Məhkəmə qərarları › İş №1(002)-210/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-210/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-210/2023 19.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanasından Zərərçəkmiş şəxs2 məxsus 500 manat dəyərində 60 metr uzunluğunda elektrik kabelini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanasından Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində 50 metr uzunluğunda elektrik kabelini və mühərrikin içində olan misi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,313 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində daşımış, 06 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 4-cü Puta küçəsi, 9 nömrəli poliklinikanın yaxınlığında saxlanılmış Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən həmin çəkidə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 8 aya yaxındır ki, narkotik vasitə istifadə edir. 06 fevral 2023-cü il tarixdə saat 15:00 radələrində Puta qəsəbə poliklinikasının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onu Qaradağ rayon polis idarəsinin 10-cu polis bölməsinə dəvət etmişlər. O, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə gəlmişdir. Burada xidməti otaqların birində vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı videoçəkilişdən istifadə edəcəklərini ona bildirmişlər. O, isə heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra üzərindəki qeyri-qanuni əşya və predmeti təqdim etməsi ona təklif olunmuş və o, əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında olan narkotik vasitə heroini bir ədəd büküm şəklində təqdim etmiş və öz istifadəsi üçün 05 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 (əlli) manat müqabilində aldığını bildirmiş, bir hissəsini istifadə etmiş qalan hissəsini isə növbəti dəfə istifadə etməsi üçün üzərində gəzdirmişdir. Təqdim etdiyi büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Ona elan olunmuş digər ittihamlar üzrə bildirmişdir ki, fəhlə kimi faəliyyət göstərdiyi, Şəmşir Şükürova məxsus daş karxanasında 1 ay ərzində gördüyü işin qarşılığı ona ödənilmədiyindən 18 və 19 yanvar 2023-cü il tarixlərdə həmin daş karxanasında yerləşdirilmiş vaqonun qarşısında olan istifadə edilməyən elektrik naqillərini götürmüşdür. Naqillərdə olan misi əldə etmək üçün onları yandırmış əldə etdiyi misi Lökbatan qəsəbəsində əlvan metal qəbulu məntəqəsinə satmışdır. Birinci satdığı misə görə 220 manat ikinci dəfə oğurlayıb satdığı misə görə 57 manat pul əldə etmişdir. Əldə etdiyi pula isə övladına gödəkçə, evə ərzaq və dərman almışdır. Daha sonra əməlindən peşman olduğunu, övladının xəstəliyini, əməyinin haqqı ödənilmədiyi üçün cinayət əməli törətməsi hallarını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdə, səhər saat 08:00 radələrində Korgöz qəsəbəsində yerləşən, işlədiyi daş karxanasına gəlmiş, ətrafa nəzər yetirmiş və daşkəsən kombaynın enerji mənbəyinə qoşulması üçün nəzərdə tutulmuş, uzunluğu təxminən 60 metr olan kabelin yerində olmadığını, həmçinin əlavə xətt açan dəzgahın mühərrikinin sökülərək içərisindən misin oğurlandığını görmüşdür. Bu barədə karxanada işləyən ustalardan və qonşuluqda olan daş karxanalarında işləyən şəxslərdən soruşmuş, lakin onlar xəbərləri olmadığını bildirmişlər. Baş vermiş oğurluq hadisəsi barədə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Əraziyə polis əməkdaşları gəlmiş, təqsirləndirilən şəxsin özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, sonuncu hadisə yerində cinayət əməlini törətmə hallarını bilavasitə göstərmişdir. Həmçinin, qeyd etmişdir ki, ona dəymiş zərər ödənilmədiyindən hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixinə keçən gecə Korgöz qəsəbəsində yerləşən işlədiyi daş karxanasında baş vermiş oğurluq hadisəsi barədə 20 yanvar 2023-cü il tarixdə “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Həmin daş karxanasından təxminən 60 metr uzunluğunda elektrik naqilinin oğurlanması nəticəsində ona 500 manat məbləğində zərər dəymişdir. Oğurluq hadisəsi barədə məlumat verdikdən sonra polis əməkdaşları hadisənin baş verdiyi əraziyə baxış keçirmişlər. Ona dəymiş zərər ödənilmədiyindən hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 1 ay əvvəl insult keçirməsi səbəbindən hazırda yaddaşı ilə bağlı müəyyən problemlər yaşayır. İbtidai istintaq dövründə səhhətində problem olmamışdan əvvəl ifadə verdiyi üçün həmin ifadəsinin məhkəmə tərəfindən qəbul olunmasını xahiş edir. Belə ki, səhhəti ilə bağlı problem baş verməzdən əvvəl 7 il ərzində Lökbatan qəsəbəsi, "Tosoil" benzin doldurma məntəqəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsini işlətmişdir. 04 fevral 2023cü il tarixdə təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus mis materialını satmaq istədiyini bildirmişdir. O da həmin vaxt ona məhsul satması ilə bağlı müraciət etmiş digər şəxslərdən tələb etdiyi kimi, bu şəxsdən də üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmamasını soruşmuş, həmin şəxs ona məxsus mobil telefona müvafiq proqram vasitəsilə şəxsiyyət vəsiqəsinin şəklini göndərmişdir. Daha sonra ona təqdim olunmuş misi tərəzidə çəkmiş, çəkisinin 1 kq 800 qram olduğunu müəyyən etmiş və həmin şəxsə 18 manat pul vermişdir. Sənədin şəklini kağız formada çap etdikdən sonra sənədin ona təqdim edildiyi tarixi üzərinə qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 06 fevral 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Vaqif adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 15:00 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 4-cü Puta küçəsi, 9 nömrəli poliklinikanın yaxınlığına gəldikdə xarici əlamətləri "Vaqif" adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onun şəxsiyyətini müəyyən etdikdən sonra Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı Orxan Ocaqov tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkətinə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxladığı qanunsuz əşya və ya predmeti təqdim etməsi təklif olunmuşdur. O, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 05 fevral 2023-cü il tarixdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 50 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 25-ci vərəqəsində olan 06 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00 radələrində şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 55-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin 76-79-cu vərəqəsində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 4(002)-24/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 may 2023cü il tarixli, 4(002)-92/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin "05" noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin 150-ci vərəqəsində olan cinayət işinin tövsif edilməsi haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 152-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işinin 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 01 aprel 2023-cü il tarixli, 1806 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2023-cü il tarixli 6/740 №-li məhkəmə fizikikimyəvi ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Heroinin təmiz çəkisi - 0,313 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq- 0,213 qram təşkil edir. Cinayət işinin 46a vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 55 (əlli beş) manat müəyyən edilmişdir. Cinayət işinin 170-178-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,313 qram narkotik vasitə olan heroini və 01 ədəd «DVD» disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 0,213 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin MSSK-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin büküm açılarkən içərisində toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs da həmin bükümün içərisində olan narkotik vasitə heroini Qızıldaş qəsəbəsində tanımadığı şəxsdən 50 (əlli) manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməsi, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini əldə edib üzərində saxlaması və daşıması cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildikdən sonra, məhkəmə iclasında zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi alınarkən qeyd olunan cinayət əməllərinin onun tərəfindən törədilməməsi barədə səsləndirdiyi ifadələr məhkəmə tərəfindən təqsirləndirilən şəxsin özünümüdafiəsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 06 fevral 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 01 aprel 2023-cü il tarixli, 1806 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan və Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 45 (qırx beş) saat hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi xidmətə görə 120 (bir yüz iyirmi) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 177.2.2-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci – 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş 45 (qırx beş) saat hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi tərəfindən göstərilmiş 20 (iyirmi) saat hüquqi xidmətə görə 120 (bir yüz iyirmi) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar