Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-214/2022 08.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 03 ay 29 gün vaxtından əvvəl azad edilmiş, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi ev 84-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı tərəflərindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axudov küçəsində yerləşən Dəmiryolu xəstəxanasının qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 17:25 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,846 qram, 0,768 qram ümumi təmiz çəkisi 1,614 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,091 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüş, bundan sonra həmin günü icazəsi ilə saat 18:22 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 84 saylı evin həyətinə gedilərək videoçəkiliş vasitəsilə baxış və götürmə aparılarkən həyətdə yerləşən sanitar qovşağının daxildən pəncərəsi qarşısında qırmızı rəngli kardon qutunun içərisində şəxsi istifadəsi üçün saxladığı 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qram, 0,060 qram ümumi təmiz çəkisi 0,136 qram olan, şalvarının sağ yan cibindən aşkar olunmuş bir ədəd bükümlə birlikdə ümumi təmiz çəkisi 0,227 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.İki ilə yaxın müddətdir ki azadlığa çıxmışdır. Hal-hazırda da narkotik vasitələrin, psixotrop maddələrin alüdəçisidir.xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Ələt qəsəbəsində magistral yol tərəfdə yerini dəqiq bilmədiyi yol kənarında olarkən bir nəfər tanımadığı cavan oğlan ona yaxınlaşraq onun narkotik alüdəçisi olduğunu bildikdən sonra narkotik vasitələrin, psixotrop maddələrin çetini yəni bükümünü 10 manata satmasını bildirmişdir. O, həmin şəxsə 60 manat verib ondan 2 ədəd sellofanda narkotik vasitə heroin, 2 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyində psixotrop maddə metamfetamin və bir ədəd kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana bükümləri alıb kağız kəsiyində bir yerə yığıb əynində olan göy rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin günü siqaretin gümüşü rəngli kağız kəsiyində aldığı 2 ədəd psixotrop maddə olan metamfetaminin bir bükümünü və qurudulmuş marixuananın üstündən bir qədərini istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axudov küçəsində yerləşən Dəmiryolu xəstəxanasının qarşısında olarkən mülki geyimdə bir neçə polis əməkdaşları ona yaxınlaşaraq özlərini 11-ci PB-nin əməkdaşları kimi təqdim edib onu narkotik vasitələrin dövrüyyəsində şübhəli bilib 11-ci PBnə gətirmişlər. Hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və xidməti otaqların birinə daxil olmuşlar. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən kağız kəsiyində olan 4 ədəd bükümləri yəni 2 ədəd sellofanda narkotik vasitə heroin, bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyində psixotrop maddə metamfetamin və bir ədəd kağız kəsiyində narkotik vasitə olan qurudulmuş marixuana bükümlərini çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəklində, bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyində ağ kristallik maddə və bir ədəd kağız kəsiyində yaşımtıl rəngli, qurudulmuş xırdalanmış bitki şəklində maddələr aşkar olunmuşdur. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşlarından biri protokol tərtib etmişdir. Protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Şəxsi axtarış və götürmə prosessi zamanı o, yaşadığı Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 84 saylı evin həyətində olan sanitar qovşağında narkotik vasitə olmasını bildirmişdir. İcazəsi ilə yaşadığı evə baxış keçirilərkən həyətdə olan sanitar qovşağının daxildə pəncərə qarşısında qırmızı rəngli kardon qutunun içərisində şəxsi istifasi üçün saxladığı 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, içərisində marixuana olan tərəfindən yarımçıq çəkilmiş papiros, iki ədəd siqaretin qutusunun gümüşü kağızları və iki ədəd gümüşü falqa kəsikləri aşkar olunmuşdur. Aşkar olunmuş maddləri şəxsi istifadəsi üçün gizlədərək saxlayırmış. Aşkar olunan maddələr qablaşdırılaraq möhürlənmiş və buna dair protokol tərtib olunmuşdur. Həmin maddələri yadında qalmayan zaman yaşadığı Ələt qəsəbəsində magistral yol tərəfdə yerini dəqiq bilmədiyi yol kənarında olarkən bir nəfər tanımadığı cavan oğlan ona yaxınlaşraq satmışdır. Əməlindən səmimi peşmançılıq hissi keçirir. Məhkəmə iclasında Şahid1 xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 ilə xidmətdə olduqları zaman daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq saat 15:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axudov küçəsində yerləşən Dəmiryolu xəstəxanasının qarşısında qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən kağız kəsiyində olan 4 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 2 ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz şəklində, bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyində ağ kristallik maddə və bir ədəd kağız kəsiyində yaşımtıl rəngli, qurudulmuş xırdalanmış bitki şəklində maddələr aşkar olunmuşdur. Şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Ondan aşkar edilmiş həmin bükümlər iştirakçıların yanında 2 zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə prosessi zamanı Təqsirləndirilən şəxs yaşadığı Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 84 saylı evin həyətində olan sanitar qovşağında narkotik vasitə olmasını bildirməsinə görə onun yaşadığı evə baxış keçirilərkən həyətdə olan sanitar qovşağının daxildə pəncərə qarşısında qırmızı rəngli kardon qutunun içərisində deməsinə görə şəxsi istifadəsi üçün saxladığı içərisində ağ kristallik şəklində maddə olan 2 ədəd büküm, içərisində quru yaşımtıl rəngli bitki olan yarımçıq çəkilmiş papiros, iki ədəd siqaretin qutusunun gümüşü kağızları və iki ədəd gümüşü falqa kəsikləri aşkar olunmuşdur. Aşkar olunmuş maddləri şəxsi istifadəsi üçün gizlədərək saxladığını bildirmişdir. Aşkar olunan maddələr qablaşdırılaraq möhürlənmiş və buna dair protokol tərtib olunmuş və tərəflərindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 11-ci PB-nin ninayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokolundan və protokola əlavə edilərək videoçəkilişi aparılmış bir ədəd DVD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyyən olunmuşdur ki, Qaradağ Rpi-nin 11-ci PB-nin otaqlarının birində Təqsirləndirilən şəxsun üzərinə müdafiəçisi X2 iştirakı ilə şəxsi axtarış və götürmə zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olan əşya və ya predmet olduğu halda çıxarıb masanın üzərinə qoyması təklif olunur.O, bundan sonra əynində göy rəngli şalvarın sağ yan cibindən 04 ədəd bükümləri çıxardaraq masanın üzərinə qoyaraq təqdim edir. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və marixuana olmaqla özünə məxsus olduğunu və istifadəsi üçün saxladığını bildirir.Sonradan onun üzərinə axtarış baxış keçirilir və üzərindən qanunla dövriyyəsi qadağan olan əşya və ya predmet aşkar edilmir.Bundan sonra həmin bükümlər iki ayrı zərfə qoyularaq qablaşdırılır və möhürlənir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mənzilə baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilərək videoçəkilişi aparılmış bir ədəd DVD diskə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsun yaşadığı Ələt qəsəbəsi, A.Abdullayev küçəsi 84 saylı evin həyətinə müdafiəçi X2, Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2, Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1, X1, Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin cinayət axtarış üzrə kiçik serjantı X1 iştikaı ilə baxış keçirilərkən sanitar qovşağının daxildə pəncərə qarşısında qırmızı rəngli kardon qutunun içərisində ağ kristallik şəklində maddə olan 2 ədəd büküm, içərisində quru yaşımtıl rəngli bitki olan yarımçıq çəkilmiş papiros, iki ədəd siqaretin qutusunun gümüşü kağızları, iki ədəd gümüşü falqa kəsikləri və bir ədəd borucuq aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin maddələri özü istifadə etmək məqsədi ilə gizlətdiyini bildirir. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1613 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün № 223 dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,846 qram, 0,768 qram ümumi təmiz çəkisi 1,614 qram qəhvəyi rəngli maddə xarici görünüş və əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,091 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş bir ədəd kağız parçasında narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı.Metamfetaminin təmiz çəkisi 0,091 qram, tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,051 qram. Heroinin ümumi təmiz çəkisi 1,614 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,514 qram. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1614 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd ağ kağıza bükülü formada qırmızı rəgli karton qutuda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,076 qram, 0,060 qram ümumi təmiz çəkisi 0,136 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş iki ədəd maddə izləri olan falqa kağızından, iki ədəd siqaretin gümüşü rəngli kağızından və bir ədəd borucuq formasından kağızdan psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Tədqiqata sərf edildi 0,04 qram, qalıq 0,096 qram. İş materillarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2147 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə olan təmiz çəkisi 1,614 qram heroin, 0,227 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamin, təmiz çəkisi 0,160 qram, 0,450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd metamfetamin izləri olan falqa kağızıları, iki ədəd siqaretin gümüşü rəngli kağızından və bir ədəd borucuq formasından kağızdan psixotrop maddə olan metamfetamin izləri, bir ədəd kağız parçasında narkotik vasitə olan heroinin izləri iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra heroinindən qalıq qalmış xalis çəkisi 1,514 qram olan heroin, metamfetamindən qalıq qalmış xalis çəkisi 0,051 və 0,096 qram olan metamfetamin, 0,430 qram, 0,140 qram qurudulmuş marixuana, iki ədəd metamfetamin izləri olan falqa, iki ədəd siqaretin gümüşü rəngli kağızı, bir ədəd borucuq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzadan 03 ay 29 gün vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, səmimi peşmançılığı cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 65.2.-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 274 ( iki yüz yetmiş dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş , tədqiqatdan sonra heroinindən qalıq qalmış xalis çəkisi 1,514 qram olan heroin, metamfetamindən qalıq qalmış xalis çəkisi 0,051 və 0,096 qram olan metamfetamin, 0,430 qram, 0,140 qram qurudulmuş marixuana, iki ədəd metamfetamin izləri olan falqa, iki ədəd siqaretin gümüşü rəngli kağızı, bir ədəd borucuq məhv edilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 49 (qırx doquz) saata görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəsini alanadək Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 274 ( iki yüz yetmiş dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş , tədqiqatdan sonra heroindən qalıq qalmış xalis çəkisi 1,514 qram olan heroin, metamfetamindən qalıq qalmış xalis çəkisi 0,051 və 0,096 qram olan metamfetamin, 0,430 qram, 0,140 qram qurudulmuş marixuana, iki ədəd metamfetamin izləri olan falqa, iki ədəd siqaretin gümüşü rəngli kağızı, bir ədəd borucuq məhv edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 49 (qırx doqquz) saata görə 294 (iki yüz doxsan dörd) manat məbləğində pul X2, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-214/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-214/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver