına dair heç bir sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim olunmuş xüsusi ittiham qaydasında şikayət və sübutlarda böhtan xarakterli məlumatların yayılmasının mövcudluğu deyildikdə bu hərəkətlərin məhz nədən ibarət olması, hansı ərazidə, hansı kütləvi tədbirlərdə səsləndirilməsinə dair heç bir dəlil təqdim olunmamışdır. Böhtan xarakterli məlumatların xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin əri tərəfindən məhkəməyə kimliyi məlum olmayan şəxslərə ünvanlanan suallara verilmiş cavabların səs yazısı, eyni zamanda xüsusi ıittiham qaydasında şikayət vermiş şəxsin özünün özü barəsində səsləndirdiyi qeyri-etik ifadənin video görüntü formasında mövcudluğu həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə olan hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Çünki, burada kütləvilik əlaməti yoxdur. Əgər böhtan və təhqir xarakterli məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılsa idi, o zaman həmin məlumatlar qeyri-müəyyən şəxslər dairəsi üçün açıq olardı və burada kütləvilik əlaməti də mövcud olardı. Göründüyü kimi şikayət ərizəsində M.V.İbrahimliyə və X.M.Yusifova istinad edilən əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 12-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər M.V.İbrahimlinin və X.M.Yusifovun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, M.V.İbrahimliyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul, X.M.Yusifova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X10 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul, X11 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-208/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-208/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver