Məhkəmə qərarları › İş №1(002)-209/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-209/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-209/2021 10.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5ömrəli binanın qarşısında yerləşən nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub evin 2-ci otağından 200 manat dəyərində 01 ədəd “Akai” markalı, UA32DM1100SS2 modelli qara rəngli televizoru, 10 manat dəyərində televizorun büküldüyü 01 ədəd ağ rəngli üzərində qızılgüllər olan yataq örtüyünü (döşəkağı), 01 ədədinin dəyəri 25 manat olan, ümumilikdə 100 manat dəyərində 04 ədəd “LG” markalı, SH86TQ-S modelli qara rəngli səs gücləndiricini, 80 manat dəyərində 01 ədəd “LG” markalı ev kinoteatrını (domaşnıy kinoteatr), 130 manat dəyərində 01 ədəd “LG” markalı usilitel-DVD aparatını, 12 manat dəyərində 01 ədəd gümüşü-qara rəngli “Ramossi” markalı elektrik su çaynikini, 100 manat dəyərində içərisində “Bosch” markalı, GBH-2-26 DRE modelli perefarator və lavazimatları olan 01 ədəd plasmas qutunu, 35 manat dəyərində içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd metal qutunu, 35 manat dəyərində 01 ədəd “Perlex” markalı dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 702 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 5ömrəli binanın qarşısında yerləşən nömrəsiz fərdi yaşayış evinin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olub evin 2-ci otağından 200 manat dəyərində 01 ədəd “Akai” markalı, UA32DM1100SS2 modelli qara rəngli televizoru, 10 manat dəyərində televizorun büküldüyü 01 ədəd ağ rəngli üzərində qızılgüllər olan yataq örtüyünü (döşəkağı), 01 ədədinin dəyəri 25 manat olan, ümumilikdə 100 manat dəyərində 04 ədəd “LG” markalı, SH86TQ-S modelli qara rəngli səs gücləndiricini, 80 manat dəyərində 01 ədəd “LG” markalı ev kinoteatrını (domaşnıy kinoteatr), 130 manat dəyərində 01 ədəd “LG” markalı usilitel-DVD aparatını, 12 manat dəyərində 01 ədəd gümüşü-qara rəngli “Ramossi” markalı elektrik su çaynikini, 100 manat dəyərində içərisində “Bosch” markalı, GBH-2-26 DRE modelli perefarator və lavazimatları olan 01 ədəd plasmas qutunu, 35 manat dəyərində içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd metal qutunu, 35 manat dəyərində 01 ədəd “Perlex” markalı dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 702 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Sahil qəsəbə sakini Təqsirləndirilən şəxs2 neçə ildir ki, tanıyır, onunla dostluq münasibəti vardır. O, Xətai rayonu, NZS qəsəbəsində yaşasa da demək olar ki, hər gün Qaradağ rayonu, Sahil qəsəbəsinə gedir, dostu Tural ilə görüşüb söhbətləşirmiş. 20.02.2021-ci il tarixdə o, axşam tərəfi Qaradağ rayonu, Sahil qəsəbəsinə gedib Tural ilə görüşüb bir qədər söhbətləşmişlər. Hər ikisinin maddi vəziyyəti yaxşı olmadığı üçün qərara almışlar ki, oğurluq edib qazanc əldə etsinlər. Beləliklə onlar qərara almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi N.Mustafayev küçəsində yerləşən 2 saylı binanın qarşısındakı 1 mərtəbəli fərdi yaşayış evindən oğurluq etsinlər. Çünki bilirmişlər ki, həmin evdə yaşayış yoxdur. 20.02.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində o, Tural ilə birlikdə həmin fərdi yaşayış evinin yaxınlığına gedib kənarda dayanıb bir qədər oğurluq edəcəkləri evə nəzarət etmişlər. Evdə işıqların yanmadığını, heç kimin olmadığını dəqiqləşdirdikdən sonra evə yaxınlaşmışlar. Həmin vaxt təxminən saat 23 radələri olarmış. Həmin evin qarşı tərəfindəki pəncərinin açıq vəziyyətdə olduğunu görüb pəncərəninin önündəki toru çıxardıb pəncərədən evə daxil olmuşlar. Ev iki otaqlı olmuşdur. Evin 1-ci otağında təmir aparılırmış, digər otaqda isə əşyalar olmuşdur. Onlar evin əşyalar olan otağına daxil olmuşlar. Tural ilə o, evdən 4 ədəd səs gücləndiricini, 01 ədəd yataq örtüyünə (prastina) bağlanmış televizoru, 01 ədəd dreli, 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini oğurlayıb pəncərənin yanına gətirmişlər. O, pəncərədən həyətə düşmüş, Tural oğurladıqları əşyaları evdən ona verirmiş və o da həmin əşyaları həyətə yığırmış. Daha sonra Tural da pəncərədən həyətə düşmüşdür. Tural ilə belə razılaşmışlar ki, o, televizoru, iki ədəd səs gücləndiricini və dreli götürəcək, Tural da iki ədəd səs gücləndiricini, 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini götürəcəkdir. Beləliklə o, televizoru və selofanda olan qırmızı rəngli dreli götürüb Sahil qəsəbəsində məscidin yaxınlığında yaşayan qardaşı Samirin evinə tərəf getmiş, fikirləşmişdir ki, gecəni Samirin evində qalıb gündüz isə oğurladığı əşyaları aparıb sataraq pul əldə edər. O, televizoru və selofanda olan qırmızı rəngli dreli götürüb qardaşı Samirin yaşadığı evin yaxınlığındakı ağaclıqda gizlədib ona çatan iki ədəd səs gücləndiricini də götürmək üçün oğurluq etdiyi ünvana qayıtmışdır. Tural artıq çıxıb getmiş və o, iki ədəd səs gücləndiricini götürüb qardaşı Samirin evinə tərəf gedəndə uzaqdan Post patrul avtomobilinin gəldiyini görüb cəld əlində olan iki ədəd gücləndiricini yolun kənarındakı zibilliyə atmış, oradan uzaqlaşıb televizoru və dreli gizlətdiyi yerə gedib həmin əşyaları götürüb qardaşı Samirin evinə getmiş, gecəni qardaşının evində qalmışdır. 21.02.2021-ci il tarixdə isə günorta saatlarında qardaşı Samirin evindən küçəyə çıxmışdır ki, gecə səs gücləndiricini atdığı yerə gedib götürsün. Lakin Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları ona yaxınlaşıb Zərərçəkmiş şəxs evindən oğurluq etməkdə şübhəli olduğunu deyib onu 38-ci PB-nə dəvət etmişlər. O da səmimi olaraq Tural ilə birlikdə etdiyi oğurluq cinayətini etiraf etmiş, oğurladığı televizoru və dreli polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, 21.02.2021-ci il tarixdən polis bölməsində saxlanılaraq barəsində 23.02.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər Sahil qəsəbə sakini olmuş Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, tanıyır, onunla dostluq münasibəti vardır. Surac hazırda Xətai rayonu, NZS qəsəbəsində yaşasa da demək olar ki, hər gün Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlir, onunla görüşüb söhbətləşirmiş. 20.02.2021-ci il tarixdə Surac axşam tərəfi Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlib onunla görüşüb bir qədər söhbətləşmişdir. Hər ikisi maddi vəziyətləri yaxşı olmadığı üçün qərara almışlar ki, oğurluq edib qazanc əldə etsinlər. Beləliklə onlar qərara almışlar ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi N.Mustafayev küçəsində yerləşən 2 saylı binanın qarşısındakı 1 mərtəbəli fərdi yaşayış evindən oğurluq etsinlər. Çünki, bilirmiş ki, həmin evdə yaşayış yoxdur. 20.02.2021-ci il tarixdə təxminən saat 22:30 radələrində o, Surac ilə birlikdə həmin fərdi yaşayış evinin yaxınlığına gedib kənarda dayanıb bir qədər oğurluq edəcəkləri evə nəzarət etmişlər. Evdə işıqların yanmadığını, heç kimin olmadığını dəqiqləşdirdikdən sonra evə yaxınlaşmışlar. Həmin vaxt təxminən saat 23 radələri olarmış. Həmin evin qarşı tərəfindəki pəncərənin açıq vəziyyətdə olduğunu görüb pəncərəninin önündəki toru çıxardıb pəncərədən evə daxil olmuşlar. Ev iki otaqlı olmuşdur. Evin 1-ci otağında təmir aparılmış, digər otaqda isə əşyalar olmuşdur. Onlar evin əşyalar olan otağına daxil olmuşlar. Surac ilə o, evdən 4 ədəd səs gücləndiricini, 01 ədəd yataq örtüyünə (prastina) bağlanmış televizoru, 01 ədəd dreli, 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini oğurlayıb pəncərənin yanına gətirmişlər. Surac pəncərədən həyətə düşmüş, o, oğurladıqları əşyaları evdən Suraca verirmiş və Suracda həmin əşyaları həyətə yığırmış. Daha sonra o da pəncərədən həyətə düşmüşdür. Surac ilə belə razılaşmışlar ki, o, televizoru, iki ədəd səs gücləndiricini və dreli götürəcək, o da iki ədəd səs gücləndiricini, 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini götürəcək. Beləliklə Surac televizoru və selofanda olan qırmızı rəngli dreli götürüb bildirmişdir ki, qayıdıb iki ədəd səsgüclənidircini də aparacaqdır. O da oğurluq etməyə gələrkən özü ilə gətirdiyi yataq örtüyünün (prastina) içərisinə 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini və iki ədəd səs gücləndiricini yığıb çiyninə ataraq yaşadığı binanın zirzəmisinə qoyub sonra evinə getmişdir. 21.02.2021-ci il tarixdə isə günorta saatlarında yaşadığı evindən küçəyə çıxmışdır ki, gedib oğurladığı əşyaları satmağa müştəri tapsın. Lakin Qaradağ RPİ-nin 38ci PB-nin əməkdaşları ona yaxınlaşıb Zərərçəkmiş şəxs evindən oğurluq etməkdə şübhəli olduğunu deyib onu 38-ci PB-nə dəvət etmişlər. O səmimi olaraq Surac ilə birlikdə etdiyi oğurluq cinayətini etiraf etmiş, Surac ilə bilikdə oğurladığı və onun payına düşən 01 ədəd içərisində perefarator olan qutunu, 01 ədəd içərisində plastmas boruları qaynaq etmək üçün elektrik ütüsü və boru kəsən qayçı olan qutunu, 01 ədəd elektrik su çaynikini və iki ədəd səs gücləndiricini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra o, 21.02.2021ci il tarixdən polis bölməsində saxlanılaraq barəsində 23.02.2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin 09 iyun 2021-ci il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edərək növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs növbəti məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatdadır, ünvan 5ömrəli binanın qarşısındakı nömrəsiz fərdi yaşayış evində yaşayır, müvəqqəti olaraq yeni aldığı evi təmir etdiyi üçün Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yaşayan qohumunun evində yaşayır. İşin mahiyyəti üzrə bildirmişdir ki, ünvan 5ömrəli binanın qarşısındakı nömrəsiz fərdi yaşayış evini bir ay olar ki, almışdır, həmin ev bir mərtəbəli olmaqla 2 otaqdan, hamamtualet otağından, mətbəxdən ibarətdir. O, həmin evi yeni aldığı üçün evdə təmir işləri aparırmış. 20.02.2021-ci il tarixdə o, həmin evdə təmir işləri aparıb saat 19 radələrində evin qapısını bağlayıb Sahil qəsəbəsində yaşayan qohumunun evinə getmişdir. 21.02.2021-ci il tarixdə təxminən saat 10 radələrində ünvan 5ömrəli binanın qarşısındakı nömrəsiz fərdi yaşayış evinə gəlib özündə olan açarla qapını açıb evə daxil olanda başa düşmüşdür ki, evə oğru daxil olmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə zəng edib evindən oğurluq olması barədə məlumat vermişdir. Biraz sonra polis əməkdaşları gəlib evinə baxış keçirtmişlər. O 38-ci PB-də şikayət ərizəsi və izahat yazmış, izahatında göstərmişdir ki, evindən 01 ədəd televizor, 5 ədəd səs kalonkası, 01 ədəd səs gücləndirici, 01 ədəd su qızdırıcı, təmir alətləri, 01 ədəd DVD, 01 ədəd kompüter monitoru, 01 ədəd tefal, 01 ədəd paltar ütüsü və digər xırda ev əşyaları oğurlanmışdır. Daha sonra evinə qayıdıb 21.02.2021-ci il tarixdə axşam tərəfi yenidən evinə diqqətlə nəzər yetirmiş və görmüşdür ki, izahatında göstərdiyi 01 ədəd kompüter monitoru divanın altındadır, 01 ədəd paltar ütüsü evdədir. Onu da qeyd etmək istəmişdir ki, o, evə qayıtdıqdan sonra yadına düşmüşdür ki, 01 ədəd suqızıdırıcını (pitumunutka) işləmədiyi üçün zibil atanlara tullatdırmışdır. Beləliklə onun yaşadığı evindən 350 manat dəyərində 01 ədəd 82 dioqanal “Akai” markalı televizor, 10 manat dəyərində televizorun büküldüyü 01 ədəd yataq örtüyü (prastina), 01 ədədinin dəyəri 25 manat olan “LG” markalı 04 ədəd səsgücləndirici, 80 manat dəyərində “LG” markalı 01 ədəd ev kinoteatrı (domaşnıy kinoteatr), 130 manat dəyərində “LG” markalı 01 ədəd usilitel-DVD aparatı, 15 manat dəyərində “Ramossi” markalı 01 ədəd elektrik su çayniki, 150 manat dəyərində içərisində “Bosch” markalı perefarator və lavazimatları olan 01 qutu, 50 manat dəyərində içərisində “Polat makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və 01 ədəd plastik boru kəsən qayçı olan 01 ədəd qutu, 80 manat dəyərində 01 ədəd “Perlex” markalı drel oğurlanmışdır. Onun ümumilikdə 965 manat dəyərində əmlakı oğurlanmışdır. Zərərçəkmiş şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, 38-ci PB-də izahat yazıb evinə gəldikdən sonra ona məlum olmuşdur ki, 01 ədəd kompüter monitoru divanın altındadır, 01 ədəd paltar ütüsü evdədir, 01 ədəd suqızıdırıcını (pitumunutka) işləmədiyi üçün zibil atanlara tullatdırmışdır. O, evindən oğurlanan əşyları adları və qiymətləri ilə birlikdə demişdir. Onun evindən oğurlanmış əşyalar ona məxsusdur və baş vermiş oğurluq hadisəsinə görə ona 965 manat maddi ziyan dəymişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 22.02.2021-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-də verdiyi ifadəsində göstərdiyi özünə məxsus əşyaların yeni vəziyyətdə qiymətlərini bildirmişdir. Həmin əşyalar hazırda işlənmiş vəziyyətdədir, bundan başqa ekspert ixtisaslı mütəxəsisdir, ona görə də o, ekspertizanın rəyində göstərildiyi qiymətlərlə razıdır. Belə olan halda baş vermiş oğurluq hadisəsinə görə ona dəymiş maddi ziyan ümumilikdə 702 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2021-ci il tarixli 9/1073 nömrəli rəyindən görünür ki, 2021ci ilin fevral ayına 01 ədəd “Akai” markalı televizorun dəyəri 200 manat, televizorun büküldüyü 01 ədəd yataq örtüyünün dəyəri (prastina) 10 manat, “LG” markalı səsgücləndiricinin 01 ədədinin dəyəri 25 manat, 01 ədəd “Ramossi” markalı elektrik su çaynikinin dəyəri 12 manat, içərisində “Bosch” markalı perefarator və ləvazimatları olan 01 qutunun dəyəri 100 manat, içərisində “Polat makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və 01 ədəd plastik boru kəsən qayçı olan 01 ədəd qutunun dəyəri 35 manat, 01 ədəd “Perlex” markalı drelin dəyəri 35 manat, ekspertizaya təqdim edilmiş əşyaların ümumi dəyəri 442 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 21 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Akai” markalı televizor, 01 ədəd yataq örtüyü (prastina), 02 ədəd “LG” markalı səs gücləndirici, 01 ədəd “Ramossi” markalı elektrik su çayniki, içərisində “Bosch” markalı perefarator və lavazimatları olan 01 ədəd qutu, içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd qutu, 01 ədəd Perlex markalı drel 06.04.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, 01 ədəd “Akai” markalı televizor, 01 ədəd yataq örtüyü (prastina), 02 ədəd “LG” markalı səs gücləndirici, 01 ədəd “Ramossi” markalı elektrik su çayniki, içərisində “Bosch” markalı perefarator və lavazimatları olan 01 ədəd qutu, içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd qutu, 01 ədəd Perlex markalı drel Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19.06.2015-ci il tarixdə doğulmuş X2 və 27.04.2012-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxs2dır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 02 il şərti sınaq müddəti müəyyən edilməklə tətbiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, CM-nin 70-ci maddəsi xaric edilmiş, CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 05 ay 20 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Nizami rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və 05 iyun 2020-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 05 may 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratmışdır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, AR CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cərimə cəzası 01 il 05 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 04.06.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əməli cinayətin residivini yaratmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 21 fevral 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-də izahatları alınmış və həmin tarixdən də saxlanılaraq 23 fevral 2021-ci il tarixdə barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Akai” markalı televizor, 01 ədəd yataq örtüyü (prastina), 02 ədəd “LG” markalı səs gücləndirici, 01 ədəd “Ramossi” markalı elektrik su çayniki, içərisində “Bosch” markalı perefarator və lavazimatları olan 01 ədəd qutu, içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd qutu, 01 ədəd Perlex markalı drelin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X5 və X10 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 420 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 420 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Qaradağ rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmü ilə hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 21 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 21 fevral 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Akai” markalı televizor, 01 ədəd yataq örtüyü (prastina), 02 ədəd “LG” markalı səs gücləndirici, 01 ədəd “Ramossi” markalı elektrik su çayniki, içərisində “Bosch” markalı perefarator və lavazimatları olan 01 ədəd qutu, içərisində “Polat Makina” markalı plastik boru birləşdirən elektrik qaynaq ütüsü və plastik boru kəsən qayçı olan 01 ədəd qutu, 01 ədəd Perlex markalı drelin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər tərəfindən isə hökmün surəti onlara təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar