Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-215/2021 19.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxxxx 1990-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 13.04.2021 ci il tarixdə, saat 16:00 radələrində, həyat yoldaşı- X6 Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində Qaçqınlar və Məcburi köçkünlər üçün salınmış şəhərcikdə binanın arxa tərəfində aralarında yaranmış ailə məişət zəmnindəki mübahisə zamanı sonuncunun sifətinə qəsdən əl zərbəsi ilə vuraraq X2 qaşüstü nahiyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirməklə X1 yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13.06.2018-ci ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan bir az yaşlı övladları vardır. 06 aprel 2021-ci ildə X7 ilə aralarında səhər yeməyi zamanı ailə məişət zəmnində mübahisələri olmuş, mübahisəyə səbəb Solmaz onun xəbəri olmadan özünə iki idman ayaqqabısı alması olmuşdur. Belə ki o, banka borcları olduğu üçün özü cırıq ayaqqabıda gəzdiyi halda Solmazın ondan xəbərsiz özünə iki ayaqqabı almasından əsəbiləşib, Solmaza deyib ki, “mən nəyə görə gedib anamdan 50 manat borc almalıyam ki, maaşı alanda verəcəm, səndə o pula gedib iki ayaqqabı alırsan, insanlığın olardı birini də mənə alardın”. Mübahisədən sonra X7 ondan küsərək həmin gün çıxıb atası evinə getmişdir. O övladını çox istədiyinə görə ailəsinin dağılmasını istəmədiyi üçün 08.04.2021-ci il tarixdə Solmazın iş yerinə getdiyini və orada Solmaza “ayıbdı elə bir ciddi səbəb yoxdur, gəl evə qayıt” dediyini, Solmaz isə ona məhəl qoymayaraq evinə qayıtmadığı üçün o, 13.04.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində yenidən Solmazın iş yerinə gedərkən yolda Solmazla rastlaşdığını bildirmişdir. O, Solmaza yaxınlaşaraq onunla söhbət etmək istədiyini bildirərək bir kənara çəkilmələrini təklif etmişdir. Solmaz onun təklifinə əsasən yoldan kənar binanın arxa tərəfinə keçmişlər. Onlar yoldan təxminən 20 metr kənara çəkilərək Qaçqınlar və Məcburi köçkünlər üçün tikilmiş binaların arxa tərəfində söhbət edərkən Solmaz onun rəhmətə getmiş atasının ünvanına nalayiq ifadə işlətmiş, o Solmaza ona görə irad tutmuş, Solmaz isə əksinə danışığına fikir verməyərək onun anasının da ünvanına nalayiq ifadələr işlətmiş və o buna əsəbiləşib, özünü cilovlaya bilməyib Solmaz Adgözəlovanın sifətinin sol tərəfinə bir yumruq zərbəsi vuraraq ona xəsarət yetirmişdir. O, vurduğu zərbədən sonra Solmazın sol qaşının tini qanadığı üçün ona kömək etmək məqsədi ilə cib dəsmalını çıxarıb, Solmazın yarasını tutmuşdur ki, qanı çox axmasın. Solmaz isə ona demişdir ki, “kənara çəkil indi zəng vuracam, DİN-in 102 xidməti zəng mərkəzinə polisə məlumat verəcəm”. Bundan sonra Solmaz iş yerinə qayıtmış, o da dəsmalla Solmazın qanını silərək onunla iş yerinə qayıtmışdır. Orada Solmaz əl-üzünü yuduqdan sonra iş yerindən çıxıb qəsəbədə olan polis sahə məntəqəsi istiqamətində gedərkən, o Solmazın arxasınca gedərək törətdiyi əməldən peşiman olduğunu, polisə şikayət etməyə ehtiyac olmadığını bildirmiş, bu zaman ərazinin sahə inspektoru avtomaşını ilə oradan keçərkən Solmazın sifətində qanı görüb, avtomaşını saxlayıb, səbəbini soruşduqda Solmaz həmin əməkdaşa onun tərəfindən yumruqla vurulması nəticəsində xəsarət yetirdiyini bildirdiyi üçün həmin əməkdaş onları avtomaşınına əyləşdirərək sahə məntəqəsinə aparmış və oradan polis serjantları ilə birlikdə hər ikisini 10-cu PB-nə göndərmişdir. Bölmədə Solmazın ərizə, izahatını aldıqdan sonra məhkəmə tibbi ekspertin müayinəsindən keçmək üçün təliqə verdikdən sonra onunda izahatını alıb evə buraxıldığını bildirmişdir.O həmin münaqişə zamanı X7 ona heç bir xəsarət yetirmədiyini əlavə etmişdir. Baş vermiş münaqişə vaxtı orada heç kəs olmayıb və münaqişənin 2-3 dəqiqə müddətində davam etmişdir. Hal-hazırda həyat yoldaşı ilə faktiki ayrıldığını və arvadının azyaşlı uşağı ilə birlikdə atasının evində yaşadığını bildirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 13.06.2018ci ildə tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan bir az yaşlı övladları var. 06 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs ilə səhər yeməyi zamanı heç bir səbəb olmadan aralarında mübahisə yaranmış, mübahisə zamanı Cəlal yemək masasının üzərində olan çörəyi, qabı ilə birlikdə yerə ataraq əsəbi şəkildə ona “mən nəyə görə işləyib səni saxlamalıyam” demiş, o da həmin gün azyaşlı uşağını götürüb atası evinə getmiş, həmin gündən də valideynləri ilə birlikdə yaşamaqla nikahın pozulmasına dair məhkəməyə müraciət etmişdir. O, 13.04.2021-ci il tarixdə saat-16:00 radələrində işdən çıxıb evə gedərkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb bildirmişdir ki, “gəl keçək kənara sənə sözüm var”. Onlar yoldan təxminən 10 metr kənar çəkilərək binanın arxa tərəfinə keçmişlər, Cəlal ona nəyə görə boşanma barədə ərizə verməsini soruşmuş, o Cəlala ərizə verməsini ona bildiriş gələcəyini bildirdikdə Cəlal əsəbi şəkildə onu, onunla mübahisə etməkdə günahlandıraraq gözlənilmədən sifətinin sol tərəfindən sol qaşüstü nahiyədən yumruq zərbəsi vurmuşdur. O aldığı zərbədən müvazinətini itirib divara tərəf yıxıldığını, zərbədən sol qaşının üst hissəsinin partladığını və həmin nahiyyədən qan axdığını bildirmişdir. Bu zaman Cəlal cib dəsmalını çıxardıb qanın üstündən tutmuş, o Cəlala geri çəkilməsini bildirərək işlədiyi aptekə qayıtmış, əlindəki çantanı ora qoyduqdan sonra əlüzünü yuyub iş yerindən ərazidə olan polis sahə məntəqəsi istiqamətində gedərkən, Cəlal onun arxasınca onu polisə verməməsi üçün yalvarışlar edə-edə gələn zaman, ərazinin sahə inspektoru avtomaşını ilə keçərkən onun sifətində olan qanı görüb, avtomaşını saxlayıb, səbəbini soruşduqda o həmin əməkdaşa həyat yoldaşı-Təqsirləndirilən şəxs onu yumruqla vuraraq xəsarət yetirdiyini bildirdiyi üçün həmin əməkdaş onların hər ikisini avtomaşınına əyləşdirərək məntəqəyə aparmış və oradan polis serjantları ilə birlikdə 10-cu PB-nə göndərmişdir. O bölmədə ərizə və izahatını yazaraq ekspertin müayinəsindən keçmək üçün təliqə götürüb evin qayıtmışdır. Baş vermiş münaqişə vaxt orada tanımadığı bir nəfər şəxsin keçdiyini, həmin şəxs vurulma anını görməsə də sifətində qanı görərək Cəlala irad bildirdiyini, münaqişənin 5-10 dəqiqə müddətində davam etdiyini bildirmişdir. O öz ifadəsində daha sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı şikayətçi olduğunu, lakin azyaşlı övladının xətrinə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-təcrübi və Tədris Birliyinin 14.04.2021 ci il il tarixli 206 saylı rəyində göstərilir ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sol qaşüstü nahiyyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi 13.04.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən və qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qərarı ilə barəsində CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1 maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azaldığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən təhqiqat zamanı 25 iş saatı, məhkəmə baxışı zamanı isə 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-215/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-215/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver