Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-214/2025 03.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə təkrar oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 17:09:50-də qəssab işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ş.Q., Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li "Bazarstore” MMC-yə aid “Aqrovest Bazarstore” mağazasının anbarından şirkətə məxsus, hər birinin qiyməti 4 manat 27 qəpik olmaqla, cəmi 128 manat 10 qəpik dəyərində 30 qutu ağ rəngli “X9” markalanma nişanı olan siqaretləri gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 31 yanvar 2025-ci il tarixdə saat 18:10-da qəssab kimi işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ş.Q., Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMCyə aid “Aqrovest Bazarstore” mağazasının anbarından hər birinin qiyməti 4 manat 27 qəpik olmaqla, 341 manat 60 qəpik dəyərində 80 qulu ağ rəngli nazik “X9” markalanma nişanlı siqaretləri və hər birinin qiyməti 4 manat 27 qəpik olmaqla, cəmi 341 manat 60 qəpik dəyərində 80 qulu göy rəngli nazik "X12" markalanma nişanlı siqaretləri işdən çıxdıqdan sonra aparmaq məqsədi ilə qara rəngli polietilen torbaya yerləşdirərək həmin torbanı mağazanın həyətindəki zibil qutusunun içində gizlətdikdən sonra mağazanın işçiləri tərəfindən ifşa olunaraq gizlətdiyi bağlama aşkar olunduğundan bilavasitə cinayət törətməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs MMC-yə məxsus 683 manat 20 qəpik dəyərində əmlakı gizli olaraq talamağa, yəni təkrar oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ş.Q., Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs ММСyə aid “Aqrovest Bazarstore” mağazasında qəssab işləmişdir. Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasında əmək müqaviləsi ilə qəssab işlədiyi dövrdə həm də mağazada siqareti topdan sifariş edib toplamağı onun özü və iş yoldaşı Vüsal Cavadov həyata keçirmişdir. Belə ki, qaimə ilə siqareti qəbul edib, forkliftə (avtokara) yüklədikdən sonra Vüsala, Vüsal da anbara aparıb təhvil vermişdir. Siqaretlər anbara çatmamış malları əvvəlcə mağazanın mühafizəçisi, daha sonra müdir müavini yoxlamışdır. Onun anbara sərbəst daxil olmağına mağaza rəhbərliyi tərəfindən icazə verilmişdir. Mağazanın hər tərəfini qeydə alan təhlükəsizlik kameraları quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində mağazanın anbarında olarkən hər birində 10 ədəd olmaqla 3 qutu ağ rəngli nazik “Sobranıe” markalı siqareti gizlicə götürüb paltarının altında gizlədib anbardan çıxaraq əvvəlcə onun işlədiyi mağazanın ət satışı bölməsinə getmişdir. O, həmin gün saat 18 radələrində mağazadan işdən çıxmamışdan əvvəl mağazanın mühafizəçisinin otağına gedib oturmuşdur. O, mühafizəçi qadının xəbəri olmadan mağazadan çıxıb getməsi üçün şübhə çəkməmək məqsədilə həmin qadını güdmüşdür. Mühafizəçinin başının qarışdığını görüb mağazanın qapısından çıxıb getmişdir. Bu vaxt o, paltarının bel tərəfdən alt hisəssində 3 qutu siqaret gizlətmiş və həmin siaqretləri heç kim görməmişdir. O, oğurladığı siqaretləri ucuz qiymətə Şirvan və Hacıqabul şəhərlərində tanımadığı şəxslərə satmışdır. Bundan sonra, o, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində mağazanın anbarında olduğu vaxt oradan 08 qutu, hər qutuda 10 ədəd bağlamada nazik göy rəngli “Sobranıe” markalı siqareti ət şöbəsinə, daha sonra isə paltar dəyişmə otağına aparıb paltar şkafının altında gizlətmişdir. Sonra həmin vaxt mağazanın anbarına yenidən daxil olub əlavə 08 qutu, hər qutuda 10 ədəd bağlamada nazik ağ rəngli “Sobranıe” markalı siqareti ət şöbəsinə, daha sonra isə paltar dəyişmə otağına aparıb paltar şkafının altında siqaretlərin yanında səliqəli şəkildə gizlətmişdir. Ətrafa boylanıb yoxlayaraq anbardan oğurluq etməmişdən əvvəl heç kəsin görmədiyinə əmin olduqdan sonra və bir qədər kameranın dairəsindən kənara çıxıb kameranın görüntüsünə düşmədiyini fikirləşib oradan oğurluq etmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o, işdən çıxamamışdan əvvəl oğurladığı siqaretləri gizlətdiyi yerdən götürüb zibil yığılan qara rəngli sellofan torbaya yığıb anbarın qapısından həyətə çıxaraq mağazanın həyətində olan zibil qablarında gizlətmişdir. Həmin vaxt siqaretlər olan torbanı zibil qabında gizlədərkən hər kəsdən gizli şəkildə hərəkət etdiyini fikirləşmişdir. Zibil qabından siqaret qutuları olan torbanı götürərkən onu mağazanın işçiləri saxlayıb otağa gətirmişlər. Mağazanın işçiləri orada quraşdırılan təhlükəsizlik kameralarına baxış keçirərkən onun anbardan siqaret qutuları apardığını aşkar etmişlər. Daha sonra onu mağazanın fəaliyyətinə nəzarət edən, müdir Mehmet Bilgin və bir neçə əməkdaşlar çağırıb hadisə barəsində soruşduqda o, hər şeyi etiraf edərək, zibil qabında gizlətdiyi 16 qutu, hər qutuda 10 ədəd bağlama nazik göy və ağ rəngli “Sobranıe” markalı siqaretləri müdirə təqdim etmişdir. Ondan başqa hansı tarixdə oğurluq etdiyi soruşulanda o, təxminən 20-25 gün əvvəl anbardan 03 qutu, hər qutuda 10 ədəd nazik ağ rəngli “Sobranıe” markalı siqareti götürüb satdığını etiraf etmişdir. Mehmet Bilgin hadisə barəsində polisə şikayət etmişdir. O, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis şöbəsində izahat verərkən etdiyi əməli tam etiraf etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə siqaretləri oğurladıqdan sonra, siqaretlərin oğurluq yolu ilə əldə edilməsindən həmin məhsulları satdığı şəxslərin məlumatları olmamışdır. xx.xx.2025-ci il tarixdə oğurladığı siqaret məhsullarını saat 18 radələrində zibil qablarına qoymuş, saat 20 radələrində işdən çıxmalı olmuşdur. Bazarstore” MMC-yə məxsus mağazadan 33221 manat dəyərində siqaretin oğurlanması barədə məlumatı olmamışdır. Əgər 33221 manatlıq məhsulları oğurlamış olsa idi, o, 683 manatlıq siqaret məhsullarını çox rahatlıqla əldə etməsi mümkün olardı. Həmin vaxt mühafizəçi kişi olmuş, qadın olmamışdır. Ona təqdim olunan mağazanın müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntüləri o, istintaq zamanı şəxsən izləmişdir. O, Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazanın anbarından yalnız xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində oğurluq etmiş, digər tarixlərdə həmin mağazadan oğurluq etməmişdir. Oğurluq əməlini tək etmişdir. Onun başqa tarixlərdə Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazanın anbarında olmasından şübhələnilməsi siqaret məhsullarının onun götürdüyü mənasına gəlmir. Mağazanın “razdevalka”sına, yəni paltardəyişmə otağına mobil telefonunu elektrik enerjisini yığmaq üçün qoymuşdur. Digər müşahidə kameralardan görünür ki, o, marşruta minib getmişdir. Onda külli miqdarda siqaret məhsulları olsa idi, bu bilinərdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mağazanın müşahidə kameraları ilə qeydə alınmış foto və video görüntülər olan yaddaş kartı və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X2 göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan şəhəri, Salyan şossesi, Lökbatan yolu, 22 A ünvanında yerləşən 5002 nömrəli Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasında sayım nəticəsində əskikliyin olduğu barədə məlumat verilmişdir. Həmin mağazada Təqsirləndirilən şəxs Ziyyəddin oğlu qəssab işləmişdir. Kamera görüntülərinə əsasən, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda siqaret məhsullarını oğurlayaraq paltardəyişmə otağında gizlətdiyi müəyyən edilmişdir. Mühafizədə xanım olduğundan işdən çıxma vaxtlarında Təqsirləndirilən şəxs yoxlamaq imkanı olmamışdır. Təqsirləndirilən şəxs öz vəzifəsindən istifadə edərək siqaret məhsullarını çıxarıb satışdır. Təqsirləndirilən şəxs öz təqsirini qəbul etmişdir. Burada 3-4 əməldən söhbət gedir. Təqsirləndirilən şəxs isə bir dəfə siqaret məhsullarını mağazadan çıxarıb satdığını etiraf edib, axırıncı epizodda isə siqaret məhsullarını sata bilməmişdir. Təqsirləndirilən şəxs oğurladığı siuqaret məhsullarını ucuz qiymətə satdığını etiraf etmişdir. 31 yanvar2025-ci il tarixdən 20-25 gün əvvəldə də, yəni 05 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs paltarında siqaret məhsullarını gizlədərək mağazadan çıxartmışdır. Zərərçəkmiş şəxs MMC 683 manatlıq epizodla əlaqədar olan hissəni qəbul edir. Lakin bu epizod oğurluğa cəhd kimi göstərilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin mülkiyətində olan əmlakı çölə çıxartmış və şəxs öz əməlini reallaşdırmışdır, yəni yekunlaşdırmışdır. Məhsullar barədə sərəncam, istifadə hüququ Təqsirləndirilən şəxs əlində olmuşdur. Ali Məhkəmənin Plenum qərarına görə, şəxs başqa şəxsə məxsus əmlak üzərində sərbəst şəkildə sərəncam verə bilirsə bu oğurluq əməli artıq başa çatmış əməldir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin mülkiyyətində olan əmlakı çıxardıb sata, istifadə edə və çöldə olan hər hansı şəxsə pulsuz istifadəyə verə bilər. Bu Təqsirləndirilən şəxs öz işidir. Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli bitmişdir. Təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə sonuncu epizod cinayətə cəhd deyil, başa çatmış cinayət əməlidir. Şəxsin hərəkətləri başa çatmış oğurluq əməlidir, Zərərçəkmiş şəxs MMC-yə 33221 (otuz üç min iki yüz iyirmi bir) manat dəyərində zərər dəymişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməllər nəticəsində oğurladığı siqaret məhsullarının dəyərini Zərərçəkmiş şəxs MMC-yə ödəyəcəyini bildirməsinə baxmayaraq, indiyə kimi ödəməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər iki epizod üzrə Zərərçəkmiş şəxs MMC-yə maddi ziyanı ödəmək istədiyinə dair hər hansı müraciət etməmişdir. Hafiz Cəfərli ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlləri xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdən əvvəlki vaxtlarda törədilmişdir. Kamera görüntülərinə əsasən, həmçinin kənar audit yoxlaması nəticəsində Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlləri müəyyən edilmişdir. Daha dəqiq məlumatı mağaza müdiri verə bilər. Videogörüntü ilə bağlı tarixləri dəqiq xatırlamamışdır. 40 günə qədər müddətdə mağazada videogörüntülər saxlanılmışdır. Son oğurluq epizodu üzrə 80 qutu ağ rəngli “Sobranie” və 80 qutu göy rəngli “Sobranie” markalanma nişanlı siqaret məhusulları Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılır, həmin siqaret məhsulları hal-hazırda təqsirləndirilən şəxsin sərəncamında deyildir. Təqsirləndirilən şəxs mağazada rəsmi olaraq əmək müqaviləsi üzrə qəssab işləmişdir. Həmin şəxsi öyrətmək üçün malların qəbulu üzrə yuxarı vəzifəyə keçirilməsi planlaşdırılmışdır. Təqsirləndirilən şəxs mallarla işləyib öyrənməsi üçün bir aya yaxın icazə verilmişdir. Təqsirləndirilən şəxs sınaq dövründə icazə verildiyi müddətdə anbara daxil olub çıxa bilmişdir. Siqaret məhsullarının saxlanıldığı anbara müdir, mühafizəçi və Təqsirləndirilən şəxs öyrənməsi üçün daxil ola bilmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi zamanı siqaret məhsullarını mağazanın depo hissəsindən götürmüş, oğurladığı siqaret məhsullarının bir hissəsini “razdevalka”ya, yəni paltardəyişmə otağına qoymuş və sonra siqaret məhsullarını oradan çıxardıb satmışdır. Təqsirləndirilən şəxs oğurluq etdiyi xx.xx.2025 və xx.xx.2025-ci il tarixlər həmin şəxsin sınaq müddəti ərzində baş vermişdir. Təqsirləndirilən şəxs sınaq müddəti 2024-cü ilin noyabr və ya dekabr aylarında başlamışdır, bu barədə dəqiq məlumata malik deyildir. Təqsirləndirilən şəxs təxminən iki ay ərzində sınaq müddətində olduğu ona məlum olmuşdur. İkinci epizodda olan oğurluq faktı zamanı Təqsirləndirilən şəxs siqaret məhsullarını qoyduğu zibil qabı Zərərçəkmiş şəxs MMC-nin mağazasının ərazisində, həmin mağazanın arxasında depo hissəsində yerləşmişdir. Çox güman ki, oğurluq məsələsində başqa şəxsin də iştirakı ola bilər. Təqsirləndirilən şəxs onların mülkiyyətinə qəsd etmişdir. Həmin şəxsin oğurladığı siqaret məhsullarını zibil qutusuna qoymasının əməlinin başa çatmasına təsiri olmamışdır. Təqsirləndirilən şəxs zibil qablarından da siqareti götürüb satmaq imkanı olmuşdur. Təqsirləndirilən şəxs ikinci epizodda, yəni xx.xx.2025-ci il tarixdə qara rəngli sellofan torbanın içərisindəki siqaret məhsullarını zibil qabına qoyduqda həmin şəxs kənardan müşahidə edilmiş, izlənilmişdir. Məhkəmə iclasında şahid Bilgin Mehmet ifadəsində göstərmişdir ki, 2023-cü ilin mayiyun ayından "xxxx" MMC-in Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 5 ünvanında yerləşən mağazasının müdiri vəzifəsində işləyir. Mağazanın arxa hissəsində mağazanın anbarı yerləşir. Bir qayda olaraq, hər ayın 15-20 günləri aralığında mağazada tütün məmulatları, kərə yağları, "Gilette" üzqırxan aparatlar, ədədlə satılan şokoladların sayımı aparılmışdır. Sonuncu dəfə tütün məmulatlarının sayımı xx.xx.2024-cü il tarixdə aparılmış və hər hansı çatışmazlıq aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixdə tütün məmulatlarının sayımını həyata keçirdiyi vaxt 28680 manat dəyərində bir neçə markada olan siqaretlərin əskikliyi müəyyən edilmişdir. Həmin siqaretlərdən ümumilikdə 7000 ədəd nazik qara rəngli "Kent 4" markalı, 500 ədəd nazik boz rəngli "Palmall" markalı siqaretlərin əskik olduğu aşkarlanmışdır. Bundan sonra mağazanın təhlükəsizlik kameralarına nəzarət edən əməkdaşlar tərəfindən kameralara baxılsa da, nəzərə çarpan şübhələr aşkar olunmamışdır. Mağazada 6 il müddətində işləmiş, bir neçə il müddətində qəssab kimi işini davam edirmiş Təqsirləndirilən şəxs təzəlikcə mal qəbulu vəzifəsinə hazırlaşmış, mal qəbulu vəzifəsinə keçməsi üçün artıq 5-6 ay müddətində həmin işi öyrənməyə başlamışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs 6 ay müddətində mağazada işləməyi dayandırsa da sonradan işini davam etdirmişdir. Təqsirləndirilən şəxs mağazada malı qəbul etdikdən sonra həmişə yanında bir nəfərlə anbara daxil olmuş, anbarda malları yerləşdirmişdir. Mağazanın anbarına tütün məmulatları üçün müdir, müdir müavini və bir də mühafizəçilər daxil olmuşlar, digər əməkdaşların tütün məmulatları üçün anbara tək daxil olmaları qadağan edilmişdir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs tütün məmulatları satılan yerə yaxınlaşaraq satıcıya "çatışmayan nəsə varmı" deyə soruşmuşdur. Satıcı da Təqsirləndirilən şəxs 2 blok siqaretin lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs satıcının dediyi markadan 2 blok siqaret gətirib satıcıya vermişdir. Həmin vaxt təsadüfən mağazada depo və mal qəbulu şefi vəzifəsində çalışan Şahid1 siqaret satışı həyata keçirilən yerə yaxınlaşıb satıcıdan nəsə lazım olduğunu soruşarkən, satıcı da Şahid1 "lazım idi, Sənan gətirdi” demişdir. Şahid1 onun yanına gələrək Təqsirləndirilən şəxs anbardan siqaret götürüb satış yerinə verib-vermədiyini deməsini soruşduqda о, bundan şübhələnərək, Şahid1 Təqsirləndirilən şəxs satış yerinə aparıb siqaret verməsini demədiyini və müşahidə kameralarına baxmasını tapşırmışdır. Şahid1 müşahidə kameralarına baxdıqdan sonra, ona kameranın videogörüntüsündə Təqsirləndirilən şəxs mağazanın anbarından çıxıb 2 blok siqaretı anbarın çöl giriş hissəsində olan masanın üzərinə qoyduğunu, daha sonra masa ilə üzbəüz yerləşən paltar dəyişmə otağına keçdiyini, sonra Təqsirləndirilən şəxs otaqdan çıxıb masanın üzərinə qoyduğu 2 blok siqareti aparıb satış yerinə təhvil verdiyini gördüyü barədə məlumat vermişdir. Bundan sonra o, Şahid1 ilə birlikdə paltar dəyişmə otağına gedərək orada paltar şkafının altına baxanda 08 blok göy rəngli nazik “Sobranie", 08 blok ağ rəngli nazik "Sobranie" markalı siqaretlərin yerə yığıldığını görmüşdür. O, bu barədə yuxarı rəhbərliyə məlumat vermişdir. Bölgə müdiri X16, mühafizə müdiri Şahid3 mağazaya gəlmişlər. O, həmin şəxslərə sakit olmalarını tapşırıb, guya özünün qonaqlığa gedəcəyini bildirmişdir. Sonra o, işdən bir az tez gedəcəyini mağazanın işçilərinə deyib mağazadan çıxmışdır. Mağazadan çıxıb avtomobillə yaxınlıqdakı binanın həyətinə getmiş, daha sonra başqa avtomobil ilə mağazanın arxa tərəfinə gəlib, işçilərin giriş-çıxış yeri, həmçinin mal qəbulu məntəqəsi hissəsinə yaxın yerdə dayanıb gözləməyə başlamışdır. Saat 18 radələrində Təqsirləndirilən şəxs qara rəngli, iri ölçülü zibil üçün olan sellofan paketi sürüyə-sürüyə zibil qabına gətirib atıb mağazaya qayıtmışdır. Onlar zibil qabının yanına gəlib, Sənanın zibil qabına atdığı qara rəngli sellofan paketi zibil qabından çıxarıb içərisinə baxdıqda həmin paketin içərisində cəmi 16 blok "Sobranie" markalı siqaretlərin olduğunu aşkar etmişlər. Mağazaya daxil olub Təqsirləndirilən şəxs yanına çağırmışdır. Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermişdir. Mağazadan xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 33221 manat dəyərində siqaret məhsulları oğurlanmışdır. Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf edir. Təqsirləndirilən şəxs oğurluq etməsinin səbəbini anasının xəstə olması ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi vaxtlar axşam saatlarında mağazadan çıxmaq üçün oğlan mühafizəçinin çıxmağını gözləmiş, əynində olan qış gödəkçəsinin altında gizlətdiyi bloklarda olan siqaretlərlə birlikdə qadın mühafizəçinin növbəsi başlayanda mağazadan çıxıb getmişdir. Qadın mühafizəçilər kişi cinsindən olan əməkdaşların üzərini yoxlamamışlar. Təqsirləndirilən şəxs də bundan istifadə edərək mağazadan siqaret məhsulları oğurlamışdır. xx.xx.2025-ci ildə oğurlanmış 30 qutu ağ rəngli nazik "X10" markalı siqaretə görə 128 manat 10 qəpik, xx.xx.2025-ci il tarixdə oğurlanmış ağ rəngli nazik “X10" və göy rəngli nazik “X13" markalı siqaretlərin oğurlanmasına görə cəmi 683 manat 20 qəpik maddi ziyan dəymişdir. Bilgin Mehmet ona verilən suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-yə məxsus olan mağazada içki və siqaret məhsulları ayr-ayrı satılmışdır. xx.xx.2025ci il tarixdə aşkar edilmiş siqaretlər Təqsirləndirilən şəxs tərəfindən paltar dəyişmə otağından çıxarılıb zibil qabına atılan siqaretlər olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə zibil qabına aparıb qoyduğu siqaretləri apardığını müşahidə kamerasının videogörüntülərində də görmüşdür. Təqsirləndirilən şəxs həmin tarixdə siqaretləri aparıb zibil qabına qoyarkən kənardan izlənildiyini bilməmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarxədək aparılan sayımlar nəticəsində 33221 manat dəyərində siqaret məhsullarının çatışmadığı aşkar edilmişdir. Təqsirləndirilən şəxs oğurluq etdiyi vaxtlarda bəzi günlər kişi, bəzi günlər isə qadın mühafizəçi olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazada mal qəbulu və mağaza nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs mağazada işləməyə başlayandan tanımışdır. Onun özü işləməyə başlayanda Təqsirləndirilən şəxs orada meyvə hissəsinin satıcısı vəzifəsində çalışmış, bir müddətdən sonra Sənan qəssab kimi işləməyə başlamışdır. Sənan bir müddət işdən çıxmış və yenidən həmin iş yerinə qayıtmışdır. O, mal qəbulu vəzifəsindən çıxıb mal qəbulu və mağaza nəzarətçisi işinə keçdikdən sonra həmin işi bir müddət Təqsirləndirilən şəxs yerinə yetirmişdir. Sənan “Bazarstore" MMC-nin Dərnəgül bazarında yerləşən deposundan gələn müəyyən malları, siqareti, qida və müəyyən qeyri-qida məhsullarını qəbul edib anbara aparıb yerləşdirmişdir. Təqsirləndirilən şəxs 5-6 ay müddətində mal qəbulu vəzifəsində çalışsa da, sınaq müddətində olduğundan rəsmi olaraq həmin vəzifəyə keçməmişdir. Təqsirləndirilən şəxs sınaq müddətində işi öyrəndikdən sonra həmin vəzifəyə keçməli olmuşdur. xx.xx.2025-ci il tarixdə o, mağazada işdə olduğu müddətdə mağaza müdiri Mehmet Bilgin işdən çıxıb getdiyini işçilərə dedikdən sonra yenidən işə qayıdaraq Təqsirləndirilən şəxs anbardan siqaret oğurladığını müəyyən etmişdir. Təqsirləndirilən şəxs anbardan siqaretləri qutularda çıxarıb bir yerə yığdıqdan sonra mağazanın arxa qapısında olan zibil qabının içərisinə atmışdır. Təqsirləndirilən şəxs mağazadan oğurluq etməsi aşkar edildikdən sonra malların sayımı aparılmışdır. Mağazada ədədli riskli malların sayımı aparılaraq hər ay yoxlanışı həyata keçirilmişdir. Siqaret də həmin ədədli riskli mallar kateqoriyasına aid mallar olmuşdur. xx.xx.2025-ci il tarixdə mağazada ilkin sayım aparılmış və 28000 manat dəyərində məhsulların çatışmazlığı aşkar edilmişdir. O, bu barədə mağazanın rəhbərliyinə məlumat vermişdir. Təqsirləndirilən şəxs mağazadan oğurluq etməsi aşkar edildikdən sonra xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama nəticəsində mağazanın anbarından ümumilikdə 33221 manat dəyərində məhsulların çatışmazlığı aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, mağazada məhsulların yoxlanışı hər ayın 20-dən növbəti ayın 20-dək aparılır. Mağazada yoxlamalar xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə aparılaraq siqaret məhsullarının çatışmazlığı aşkar edilmişdir. Üstündən çox vaxt keçdiyindən aparılmış yoxlama tarixlərini bir qədər qarışdırması mümkün olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə axşam vaxtı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs mağazasının müdiri vəzifəsində çalışan Mehmet Bilgin və bölgə müdiri X15 birlikdə mağazanın paltardəyişmə otağında siqaret paketlərinin yığıldığını görmüşdür. O, siqaret paketlərini oğurlayan şəxsin kim olduğunu aşkar etmək üçün Şahid3 və Mehmet Bilgin ilə birlikdə guya kiminləsə görüşəcəklərini deyib mağazadan çıxmışlar. Onlar hər üçü mağazadan bir qədər aralanaraq mağazanın arxa tərəfinə getmişlər. Bir qədər müddətdə keçəndən sonra mağazada işləyən Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan paketi zibil qutusa atıb mağazaya daxil olmuşdur. Onların hər üçü zibil qutusuna yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs atdığı sellofan paketi açmış və içərisində 08 ədəd qutuda ağ rəngli “Sobranıe” markalı, 08 qutu göy rəngli “Sobranıe” markalı siqaretlərin olduğunu görmüşlər. O, sellofan paketi götürüb mağazanın arxa qapısından, Mehmet Bilgin ilə onun özü isə mağazanın giriş tərəfindən mağazaya daxil olub Təqsirləndirilən şəxs çağırıb sellofan paketi Sənanın qarşısına qoymuşlar. Təqsirləndirilən şəxs həmin siqaret məhsullarını götürdüyünü etiraf etmişdir. Onlar Sənandan nəyə görə siqaret oğurladığını soruşduqda Təqsirləndirilən şəxs anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğundan oğurluq etdiyini bildirmişdir. Bu barədə polisə məlumat verilmiş, aşkar olunan siqaret məhsulları götürülərək Təqsirləndirilən şəxs ilə birlikdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsinə aparmışlar. Bundan sonra mağazada aparılmış yoxlama nəticəsində xeyli sayda siqaret məhsullarının çatışmazlığı aşkar edilmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin mağazadan oğurluq edərkən saat 08:00-dan saat 17:00-dək iş vaxtı olmuş, həmin vaxt bir nəfər xanım işçi mağazanın bağlanışına qalmışdır. Mağazada bağlanışa 15 gün kişi, 15 gün isə qadın işçi qalmışdır. Məhkəmə iclasında şahid X16 Şahid3 ifadəsinə oxşar ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs MMC üzrə bölgə müdiri olduğu vaxt Zərərçəkmiş şəxs MMC-nin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ünvan 5 ünvanında yerləşən mağazasının müdiri Bilgin Mehmet ona mağazada siqaret məhsullarının sayında əskiklik olduğunu, Təqsirləndirilən şəxs şübhələndiyini demişdir. xx.xx.2025-ci il tarixdə axşam vaxtı mağazanın paltardəyişmə otağında dolabda 16 blok siqaret məhsulları aşkar edildikdən sonra, həmin siqaret bloklarını kimin oğurladığını müəyyən etmək üçün mağazanın kənarında gizli müşahidə aparılmışdır. Həmin tarixdə axşam vaxtı Təqsirləndirilən şəxs siqaret məhsullarının olduğu qara sellofan torbanı mağazanın həyətində olan zibil qabından gizlətdiyni aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin siqaret məhsullarını oğurladığını etiraf etmişdir. Mağazaya təxminən 20000 manatdan çox ziyanın vurulduğunu xatırlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 37). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən CM-nin 177.2.4-cü maddəsinə tövsif edilmişdir (i.v. 79). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək qərarda nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 81-82). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 96-97). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən CM-nin 29, 177.2.2ci maddəsinə tövsif edilmişdir (i.v. 224-226). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 228-230). “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ş.Q., Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasında hadisə yerinə baxış aparılan zamanı 80 qutu ağ rəngli nazik “X10” markanalanma nişanlı və 80 qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsulları aşkar edilərək götürülmüşdür (i. v. 25-29). “Götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Mehmet Bilgindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasından oğurluq edilməsini təsdiq edən videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərin və fotoşəkillərin qeyd edildiyi 01 ədəd yaddaş kartı götürülərək iş materillarına əlavə edilmişdir (i.v. 187-188, 189). “Baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Mehmet Bilgindən götürülmüş 01 ədəd yaddaş kartında olan videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntülərdən və fotoşəkillərdən Təqsirləndirilən şəxs Ziyyəddin oğlu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasının anbarından xx.xx.2025-ci il tarixdə 30 ədəd ağ rəngli nazik “X10” markalanma nişanlı siqaret oğurlanmış, xx.xx.2025-ci il tarixdə 80 qutu ağ rəngli nazik “X10” markalanma nişanlı və 80 qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsulları oğurlanmağa cəhd edilmişdir (i.v. 190-198, 213-216). “Üzləşdirmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasının anbarından yalnız xx.xx.2025-ci il tarixdə 30 ədəd ağ rəngli nazik “X11” markalanma nişanlı siqaret məhsullarını oğurladığını, xx.xx.2025-ci il tarixdə isə 80 qutu ağ rəngli nazik “X10” markanalanma nişanlı və 80 qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsullarını oğurlama cəhd etdiyini Mehmet Bilginə qarşı bildirmişdir (i.v. 217-220). “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ziyyəddin oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMCyə aid “Aqrovest Bazarstore” mağazasının anbarından xx.xx.2025-ci il tarixdə 30 ədəd ağ rəngli nazik “X10” markalanma nişanlı siqaret məhsullarını oğurlanmış, xx.xx.2025-ci il tarixdə 80 qutu ağ rəngli nazik “X10” markanalanma nişanlı və 80 qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsullarını oğurlamağa cəhd etdiyi yeri göstərmişdir (i.v. 221-222). Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2025-ci il tarixli 608 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasında qəssab vəzifəsində çalışan Təqsirləndirilən şəxs Ziyyəddin oğlunun etdiyi oğurluq hadisəsi baş verən zaman “X13” və “X10” markalanma nişanlı siqaretlərin 01 (bir) ədədinin həmin şirkətdə satış qiyməti 04 (dörd) manat 27 (iyirmi yeddi) qəpik olmuşdur. Zərərçəkmiş şəxs MMC tərəfindən həmin məhsulların 01 (bir) ədədi 4 (dörd) manat 70 (yetmiş) manat məbləğində satışı həyata keçirilmişdir (i.v. 202). “Sübutların qiymətləndirilməsi haqqında”, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılaraq icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə edilmiş oğurluq cinayətləri istisna edilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 nömrəli Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasının anbarından edilmiş digər oğurluq faktları ilə bağlı Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ayrıca cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, ********* nömrəli cinayət işindən zəruri sənədlərin surətlərin çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilməsi və istintaqa məlum olmayan şəxsin (şəxslərin) əməlinə (əməllərinə) ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ayrılmış həmin cinayət işinə əlavə edilmiş sənədlərin siyahısı tərtib edilmişdir (i.v. 244-259, 261-264). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 №-li Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasında hadisə yerinə baxış aparılan zamanı götürülmüş 80 (səksən) qutu ağ rəngli nazik “X10” markalanma nişanlı və 80 (səksən) qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsulları cinayət işi üzrə maddi sübut qismində tanınıb Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, həmin mağazanın müşahidə kameraları ilə qeydə alınmış video və foto görüntülərin olduğu 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 244-259). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 177). “AZEMİS” elektron məhkəmə informasiya sistemində aparılan yoxlama zamanı Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mağazanın müşahidə kameraları ilə qeydə alınmış video və foto görüntülərin olduğu yaddaş kartı və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə, habelə təkrar oğurluq etməyə cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etməyə cəhd etmə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeydin 3-cü bəndinə əsasən bu Məcəllənin 177-183cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 63.1-ci maddəsinə əsasən, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbayan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə məxsus mağazanın anbarından xx.xx.2025-ci il tarixdə oğurluq edərkən və xx.xx.2025-ci il tarixdə oğurluq etməyə cəhd edərkən gizli hərəkət etdiyini güman edərək müşahidə kameralarından yayınmağa çalışmış, həmçinin xx.xx.2025-ci il tarixdə oğurladığı siqaret məhsullarını qara rəngli sellofan torbada mağazanın ərazisində yerləşən zibil qabında gizlədərkən başqa şəxslərdən gizli hərəkət etdiyini güman etmiş, kənardan izlənildiyini bilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin əməlləri özgənin əmlakını təkrarən gizli olaraq talamağa cəhd kimi qiymətləndirilməlidir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə törətdiyi ikinci əməl başa çatmamış, o, oğurlamağa cəhd etdiyi siqaret məsullarının üzərində sərəncam vermək üçün real imkan əldə etməmişdir. Çünki Təqsirləndirilən şəxs siqaret məhsullarını mağazanın ərazisində yerləşən zibil qabında gizlətdikdən dərhal sonra yenidən mağazanın içərisinə qayıtmış, həmin siqaret məhsullarını mağazanın ərazisindən çıxara bilməmiş, Təqsirləndirilən şəxs siqaret məhsullarını zibil qabında gizlətdiyini mağazanın işçiləri kənardan gizli şəkildə izləmiş, Təqsirləndirilən şəxs mağazanın içərisinə qayıtdıqdan qısa müddətdən sonra mağazanın işçiləri zibil qabının yanına gəlib qabda olan qara rəngli sellofan torbanı açaraq içərisində siqaret məhsullarını aşkar etmişlər. Beləliklə, də Təqsirləndirilən şəxs siqaret məhsullarını oğurlama əməlini baş çatdıra bilməmişdir. Belə ki, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Plenum qərarının 18-ci bəndində isə qeyd edilmişdir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə edilmiş oğurluq cinayətləri istisna edilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi, Lökbatan yolu 22 A ünvanında yerləşən 5002 nömrəli Zərərçəkmiş şəxs MMC-yə aid “Aqrovest Bazarstore” mağazasının anbarından edilmiş digər oğurluq faktları ilə bağlı Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ayrıca cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, ********* nömrəli cinayət işindən zəruri sənədlərin surətlərin çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilməsi və istintaqa məlum olmayan şəxsin (şəxslərin) əməlinə (əməllərinə) ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmış, ayrılmış cinayət işinə ********* nömrəsi verilmiş və ayrılmış həmin cinayət işinə əlavə edilmiş sənədlərin siyahısı tərtib edilmişdir. Odur ki, ayrılmış ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-də istintaqın aparılması nəzərə alınmalıdır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə hazırda məhkəməyə verilmiş ittiham daxilində baxılmalı və ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, mağazanın müşahidə kameraları ilə qeydə alınmış foto və video görüntülər olan bir ədəd yaddaş kartı və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 29, 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə aid və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında olan 80 (səksən) qutu ağ rəngli nazik “X10” markalanma nişanlı və 80 (səksən) qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsulları mülkiyyətçi Zərərçəkmiş şəxs MMC-yə qaytarılmalı, həmin mağazanın müşahidə kameraları ilə qeydə alınmış video və foto görüntülərin olduğu 01 (bir) ədəd yaddaş kartının cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 355 (üç yüz əlli beş) manat məbləğində pul vəkil X3, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Nazirlər Kabinetinin “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli Qərarına NK-nin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, NK-nin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.2ci maddəsi ilə təqsirli bilinərək ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs MMC-yə aid və Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutları saxlama kamerasında olan 80 (səksən) qutu ağ rəngli nazik “X10” markalanma nişanlı və 80 (səksən) qutu göy rəngli nazik “X13” markalanma nişanlı siqaret məhsulları mülkiyyətçi Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın, həmin mağazanın müşahidə kameraları ilə qeydə alınmış video və foto görüntülərin olduğu 01 (bir) ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs MMC-yə maddi və mənəvi ziyanın ödənilməsi üçün mülki iddia ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 355 (üç yüz əlli beş) manat məbləğində pul vəkil X3, iş materialları ilə tanış olduğu və məhkəmənin iclasları zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat məbləğində pul vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №1(002)-214/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-214/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver