Məhkəmə qərarları › İş №1(002)-215/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-215/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-215/2020 10.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı Fazil oğlunun, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımış, habelə cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərə qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə ötürməyə cəhd etmişdir. Belə ki, o satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında tanışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şahid12 ötürülməsi üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş 02 ədəd ağ sellofana bükülmüş, 01 ədəd bükülüdə təmiz çəkisi 1,722 qram olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükülüdə təmiz çəkisi 0,799 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı göy rəngdə «Clear men» şampunun içərisində gizlətmiş və həmin şampun qabını digər ərzaqlarla sovqata qoyaraq Bakı şəhəri ərazisində metronun «20 Yanvar» stansiyasının yaxınlığına qədər daşıyaraq Şahid8 vasitəsi ilə Şahid12la bir kamerada cəza çəkən Şahid11 adına göndərmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində Şahid8 gətirdiyi sovqata xüsusi ayrılmış otaqda baxış keçirilən zaman göy rəngdə «Clear men» şampun qabının içərisindən 02 ədəd ağ sellofana bükülmüş həmin psixotrop maddə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs yoxlamadan gizlətməklə ötürməyə cəhd edərkən göndərdiyi sovqatdan aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək Şahid12 Saray qəsəbəsindən tanıdığını, əvvəllər bir sinifdə oxuduqlarını və yoldaşlıq münasibətlərinin olduğunu qeyd edib ifadəsində göstərmişdir ki, Pərvin narkotik vasitə daşınması cinayəti törətdiyinə görə 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir, arabir onun istifadəsində olan 070 993-36-36 saylı mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlayırmış. 2020-ci ilin fevral ayının ortalarında Pərvinlə növbəti dəfə mobil telefonla danışdıqları zaman sonuncudan nə lazım olduğunu soruşmuş və ərzaq gətirməyini təklif etmişdir. Pərvin də ona özü ilə bir kamerada Alim adlı şəxsin cəza çəkdiyini, ondan Alimə sovqat göndərməyini bildirməklə, qardaşı Ülvidən diş protezi, qol saatı götürüb və bir neçə qutu siqaret alaraq özünə gətirməyini xahiş etmişdir. O, Pərvinə etiraz etməmiş və xahişini yerinə yetirəcəyini bildirmişdir. Pərvin ona demişdir ki, Alimdən nə istədiyini soruşduqdan sonra ona bu barədə məlumat verəcəkdir. Pərvinlə danışdıqdan sonra o, Pərvinə hədiyyə olaraq narkotik vasitə göndərmək qərarına gəlmiş və həmin səbəbdən sovqatı özü deyil, başqa şəxsin vasitəsi ilə ötürmək istəmişdir. Pərvin bir daha onunla əlaqə saxlayıb Alimə çay, qənd, şirniyyat, şampun, sabun, diş pastası və meyvə göndərməyini xahiş etmiş, o isə sovqatı hazır edəcəyini, özünün işləri olduğu üçün gələ bilməyəcəyini, bir nəfər tanışına deməsini Pərvinə bildirmişdir. Lakin Pərvinə narkotik vasitə hədiyyə etmək istədiyi barədə heçnə deməmişdir. Göndərdiyi narkotik vasitə çatdıqdan sonra Pərvinə bu barədə məlumat verəcəyini düşünmüşdür. Bundan sonra o, Saray qəsəbəsində ağ rəngli, markası və dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə taksi kimi fəaliyyət göstərən Fariz adlı şəxslə qəsəbədə rastlaşmış və ümumilikdə 65 manat pulun müqabilində 2 ədəd şəffaf sellofan bükümdə “nəşə” və “patpres”, “şüşə” adlanan narkotik vasitə alaraq yaşadığı evə getmiş və evin həyətində darvazanın üstündəki daşın üstündə gizlətmişdir. Səhərisi gün o, Pərvinin sadaladığı ərzaq, şampun, sabunu almış, iki sellofan bükümdə olan narkotik vasitələri isə aldığı göy rəngdə «Clear men» şampunun içərisinə gizlətmişdir. Pərvin bir daha ona zəng edib 055 564-54-33 saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq sovqatı həmin nömrənin sahibinə verməyini bildirmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə o, Sumqayıt şəhərindən, qəsəbədən tanışı taksi sürücüsü Sənanın idarə etdiyi, gümüşü rəngli “Mercedes Benz” markalı **-XV-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətində yola düşmüş, yolda o, 055 564-54-33 saylı mobil telefon nömrəsinə zəng edərək, tanımadığı və adını bilmədiyi şəxslə əlaqə saxlamışdır. Həmin şəxsin sovqatı götürməli olduğunu bildiyini, özünün işləri olduğu üçün gələ bilmədiyini, lakin tanışının 070 247-41-31 saylı mobil telefon nömrəsini deyib əlaqə saxlamağını, tanışının onunla görüşərək sovqatı götürəcəyini bildirmişdir. Bundan sonra həmin şəxsin sözlərinə əsasən o, 070 247-41-31 saylı mobil telefon nömrəsinin adını bilmədiyi sahibi ilə əlaqə saxlamış və həmin şəxs metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlməyini xahiş etmişdir. Bundan sonra Sənanla birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına yollanaraq həmin gün günorta saatlarında həmin şəxslə görüşmüşdür. Sonradan həmin şəxsin Şahid8 olduğunu bilmiş, Ruslan ondan metronun “20 Yanvar” stansiyasının yaxınlığına aparmağını xahiş etmiş və onlar Sənanla Ruslanı həmin ünvana aparmışlar. Metronun “20 Yanvar” stansiyasının yaxınlığında Ruslan avtomobildən düşmüş, o, içərisində narkotik vasitəsini gizlətdiyi iki sellofanda sovqatı vermiş, həmçinin yadından çıxdığı üçün Ruslana 20 manat da pul verib meyvə almağını və sovqatın içərisinə qoyaraq həmin meyvələri də aparmağını xahiş etmişdir. Ruslan ona etiraz etməmiş, iki sellofanda aldığı sovqatı və 20 manat pulu götürərək çıxıb getmişdir. Ruslana narkotik barədə, kimə aparmalı olduğu barədə heçnə deməmiş, Pərvinin adını heç çəkməmiş və həmin Ruslan özü də ona heç bir söz deməmişdir. Bundan sonra Sənanın avtomobili ilə Saray qəsəbəsinə getmişlər. Həmin gün axşam Pərvin bir daha onunla əlaqə saxlamış və sovqatı ötürüb-ötürməməyi barədə maraqlanmışdır. O, Pərvinə bildirmişdir ki, Alimə aid sovqatı Ruslana vermiş, lakin Pərvinə aid əşyaları qardaşından götürüb özü gətirəcəyini demişdir. Pərvin bunu eşitdikdə minnətdarlığını bildirmiş, o da Pərvinə etiraz etməmiş və sonuncunun dediyi əşyaları qardaşından götürüb və siqaret alaraq xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında yenə də Sənanla birlikdə 8 saylı cəzaçəkmə müəssisəsinə yollanmışdır. Orada əşyaları ötürmək üçün Nəzarət buraxılış məntəqəsinə daxil olmuşdur. Bu zaman təsadüfən orada Alimin adına göndərdiyi və içərisində narkotik vasitələr olan sovqatı verdiyi Ruslanı görmüş, Ruslan məhz ona verdiyi sovqatı keçirdirmiş. Ruslanı gördükdə özünü tanımamazlığa vurmuş və sonuncu ilə görüşməmiş, lakin çox böyük həyacan keçirtmişdir. Əşyaları yoxlamadan keçirtdikdən sonra bayıra çıxmış, narahat olduğu üçün tezliklə nadzordan şəxsiyyət vəsiqəsini götürmüş və dərhal Sənanın avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Ruslan dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Priora” markalı avtomobildə gəlmiş, həmin avtomobildə sükan arxasında digər bir şəxsdə əyləşib Ruslanı gözləyirmiş, sürücünü tanımır və əvvəllər görməmişdir. Özü heç bir vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, əvvəllər heç bir vaxt Pərvinə sovqat, o cümlədən narkotik vasitə, psixotrop maddə və ya digər bir qanunsuz əşya ötürməmiş, Pərvinin ümumiyyətlə onun narkotik vasitə və psixotrop maddə göndərməyindən məlumatı olmamış, o, bu barədə Pərvinə heçnə deməmişdir. O, Şahid11 tanımır, Pərvin ona bildirmişdir ki, bir nəfər cəza çəkdiyi kamera yoldaşı vardır, həmin şəxsə sovqat göndərməyini xahiş etmişdir. X15 və Şahid8 o, şampun qabının içərisində narkotik vasitə və psixotrop maddələrin olması barədə heçnə deməmiş, həmin şəxslərdə ondan heçnə soruşmamışlar, o, ümumiyyətlə bu barədə heç kimə bildirməmişdir. Sənana şampun qabının içərisində narkotik vasitə və psixotrop maddənin olması barədə heçnə deməmişdir. O, ibtidai istintaq zamanı əvvəlki ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün müxtəlif ifadələr vermiş, qeyd olunan cinayət hadisəsi hazırki ifadəsində göstərdiyi kimi baş vermişdir. Həmin narkotik vasitəni şampun qabının içərisinə özü qoymuş, ondan başqa hər hansı bir şəxsin məlumatı olmamış, Şahid12 narkotik vasitə və psixotrop maddəni hədiyyə olaraq göndərmək istəmiş, əvəzində hər hansı bir mənfəət əldə etmək, satmaq fikrində olmamışdır. Düşünmüşdür ki, cəzaçəkmə müəssisəsində narkotikdən asılı olan şəxslər vardır, əgər Pərvin özü də istifadə etmək istəməsə kiməsə təqdim edər və həmin cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərin qarşısında özünün hörməti olar. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, gənc oduğunu, himayəsində iki azyaşlı uşaqlarının olduğunu, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində vətəndaş Şahid8 müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahid11 sovqat gətirmişdir. 8 saylı cəzaçəkmə müəssisəsinin RNK-nin ədliyyə mayoru Şahid5, əməliyyat bölməsinin böyük inspektoru ədliyyə leytenantı Şahid2, RNŞ-nin nəzarətçiləri ədliyyə giziri Şahid4, ədliyyə giziri Şahid3, hal şahidi qismində dəvət olunmuş 8 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisləri (anbar müdirləri) Şahid7 və Şahid6, o cümlədən Şahid8 iştirakı ilə gətirdiyi sovqata xüsusi ayrılmış otaqda baxış keçirilərkən Şahid8 məxsus məxsus göy rəngdə «Clear men» şampunun içərisindən 2 ədəd ağ sellofana bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu sual zamanı Şahid8 bildirmişdir ki, şampun qabının içərisindən aşkar edilərək götürülmüş maddələrdən xəbəri olmamış, həmin sovqatın Şahid11 ötürməsi üçün ona vermişdilər. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırıldı, möhürlə möhürləndi, bu barədə tərəfindən protokol tərtib edildi, tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar, hal-şahidləri və Şahid8 tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Şahid8 şampun qabının içərisində narkotik vasitə və psixotrop maddənin olub-olmamasından xəbəri olmadığını bildirdiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində vətəndaş Şahid8 müəssisənin 1-ci rejim korpusunun 13 saylı kamerasında xüsusi rejimdə cəza çəkən, Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə 10 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahid11 sovqat gətirmişdir. 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Şahid1 Abdullıüseyn oğlu, RNK-nin ədliyyə mayoru Şahid5, RNŞ-nin nəzarətçiləri ədliyyə giziri Şahid4, ədliyyə giziri Şahid3, hal şahidi qismində dəvət olunmuş 8 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisləri (anbar müdirləri) Şahid7 və Şahid6, o cümlədən Şahid8 iştirakı ilə gətirdiyi sovqata xüsusi ayrılmış otaqda baxış keçirilərkən ona məxsus göy rəngdə «Clear men» şampunun içərisindən 2 ədəd ağ sellofana bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu sual zamanı Şahid8 bildirdi ki, şampu qabının içərisindən aşkar edilərək götürülmüş maddələrdən xəbəri olmamış, həmin sovqatın Şahid11 ötürməsi üçün ona vermişdilər. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırıldı, möhürlə möhürləndi, bu barədə Əməliyyat bölməsinin rəisi Şahid1 tərəfindən protokol tərtib edildi. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, iştirakçılar, hal-şahidləri və Şahid8 tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid5 və Şahid4 digər şahidlər Şahid1 və Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Təssərüfat bölməsinin böyük mütəxəsisi (anbar müdiri) vəzifəsində çalışdığını qeyd edib ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:55 radələrində cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən ona könüllü olaraq müəssisədə cəza çəkən məhkum Şahid11 üçün Şahid8 gətirdiyi sovqata baxış keçirilməsində hal-şahidi kimi iştirak etməyi təklif edilmiş və o, buna etiraz etməmişdir. Ondan başqa Təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) Şahid6 da baxışda iştirak etmək üçün hal-şahidi qismində dəvət olunmuşdur. Bundan sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən xüsusi ayrılmış otaqda sovqata baxış keçirilərkən Şahid8 məxsus göy rəngdə «Clear men» şampunun içərisindən 2 ədəd ağ sellofana bükülmüş vəziyyətdə, birinin içərisində spesifik iyə malik yaşıl rəngdə ot, digərinin isə içərisində ağ rəngdə spesifik iyə malik maddələr aşkar olunaraq götürülmüşdür. Sorğu sual zamanı Şahid8 bildirmişdir ki, şampun qabının içərisindən aşkar edilərək götürülmüş maddələrdən xəbəri olmamış, həmin sovqatın Şahid11 ötürməsi üçün ona verilmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş, protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol, o cümlədən möhürlənmiş zərfdə, onun, iştirakçılar və Şahid8 tərəfindən imzalandıqdan sonra protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 13:00-14:00-da onunla bir məhəllədə yaşayan, uşaqlıq dostu Fərid istifadəsində olan 055 564-54-33 saylı mobil telefon nömrəsindən onun istifadəsində olan, lakin atası X4 adına olan 070 247-41-31 saylı mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, 8 saylı cəzaçəkmə müəssisəsində tanışı Alim adlı şəxs cəza çəkir, ona sovqat aparmaq lazımdır. Fərid özünün vaxtı olmadığı üçün ondan həmin sovqatları aparıb çatdırmağını xahiş etmişdir. O, etiraz etməmiş və Fərid demişdir ki, Alimin bir tanışı ona zəng edib görüşərək sovqatı verəcəkdir. Üstündən təxminən 5-10 dəqiqə keçdikdən sonra bir nəfər tanımadığı şəxs ona 055 371-31-41 və ya 070 993-36-36 saylı mobil telefon nömrəsindən zəng edərək bildirmişdir ki, nömrəni Fərid vermiş, Alimin tanışıdır, ona sovqat çatdırmalıdır. O, həmin şəxsə metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına gəlməyini bildirmişdir. Həmin şəxs gümüşü rəngli “Mercedes C klass” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobildə olacağını bildirmişdir. Danışıqdan təxminən 20-30 dəqiqədən sonra həmin şəxslə metronun “Elmlər Akademiyası” stansiyasının girişinin qarşısında yolun kənarında görüşmüşdür. Həmin şəxs təxminən 30-35 yaş arası, orta boylu, qarayanız, əynində qara rəngli gödəkçə və tünd rəngli cins şalvarı olan bir şəxs olmuşdur. O, həmin avtomobilə əyləşmiş, sükan arxasında başqa bir şəxsdə olmuş, lakin sürücünün başında kepka papaq olduğundan üzünü dəqiq görə bilməmişdir. Həmin şəxslərə onu metronun “20 Yanvar” stansiyasının yaxınlığına aparmaqlarını xahiş etmişdir. Belə ki, Fərid ona həmin yerdə görüşərək türməyə getmək üçün yol pulu 20 manat pul verəcəyini bildirmişdir. Lakin həmin şəxslərə bu barədə deməmişdir. Həmin şəxslər onu metronun “20 Yanvar” stansiyasının yaxınlığına aparmışlar, orada sərnişin olan şəxs avtomobildən çıxaraq əyləşdiyi arxa oturacaqdan 2 ədəd, onlardan biri göy rəngli, digəri isə şəffaf sellofan torbalarda olan sovqatı və 20 manat nəğd pul verərək bildirmişdir ki, həmin pula meyvə alsın və sovqatlarla birlikdə başqa bir söz demədən, heç kimin adını çəkmədən hara çatdırmalı olduğunu ondan soruşmuşdur. O da həmin şəxsə demişdir ki, bilir, narahat olmasın. Belə ki, Fərid ona artıq sovqatı cəza çəkmə müəssisəsində cəza çəkən Alim adlı şəxsə aparmağını bildirmişdir. Bundan sonra metronun “20 Yanvar” stansiyasının yaxınlığında vərəm dispanserinin qarşısında Fəridlə görüşmüş, sonuncu özü də ona 20 manat yol pulu vermiş və təxminən başa salmışdır ki, Alim adlı tanışı “kritiy zonda” yatır. Bundan sonra o, Fəriddən ayrılmış və yenidən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığına gəlmişdir. Oradan əvvəllər bir məhəllədə yaşadığı tanışı Orxanın istifadəsində olan 055 490-00-92 saylı mobil telefon nömrəsinə zəng etmiş və sonuncuya vəziyyəti izah edərək avtomobili ilə yoldaşlı cəzaçəkmə müəssisəsinə getməyini xahiş etmişdir. Orxan ona etiraz etməmiş və həmin gün saat təxminən 14:00-15:00 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində, Vergilər Nazirliyinin inzibati binasının arxasında görüşərək Orxanın qara rəngli “Priora” markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobilinə əyləşərək onlar birlikdə cəzaçəkmə müəssisələrinin yerləşdiyi Qaradağ rayonu istiqamətinə doğru yola düşmüşlər. Lakin Alim adlı şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsini tapmayaraq əvvəlcə səhv salaraq Qobustan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə getmişlər, orada onlara bildirmişlər ki, “osobıy” adlanan türmə burada deyil, Puta qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsidir. Bundan sonra onlar 8 saylı cəzaçəkmə müəssisəsi tərəfə yollanmışlar və saat təxminən 17:15 radələrində qeyd etdiyi cəzaçəkmə müəssisəsinə çatmışlar. Orada əməkdaşlar onlara gec olduğunu, bu vaxtı sovqat qəbul etmədiklərini, başqa gün gəlməyi tövsiyyə etmişlər. Bundan sonra onlar məcbur olub geri qayıtmışlar və o, axşam Fəridlə telefonla əlaqə saxlayaraq bu barədə ona məlumat vermişdir. Fərid isə heç bir problem olmadığını, sabahısı gün aparmağını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə bir daha Orxanla həmin yerdə, Vergilər Nazirliyinin inzibati binasının arxasında görüşərək yola düşmüşlər və təxminən saat 14:30 radələrində 8 saylı cəzaçəkmə müəssisəsinə çatmışlar. O, əvvəlcə sovqatları avtomobildə saxlayaraq qeydiyyatdan keçmək üçün cəzaçəkmə müəssisəsinin giriş məntəqəsinə daxil olmuş və guya qohumu kimi təqdim etdiyi Alim adlı şəxsə sovqat ötürmək istədiyini izah etdikdən sonra oranın əməkdaşı ondan şəxsiyyət vəsiqəsini istəmişdir. O, şəxsiyyət vəsiqəsini təqdim etdiyi zaman elə orada giriş məntəqəsində təsadüfən ona sovqatları verən şəxsi görərək tanımış, lakin həmin şəxslə görüşmədən özünü bildirməmişdir. Bunu görüb o, dərhal bayıra çıxmış və Orxana bildirmişdir ki, ona sovqatları vermiş şəxsi giriş məntəqəsində görmüşdür. Onlar ikisidə bir qədər şübhələnərək fikirləşmişlər ki, əgər həmin şəxs özü buraya gəlib sovqat ötürə bilirsə hansı səbəbə görə bunu ona etməyini demiş, lakin buna əhəmiyyət verməyərək içərisində çay, qənd, şirniyyat, şampun, sabun, diş pastası, yolda verilən 20 manat pula aldığı meyvələri (alma, kivi, mandarin, limon) olan iki sellofan torbada sovqatı götürüb içəri daxil olmuşdur. Giriş məntəqəsinə daxil olduğu zaman həmin şəxs bayıra çıxmış və onun yanına gəldiyi gümüşü rəngli “Mercedes C klass” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək oradan uzaqlaşmışdır. Həmin şəxsdən başqa avtomobildə dolu bədən quruluşlu, üzü tüklü bir sürücü kişi olmuşdur. Həmin gün saat təxminən 14:55 radələrində ona 8 saylı cəzaçəkmə müəssisəsində qanunsuz əşya keçirdiyi halda cinayət məsuliyyətinə cəlb olunmağı barədə xəbərdar etmişlər. O da xəbərdar olduğunu bildirdikdən sonra cəzaçəkmə müəssisəsində xüsusi ayrılmış otaqda iki nəfər hal şahidinin iştirakı ilə əşyalara baxış keçirilmişdir. Baxış zamanı sovqatda olan göy rəngdə «Clear men» şampunun içərisindən 02 ədəd ağ sellofana bükülmüş, bir bükümdə ağ rəngli kristal formada maddə, digər bükümdə isə narkotik vasitə marixuana aşkar etmişlər. Orada sorğu sual zamanı da əməkdaşlar bu barədə ondan soruşduqda o, həmin şampun qabının içərisində marixuana və ağ rəngli maddənin olmasından xəbəri olmadığını bildirmişdir. Bundan sonra 8 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları dəvət olunmuş hal şahidlərinin iştirakı ilə həmin bükümləri zərfə qoyaraq möhürlədilər, o və hal-şahidləri həmin zərfi imzaladılar, bununla əlaqədar protokol tərtib olundu, özü və baxışda iştirak edənlər protokolu imzalamışlar. Onun həmin narkotik vasitə və psixotrop maddədən xəbəri olmamış, uşaqlıq dostu Fərid sovqat aparmağını xahiş etmiş və sovqatda olan şampun qabının içərisində həmin narkotik vasitə və psixotrop maddənin olması barədə ona heç bir söz deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzəçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə hal şahidi Şahid6 hazırkı məhkəmə iclasında dindirilmiş Şahid7 oğlunun ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid9 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, rəsmi heç bir yerdə işləmir, lakin özümə məxsus “Vaz 2170” markalı **-NH-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir, həmçinin fərdi qaydada parket ustasıdır. Şahid8 uşaqlıq vaxtlarından məhəllədən tanıyır, yoldaşlıq münasibətləri vardır. xx xxxxxx 2020-ci il tarixdə Ruslan ona zəng edərək bildirmişdir ki, türmədə cəza çəkən bir nəfərə sovqat aparmaq lazımdır, onu aparmağını xahiş etmişdir. O da Ruslana etiraz etməmiş və həmin gün saat 14:00-15:00 radələrində sonuncu ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində, Vergilər Nazirliyinin inzibati binasının arxasında görüşərək onun avtomobili ilə yola düşmüşlər. Ruslanın axtardığı cəzaçəkmə müəssisəsini çətinliklə tapmışlar, əvvəllcə səhv salaraq Qobustan qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsinə getmişlər, orada onlara bildirmişlər ki, “osobıy” adlanan türmə burada deyil, Puta qəsəbəsində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsidir. Bundan sonra onlar oraya yollanmışlar və saat təxminən 17:15 radələrində qeyd etdiyi cəzaçəkmə müəssisəsinə gəlmişlər. Orada əməkdaşlar Ruslana gec olduğunu, bu vaxtı sovqat qəbul etmədiklərini, başqa gün gəlməyini tövsiyyə etmişlər. Bundan sonra onlar məcbur olub geri qayıtmışlar. Sabahısı gün xx xxxxxx 2020-ci il tarixdə yenə də Ruslanın xahişi ilə həmin yerdə, Vergilər Nazirliyinin inzibati binasının arxasında görüşərək yola düşmüşlər və təxminən saat 14:30 radələrində 8 saylı cəzaçəkmə müəssisəsinə çatmışlar. Ruslan əvvəlcə sovqatları avtomobildə saxlayaraq qeydiyyatdan keçmək üçün cəzaçəkmə müəssisəsinin giriş məntəqəsinə daxil olmuş və bir neçə dəqiqə sonra geri qayıdaraq ona bildirmişdir ki, sovqatı ötürmək üçün verdiyi şəxsi içəridə giriş məntəqəsində görmüşdür. Daha sonra Ruslanın dediyi şəxs sonuncu içəri daxil oduqdan sonra bayıra çıxıb “Mercedes C klass” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək oradan uzaqlaşmışdır. Onlar ikisidə bir qədər şübhələnib fikirləşmişlər ki, əgər həmin şəxs özü buraya gəlib sovqat ötürə bilirsə hansı səbəbə görə bunu Ruslana etməyini demiş, lakin buna əhəmiyyət verməmişlər və Ruslan iki sellofan torbada sovqatı götürüb içəri daxil olmuşdur. Ruslan ona demişdir ki, həmin sovqatı buraya gətirməyə ondan ümumi tanışları, keçmiş məhəllə uşağısı Fərid xahiş etmişdir. Bundan sonra o, bir qədər Ruslanı gözləmiş, lakin sonuncu çıxmamışdır. Təxminən 1 saat keçdikdən sonra bayıra nadhor çıxmış, Ruslanın mobil telefonu və gətirdiyi iki sellofan torbada sovqatı ona verərək bildirmişdir ki, Ruslanı gözləməsin və çıxıb getsin. Nə baş verdiyini soruşduqda nadzor heçnə demədən “sən get sonra nə baş verdiyini biləcəksən” sözlərini deyərək onu yola salmışdır. O, bunu eşitdikdə narahat olmuş və Fəridə zəng edib demişdir. Fərid özü də sovqatı Ruslana aparmağı xahiş etdiyi üçün narahat olmuş və birazdan onu yığacağını demişdir. Daha sonra o, oradan aralanmış və Fəridin yanına gəlmişdir. Onlar birlikdə Ruslanın atası İbrahimlə əlaqə saxlayıb baş verənləri barədə danışmışlar. Sonradan ona məlum olmuşdur ki, sovqatda olan şampun qabının içərisində narkotik vasitələr olmuş və həmin səbəbdən Ruslanı saxlayaraq Qaradağ rayon polis idarəsinə aparmışlar. Nə özünün, nə Ruslanın, nə də ki, Fəridin həmin narkotik vasitələrdən xəbərləri olmadığını, özünün ümumiyyətlə narkotik vasitələr qəbul etmədiyini və belə işlərdən uzaq olduğunu təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid10 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, lakin atası X11 məxsus etibarnamə ilə idarə etdiyi “Mercedes C klass” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Uber” taksi xidmətinə qoşularaq taksi kimi fəaliyyət göstərir. Heç bir narkotik vasitə və psixotrop maddə istifadə etmir. Rəşad adlı şəxsi təxminən 2 il olar ki, yaşadığı Saray qəsəbəsindən tanıyır, sonuncunu qəsəbədə bir neçə dəfə taksi kimi zəhmət haqqı müqabilində müxtəlif ünvanlara aparırmış. xx xxxxxx 2020-ci il tarixdə qəsəbədə olduğu zaman Rəşad əlində iki dolu sellofan torba ilə ona yaxınlaşaraq taksi kimi bir neçə ünvana aparmağını xahiş etmişdir. O da etiraz etməmiş və Rəşadın sözlərinə əsasən əvvəlcə onu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının qarşısına aparmış, orada Rəşad bir nəfər tanımadığı cavan oğlanla görüşmüşdür. Həmin cavan oğlan da avtomobilin arxa oturacağına əyləşərək metronun “20 Yanvar” stansiyasının yaxınlığına aparmaqlarını xahiş etmişdir. Bundan sonra onlar üçü yola düşmüşlər və o, metronun “20 Yanvar” stansiyasının yaxınlığına sürmüşdür. Orada Rəşad həmin cavan oğlana içərisi ərzaq və əşyalarla dolu iki sellofan torbası və meyvə almaq üçün 20 manat pul vermiş və bildirmişdir ki, həmin torbaları zondakı tanışına çatdırsın. Həmin cavan oğlan sellofan torbaları və pulu Rəşaddan götürüb çıxıb getmiş, onlar isə Saray qəsəbəsinə yollanmışlar. Qəsəbədə Rəşad ona yol haqqı 20 manat pulu verib özü də çıxıb getmişdir. Sabahısı gün, xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Rəşad yenə də onu qəsəbədə görüb Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsinə aparmağını xahiş etmiş, orada cəza çəkən tanışına nəsə ötürəcəyini demişdir. O, razılaşmış və Rəşadı 8 saylı cəzaçəkmə müəssisəsinə aparmışdır. Cəzaçəkmə müəssisəsinin qarşısına çatdıqda Rəşad gözləməyini ondan xahiş etmişdir. O, Rəşadı təxminən 1 saat gözləmiş, sonuncu içəri daxil olub çıxdıqdan sonra avtomobilə yaxınlaşmış və bir siqaret yandırıb çəkmişdir. Rəşad ona orada dayanmış, dövlət nömrə nişanını xatırlamadığı qara rəngli “Priora” markalı avtomobili göstərərək həmin avtomobildə sərnişin kimi əyləşmiş şəxsi tanıyıb-tanımadığını ondan soruşmuşdur. O, həmin şəxsi tanımamış və kim olduğunu Rəşaddan soruşmuşdur. Rəşad isə ona demişdir ki, həmin avtomobildə əyləşən sərnişin bir gün əvvəl iki sellofanda ərzaq və əşyaları götürmüş şəxsdir. O, həmin oğlanı xatırlamadığı üçün Rəşadın sözlərinə əhəmiyyət verməmiş, lakin Rəşadın nədənsə həyacanlı olduğunu hiss etmişdir. Rəşaddan nə vaxt çıxıb gedəcəklərini soruşduqda sonuncu nadzordan sənədini gözlədiyini ona demişdir. Həmin vaxt “Priora”da əyləşmiş cavan oğlan sərnişin əlində iki sellofan torbası ilə çıxaraq cəzaçəkmə müəssisəsinə daxil olmuş, elə üstundən 5-10 dəqiqə keçdikdə nadzor çıxıb Rəşadın sənədini qaytardıqdan sonra sonuncu həyacanlı şəkildə avtomobilə oturaraq təcili sürməyini bildirmişdir. O, Rəşadın bu hərəkətlərindən şübhələnib nə baş verdiyini soruşmuş, Rəşad isə bildirmişdir ki, guya Saray qəsəbəsində gözləyirlər, həmin səbəbdən tələsir. Bundan sonra o, Rəşadı Saray qəsəbəsində düşürtmüş, Rəşad isə ona zəhmət haqqı 30 manat pul verib çıxıb getmişdir. Daha sonra o, Rəşadı görməmiş, Rəşadın həmin cavan oğlana ərzaqdan başqa nə əşyalar verdiyindən məlumatı olmamışdır. Taksi kimi fəaliyyət göstərdiyi üçün Rəşadın nə apardığından, kimə nə verdiyindən maraqlanmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsində yaşadığı evdə olduğu zaman üç nəfər mülki geyimdə şəxs gələrək onu bayıra dəvət etmişlər. Həmin şəxslər Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirməklə onu polis idarəsinə dəvət etmişlər. Hansı səbəbə getməli olduğunu soruşduqda polis əməkdaşları demişlər ki, o, idarə etdiyi avtomobildə bir nəfərlə 8 saylı cəzaçəkmə müəssisəsinə getmiş, həmin məsələyə aydınlıq gətirmək lazımdır. Bu sözü eşitdikdə birinci Rəşad ağlına gəlmiş, həmin səbəbdən polis əməkdaşları ilə getməmişdən əvvəl evdən Rəşadın onunla əlaqə saxladığı 055 371-31-41 saylı mobil telefon nömrəsinə zəng etmiş, Rəşada cəzaçəkmə müəssisəsinə getdiyi üçün polislərin qapısına gəldiklərini bildirmişdir. Rəşaddan nə baş verdiyini soruşduqda sonuncu heç nədən xəbəri olmadığını, problem olmadığını demişdir. Bundan sonra o, polis əməkdaşları ilə Qaradağ rayon polis idarəsinə getmiş, yolda onlar bir daha Rəşadın mobil nömrəsinə yığdıqda həmin nömrəyə artıq zəng çatmamışdır. Qeyd olunan sovqatdakı göy rəngdə «Clear men» şampunun içərisində narkotik vasitə və psixotrop maddənin olmasından məlumatı olmamış, bu barədə Rəşad ona heçnə deməmiş və onun həmin məsələyə aidiyyəti olmadığı üçun maraqlanmamışdır. Lakin onu da qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə onlar 8 saylı cəzaçəkmə müəssisəsinin qarşısında olduqları zaman Rəşadın sözlərinə əsasən sonuncu nədənsə həmin cavan oğlanı gördükdə özünü həyacanlı aparmış və tez oradan uzaqlaşmaq istəmişdir. Bunun səbəbini o, bilməmiş, hazırda isə elə düşünmüşdür ki, Rəşad həmin cavan oğlanı aldadaraq tanışına sovqatı ötürməsini xahiş edərək əşyalardan olan şampunun içərisində narkotik vasitə və psixotrop maddə gizlətmişdir. O, Şahid8 tanımır, ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə Rəşadla görüşərkən görmüş, hətta cəzaçəkmə müəssisəsinin qarşısında olarkən Rəşad ona həmin cavan oğlanın ondan sovqatı götürmüş şəxs olduğunu bildirsə də, o, bunu xatırlamamışdır. O, 055 306-08-07 və 099 306-06-08 saylı mobil telefon nömrələrdən istifadə edir, qeyd etdiyi nömrələrlə Rəşad adlı şəxslə əlaqə saxlamış, Rəşad taksi kimi müxtəlif ünvanlara onu aparmağını xahiş etmişdir. Bir neçə dəfə Rəşadı taksi kimi nisyə aparmış və sonradan zəng edib ondan pulunu istəmişdir. O, heç bir vaxt cinayət törətmədiyini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid11 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid11 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid11 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olsa da, 2007-ci ildə Biləsuvar rayonunda bıçaqla adam vurduğuna görə həbs edilmiş, 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa buraxıldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində dəqiq ünvanını xatırlamadığı bir evdə kirayə yaşamışdır. 2015-ci ildə isə Binəqədi rayonu ərazisində bir daha dava dalaş edib bıçaqla adam vurduğuna görə tutulmuş və hal-hazırda törətdiyi əmələ görə 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssiəsində istifadəsi qadağan edilmiş mobil telefon cihazı işlətdiyi üçün Qaradağ rayon məhkəməsinin hökmü ilə çəkdiyim cəzasına 2 ay əlavə olunmuşdur. İşin mahiyyəti üzrə göstərmişdir ki, o, Şahid8 tanımır, lakin kamera yoldaşı Şahid12 ona bildirmişdir ki, bir Rəşad adlı tanışı diş protesi və digər əşyalardan ibarət sovqat göndərəcəkdir, özünə də nə lazımdırsa göndərməyini təklif etmişdir. O da Pərvinə etiraz etməmiş, əgər imkan varsa çay, qənd, şirniyyat, şampun, sabun, diş pastası, və meyvələri (alma, kivi, mandarin, limon) göndərməyini xahiş etmişdir. Daha sonra Pərvin ona bildirmişdir ki, tanışı Rəşadın işləri olduğu üçün özü gələ bilmir, sovqatı bir nəfər tanışlarının vasitəsi ilə göndərə bilər. O, bir qədər fikirləşmiş və əvvəllər Bakı istintaq təcridxanasında onunla bir kamerada Fərid adlı tanışına zəng edib müraciət etmişdir. Fərid ona etiraz etmədikdən sonra Pərvindən Rəşadın nömrəsini götürüb Fəridə vermiş, sonuncuya isə Rəşadın nömrəsini demiş, Fəriddən Rəşadla əlaqə saxlayaraq sovqatı ona ötürməyini xahiş etmişdir. Üstündən bir neçə gün keçdikdən sonra Fəridlə bir daşa əlaqə saxlamış, bildiyinə görə sonuncu bir nəfər tanışının vasitəsi ilə sovqatı göndərmiş, lakin sovqatdakı şampun qabının içərisindən narkotik vasitə və psixotrop maddə çıxmışdır. Bununla bağlı onun izahatı da alınmış, lakin həmin sovqatı gətirən şəxsi tanımır, içərisində narkotik vasitə və psixotrop maddənin olmasından heç bir məlumatı olmamışdır. Pərvinlə bu barədə danışdıqda sonuncunun da sovqatın içərisində narkotik vasitə, psixotrop maddə və ya digər bir qanunla qadağan edilmiş əşyanın olmasından məlumatı olmamasını müəyyən etmişdir. O, X7 Bakı istintaq təcridxanasından tanımış, lakin sovqatda olan narkotik vasitə və psixotrop maddənin kim tərəfindən şampun qabının içərisinə qoyulduğunu bilmir, onun bu məsələdən xəbəri olmamışdır. Həmin gün eşitmişdir ki, Şahid8 onun qohumu olduğunu demiş, özü də ilkin izahatında elə göstərmiş, lakin onların heç bir tanışlıq və qohumluq əlaqələri olmuş, bunu o, elə belə demişdir. O, heç bir vaxt narkotik vasitə qəbul etmədiyini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid12 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid12 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid12 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı Saray qəsəbəsindən tanıyır, bir məktəbdə oxumuşlar, bu vaxta kimi yoldaşlıq münasibətləri vardır. Cəza çəkdiyim 8 saylı cəzaçəkmə müəssisəsindən arabir Rəşadın mobil telefonuna zəng edirmiş, hal-əhvalını soruşurmuş, Rəşadda həmişə ərzaqlardan nə lazımdırsa ona göndərməyi təklif edirmiş. 2020-ci ilin fevral ayının ortalarında Rəşadın mobil telefonuna zəng etmişdir. Rəşad ona nə lazım olduğunu soruşmuş, o isə Rəşaddan xahiş etmişdir ki, özünə həkim işləyən qardaşı Ülvidən diş üçün protez, həmçinin qol saatı və siqaret götürərək həmin əşyaları ona göndərməyini, əgər imkanı varsa kamera yoldaşı Alimə sovqat göndərməyini xahiş etmişdir. Alimə neçə vaxtdır ki, heç kim sovqat göndərmədiyi üçün bunu xahiş etmişdir. Rəşad etiraz etməmiş, nə lazım olduğunu ondan soruşmuşdur. O isə Alimdən soruşub bir daha Rəşadla əlaqə saxlamış və çay, qənd, şirniyyat, şampun, sabun, diş pastası, və meyvələri (alma, kivi, mandarin, limon) göndərməyini xahiş etmişdir. Rəşad ona etiraz etməmiş, lakin işləri olduğu üçün özü gələ bilməyəcəyini demişdir. O isə Alimə bu barədə demişdir. Alim ona bildirmişdir ki, bir nəfər tanışı vardır, nömrəsini verəcəkdir, Rəşadla əlaqə saxlayıb sovqatları həmin şəxsə verməsini təklif etmiş və həmin şəxsin mobil telefon nömrəsini demişdir. Bu şəkildə Rəşad Alimin tanımadığı tanışlarının vasitəsi ilə sovqatı göndərməli imiş. Sonradan eşitmişdir ki, Alimə göndərilən sovqatdaki şampun qabının içərisində narkotik maddə və psixotrop maddə çıxmış, lakin həmin sovqatın kim tərəfindən gətirilməsini, içərisində narkotik vasitə və psixotrop maddənin çıxmasından heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona bu barədə heçnə deməmiş və o da Rəşaddan narkotik vasitə, psixotrop maddə və ya digər bir qanunla qadağan edilmiş əşyanı göndərməsini xahiş etməmişdir. Təqsirləndirilən şəxs özü isə ona dediyi diş protezi, qol saatı və siqareti göndərmişdir. Şampun qabının içərisinə kim tərəfindən narkotik vasitə və psixotrop maddənin qoyulmasından məlumatı olmamış, özü heç bir vaxt narkotik vasitə qəbul etmədiyini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi fakta görə cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir.(i.v İ cild 01) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4729/30 saylı materialların məhkəmə ekspertizasının arayışından görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 01 ədəd bükülüdə təmiz çəkisi -1, 72 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi -0,799 qram olan bitki bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmışnarkotik vasitə qurudulmuş marixuanadır. Metamfetamin adlı peraparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadsağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Metanfetaminin təmiz çəkisi-1.722 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq çəkisi -1.672 qram təşkil edir. Marixuananın təmiz çəkisi-0.799 qram, tədqiqata sərf edildi-0.002 qram, qalıq-0,779 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.(i.v İ-ci cild 32-35) Axtarışda olanın tutulması ilə bağlı xx xxxxxx 2020-ci il tarixli tutma protokolundan görünür ki, ********* №-li cinayət işi üzrə xx.xx.2020-ci il tarixli 30608 saylı axtarış işi olan Axundov X8 RPİ 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X5, həmin PB-nin CA üzrə əməliyyat müvəkilləri, polis baş leytenantı Nəcəfov Kamran oğlunun və polis leytenantı Cavadzadə Rəşad Rövşən oğlu tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir. (i.v. 1-ci c.119) Cinayət əməlinin tövsif edilməsi və şəxsin barəsində cinayət təqibinin rədd edilməsi haqqında xx xxxx 2020-ci il tartixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v. 1-ci c. 153-155) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4(002)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 1-ci c.179-182) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 1-ci c.188) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 07/01 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, Şahid8 aşkar edilərək götürülmüş təmiz çəkisi 0, 779 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-0.779 qram, tədqiqata sərf edildi-0.002 qram, qalıq-0,759 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) təşkil edir.(i.v 1-ci c.234-236) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 06/02 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsi Zərflər üçün dairəvi möhür əksləri olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,672 qr olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metanfetaminin təmiz çəkisi-1.622 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq çəkisi - 1.622 qram təşkil edir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir manat) 82 qəpik təşkil edir.(i.v 1-ci c 234-236) “Cinayət əməlinin tövsif edilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.2 və 317-1.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 1-ci c. 248-250) xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs olunun istifadəsində (055) ***-**-** saylı mobil telefon nömrələri arasında zənglər və sms mətnlərinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində (055) ***-**-** saylı mobil telefon nömrəsindən X6 istifadəsində olan (055) ***-**-** saylı mobil telefon nömrəsinə ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 12:38:22-də zəng etmişdir. Həmçinin Şahid8 da istifadəsində olan (055)247- 41-31 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinə ilk dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 12:54:57-də zəng etmişdir. 20xx xxxxxx 2020-ci il tarixlərdə həmin nömrələrin arasında danışıqlar olmuşdur. “xxxx” MMC-nin xx xxxxx 2020-ci il tarixli BKC\LGL-5177/20 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd disk işin faktiki hallarına görə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 2-ci c.7) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4(002)-65/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon X12 Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 317-1.1-ci maddələri ilə istintaq edilən ********** №-li cinayət işi üzrə həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay 23 (iyirmi üç) gün, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. (i.v. 2ci c. 56-59) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxx 2020-ci il tarixli 1317 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 2-ci c. 111-112); “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi “ barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 317-1.1-ci maddələrindən həmin məcəllənin 234.1 və 29,317-1.1-ci maddələrinə tövsif edilməsi, ona həmin maddələrlə yenidən ittiham elan edilərək barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, iş üzrə şahid ifadələri, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixli ifadəsi, axtarış və götürmə barədə protokol, fotoşəkilin tanınması və üzləşdirmə protokolları, xxxx MMC-nin xx xxxxx 2020-ci il tarixli BKC/LGL-5177/20 nömrəli mərtuba əlavə edilmiş 01 ədəd disk və ona əlavə edilmiş xx xxx 2020-ci il tarixli protokol, kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 07/01 №-li və xx xxxx 2020-ci il tarixli 06/02 №-li, məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1317 №-li rəyləri sübut növü kimi qiymətləndirilməsi, göy rəngdə Clear men şampun qabının içərisindəki aşkar edilərək götürülmüş 02 ədəd ağ sellofana bükümündə, 01 ədəd bükülüdə təmiz çəkisi 1,722 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetaminin istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində 1,622 qram qalığı və 01 ədəd bükülüdə təmiz çəkisi 0,799 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aparılmış bioloji ekspertizalar nəticəsində 0,759 qram qalığı maddi sübut kimi tanınması və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamininin mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün material ayrılaraq 10-cu polis bölməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 2-ci c. 120-136) “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1, 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (i.v. 2-ci c.140) Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 4(002)-82/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********** №-li cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməlirin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.11.201-cu il təvəllüdlü Nahid, xx.xx.2012-ci il təvəllüdlü Səkinəxanım adlı 2 azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasının a yarımbəndinə əsasən təmiz halda 5 qram qurudulmuş marixuana-kannabis və «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs oöluna təqsirləndirildiyi hər iki cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Axundov X9 Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 29, 317-1.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli, təyin ediləcək cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbi baxımından toplanılaraq cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin və psixotrop maddənin qalığı məhv edilməli, sübut növü kimi tanınmış və cinayət işininin materiallarına əlavə edilmiş 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1.) Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx xxxxxx 2020-ci il tarixli № 356 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 90 (doxsan) iş saatı və məhkəmədə xx xxxxxx 2020-ci il tarixli № 1349 saylı order əsasında 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 130 (yüz otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 780 (yeddi yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, cəzasının əvvəli xx xxxxxx 2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tnınmış- Qaradağ rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1,622 qram narkotik vasitə olan metanfetamin və 0.759 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 03 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 253,82 (iki yüz əlli üç manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş cəmi 130 (yüz otuz) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 780 (yeddi yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar