Məhkəmə qərarları › İş №1(002)-215/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-215/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-215/2024 29.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə İmişli rayonu, Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, İmişli rayonu, Ölcələr ərazi dairəsi, Yuxarı Qaralar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, meyvə-tərəvəz bazarı adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 08 yanvar 2024-cü il tarixdə saat 21:30 dəqiqədə Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "1941-1945 Abidəsinin" yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Qaradağ RPİ-nə gətirilərək orada üzərinə müdafiəçinin iştirakı və vidioçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının ön sağ tərəfində olan kiçik cibindən bir ədəd gümüşü rəngli siqaretin falqasına bükülmüş bükümdə təmiz çəkisi 0,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə narkotik vasitədən istifadə etdiyi üçün Qaradağ rayon məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmünə əsasən 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını sonadǝk çəkib azadlığa buraxılmışdır. Əvvəllər narkotik vasitələrdən istifadə etsədə hal-hazırda fərdi qaydada müalicə almaqla narkotik vasitələrdən istifadə etmir. O, 08 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində 1 ədəd siqaretin gümüşü rəngli falqasına bükülmüş “kakos” kimi adlanan narkotik vasitə heroin almış, həmin gün saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «1941-1945 Abidəsi»nin yaxınlığına gəlmiş, bu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirib narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli bilindiyini izah edib onlarla birlikdə Qaradağ RPİ-nǝ getməyini bildirmişlər. O, da polis əməkdaşlarının təklifi ilə razılaşıb Qaradağ Rayon Polis İdarəsinə gəlmişdir. Orada ona Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 müdafiəçi kimi təqdim olunmuş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən hüquq vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, o, da əynində olan tünd göy rəngli cins şalvarının ön sağ tərəfində olan kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü, cins şalvarının ön sağ cibindən 1 ədəd yaşıl rəngli alışqanı, əynində olan gödəçənin sağ yan cibindən üzərində «F mobile» sözləri yazılmış 01 ədəd mobil telefon aparatı, içərisində ortadan sınmış vəziyyətdə olan özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 manat 40 qəpik pul əskinasları olan portmanatını çıxarıb masanın üzərinə qoymuş, polis əməkdaşları tərəfindən 1 ədəd gümüşü rəngli büküm açıldıqda içərisində qəhvəyi rəngli, iysiz, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN xidmətin” yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat müqabilində almışdır. Onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, o və iştirakçılar imzaları ilə zərfi və protokolun doğruluğunu təsdiq etmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd yaşıl rəngli alışqanı, içərisində ortadan sınmış vəziyyətdə olan özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 manat 40 qəpiklik pul əskinasları olan portmanatı özünə qaytarılmışdır. O, verilən suallara cavab olaraq polis əməkdaşlarının onu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən «1941-1945 Abidəsi»nin yaxınlığında saxladıqlarını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkotik vasitəni həmişə özünün qəbul etmək üçün aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı heç bir fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. O, son olaraq əməlini səmimi etiraf edərək peşman olduğunu, bir uşağa görə aliment ödədiyini, anasının xəstə olduğunu və ailənin yeganə qazanc gətirən üzvü olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.1986-cı il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Ölcələr Ərazi Dairəsi, Yuxarı Qaralar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “meyvə-tərəvəz bazası” adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o, özü və Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapıtanı Şahid2 daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik Şahid2 həvalə edilmişdir. 08 yanvar 2024cü il tarixdə saat 21:30 dəqiqədə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən "1941-1945 Abidəsinin” yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələr ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin baş tahqiqatçısı, polis mayoru Rüstəm Seyidov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 dəvət edilmiş, dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub- olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ tərəfində olan kiçik cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd "F mobile" sözləri yazılmış mobil telefon, 1 ədəd yaşıl rəngli alışqan, içərisində ortadan sınmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 manat 40 qəpik pul olan portmananı masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm “kakos” kimi adlanan narkotik vasitə heroindir, həmin heroini 08 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “ASAN” xidmətin yaxınlığında tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapıtanı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.1986-cı il tarixdə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Ölcələr Ərazi Dairəsi, Yuxarı Qaralar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, meyvə-tərəvəz bazası adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi arazisində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupuna o, özü və Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid1 daxil edilmiş, yaradılmış əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 08 yanvar 2024-cü il tarixdə saat 21:30 dəqiqədə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən "1941-1945 Abidəsinin” yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış və xidməti vəsiqələr ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs da özünü təqdim etdikdən sonra tərəflərindən sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Qaradağ RPİ-nə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs barəsində Qaradağ RPİ-nin TŞ-nin baş tahqiqatçısı, polis mayoru Rüstəm Seyidov tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafə etmək məqsədi ilə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 dəvət edilmiş, dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ tərəfində olan kiçik cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd "F mobile" sözləri yazılmış mobil telefon, 1 ədəd yaşıl rəngli alışqan, içərisində ortadan sınmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, 1 manat 40 qəpik pul olan portmananı masanın üzərinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi 1 ədəd büküm kakos kimi adlanan narkotik vasitə heroindir, həmin heroini 08 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində ASAN xidmətin yaxınlığında tanımadığı şəxsdən 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə tərəfimizdən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən hər hansı qanunla qadağan olunmuş bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/84 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,216 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,216 qram, tədqiqata sərf edildi– 0,050 qram, qalıq - 0,166 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 25 yanvar 2024-cü il tarixli, 454 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,166 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 08 yanvar 2024-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edilir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ tərəfində olan kiçik cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Qeyd olunan bükümə polis əməkdaşları tərəfindən baxış keçirilən zaman həmin bükümün içərisindən qəhvəyi rəngli, iysiz, toz şəkilində maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə "kakos" adlanan narkotik vasitə heroin olmasını, həmin maddəni 08 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində ASAN xidmətin yaxınlığında tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərindən hər hansı bir əşya aşkar edilmir. Aşkar edilmiş 1 ədəd bükümün zərfə qoyularaq qablaşdırılması və möhürlənməsi video görüntü zamanı qeydə alınır. İş materiallarına əlavə edilmiş İmişli RİHB-nin Ölcələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş İmişli RİHB-nin Ölcələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli 59 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X5, qardaşı X8 və bacısı X4r. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış 10 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, narkotik vasitənin miqdarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 yanvar 2024-cü il tarixdə, saat 21:30-da tutulmuş, Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimov təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Prokuroruna vəsatət vermiş, vəsatət təmin edilməmiş və Qaradağ rayon Prokurorunun 10 yanvar 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Astanov X9 RPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra Qaradağ rayon RPİ-nin İŞ-nin baş mütəntiqi Raqib Rəhimov tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı 02 (iki) gün kimi CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.166 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından liyev Əlisəfa Qurban oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “meyvə-tərəvəz bazası” adlanan ərazidə nömrəsiz fərdi ev ünvanını hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.166 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 48 saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar