Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-21/2023 10.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycanlı, orta təhsilli, subay, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, işləməyən, Kürdəmir rayonu, Çöhranlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 57 saylı yataqxanada kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olub vahid niyyətlə əhatə edilən qəsdlə özgə əmlakını gizli yolla talamaq məqsədilə 2022-ci ilin fevral ayının sonlarında kirayədə yaşamış olduğu Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş hissəsindən iki ədəd, hər biri 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində 3x2 metr ölçüdə xalçam, iki ədəd kisədə 90 manat dəyərində yük qaldırıcı mexanizmi, evin həyətyanı sahəsində divara asılmış İki ədəd 300 manat dəyərində dəmir materiallı dartıcı qurğunu, divara söykənilmiş üç ədəd 60 manat dəyərində dəmir lomu, həyətyanı sahədə olan və mülkiyyətçi tərəfindən istifadə və daxil olma hüququ verilməmiş saxlanc yeri hesab edilən dəmir seyfin qapısında olan qıfılı sındırmaqla qanunsuz daxil olub oradan avtomobil təmiri zamanı istifadə edilən 150 manat dəyərində dəmirçi əşyalarını, bir ədəd iri ölçülü 30 manat dəyərində dəmir çəkici, iki ədəd, hər biri 200 manat olmaqla, ümumilikdə 400 manat dəyərində “Bosch” markalı laqondanı, bir ədəd 60 manat dəyərində direli, bir ədəd 40 manat dəyərində “Mercedes C klass” markalı avtomobilə məxsus radiator barmaqlığını, altı ədəd, hər biri 20 manat olmaqla ümumilikdə 120 manat dəyərində yük qaldırıcı mexanizmi, 30 manat dəyərində 25 metr uzunluğunda elektrik naqilini və xx.xx.2022- ci il tarixdə, saat 10:00 radələrində həyətyani sahədə toyuq hini kimi istifadə olunan yerdən iki ədəd 70 manat dəyərində qaynaq aparatını, iki ədəd 30 manat dəyərində dəmir materiallı uşaq yelləncəyini, bir ədəd ayaqlı, dəmir əsaslı ərintidən hazırlanmış 300 manat dəyərində manqalı və bir ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli 60 manat dəyərində qaz balonunu vahid niyyətlə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1800 (min səkkiz yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin əvvəllrindən etibarən həmin oğurluq etdiyi evdə kirayədə qalmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində, hal-hazırda dəqiq xatırlamadığı tarixdə kirayə pulunun vaxtı çatdığından Özünün və anasının həmin 140 manat pulu ödəməyə gücü çatmadığına görə kirayə qaldığı, Zərərçəkmiş şəxs evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, həmin ərəfədə, hal-hazırda dəqiq xatırlamadığı tarixdə evin həyətyani sahəsində divara dayanmış vəziyyətdə bir ədəd dəmir materiallı manqal, bir ədəd qaz balonu, bir ədəd dankrat (yük qaldırıcı mexanizm), iki ədəd uşaq yelləncəyini, bundan başqa, həyətyani sahədə olan, qapısı dəmir qıfılla bağlanan seyfin dəmir qıfılını yerdə olan armatur qırığı ilə qırıb açmaqla oradan iki ədəd dəmir vedrə, bir ədəd dəmir materiallı çəkic başlığı götürmüşdür. Evdən çıxıb bazarın yanma getmişdir ki, həmin oğurladığı əşyaları yükləyib metal yerinə aparmaq üçün yük maşını tutsun. Bazarın yanında dayanan, adını unutduğu şəxsin Ford markalı yük avtomobilini idarə etdiyini görmüş və ona yaxınlaşıb metal yerinə əşyalar aparmaq lazım olduğunu bildirmişdir. Onunla birlikdə yaşadığı evin qarşısına gəlmişdir. Sadaladığı əşyaları yük maşınında bazara gətirmişdir. Orada həmin əşyaları tanımadığı şəxsə, hal-hazırda dəqiq xatırlamadığı məbləğdə satmışdır. Lakin manqalı və propan balonunu satmamışdır. Mart ayının ortalarında Zərərçəkmiş şəxs evə gəlmiş və kirayə pulunu verə bilmədiklərinə görə aralarında mübahisə yaranmışdır. O, qalıq kirayə pulunu da istəmişdir. Kirayə pulunu ödəyə bilmədiyinə görə bu səbəbdən də Məhməd evdən çıxmağı tələb etmişdir. Evdən əşyalarını daşıyıb aparmaq üçün avtomobil lazım olduğuna görə Sahil qəsəbəsində bazarın yanında dayanan Yunus adlı şəxslə danışıb razılaşmışdır ki, əşyaları kirayə qaldığı evdən götürüb qardaşının yaşadığı evə aparsın, əvəzində də ona 10 manat pul versin. Yunus da razılaşmış, birlikdə kirayə qaldığı ünvana gəlmişlər. Yunus adlı şəxsin idarə etdiyi “Qazel” markalı yük avtomobilinə əşyalannı yükləmişdir, bu zaman anası da yanımda olmuşdur. Yunus adlı şəxsin əşyaları daşımağına görə 10 manat verməli olduğundan, lakin üstündə pul olmadığına görə həmin manqalı ona təklif etmişdir ki, yol pulu əvəzinə manqalı versin. Manqalın özünə aid olduğunu, şəxsi olduğunu ona demişdir. Yunus da razılaşıb manqalı götürmüşdür. Səhəri gün Ümid qəsəbəsində yaşayan “Təşəkkül” adlı tanışı ilə əlaqə saxlayıb ona qaz balonu olduğunu, özünün olduğunu demişdir. Təşəkkül qaynaqçı işlədiyinə görə ona lazım olacağım düşünmüşdür. Aralarında olan razılaşmaya görə balonu anasının Sahil qəsəbəsində bazarda işlədiyi tualetin yanma qoymalı, Təşəkkül də işdən çıxdıqdan sonra gəlib oradan götürməli olmuşdur. Elə həmin gün Təşəkkül balonu ordan götürmüş və əvəzində 10 manat pul verməli olmuşdur. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu, imkanı olmadığı üçün zərərçəkmiş şəxsə ziyanı ödəyə bilmədiyini bildirərərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs evində kirayə qaldığı müddətdə tanımışdır.Qeydiyyatda olduğu və yaşadığı evdən başqa, Sahil qəsəbəsi, N.Mustafayev küçəsi ev 71A ünvanında fərdi yaşayış evi vardir. Həmin evi həyat yoldaşı müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə kirayə vermişdir. Belə ki, 2021-ci ilin sonlarında dəqiq xatırlamadığı tarixdə Pünhan adlı şəxs tapıb kirayə ev istədiyini bildirmişdir. Həmin evi kirayə verdiyini kimdənsə öyrənmişdir. Aralarında olan razılığa əsasən Pünhan həmin evdə hər ayı 140 manat ödəməklə kirayə qalacaqmış. Həmin vaxt evdə Pünhan və həyat yoldaşı qalacağını bildirmişdir. Pünhan Niyazin qardaşdır. Pünhan və ailəsi 2021-ci ilin noyabr, dekabr və 2022-ci ilin yanvar ayının əvvəllərinə kimi həmin evdə kirayə qalmışlar. Pünhan 2021-ci ilin noyabr, dekabr aylarının kirayə pulunu versə də, 2022-ci ilin yanvar ayının əvvəllərində, hal-hazırda dəqiq xatırlamadığı tarixdə həyat yoldaşına zəng edərək daha işi ilə əlaqədar həmin evdə qala bilməyəcəyini, evdə qardaşı Niyaz və anası Kifayətin qalacağım, kirayə pulunun da həmin adamların ödəyəcəyini bildirmişdir Pünhan artıq açarları Niyaza verdiyini bildirmişdir. Niyaz 2022-ci İlin yanvar ayında həmin kirayə qaldığı evə görə qardaşının qalıq borcunu, yəni 100 manatını vermişdir.. Bundan sonra 2022-ci İlin mart ayının 18-ə qədər Niyaz həmin evdə kirayə qalmış, lakin həmin günə qədər o, heç bir kirayə pulu və kommunal ödəniş etməmişdir. 2022-ci ilin mart ayının 18-də həmin kirayə verdiyi evə gəlmiş, kirayə pulunu ödəmədiyinə görə Nİyazla mübahisələri yaranmış və ondan evdən çıxmağını tələb etmişdir. Həmin vaxt Niyaz oraya gətirdiyi Qazel markalı avtomobilə şəxsi əşyalarını yükləmişdir. Həmin vaxt başı qarışıq olduğuna və əsəbi olduğuna görə Niyazin konkret olaraq avtomaşına nə yüklədiyini bilməmişdir. Niyaz getdikdən sonra həyat yoldaşı Sevda Mikayılova və özü evə, həyətyani sahəyə baxmışlar. Bu zaman evin giriş hissəsində iki ədəd xalçanın, iki ədəd dankratın (yük qaldırıcı mexanizm), evin həyətyani sahəsində divara asılmış vəziyyətdə iki ədəd dəmir materiallı dartıcı qurğunun, divara söykənilmiş vəziyyətdə olan üç ədəd dəmir lomun, həyətyani sahədə olan dəmir seyfdən, seyfin qapısının kilidini qırmaqla seyfdən avtomobil təmiri zamanı İstifadə edilən dəmirçi əşyalarının, bir ədəd İri ölçülü dəmir çəkicin, iki ədəd “Bosch” markalı laqondanın, bir ədəd direlin, bir ədəd “Mercedes C lclass” markalı avtomobilə məxsus radiator barmaqlığının, altı ədəd dankratın (yük qaldırıcı mexanizm), 25 metr uzunluğunda elektrik naqilinin, bundan başqa, həyətyani sahədə toyuq hini kimi istifadə olunan yerdən bir ədəd dəmir materiallı manqalın, bir ədəd də 40 kq propan qaz tutumu olan dəmir balonun, iki ədəd qaynaq aparatının, iki ədəd dəmir materiallı uşaq yelləncəyinin olmadığını aşkar etmiş və bilmişdir ki, həmin əşyaları Niaz həmin evdə qaldığı müddətdə oğurlamışdır. Bu barədə Niyaza və Kifayətə bildirmişdir ki, Niyaz gətirib əşyaları yerinə qoysun. Onlar söz vermişlər ki, xx.xx.2022-ci il tarixədək həmin əşyaları gətirib verəcəklər. Lakin Niyaz sözünü yerinə yetirməmişdir.Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən Təqsirləndirilən şəxs cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Sahil qəsəbəsi, bazar deyilən yerdə özünə məxsus “Qazel” markalı yük avtomobili ilə dayanmışdır. Həmin vaxt admı sonradan öyrəndiyi Niyaz adlı şəxs yanına gələrək qəsəbədə evdə əşyalar olduğunu, həmin əşyaları evdən götürüb Sahil qəsəbəsində E.Quliyev küçəsində yerləşən başqa bir evə aparmaq lazım olduğunu demişdir. Aralarında olan razılaşmaya görə Niyaz 10 manat pul verməli olmuşdur. Niyazin dediyi ünvana gəlmişlər. Həmin vaxt orada Niyaz və anası, ev sahibləri və bir nəfər tanımadığı şəxs də olmuşdur. Niyaz və anası əşyaları avtomobilinə yükləmişlər. Əşyaları yüklədikdən sonra həmin yerdən çıxıb Sahil qəsəbəsində yerləşən ünvana gəlmişlər. Yükləri boşaltdıqdan sonra həmin yük yerində bir ədəd dəmir materiallı manqal da olmuşdur. Nİyaz ödəniş haqqı əvəzi kimi həmin manqalı təklif etmişdir. Eyni zamanda Niyaz həmin manqalın özünə məxsus olduğu demişdir. Onunla razılaşıb manqalı götürüb yaşadığı evə gətirmişdir. Həyətdə də qalmışdır. 2022-ci ilin iyun ayında, halhazırda dəqiq xatırlamadığı tarixdə Niyazin anası, yanına gəlib Niyazın verdiyi manqalın oğurluq olduğunu demişdir. Bundan heç bir xəbəri olmadığını demiş və manqalı ona vermişdir. Məhkəmə iclasında Şahid4 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Mustafayev küçəsində Zərərçəkmiş şəxs məxsus evdə kirayədə yaşamışdır. Həmin evdə 2021-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə təxminən 3 ay yaşamışdır. Kirayə pulunu verə bilmədiyinə görə ev sahibi Zərərçəkmiş şəxs qabaqcadan məlumat verib evdən çıxmaq istədiyini demişdir. Qardaşı Niyaz da həmin evdə kirayədə qalmaq istədiyinə görə qabaqcadan o da demişdir. Buna görə də, evdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs demişdir ki, qardaşı Niyaz həmin evdə yaşamaq istəyir. Razılaşma olduqdan sonra evdən çıxmış, evi Niyaza və Zərərçəkmiş şəxs təhvil vermişdir. Həmin evdə kirayədə yaşadığı müddətdə heç bir əşyaya toxunmamışdır, yəni ona məxsus olan heç bir əşyanı götürməmiş, oğurlamamışdır. Evi necə götürmüşdüsə, elə də təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3449-9/4400 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd qaz balonu dəmir əsaslı ərintidən, 1 ədəd manqal dəmir əsaslı ərintidən hazırlanmışdır. Ekspertiza tədqiqatına təqdim edilmiş mallarm istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiymətilə ümumi dəyəri təxminən 80,0 manat müəyyən edilir. O cümlədən, 01 ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli qaz balonu - 60,0 manat, 01 ədəd ayaqlı dəmir əsaslı ərintidən hazırlanmış manqal - 20,0 manat təşkil edir. İş materiallarından görünür ki, maddi sübut kimi tanınmış 01 ədəd dəmir əsaslı ərintidən hazırlanmış manqal və 01 ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli qaz balonu Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzadan 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.02022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə axtarış nəticəsində tutulmuş və xx.xx.02022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edilmişdir. İş materillarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materillarında olan Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Qaradağ RPİ-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək iki ədəd 3x2 metr ölçüdə xalçanı, bir ədəd yük qaldırıcı mexanizmi, iki ədəd dəmir materiallı dartıcı qurğunu, üç ədəd dəmir lomu, bir iki ədəd “Bosch” markalı laqondanı, bir ədəd direli, bir ədəd “Mercedes C klass” markalı avtomobilə məxsus radiator barmaqlığını, 25 metr uzunluğunda elektrik naqilini, iki ədəd qaynaq aparatını oğurlmadığı barədə ifadə versə də, həmin fakt işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə tədsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ayaqlı, dəmir əsaslı ərintidən hazırlanmış 300 manat dəyərində manqalın və bir ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli 60 manat dəyərində qaz balonunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 03 (üç) gün nəzərə alınmaqla üzərində qəti 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd ayaqlı, dəmir əsaslı ərintidən hazırlanmış 300 manat dəyərində manqalın və bir ədəd üzərində “PROPAN” yazıları olan, 40 kq həcmli 60 manat dəyərində qaz balonunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul Müdafiəçi1, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-21/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-21/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver