Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-21/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X4 katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Ağcabədi rayonu Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağcabədi rayonu Xocavənd kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi, BTZ bağları yeni massivdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə, saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi “BMV 320İ” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 32.5-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs qızını avtomobilin qabaq sağ hissəsilə vurmuş, hadisə nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs travmatik və hemorragik şok,daxili və xariji qanaxma,ürəyin travmatik cırılması, döş qəfəsinin soldan ön körpücükaltı sümük xətti üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları, sol bazu oynağının və sol bazu sümüyünün orta 1/3-nin açıq,qəlpəli sınıqları və əzilmiş cırılmış yaraları,sol baldır sümüyünün yuxarı 1/3-də tam travmatik amputasiyası və sol diz və sol budun yuxarı 1/3nin dəri və dərialtı yumşaq toxumalarının dəri defektli əzilmiş-cırılmış yaraları,sağ baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişən sınığı,sağ baldır nahiyəsinin əzilmişcırılmış yarası, sağ dodaq-burun büküşünün əzilmiş yarası,sağ yanaq nahiyəsinin dərialtı hematoması, başın alın,qarının ön səthinin və sol qalça nahiyələrinin sıyrıqları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün Bakı şəhəri Bayıl ərazisində dostları ilə yemək yedikdən sonra Kürdəmir rayonuna getmək üçün yola çıxmışdır. Avtomobildəondan başqa 1 nəfər sərnişin, yəni dostu Əşrəf olmuşdur.O, Bakı- Qazax yolu ilə gedib Sahil qəsəbəsi ərazisinə çatıb avtomobili yolun sol zolağı ilə idarə edən zaman saat təxminən 23.00 radələrində qəflətən yolun sağ hissəsindən bir nəfər qadın piyadanın yolu qaçaraq sağdan sola doğru keçdiyini görmüş, onu görən kimi ayağını tormoz pedalına atıb avtomobili sola doğru istiqamətləndirib saxlamaq istəsə də bunun heç bir xeyri olmamış və həmin piyada idarə etdiyi «BMV 320İ» markalı minik avtomobilinin sağ yan hissəsindən dəyib yerə yıxılmışdır. Bundan sonra o, avtomobili dərhal saxlamaq istəsədə hadisədən sonra avtomobilin sükanı kilitlənmiş və xeyli qarşıda yolun sağ kənarında dayanmışdır. O, çox qorxub həyəjanlandığı üçün özünə gələ bilməmiş, dostu Əşrəf onun həyəcanlandığını və özündə olmadığını görüb avtomobildən düşüb həmin yerə yaxınlaşmışdır. Daha sonra təcili tibbi yardıma zəng vurub kömək çağırmış, sonra özünə gəlib hadisə yerinə yaxınlaşmışdır. Daha sonra hadisə yerinə gələn həkimlər həmin qadının öldüyünü bildirmişlər. Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir.Himayəsində bir azyaşlı uşağı vardır.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının hüquqi varisi X2 verdiyi ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat 23.00 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nətijəsində ölmüş şəxs Zərərçəkmiş şəxs qızı onun anasıdır.O, bildirmişdir ki, anası «Tamstore» adlanan marketdə xadiməçi olaraq çalışırmış və hər gün ora işə gedib axşamlar qayıdırmış. xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə keçən gecə o, işdə olan zaman qardaşı ona zəng vuraraq anasını avtomobil vurduğunu və aldığı xəsarətlərdən öldüyü üçün morqda olduğunu bildirmişdir. O, dərhal işdən çıxıb Qaradağ rayon morquna getmiş, morqda anasını müayinə etdikdən sonra təhvil alıb Bakı şəhər Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, anası işdən gələn vaxt yolu keçərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “BMV 320İ” markalı avtomobillə onu vurmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 21 aprel 2024-cü il tarixdə Azərbayjan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 14 may 2024-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının aldığı xəsarətlər travmatik və hemorragik şok,daxili və xarici qanaxma, ürəyin travmatik cırılması, döş qəfəsinin soldan ön körpücükaltı sümük xətti üzrə İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı, yerinidəyişən sınıqları, sol bazu oynağının və sol bazu sümüyünün orta 1/3-nin açıq,qəlpəli sınıqları və əzilmiş cırılmış yaraları,sol baldır sümüyünün yuxarı 1/3-də tam travmatik amputasiyası və sol diz və sol budun yuxarı1/3-nin dəri və dərialtı yumşaq toxumalarının dəri defektli əzilmiş-cırılmış yaraları,sağ baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişən sınığı, sağ baldır nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ dodaq-burun büküşünün əzilmiş yarası, sağ yanaq nahiyəsinin dərialtı hematoması,başın alın,qarının ön səthinin və sol qalça nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər,ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, xx.xx.2024-jü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan minik avtomobilinin vurması nəticəsində törənmişlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin travmatik cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların sınıqları və sol baldır sümüyünün travmatik amputasiyası nətijəsində kəskin daxili və xarici qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəjəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il tarixdə saat 07:00-da) 6-10 saat əvvəl baş vermişdir.Mərhum Zərərçəkmiş şəxs meytinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər hansı avtomobilin hissələrinin fərdi xüsusiyyətləri (fənər,emblem,nəqliyyatın qeydiyyat nişanı və s.) izləri eləcə də, şəxsin üzərində avtonəqliyyat keçdikdə yaradan tipik xəsarətlər (protektor,şin izləri və s.) aşkar edilməmişdir.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarından görünür ki, 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 05 iyul 2024-cü il tarixli, 3-16-16/2-8/1634 nömrəli rəyindən görünür ki, “BMV 320İ” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə xx.xx.2027-ci il tarixədək müddətə etibarlı olan AE 915885 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs hadislərin təsadüfü axarı zəmnində ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sbut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-21/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-21/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver