Məhkəmə qərarları › İş №1(002)-216/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-216/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-216/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxslər 08 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaş, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü qəti olaraq 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılmış, cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 21, mənzil 26-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək daşımaqla bir qismini satmış, qalan şəxsi istehlak miqdarından artıq miqdarını isə satış məqsədi olmadan üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,416 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı və 0,181 və 0,320 qram olmaqla 02 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,501 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 04 aprel 2022 tarixdə saat 23:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində həmin narkotik vasitə qurudulmuş marixuanadan 0,216 qram çəkidə olan hissəsini və psixotrop maddə metamfetamindən 0,320 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs1 20 manat müqabilində satmış, həmin gün Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 aprel 2022-ci il tarixdə saat 23:20-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 17-də yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli gödəkcənin qabaq sağ yan cibindən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd qara rəngli tibbi maskaya bükülmüş vəziyyətdə təmiz çəkisi 0,20 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1, 04 aprel 2022 tarixdə saat 23:10-da Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində Təqsirləndirilən şəxs2 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,216 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm təmiz çəkisi 0,320 qram olan psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamış, həmin gün Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 aprel 2022-ci il tarixdə saat 23:20-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində saxlanılıb Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu 17-də yerləşən Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,216 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 01 büküm təmiz çəkisi 0,320 qram olan psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. O, işsiz olmuş və heç bir yerdə işləmirmiş. Təxminən 5 il olar ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə edirmiş. Təxminən tutulmamışdan əvvəl 2 ay olarmış ki, Sahil qəsəbəsində Orxan adlı şəxslə tanış olmuşdur. Orxan ona narkotik vasitə və psixotrop maddə lazım olanda gəlib ondan ala biləcəyini demişdir. O da narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Orxanı tapıb ondan narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin alırmış. O, adətən psixotrop maddə metamfetamin qəbul etmişdir. Təqsirləndirilən şəxs1 təxminən bir ildən çoxdur ki, tanıyır. O, heç vaxt narkotik vasitəni satmamış, lakin bəzən Elçinlə birlikdə narkotik vasitədən istifadə etmişlər. O, 04 aprel 2022-ci il tarixdə saat 21-22 radələrində bir nəfər adını bilmədiyi şəxsdən qurudulmuş marixuana və metamfetamin almış, ondan biraz istifadə etmiş, daha sonra Elçinlə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində görüşüb, orada kabinetdə əyləşmiş və yemək yeməyə başlamışlar. O, qurudulmuş marixuana və metamfetamini əynində olan gödəkcəsinin cibinə qoymuş, qısa müddət sonra kafedən çıxmış, lakin gödəkcəsi orda qalmış, gedib işlərini həll edib qayıtmış və Elçinlə söhbət etməyə başlamışlar. Elə həmin vaxt içəri kafedə işləyən ofisiant daxil olmuş, bundan sonra isə iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli gödəkcənin qabaq sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağızda olan bükümü və 1 ədəd qara rəngli tibbi maskada olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, ağ rəngli kağızda olan bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, qara rəngli tibbi maskanın içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükülülərə baxış keçirilmiş və ağ rəngli kağızda olan bükülünün içərisində ağ rəngli kristal şəkilli maddə olması, tibbi maska da olan bükülünün içərisində isə yaşıl rəngli ota bənzər maddə olması müəyyən olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan aldığını soruşanda, o həmin maddəni öz istifadəsi üçün 04 aprel 2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində Orxan adlı şəxsdən aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub 223 nömrəli möhür ilə möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, Azerfon” MMC-dən alınmış diskə baxış keçirilən zaman istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə gələn smslərlə bağlı suallara cavab olaraq həmin nömrələrin sahiblərini və mobil nömrələrin kimə məxsus olduğunu xatırlamadığını, həmin şəxslərlə olan yazışmalarda narkotik vasitələrin istifadə olunmasından söhbət getdiyini, o, ilkin ifadələrində qeyd etdiyi kimi özü narkotik istifadəçisi olduğunu, həmin şəxslərlə də görüşüb, birlikdə narkotik vasitə qəbul etmiş ola biləcəyini bildirmişdir. O, öz ifadəsində daha sonra işin istintaqı zamanı özünü CM-nin 234.1-ci maddəsiylə təqsirli bildiyini, müstəntiqə də bu barədə dediyini və ona müstəntiq tərəfindən sənədlər imzalatdırılarkən CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi barədə deyildiyinə görə sənədlərə imza etdiyini bildirmişdir. Polis bölməsində ona qarşı hər hansı qanunsuz rəftar olmamışdır. Təqsirləndirilən şəxs1 və başqa heç kimə narkotik vasitə və ya psixotrop maddələr satmadığını, Təqsirləndirilən şəxs1 kimdən narkotik vasitə əldə etdiyini bilmədiyini, özünün narkotik vasitələrin istifadəçisi olduğunu və özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. O, öz ifadəsində son olaraq özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək ona həmin maddənin sanksiyasında cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün 2014-cü ildə məhkum olunmuşdur. Hal-hazırda işsizdir, fəhlə kimi müxtəlif evlərdə işləyirmiş. Təxminən hadisədən əvvəl 3-4 ay olarmış ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edirmiş. Təqsirləndirilən şəxs2 təxminən bir il olar ki, tanıyırmış. O, Aqilin narkotik vasitələrdən istifadə etdiyini bilirmiş. Bir dəfə söhbət zamanı o, Aqilə narkotik vasitə qurudulmuş marixuana lazım olarsa ala bilibbilməyəcəyini soruşmuşdur. Aqil də ona ala biləcəyini demişdir. O, Aqilə 20 manat pul vermiş və Aqildə onun üçün narkotik vasitə qurudulmuş marixuana alıb gətirmişdir. Bundan sonra o, Aqildən 4-5 dəfə pul verib onun üçün narkotik vasitə qurudulmuş marixuana almasını istəmiş, Aqil də gedib almışdır. O, bir neçə dəfə Aqillə bir yerdə həmin narkotik vasitəni qəbul etmiş, bəzən isə o, tək başına narkotik vasitə qurudulmuş marixuananı qəbul edirmiş. 04 aprel 2022-ci il tarixdə saat 22 radələrində Aqillə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində görüşüb, orada kafedə yemək yeməyə başlamışlar. Bu zaman o, Aqilə narkotik vasitə qurudulmuş marixuana istədiyini və almağını xahiş etmişdir. Aqil də ona ala biləcəyini deyib, ondan 20 manat pul almış və çıxmışdır. Həmin gün saat 23:20-da Aqil “Ləzzət” kafesinə geri qayıtmışdır. Bu zaman Aqil cibində olan 2 bükülünü çıxarıb masanın üzərinə qoyub çəkməyi təklif etmişdir. Həmin vaxt içəri kafedə işləyən ofisiant daxil olmuş və o, masanın üzərində olan bükümləri cəld masadan götürüb cibinə qoymuşdur. Bu vaxt iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, ağ rəngli kağızda olan bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin maddənin ona aid olmadığını, Aqilin olmasını demiş, qızılı rəngli kağıza bükülmüş bükümün içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükülülərə baxış keçirilmiş və ağ rəngli kağızda olan bükülünün içərisində ağ rəngli kristal şəkilli maddə olması, qızılı rəngli kağızda olan bükülünün içərisində isə yaşıl rəngli ota bənzər maddə olması müəyyən olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan aldığını soruşanda o, həmin maddəni öz istifadəsi üçün 04 aprel 2022-ci il tarixdə Aqilə 20 manat pul verdiyini və Aqilin alıb gətirdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub 223 nömrəli möhür ilə möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, öz ifadəsində son olaraq törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması, Təqsirləndirilən şəxs2 isə qanunsuz olaraq narkotik vasitələrin satışı və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Adil birlikdə məlumat əsasında saat 23:20-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləziz” adlı kafeyə gəlmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Elçin və Aqilin əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin orada olmasını görüb, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Oktyabr 70-il küçəsi, ev 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs2 kimi təqdim etmişlər. Onlar Elçinə və Aqilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Onlar Aqil və Elçini saxlayaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmiş və PB-nə apararaq barələrində araşdırma aparılması üçün təhqiqatçı Əli Məmmədova təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 digər xidməti otaqda müşahidə altında saxlanılmış, X21 Tağıyevə hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ rəngli kağızında və 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində “patı” adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Siqaretin qızılı rəngli kağızında olan büküm açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, kəskin iyli, ot şəkilli maddə olması, siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tanışı Aqildən 20 manat müqabilində aldığını, psixiotrop maddə metamfetaminin isə Aqilə məxsus olduğunu, heç kəsin görməməsi üçün götürdüyünü və kafedən çıxan zaman Aqilə geri qaytarmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Elçinin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elçinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Elçin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra təhqiqatçı X23 İsrafilova hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bağlanmış vəziyyətdə qara rəngli tibbi maskanı və 01 ədəd ağ rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bağlanmış vəziyyətdə olan qara rəngli tibbi maska açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, kəskin iyli, ot şəkilli maddə olması, ağ rəngli kağızına bükülmüş bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini tanımadığı şəxsdən aldığını bildirmişdir. Aqilin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Aqilin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Aqil tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. O, öz ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı saxlanılarkən və polis bölməsində olarkən heç bir qanunsuz rəftara yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektor vəzifəsində işləyi. 04 aprel 2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləziz” adlı kafedə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılaraq 11-ci PB-nə gətirilmişdir. Onlar barələrində araşdırma aparılması üçün təhqiqatçı Əli Məmmədova təhvil vermişlər. Bundan sonra onun tərəfindən video çəkiliş aparılması bildirdilmiş, o da razılıq vermişdir. X21 Tağıyevə hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs1 də əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında və 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində “patı” adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Siqaretin qızılı rəngli kağızında olan büküm açılmış və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, kəskin iyli ot şəkilli maddə olması, siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli, kristal şəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tanışı Aqildən 20 manat müqabilində aldığını, psixiotrop maddə metamfetaminin isə Aqilə məxsus olduğunu, heç kəsin görməməsi üçün götürdüyünü və kafedən çıxan zaman Aqilə geri qaytarmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Elçinin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elçinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və özü tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra o, işlərilə əlaqədar orada qalmayaraq işlərinin arxasınca getmişdir. Sonradan ona məlum oldu ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bağlanmış vəziyyətdə qara rəngli tibbi maskanı və 01 ədəd ağ rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid Kərimov X11 RPİ-nin 11-ci PB-nin digər əməkdaşları Şahid1 və Samil Mustafayevin ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, 1998-ci ildən 2011-ci ilədək Xüsusi Dövlət Mühafizə Xidmətində baş gizir kimi xidmət etmiş, hal-hazırda təqaüddə olmuşdur. Onun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” adlı kafesi olmuşdur. Təxminən 6 ildir ki, həmin kafe fəaliyyət göstərir. Kafedə 1 xadimə, 1 kababçı və 1 ofisiant olmaqla 3 nəfər şəxs işləyirmiş. Kafe hər gün saat 09 radələrində açılırmış və saat 23 radələrində bağlanırmış. Kafenin 5 ədəd bağlı kabineti olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onlarla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Aqil və Elçin Sahil qəsəbəsində yaşamadıqları üçün onları tanımırmış. 04 aprel 2022-ci il tarixdə Aqil və Elçin onun kafesinə gəlib əvvəlcə həyətdə oturmuş və pivə içmişlər. Daha sonra kabinetdə keçib yemək sifariş vermişlər, bir müddət sonra isə çay istəmişlər. O, kabinetində oturan zaman həyətdən səs-küy gəldiyini eşidib həyətə çıxmışdır. Bu zaman Aqil və Elçini polis əməkdaşlarının saxlayıb apardıqlarını bilmişdir. Daha sonra o, Aqilin və Elçinin üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmasını bilmişdir. O, Aqil və Elçin kafeyə gələn zaman üzərlərində hər hansı qanunsuz əşya və ya maddə olmasını bilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 6/1841 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №223” dairəvi möhür əksi”, dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilən...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,181 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,131 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 6/1842 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №223” dairəvi möhür əksi”, dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,320 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,320 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,270 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 7/326 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan zərfdə 1 ədəd qara rəngli tibbi maskanın içərisində təmiz çəkisi 0,20 qr bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,20 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,150 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2022-ci il tarixli, 7/327 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən...” yazı və imzalar olan zərfdə qızılı ağ kəsiyi bükümündə təmiz çəkisi 0,216 qr bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,216 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,166 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2022-ci il tarixli, 7/357-6/2103 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 aşkar olunmuş marixuana ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş marixuanalar eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 aşkar olunmuş metamfetamin ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Qeyd: 1 №-li obyektin təmiz çəkisi 0,150 qr., tədqiqata sərf edilən ümumi miqdar- 0,05 qram, qalıq-0,100 qram. 2 №-li obyektin təmiz çəkisi 0,131 qr., tədqiqata sərf edilən ümumi miqdar-0,05 qram, qalıq-0,081 qram. 3 №-li obyektin təmiz çəkisi 0,166 qr., tədqiqata sərf edilən ümumi miqdar-0,05 qram, qalıq-0,116 qram. 4 №-li obyektin təmiz çəkisi 0,270 qr., tədqiqata sərf edilən ümumi miqdar-0,05 qram, qalıq-0,220 qram. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 17 may 2022-ci il tarixli, 2564 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 06 iyun 2022-ci il tarixli, 3006 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 bükümdə ilkin təmiz çəkisi 0,216 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 01 bükümdə ilkin təmiz çəkisi 0,320 qram olan psixotrop maddə hesab olunan metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,116 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,220 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 bükümdə ilkin təmiz çəkisi 0,20 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 01 bükümdə ilkin təmiz çəkisi 0,181 qram olan psixotrop maddə hesab olunan metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,081 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş sənədlərdən və “CD” diskdən aydın olur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan smslərin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan smslərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 14:13:05-də “Salam qaqam mene 30 m amanet ver amma samballı ver ele verersen ver” xx.xx.2022-ci il tarixdə saat 03:44:31-də ***-***-**-** saylı mobil nömrədən “Salam necesen tezden duran kimi cibie 5manat qoy gel yanima birde mene biraz tebiyi getir” sözləri yazılmış mesajların olması aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 11-ci PB-də dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində tünd göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bağlanmış vəziyyətdə qara rəngli tibbi maskanı və 01 ədəd ağ rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bağlanmış vəziyyətdə olan qara rəngli tibbi maska açılmış və içərisində yaşıl rəngli, ot şəkilli maddə olması, ağ rəngli kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli, kristalşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı və psixiotrop maddə metamfetamini tanımadığı şəxsdən, Sahil qəsəbəsi ərazisində aldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Qaradağ RPİ-nin 11-ci PB-də dəvət olunmuş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ rəngli kağızında və 01 ədəd siqaretin qızılı rəngli kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümlərin içərisində “patı” adlanan psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Siqaretin qızılı rəngli kağızında olan büküm açılmış və içərisində yaşıl rəngli, ot şəkilli maddə olması, siqaretin ağ rəngli kağızına bükülmüş bükümün içərisində isə ağ rəngli, kristalşəkilli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tanışı Aqildən 20 manat müqabilində özü üçün aldığını, psixiotrop maddə metamfetaminin isə Aqilə məxsus olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 07 yanvar 2016-cı il tarixdə X6 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki,xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2019-cu il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxs1dur. Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü qəti olaraq 01 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il azaldılmış, cəza müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Tağıyev X12 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3cü maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimənin ödənilməmiş hissəsi 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi o, məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona verilmiş ittihamı CM-nin 234.2ci maddəsinə münasibətdə qəbul etməsə də məhkəmə onun bu mövqeyinin özünü müdafiə xarakteri daşıdığını hesab edir, belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış bütün sübutlarla həmin ittiham öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə verərək törətdiyi əməli tam etiraf etmiş, o cümlədən digər Təqsirləndirilən şəxs1 da həm bütün izahat və ifadələrində, o cümlədən şəxsi axtarış aparılan zaman həmin narkotik vasitəni Aqildən aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, öz ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuşdur. O, işsizdir və heç bir yerdə işləmirmiş. Təxminən 5 il olar ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin istifadə edirmiş. Təxminən 2 ay olar ki, Sahil qəsəbəsində Orxan adlı şəxslə tanış olmuşdur. Orxan ona narkotik vasitə və psixotrop maddə lazım olanda gəlib ondan ala biləcəyiin demişdir. O da narkotik vasitə və psixotrop maddə lazım olanda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Orxanı tapıb ondan narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamin alırmış. O, adətən psixotrop maddə metamfetamin qəbul edirmiş. Təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki tanıyırmış. Elçin söhbət zamanı ona narkotik vasitə qurudulmuş marixuana istədiyini və ala bilib-bilməyəcəyini soruşmuşdur. O da tanışı olduğunu və ala biləcəyini demişdir. Bu zaman Elçin ona 20 manat pul vermiş və o da həmin pulla Sahil qəsəbəsinə gəlib, Orxan adlı şəxsi tapmış və həmin pulla narkotik vasitə marixuana alıb Elçinə vermişdir. Onlar Elçinlə bir yerdə həmin marixuananı qəbul etmişlər. O, bir neçə dəfə Elçin üçün narkotik vasitə qurudulmuş marixuana alıb vermişdir. Elçin bəzən həmin narkotik vasitə qurudulmuş marixuananı onunla bir yerdə bəzən isə təklikdə qəbul edirmiş. 04 aprel 2022-ci il tarixdə saat 22 radələrində Elçinlə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesində görüşüb, orada kafedə yemək yeməyə başlamışlar. Bu zaman Elçin narkotik vasitə qurudulmuş marixuana istədiyini və almağını xahiş etmişdir. O da Elçinə ala biləcəyini deyib, Elçindən 20 manat pul almışdır. Yolda olan zaman o, Elçindən aldığı 20 manat pulun üzərinə 20 manat pulda qoyub özü üçün psixotrop maddə metamfetamin almaq qərarına gəlmişdir. O, Sahil qəsəbəsində Orxan adlı şəxsi tapıb 40 manat pul vermiş və 20 manata narkotik vasitə qurudulmuş marixuana, 20 manata isə psixotrop maddə metamfetamin gətirməsini demişdir. Təxminən 15-20 dəqiqə sonra Orxan ona 1 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd siqaretin ağ rəngli kağızına bükülü vəziyyətdə psixotrop maddə metamfetamin gətirib vermişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı açaraq 2 hissəyə ayırmış və üzərində olan qara rəngli tibbi maskaya bükmüşdür. Narkotik vasitə olan qurudulmuş marixuananı ikisi bir yerdə istifadə edəcəkləri üçün 2 hissəyə ayırmışdır. O, həmin maddələri münasib yer taparaq istifadə etmək üçün əynində olan tünd göy rəngli gödəkcənin qabaq sağ yan cibinə qoymuşdur. Həmin gün saat 23:20-da o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən “Ləzzət” kafesinə Elçinin yanına geri qayıtmışdır. Bu zaman o, cibində olan narkotik vasitə olan qurudulmuş marixuananın bir bükümünü və psixotrop maddə metamfetaminin 1 bükümünü masanın üzərinə qoyub çəkməyi təklif etmişdir. Həmin vaxt içəri kafedə işləyən ofisiant daxil olmuş və bu zaman Elçin masanın üzərində olan bükümləri cəld masadan götürüb cibinə qoymuşdur. Bu vaxt iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirib onları Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan tünd göy rəngli gödəkcənin qabaq sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağızda olan bükümü və 1 ədəd qara rəngli tibbi maskada olan bükümü çıxarıb masanın üzərinə qoyaraq, ağ rəngli kağızda olan bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, qara rəngli tibbi maskanın içərisində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükülülərə baxış keçirilmşi və ağ rəngli kağızda olan bükülünün içərisində ağ rəngli kristal şəkilli maddə olması, tibbi maska da olan bükülünün içərisində isə yaşıl rəngli ota bənzər maddə olması müəyyən olunmuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan aldığını soruşanda, o həmin maddəni öz istifadəsi üçün 04 aprel 2022-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsində Orxan adlı şəxsdən aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub 223 nömrəli möhür ilə möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 əlavə dindirməsi zamanı istintaqa verdiyi ifadələrini təsdiq edərək, Azerfon” MMC-dən alınmış diskə baxış keçirilən zaman istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə gələn smslərlə bağlı suallara cavab olaraq həmin nömrələrin sahiblərini və mobil nömrələrin kimə məxsus olduğunu xatırlamadığını, həmin şəxslərlə olan yazışmalarda narkotik vasitələrin istifadə olunmasından söhbət getdiyini, o, ilkin ifadələrində qeyd etdiyi kimi özü narkotik istifadəçisi olduğunu, həmin şəxslərlə də görüşüb, birlikdə narkotik vasitə qəbul etmiş ola biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlinə görə 04 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 06 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlinə görə 04 aprel 2022-ci il tarixdə, saat 23:20-də şübhəli şəxs kimi tutulmuş, daha sonra 06 aprel 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.3-cü maddəsində göstərilir ki, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə 440 (dörd yüz qırx) manat ekspertiza xərcinin 240 (iki yüz qırx) manatı Təqsirləndirilən şəxs2, 200 (iki yüz) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,116 qram və 0,100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,220 qram və 0,081 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Onların hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı Bakı şəhər 10 saylı Vəkil Burosunun vəkilləri X16 və X5 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımlarla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10, 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 04 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 440 (dörd yüz qırx) manat ekspertiza xərcinin 240 (iki yüz qırx) manatı Təqsirləndirilən şəxs2, 200 (iki yüz) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan 0,116 qram və 0,100 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,220 qram və 0,081 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımlarla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10, 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar