Məhkəmə qərarları › İş №1(002)-216/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-216/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-216/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2024-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib saxlamaqla daşımış, 08 may 2024-cü il tarixdə saat 11.15 radələrində Qaradağ RPİnin 10-cu PŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 8 saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümündə xeyli miqdarda təmiz çəkisi 0,236 qram olan ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkməmiş, hazırda çəkmir. Fərdi qaydada ev təmiri ustası işləyir, subaydır. Bir neçə ildir ki, narkotik vasitələr və psixotrop maddələrin qəbulu ilə məşğul olur. Sonuncu dəfə 07 may 2024-cü il tarixdə axşam saatların Hökməli qəsəbəsində Baba kimi deyilən yaxından tanımadığı bir nəfərdən 14 manata 01 ədəd bükümdə patı deyilən psixotrop maddə olan metamfetamin alıb yaşadığı evə qayıtmışdır. Gec olduğundan gecəni yatmış ki, səhər oyananda istifadə edər. 08 may 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı küçəyə çıxmışdır. Küçədə qapının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan tanımadığı şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyərək özlərini təqdim etmişlər. Ondan isə kim olduğunu soruşmuşlar, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt içərisində metamfetamin olan büküm onun şalvarının cibində olmuş, o nə qaçmağa, nə də bükümü atmağa imkanın olmadığını görüb polis əməkdaşları ilə 10-cu Polis şöbəsinə getmişdir. Şöbəyə daxil olanda mobil telefonu onu gətirən əməkdaşa təqdim etmişdir. Daha sonra polis şöbəsində ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhələndiyini izah edib şübhəli şəxs qismində saxlanılmışdır. Hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmişlər. Vəkil ona təqdim olunandan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşmuş və olarsa həmin əşyanı könüllü olaraq təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü, sol yan cibindən pul qabını çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılmış, bükümündə patı deyilən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Həmin metamfetamini Hökməli qəsəbəsində Baba adı ilə tanıdığı şəxsdən 14 manat müqabilində əldə etdiyini, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o, müdafiəçi və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O psixotrop maddəni əldə etdiyi şəxsi tanımır, anket məlumatları barədə heç bir məlumatı yoxdur. O polis şöbəsinə daxil olanda özünə məxsus mobil telefonu polis əməkdaşına təqdim etmiş, daha sonra yadından çıxmış, mobil telefon polis əməkdaşında qalmışdır. Şəxsi axtarış aparılan zaman yadına düşmüş, mobil telefonu götürmüşdür. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olduğunun nəzərə alınaraq ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o hazırda Qaradağ RPİ-nin 10-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 08 may 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində psixotrop maddə olan “metamfetamin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 PŞ-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid3 rəhbərliyi altında ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupunun rəhbəri Şahid3 ilə birlikdə 08 may 2024-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 8 saylı evin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demiş. Həmin şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PŞ-ə gətirilmişdir. PŞ-də məlum olmuş ki, həmin şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onlar tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PŞ-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış. Təhqiqat araşdırmasında Şahid3 iştirak etməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o iştirak etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Pul kisəsinin içərisindən bank kartları, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, pul aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə patı deyilən metamfetamin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra içərisində psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Videoçəkiliş Qaradağ RPİ-nin ekspert-kriminalisti Əli Qasımov tərəfindən aparılmışdır. Videoçəkiliş başlamamışdan əvvəl Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu saxlaması üçün ona vermiş. Çəkiliş başlamamışdan əvvəl mobil telefonu Təqsirləndirilən şəxs qaytarmaq yadından çıxmış, çəkiliş zamanı Elçin ona telefonu təqdim etməyini demişdir. O da Təqsirləndirilən şəxs məxsus mobil telefonu özünə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o hazırda Qaradağ RPİ-nin 10-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili vəzifədə xidmət aparır. 08 may 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamin”in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində psixotrop maddə olan “metamfetamin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 PŞ-in rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra onunla birlikdə 08 may 2024-cü il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 8 saylı evin qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu demiş. Həmin şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün PŞ-ə gətirilmişdir. PŞ-də məlum olmuş ki, həmin şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onlar tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PŞ-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış. Təhqiqat araşdırmasında o iştirak etməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman PŞ-in CA üzrə əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Mənsi Ağayevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd “Samsung” markalı mobil telefonu, sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Pul kisəsinin içərisindən bank kartları, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, pul aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə patı deyilən metamfetamin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, üzərindən başqa heç nə aşkar olunmamışdır. Sonra içərisində psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Videoçəkiliş Qaradağ RPİ-nin ekspertkriminalisti Əli Qasımov tərəfindən aparılmışdır. Videoçəkiliş başlamamışdan əvvəl Təqsirləndirilən şəxs özü əynində olan şalvarın sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu saxlaması üçün ona vermiş. Çəkiliş başlamamışdan əvvəl mobil telefonu Təqsirləndirilən şəxs qaytarmaq yadından çıxmış, çəkiliş zamanı Elçin ona telefonu təqdim etməyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus mobil telefonu özünə qaytarmışdır. Şahid, Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməməsinin üzürlü səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PŞnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarixli, 3-16-16/2-6/2575 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №222" dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza, dörd-imza, Tərtib etdi: Dadaşzadə Heydər-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi -0,236 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxildirlər. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi- 0,236 qram, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,186 qr. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 20 may 2024-cü il tarixli, 3481 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür iş üzrə şübhəli şəəxs Cəfərov X6 RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən 8 saylı evin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nǝ gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu ǝyinində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim edərək içərisində ağ rəngli kristall şəklində maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Video görüntü 10 dəqiqə 36 saniyə davam etmişdir. Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,236 qram 01 ədəd bükümdə olan narkotik vasitə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetamin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,186 qram 01 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 03 iyun 2009-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəza müddəti 06 ay azaldılmış, 16 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilməklə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 04 iyun 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar Qaradağ rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 08 may 2024-cü il tarixdə hesablanmışdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,186 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırkı cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs birinci hökm üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş vahid cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,186 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 38 saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar