Məhkəmə qərarları › İş №1(002)-210/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-210/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-210/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində dörd azyaşlı uşağı olan), fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Quşçuluq massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi "Hyundai i30" markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi Mərkəzi küçədə yerləşən parkın yaxınlığında saxlayaraq Bakı şəhəri, 20 yanvar metrostansiyası istiqamətində sərnişin götürmək istəyərkən orada dayanmış, "Mercedes C220" markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti göstərən Zərərçəkmiş şəxs ona yaxınlaşaraq fərqlənmə nişanı olmadan sərnişin daşımasına görə irad bildirməsindən hiddətlənərək heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edib özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib qəsdən yumuruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir zərbə vuraraq ona sol qaş nahiyyəsinin bayır bucağının qançırı və üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətlərindən ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, orta təhsillidir. Zərərçəkmiş şəxs etdiyi müraciətlə tanış olmuşdur, özü məişət əşyları kondisioner, paltaryuyan maşın və digər avadavlıqların təmiri ilə məşğuldur və həmin sahədən gələn gəliri ilə gündəlik dolanışığını təmin edir. O 28 mart 2024-cü il tarixdə yaşadığı ünvandan çıxaraq atasına məxsus “Hyundai i30” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işlədiyi Nəsimi rayonu, Şamaxinka adlanan ərazidə yerləşən obyektə getmək üçün yola çıxmışdır. Yolda hərəkətdə olan zaman boş getməmək üçün avtomobilə sərnişin əyləşdirib “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətə başlamışdır. Qarşıda təkrar sərnişini götürüb hərəkətə başlayan zaman onun avtomobilinin yan tərəfində “Mercedes C class” markalı avtomobil saxlamış və ona taksi fəaliyyəti ilə məşğul olursa avtomobilin dam hissəsinə fərqlənmə nişanını qoymağı barədə irad bildirmişdir. O, isə öz növbəsində həmin şəxsə avtomobilinin dam hissəsinə fərqlənmə nişanını qoymayacağını bildirmişdir. Daha sonra həmin şəxs ona "nəcis yeyirsən” sözünü deyərək təhqir etmişdir. Bundan sonra həmin şəxs avtomobilini saxlamış və avtomobildən düşərək ona tərəf gəlmişdir və özü də avtomobildən düşmüşdür. Həmin şəxs ona əl-qol atmışdır və bu səbəblə onu geri itələmişdir. Aralarında yaranan mübahisə zamanı ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşaraq mübahisəni sakitləşdirmiş və onları aralamışlar. Daha sonra avtomobilə əyləşib oradan uzaqlaşmışdır. O əlavə olaraq öz ifadəsində törətdiyi əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasının və himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır, orta təhsillidir. 2013-cü il tarixdə özünə “Mercedes Benz C-220” markalı, **- FU-*** dövlət qeydiyyat nömrəli avtomobil almışdır. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub, gündəlik dolanışığını təmin edir. Yaşadığı ünvandan yəni, Müşfiqabad qəsəbəsindən sərnişinləri 20 yanvar metrostansiyasına aparır,oradan da sərnişin toplayaraq Müşfiqabad qəsəbəsinə gətirərək gündəlik dolanışığını təmin edir. O, 28 mart 2024-cü il tarixdə saat 10:25-də dəqiq özünə məxsus avtomobil ilə Müşfiqabad qəsəbəsində sərnişinləri götürüb 20 yanvar metrostansiyası istiqamətdə hərəkət edən zaman onun avtomobilinin ön tərəfində əvvəllər tanımadığı “Hyundai i30” markalı **-MC- *** dövlət qeydiyyat nömrəli avtomobil manevr edərək qarşıda olan sərnişinləri öz avtomobilinə əyləşdirmişdir. Bu zaman həmin avtomobilin dayanmış vəziyyətdə olduğunu görüb yanına sürǝrǝk, ona taksi fəaliyyəti kimi məşğul olursa avtomobilin üzərinə fərqlənmə nişanı qoyması barədə bildirmişdir. Bu zaman həmin tanımadığı avtomobilin sürücüsü ona qarşı nalayiq ifadə işlədərək təhqir etmişdir. Həmçinin o, da həmin şəxsi təhqir etdikdən sonra həmin şəxs ona avtomobildən enməyi bildirmişdir. Daha sonra o avtomobildən düşmüşdür və həmin tanımadığı şəxs ona yaxınlaşaraq heç bir əsas olmadan və qəfildən yumruqla bir dəfə onun baş nahiyyəsindən vurmuşdur. Daha sonra həmin şəxsə müqavimət göstǝrǝrǝk yaxasından tutmuşdur və ətrafda olan tanımadığı şəxslər onlara yaxınlaşıb hər ikisini aralamışlar. Daha sonra adını sonradan bildiyi Rafiq adlı şəxs ona qarşı nalayiq ifadələr işlədǝrǝk avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Daha sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir və aidiyyəti üzrə Qaradağ rayon polis idarəsinin 10-cu polis şöbəsində ərizə yazmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət tələbinin olmadığını və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 Qaradağ rayon şöbəsinin 01 aprel 2024-cü il tarixli, 206 №-li rəyindən görünür ki,

1. Vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol qaş nahiyəsinin bayır bucağının qançırı və üst dodağın selikli qişasının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 28 mart 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə üst dodağın selikli qişasının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, sol qaş nahiyəsinin bayır bucağının qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.

2. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “üzləşdirmə və dindirmə haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs araşdırma zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə deyib təsdiq edərək, ona qarşı xuliqanlıq hərəkəti törədilməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, yadisə yeri ünvan 3 ünvanında yerləşən parkın qarşısıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs ilə X4 nigahı 29 sentyabr 2017-ci il tarixdə qeydə alınmış, 16 avqust 2016-cı ildə doğulmuş X9 zının, 24 avqust 2017-ci ildə doğulmuş X2, 30 sentyabr 2018-ci ildə doğulmuş X5 və 12 dekabr 2022-ci ildə doğulmuş X6 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət tələbinin olmadığını və himayəsində dörd azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə, saat 10:00-da şübhəli şəxs kimi tutulmuş, həmin tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilərək saat 15:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, Qaradağ rayon RPİ-nin İŞ-nin müstəntiqi Tural Əliyev tərəfindən onun barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal 01 (bir) gün kimi Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən nəzərə alınmaqla ona qəti olaraq 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Abşeron rayon Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar