Məhkəmə qərarları › İş №1(002)-209/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-209/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-209/2023 08.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Dədəqorqud küçəsi, ev 34 A, mənzil 35-də yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1; 120.2.2; 29, 120.2.2; 29,120.2.7; 221.3-cü maddələri ilə təqsirli bilinərək 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun təqibi ilə əlaqədar verilmiş 19 (on doqquz) il cəza müddəti 18 (on səkkiz) il 10 (on) aya endirilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə 18 (on səkkiz) il 10 (on) aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 14 (on dörd) il 6 (altı) ay 12 (on iki) gün hissəsinə qismən birləşdirilərək 14 (on dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşya – daxilində danışıq kartı olmayan bir ədəd sensor ekran və “İOS 12.5. 5” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 5S” markalı “A1530” modelli “**********16108” imei kodlu mobil telefon aparatını və iki ədəd elektrik qidalandırıcılarını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefon vasitəsi ilə əmisi oğlu Şahid5 istifadəsində olan ***-***-**-** saylı, tanışları Şahid6 istifadəsində olan ***-***-**-** saylı və Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıq aparmaqla istifadə etmiş, 28 avqust 2022-ci il tarixdə saat 14:15 radələrində müəssisənin əməkdaşları tərəfindən 2-ci rejim korpusunun 7 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman ona məxsus olan dolabçanın içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən həmin daxilində danışıq kartı olmayan mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcıları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, saxlandığı kamerada aşkar edilərək götürülmüş bir ədəd mobil telefon aparatı, bir ədəd modem və iki ədəd elektrik qidalandırıcıları özünə məxsusdur.Həmin mobil əşyaları aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl 2022-ci ilin yay aylarında cəza çəkdiyi kamerada təmir işləri aparılarkən döşəmənin altından tapmış və həmin mobil telefon aparatından daxilində olan danışıq kartı vasitəsilə bir neçə dəfə istifadə edərək əmisi oğlu Teymur, tanışları Rəşad və Elkənlə əlaqə saxlayıb danışmışdır. 28 avqust 2022-ci il tarixdə günorta radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən onun saxlandığı kameraya baxış keçirilən zaman özünə məxsus olan dolabçanın içərisindən bir ədəd “İphone 5-S” markalı mobil telefon aparatı, bir ədəd “Azercel” modem və iki ədəd elektrik qidalandırıcıları aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanımışdır.Daxil olmuş əməliyyat məlumatına əsasən 28 avqust 2022-ci il tarixdə saat təxminən 13.00-14.00 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 2-ci rejim korpusunun 7 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus dolabçanın içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş əşyalar – daxilində danışıq kartı olmayan bir ədəd “İphone 5-S” markalı, daxilində danışıq kartı olmayan bir ədəd “Azercell” markalı şəbəkə cihazı və iki ədəd elektrik qidalandırıcıları aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartları olmayan mobil telefon aparatı və şəbəkə cihazı, elektrik qidalandırıcıları qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahidlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi Şahid2 və Rejim- Nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid4 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişlər. İş üzrə Şahid5 məhkəməyə teleqram ünvanlayarq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən əmisi oğlu Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vasitəsi ilə yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir. İş üzrə Şahid6 məhkəməyə teleqram ünvanlayarq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vasitəsi ilə yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir. İş üzrə Şahid7 məhkəməyə teleqram ünvanlayarq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqa verdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə vasitəsi ilə yığaraq onunla əlaqə saxlayaraq danışdığını göstərmişdir. İş materillarında olan kompyuter-texniki ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, “5/1096” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “İOS 12.5.5” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 5-S” markalı, “A1530” modelli, “**********16108” imei kodlu mobil smartfon olmaqla hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş daxilində “SİM” danışıq kartı olmayan bir ədəd “Azercell” markalı, “MF25” modelli, “**********24590” imei kodlu, “4G WİFİ ruoter” şəbəkə cihazını işlək vəziyyətə gətirmək üçün cihazı internet şəbəkəsinə qoşaraq onun funksionallağı və digər xüsusiyyətləri üzrə tədqiqat aparmaq məhkəmə kompüter-texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından qeyd olunan cihazı təyinatı üzrə işlək vəziyyətə gətirməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X1” na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. İş materillarından görünür ki, aşkar edilmiş “daxilində danışıq kartı olmayan bir ədəd “İOS 12.5.5” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 5-S” markalı, “A1530” modelli, “**********16108” imei kodlu mobil smartfon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1; 120.2.2; 29, 120.2.2; 29,120.2.7; 221.3-cü və 66.3-cü maddələri ilə təqsirli bilinərək 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanununun təqibi ilə əlaqədar verilmiş 19 (on doqquz) il cəza müddəti 18 (on səkkiz) il 10 (on) aya endirilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə təqsirli bilinərək 4 (dörd) ay müddətinə azadlıqdan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərarı ilə 18 (on səkkiz) il 10 (on) aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 14 (on dörd) il 6 (altı) ay 12 (on iki) gün hissəsinə qismən birləşdirilərək 14 (on dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış daxilində danışıq kartı olmayan bir ədəd “İOS 12.5.5” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 5-S” markalı, “A1530” modelli, “**********16108” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Azercell” markalı, “MF25” modelli, “**********24590” imei kodlu, “4G WİFİ ruoter” şəbəkə cihazı iş materiallarında saxlanılmalıdır. İş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 14 (on dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 13 (on üç) il 02 (iki) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 08 iyun 2023-cü il tarixdən hesablansın Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış daxilində danışıq kartı olmayan bir ədəd “İOS 12.5.5” əməliyyat sistemi ilə təhciz olunmuş “İphone 5-S” markalı, “A1530” modelli, “**********16108” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Azercell” markalı, “MF25” modelli, “**********24590” imei kodlu, “4G WİFİ ruoter” şəbəkə cihazı iş materiallarında saxlanılsın. İş üzrə 53 (əlli üç) manat 65 (altmış beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar