Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-210/2022 14.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1983-cü ildə Zəngilan rayonu, Xumarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zəngilan rayonu, Xumarlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 19 aprel 2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2021-ci il tarixədək 8330,00 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, cavabdeh kimi ondan 19 aprel 2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən xəbəri olmuşdur. Bu qətnamənin icrası ilə bağlı icra məmurunun əsassız protokollarına əsasən bir neçə dəfə bir neçə dəfə inzibati qaydada cərimə və həbs olunmuşdur. O cümlədən sonuncu dəfə icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə ona xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq edilmişdir. İbtidai istintaq zamanı ona əsassız olaraq təqdimat verilən xx.xx.2021-ci il tarixədək 8330,00 manat məbləğində aliment borcununun olduğu göstərilmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, onun Zərərçəkmiş şəxs heç bir aliment borcu ödəmək fikri yoxdur, hesablamalarda yanlışlıqlar var. Qızı, xx.xx.2005-ci il təvəllüdlü X2 2019-cu il tarixdən onun yanında qalmasına baxmayaraq Zərərçəkmiş şəxs ondan həmin uşağa görə aliment ödəməsini tələb etdiyini və bundan başqa Zərərçəkmiş şəxs ona 720 manat məbləğində borcu olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 19 aprel 2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2021-ci il tarixədək 8330,00 manat məbləğində aliment borcunu fərdi əməklə, yəni usta kimi tikinti işləri ilə məşğul olmaqla ayda təxminən 400,00-500,00 manat məbləğində qazanc əldə etməsinə baxmayaraq, qərəzli olaraq onun xeyrinə ödəmədiyini, həmçinin məsuliyyətsiz bir insan kimi övladları ilə maraqlanmadığını, onlara heç bir yardım göstərmədiyini bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək yaranmış borcla bağlı heç bir ödəniş edilməmiş və buna heç bir formada cəhd belə göstərilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 19 aprel 2016-cı il tarixdən başlayaraq, övladları, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdar edilməsinə baxmayaraq, təqdimat verilən xx.xx.2021-ci il tarixədək 8330,00 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs xeyrinə qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də toplanmış materiallar xx.xx.2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ rayon İcra Şöbəsinin digər əməkdaşı X4 ilə eynizməzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildirişdən, Qaradağ Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlarından və digər sənədlərdən görünürki, o, həqiqətən də Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Kərəmov X5 Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(010)-4943/2016 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsini üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 500 manat miqdarında cərimə cəzası, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs himayəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs 720 manat məbləğində pul Təqsirləndirilən şəxs xeyrinə tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq yaranmış aliment borcunda heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 14 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-210/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-210/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver