Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-212/2024 29.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ucar rayonu Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli «amnistiya» qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumıuğu olmayan, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Heybət” stansiyası adlanan ərazidə şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək sonuncuya üzərində olan bıçaqla bir dəfə zərbə endirərək xarici qanaxma və Xİİ qabırğa ətrafı əzələlərin kəsilmiş yarası ilə müşayət olunan sol bel nahiyyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” topdansatış bazarında, 8 A saylı sırada tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, qərəzli hərəkət edərək silah qismində istifadə edilən əşya bilavasitə bıçaq tətbiq etməklə bir neçə dəfə sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq qəsdən ona döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətti üzrə iki ədəd daxilə nüfuz etməyən və sağ sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, “Meyvəli” topdansatış bazarında arabaçı işləyir. Zərərçəkmiş şəxs1 bir il olarmış ki tanıyır. Beyrək də həmin bazarda arabaçı işləyir.Bir il bundan qabaq Beyrəklə aralarında münaqişə olmuşdur.Həmin vaxtdan sonra Beyrək onun barəsində xoşa gəlməz şayələr yaymağa başlamışdır. Beyrəyin deməsinə görə guya o narkotik vasitələr qəbul edir. xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində “Meyvəli” bazarda təsadüfən Beyrləklə rastlaşmışdır. Həmin vaxt Beyrək onu yanına çağır demişdir ki, «sən nə demək istəyirsən?», o da cavabında demişdir ki, sən məni çağırmısan, sözünü de görüm, nə deyirsən. Bu zaman aralarında münaqişə yaranmış, Beyrək ona başı ilə sifətinə zərbə vurmuş, oda Beyrəyi yumruqla vurmuşdur. Beyrək yerə yıxılarkən xatırlamadığı yerdən götürüdüyü bıçaqla Beyrəyi vurmuşdur. Bir neçə dəqiqədən sonra Beyrək qohumları ilə hadisə yerinə, onun yanıma gəlmişlər. Beyrəyin qohumları bu işin belə qoymayacaqlarını bildirib ona hədə-qorxu gələrək çıxıb getmişlər. Bundan əlavə 2022-ci ildə dəqiq tarixini unutduğu vaxtda xalası oğlu Dağlar ilə bazarda dayanıb öz aralarında söhbət edən zaman məlum olmuşdur ki, tanışı Surət adlı şəxs kiminləsə qumar oynayıb, həmin şəxsin pulu olmadığına görə ondan əlavə faiz almışdır. Həmin söhbət zamanı o Surətin düzgün hərəkət etmədiyini bildirmişdir.Buna görə Surətlə aralarında mübahisə yaranmışdır. O, Surətlə bazarda deyil, kənarda söhbəti davam etdirmək istədiyini demişdir və Surəti bazardan kənarda olan dəmir yolu xəttinin yanına aparmışdır, orada Surətlə aralarında dava olmuş və o Surətin sifət nahiyəsindən bir neçə dəfə əli ilə vurmuşdur. Dava zamanı Zərərçəkmiş şəxs2 ancaq əli ilə vurmuşdur, onu bıçaqla vurmamışdır.Əməlindən peşmandır.Himayəsində bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxs Beyrəklə barışıb.Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, «Meyvəli» topdansatış bazarında fəhlə işləyir. Təqsirləndirilən şəxs xeyli vaxtdır ki, tanıyır. 2023-cü ildə Nabəndlə aralarında münaqişə yaranmışdır. Münaqişədən sonra barışıb birlikdə işləmələrinə baxmayaraq hiss edirmiş ki, Nabənd ona qarşı qərəzlidir, onunla dava-dalaş etməsini, xoşa gəlməz hərəkətlərə yol verməsini istəyir, ancaq o Nabəndə fikir vermirmiş. xx.xx.2024-cü il tarixdə «Meyvəli» bazarda işdə olarkən Nabənd qarşısına çıxmışdır. Həmin vaxt Nabənd əlini cibinə salaraq ona «gedək söhbət edək» demişdir. O da bildirmiş ki, “səninlə aramızda nə söhbət ola bilər ki, əgər söhbət etmək istəsən işdən sonra çayxanaya gedərik, çay içib söhbət edərik”. Sonra Nabənddən ayrılıb bazarda satıcı işləyən qardaşı Aqşinin yanına gedərək baş verən hadisə barədə ona məlumat vermişdir. Aqşində bildirmiş ki, «sən ona baş qoşma, işinlə məşqul ol». Həmin gün, saat 17:30 radələrində bazarda alma satılan sırada gəzib alma almaq istəyirmiş. Həmin vaxt Nabənd qarşısına çıxmış, ünvanına nəlayiq ifadələr işlədib cibindən qara rəngli açılıb-bağlanan bıçıq və «beşbarmaq» adlanan aləti çıxarıb üzərinə gəlmişdir. O da Nabəndin onu vuraraq xəsarət yetirməsinin qarşısını almaq üçün onu itələyib qaçmışdır. Həmin yerdən qaçaraq qardaşının yanına getmək üçün bazarda 8A saylı sırada, yəni kələm satılan sırada qaçaraq gedərkən ayağı ilişmiş və yerə yıxılmışdır. Bu zaman Nabənd ona çatmış, bıçaqla onu vurmuşdur, Sonradan bazarda olan tanımadığı şəxslər araya girdikləri üçün Nabənd ona yaxın gələ bilməmişdir, o oradan atasıgilin yanına gəlmiş və hadisə barədə atasıgilə məlumat vermişdir, sonra atası və qardaşı ilə hadisə yerinə getmişlər, Nabənd hadisə yerində imiş, onları görən zaman cibindəki bıçağı və «beş barmaq» alətini çıxarıb onları öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt o qan itirdiyi üçün halsızlaşmış, ona görə də atasıgil onu xəstəxanaya aparmışlar. Hal-hazırda təqirləndirilən şəxs Təqsirləndirilən şəxsla barışmışdır.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində götərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən «Meyvəli» bazarında araba sürmələ əldə etdiyi pulla ailəsini dolandırır. Təqsirləndirilən şəxs da həmin bazardan tanıyır, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Dağlarla söhbət edərkən Nabənd onların yanlarına gəlmiş və ona, qumar oynayıb əlavə faiz almamasını demişdir, o da ona bildirmiş ki, sənlik deyil, özümüz bilərik, bu mövzuda Nabəndlə aralarında mübahisə yaranmışdır. Bu mövzuda bazarda Nabəndlə aralarında bir neçə dəfə mübahisə düşmüş, hər dəfə də o Nabəndə izah etmişdir ki, onun bu hərəkəti düzgün deyil. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Nabənd bazarda onunla bu mövzuda mübahisə etməyə başlamışdır, onu sakitləşdirmək istəsə də Nabənd mübahisəni davam etdirmişdir. Ona görə də o Nabəndlə mübahisəni bazarda deyil, bazardan kənarda davam etdirməyi istəmişdir və Nabəndlə bazardan kənarda olan dəmiryolu xəttinin yanına getmişlər. Orada Nabəndlə mübahisə edən zaman ona, işlərinə qarışmamağı demiş və onu təhqir etmişdir, ona görə də aralarında dava olmuşdur. Nabənd onu əlində olan bıçaqla onun kürək nahiyəsindən vurmuş və ona xəsarət yetirmişdir. Bundan sonra Nabənd hadisə yerindən qaçıb getmişdir, o da ayağa durub yaşadığı Xocasən qəsəbəsinə getmişdir və orada vəziyyəti pisləşdiyindən həkimə müraciət etmişdir. Ona Nabənd, aralarında baş verən mübahisə zamanı əlində olan bıçaqla kürək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada Nabənd və ondan başqa adam olmamışdır. Nabəndlə aralarında olan mübahisə qumar oynamaq səbəbindən baş vermişdir. Nabənd ona qumar oynamamağı desə də o qumar oynamağının ona aidiyyəti olmadığını bildirmiş və buna görə də aralarında mübahisə baş vermişdir. Məhkəmə iclasında Şahid1 ifadəsinə göstərmişdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Meyvəli bazarda satıcı işləyir. Zərərçəkmiş şəxs1 onun qardaşıdır, o da bazarda fəhlə işləyir. Əvvəllər İsmət adı ilə tanıdığı Nabəndi xeyli vaxtdır ki, bazarda işləyən şəxs kimi tanıyır, onunla yaxın münasibətləri olmuşdur. 2023-cü ildə qardaşı Beyrəklə Nabəndin arasında münaqişə olmuşdur. Həmin vaxtdan Nabənd onun qardaşına qarşı qərəzli imiş. Qardaşı Beyrək dəfələrlə Nabəndin hərəkətləri barədə ona məlumat vermişdir, hər dəfə də qardaşına deyirmiş ki, ona fikir verməsin, dava-dalaşdan uzaq olsun. xx.xx.2024-cü il tarixdə, saat təxminən 17.00 radələrində işdə imiş.Həmin vaxt qardaşı Beyrək onun yanına gəlib bildirmiş ki, «Nabənd onunla qarşılaşmış, onunla mübahisə edərək söhbət etməyə çalışmışdır», o da Beyrəyə demiş ki, ona fikir verməsin, ondan uzaq olsun, lazım olsa o Nabəndlə söhbət edib məsələni yoluna qoyar. Bundan sonra Beyrək evə alma almaq üçün alma satılan sıraya getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Beyrək əli ilə sol qoltuq nahiyəsini tutaraq axsaya-axsaya onlara yaxınlaşmış və bildirmiş ki, Nabənd onu bıçaqla vurmuşdur. Bundan sonra onlar hadisənin baş verdiyi sıraya getmişlər və həmin sıranın ortasında Nabəndin dayanmasını görmüşlər. Nabənd onları görən kimi «beş barmaq» aləti və bıçağı götürüb onların ünvanlarına nəlayiq söyüşlər söyüb ona yaxınlaşmalarını tələb edərək doğrayacağını bildirmişdir. Bu zaman Beyrəyin çox qan itirməsini görüb oradan aralaşıb Beyrəyi xəstəxanaya aparmışlar. Məhkəmə iclasında Şahid2 Çarulla oğlu analoji ifadə verərək Şahid1 ifadəsində dediklərini təsdiq etmişdir. İş materialarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanmışdır. İş materialarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması barədə qərar qəbul edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə tutulmuş və 16 aprel 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilərək Qaradağ RPİ MSY-dən azad edimişdir. İş materialarından görünür ki, xx.xx.2023-cü il tarixdə cinayət işinin icraatı təzələnmiş və həmin tarixdə cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. İş materialarından görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2023-cü il tarixdə Azərbaycan Respubltikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və xx.xx.2024-cü il tarixdə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroru Zəfər Əhmədovun qərarı ilə müstəntiq Azər Həsənovun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi, istintaqının davam etdirilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə qaytarılmışdır. İş materialarından görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanılmışdır. İş materialarından görünür ki, 10 aprel 2024-cü il tarixdə ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi birləşdirilmişdir. İş materialarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 aprel 2024-cü il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarında olan məhkəmə tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli, 500 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət – xarici qanaxma və Xİİ qabırğa ətrafı əzələlərinin kəsilmiş yarası ilə müşayiət olunan sol bel nahiyəsinin daxilə nüfuz etməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) (ola bilsin bıçaq) təsirindən, müayinədən 4-6 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materillarında olan məhkəmə tibbi ekspertizasının 05 aprel 2024-cü il tarixli, 190 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə iki ədəd daxilə nüfuz etməyən və sağ sağrı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları iti uca və ya kənara malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumaya aid edilir.Vət.Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materillarında olan Məhkəmə Psixatrik Ekspertiza X3 Şəxsi Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1368 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xəstəliyin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və icğtimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. X1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli «amnistiya» qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməl işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyini bildrimiş və Təqsirləndirilən şəxs həmin maddə üzrə cəza təyin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəld edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinsə göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbindən aydın olur ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2-ci maddəsində göstərilir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsinin 14 iyul 2022-ci il tarixdə baş verməsi, bununla da cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirildiyindən və Təqsirləndirilən şəxs həmin ittiham üzrə özünü təqsili bilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs cəza təyin edilməməlidir. Həmçinin məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs saxanıldığı 02 (iki) gün, ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 10 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-212/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-212/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver