Məhkəmə qərarları › İş №1(002)-217/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-217/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-217/2021 24.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1966-cı ildə Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Sədərək” firmasının icraçı direktoru X17 ilə bağladığı 27 noyabr 2020-ci il tarixli 01 nömrəli podrat müqaviləsinə əsasən həmin tarixdən 27 noyabr 2021-ci il tarixə kimi müddət ərzində firmanın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolu, 1063 ünvanında yerləşən “Sədərək” Ticarət Mərkəzində cari təmir işlərinin yerinə yetirilməsini, həmin işlərin aparılması üçün cəlb olunacaq işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə tələb olunan və qanunvericilikdə nəzərdə tutulan digər tədbirlərin həyata keçirilməsi ilə bağlı olan işlərin yerinə yetirilməsi məsuliyyətini öz üzərinə götürməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi həmin podrat müqaviləsinin 2.3.2, 2.3.6-cı bəndlərinə əsasən işləri yerinə yetirərkən təmir-tikinti işlərinin təhlükəsizliyi haqqında hüquqi aktların tələblərinə əməl etməli, onun tərəfindən cəlb olunmuş işçilərin əməyin mühafizəsi və texniki-təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etməli olduğu halda, 20 fevral 2021-ci il tarixdə, saat 14:00 radələrində “Sədərək” firmasının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı- Ələt-Qazax-Gürcüstan avtomobil yolu, 1063 ünvanında yerləşən “Sədərək” Ticarət Mərkəzindəki “Şirniyyat Bazarı” adlı bölmənin 7-ci sırasının sonunda dəmir konstruksiyadan inşa edilməli iki mərtəbəli tikilinin ikinci mərtəbəsində qaynaq işlərini icra etdirərkən «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları»nın 2.4, 3.1, 5.2, 5.23, 5.27 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5. 3.10 bəndlərinin və «Xüsusi qeyim, xüsusi ayaqqabı və mühafizə vasitələrin verilməsi, saxlanılması və istifadə olunması haqqında təlimatı»nın 3-cü bəndinin tələblərini pozaraq, cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək, həmin qaynaq işinin icrasına cəlb etdiyi X12 ilə hündürlükdə qaynaq işlərinin təhlükəsiz aparılması üsulları və qaydaları ilə bağlı təlim və təlimatlandırmalar aparmamış, sonuncunun hündürlükdə qaynaq işlərinin aparılması üçün təhlükəsizliyə cavab verən inventar ayaqaltı qurğudan və fərdi mühafizə vasitələrindən (təhlükəsizlik kəmərindən, qoruyucu dəbilqədən) istifadə etməsini təmin etməmiş və nəticədə ehtiyatsızlıqdan X7 qaynaq işi görən zaman hündürlükdən yerə yıxılıb ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan alın, sağ gicgah, sağ təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpə sınıqları kimi xəsarətlər alaraq ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, X3 ilə təxminən dörd ildir ki, Abşeron rayonu, Xırdalan şəhərində iş əsnasında tanış olmuşdur. X21 də qaynaqçı olmuşdur. Qayim Burcəliyev təbiətcə sakit, səmimi və tərbiyəli insan olmuşdur. İş olduqda o, Qayimə məlumat verərək birlikdə işləmiş, Qayimində işi olduğu zaman onu işə dəvət etmişdir. Təxminən 4-5 il əvvəl o, “Sədərək” TM-də tikinti işlərinin aparılmasına nəzarət edən Elmar adlı şəxslə tanış olmuş, tanışlıqdan sonra o, Elmarın tapşırığı ilə bir neçə dəfə “Sədərək” TM-də dəmirdən müxtəlif konstruksiyalı işlər görmüşdür. Həmin işlərin bəzilərinin yerinə yetirilməsini o, X21lə birlikdə etmişdir. Onun ilə “Sədərək” TM arasında bazar ərazisində tikinti işlərinin aparılması üçün müqaviləsi olmuş, sonuncu dəfə o, həmin müqaviləni 2020-ci ilin noyabr ayında bağlamışdır. 04 yanvar 2021-ci il tarixdə Elmar istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng vurub iş olduğunu bildirmişdir. O, bu barədə söhbət etmək və ərazi ilə tanış olmaq üçün “Sədərək” TM-nə Elmarın yanına getmişdir. Elmar ona “Sədərək” TM-in “Şirniyyat Bazarı”nın 7-ci sırasının sonunda dəmir konstruksiyadan iki mərtəbəli mağaza inşa etmək lazım olduğunu bildirmişdir. O da Qayimə bu barədə məlumat verib razılığını aldıqdan sonra Qayimlə birlikdə qeyd olunan dəmir konstruksiyadan iki mərtəbəli mağaza inşa etməyə başlamışdır. Təxminən 2021-ci ilin yanvar ayının sonunda mağazanın birinci mərtəbəsini inşa etdikdən sonra ikinci mərtəbəyə başlayanda onlara fəhlə lazım olmuş, X24 adlı qohumunun olduğunu ona bildirib, lazım olduğu vaxt Nicatı fəhlə kimi işə dəvət edə biləcəyini bildirmiş, o da Qayimə etiraz etməmişdir. Həmin vaxtdan Nicat fəhlə kimi onlara kömək etməyə başlamışdır. 20 fevral 2021-ci il tarixdə o, səhər saat 9 da işə gəlib Qayim Burcəliyevlə orada görüşmüş, həmin vaxt orada Nicat da olmuşdur. O, Qayimə həm evlə bağlı işlərinin olduğunu, eyni zamanda havanın küləkli olduğunu bildirib evə getməli olduğunu demiş, Qayimdə etiraz etməyib ona evə gedib işləri ilə məşğul olmasını bildirmişdir. Həmin vaxt Qayim ona bazarda bir neçə şey alandan sonra özünündə evə gedəcəyini demişdir. Daha sonra təxminən saat 10 radələrində o, iş yerindən çıxıb evə getmişdir. O, yolda olan zaman Qayim ona zəng edərək mağazada iki dəmiri qaynaq etmək istədiyini, işi bitirdikdən sonra evə gedəcəyini bildirmişdir. O, Qayimə sabah rahat işləyəcəklərini desə də Qayim onunla razılaşmamışdır. O da Qayimə etiraz etməmişdir. O, ev işləri ilə məşğul olub qurtardıqdan sonra evdə televizora baxan zaman, tanımadığı mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng gəlmiş, telefona cavab verdikdə zəng vuran özünün fəhlə Nicat olduğu bildirib, Qayimin iş zamanı ikinci mərtəbədən yerə yıxıldığını bildirmişdir. O, dərhal evdən çıxıb istifadəsində olan “Mersedes” markalı avtomobili ilə işlədiyi “Sədərək” TM-nə getmişdir. O, “Sədərək” TM-in “Şirniyyat Bazarı”nın 7-ci sırasının sonunda dəmir konstruksiyadan iki mərtəbəli mağazaya gəlmiş və mağazanın qarşısında Qayim Burcəliyevin yerdə uzanmış meyitini görmüşdür. Daha sonra o, Nicat adlı fəhlədən hadisənin necə baş verdiyini soruşduqda Nicat ona təxminən saat 14 radələrində nahar etmək üçün işlərini dayandırıb yaxınlıqda peraşki yedikdən sonra çay içdiklərini və işlərini davam etdirməyə başlayan zaman Qayim Burcəliyev dəmir profilləri qaynaq etmək üçün döşəmədə olan dəmir pilləkəni götürüb yaxınlıqdakı dəmir materialından olan təkərli ayaqaltına söykədiyini, pilləkənin üzərinə çıxan zaman dəmir materialından olan təkərli ayaqaltı ağırlıqdan hərəkətə gələrək ani anda dəmir materialından olan təkərli ayaqaltının, həmin təkərli ayaqaltına söykənmiş pilləkən, həmin pilləkənin üzərində olan Qayim Burcəliyevin ikinci mərtəbədən birinci mərtəbəyə aşdıqlarını, dərhal yaxınlıqda olan pilləkən vasitəsi ilə ikinci mərtəbədən birinci mərtəbəyə enərək Qayimin yanına gələn zaman onun hərəkətsiz vəziyyətdə yerdə uzandığını, sonuncunun ağzından və burnundan qan axdığını gördüyünü bildirmişdir. Daha sonra prokurorluq və polis əməkdaşları gəlib, Qayim Burcəliyevin meyidini daxili müayinə olunması üçün Qaradağ Rayon MTE və PA birliyinə aparılması təmin etmişlər. Onun “Sədərək” TM-də işlərin yerinə yetirilməsi ilə bağlı “Sədərək” TM ilə müqaviləsi olmuşdur. Sonuncu dəfə o, ticarət mərkəzinin ərazisində tikinti işlərinin aparılması üçün 2020-ci ilin noyabr ayında müqavilə bağlamışdır. “Sədərək” Ticarət Mərkəzi ilə X3 arasında heç bir müqavilə bağlanmamışdır. O, “Sədərək” Ticarət Mərkəzində işləmək üçün X8 dəvət etmişdir. Onun gördüyü işlər zamanı heç kim nəzarət etməmişdir. O, birlikdə işlədiyi Qayim Burcəliyevə və Şahid2 əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə şifahi formada təlimatlandırmalar keçməmiş, yəni həmin şəxlərə iş görən zaman ehtiyatlı olmalarını bildirmiş, lakin bununla bağlı rəsmi heç bir sənədi olmamışdır. Onun ilə “Sədərək” Ticarət Mərkəzində onunla birlikdə işləyən Qayim Burcəliyev və Şahid2 arasında heç bir müqavilə bağlanmamışdır. “Sədərək” Ticarət Mərkəzində onunla birlikdə işləyən Qayim Burcəliyev və Şahid2 özləri ilə fərdi mühafizə vasitələri və xüsusi geyim gətirmişlər, onun tərəfindən həmin şəxslərə heç bir fərdi mühafizə vasitələri və xüsusi geyim verilməmişdir. Qayim Burcəliyev dəmir profilləri qaynaq etmək üçün döşəmədə olan dəmir pilləkəni götürüb yaxınlıqdakı dəmir materialından olan təkərli ayaqaltma söykəmiş və pilləkənin üzərinə çıxan zaman dəmir materialından olan təkərli ayaqaltı ağırlıqdan hərəkətə gələrək dəmir materialından olan təkərli ayaqaltı ona söykənmiş pilləkən və pilləkənin üzərində olan Qayim Burcəliyev ikinci mərtəbədən birinci mərtəbəyə aşaraq ölmüşdür. Dəmir materialından olan təkərli ayaqaltının təkərlərində əyləc olmadığı üçün həmin ayaqaltı yükün təsirindən hərəkətə gəlmişdir. Bundan başqa mağazanın birinci və ikinci mərtəbələrinin dörd tinində dəmir dirəklərdən başqa heç nə olmamışdır. Ona görədə dəmir materialından olan təkərli ayaqaltı hərəkətə gələn zaman ona heçnə mane olmayaraq ayaqaltı ona söykənmiş pilləkən və pilləkənin üzərində olan Qayim Burcəliyev ikinci mərtəbədən birinci mərtəbəyə aşmış, nəticədə qeyd olunan hadisə baş vermişdir. Qeyd olunan dəmir materialından olan təkərli ayaqaltını o, X21 ilə birlikdə qaynaq vasitəsi ilə düzəltmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, əməlindən çox peşmandır. Himayəsində iki azyaşlı və bir yenicə yetkinlik yaşına çatmış uşağı vardır. Bunda başqa ailədə yeganə qazanc gətirən şəxs olmaqla arvadı da heç bir yerdə işləmir. Zərərçəkmiş tərəfə bütün lazımi maddi və mənəvi köməkliklər göstərilmişdir və ona qarşı heç bir şikayət və tələb yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki hazırda heç bir yerdə işləmir, evdar qadındır. O, 1991-ci il tarixdə X12 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından Aydan Səlimzadə, Nicat Səlimzadə, Şahid1 adında 3 uşağı olmuşdur. X30 ailə həyatı qurmuş, digər iki uşağı isə subaydır. X6 usta kimi fərdi qaydada işləmişdir. Belə ki, Qayim gündəlik olaraq fərdi qaydada işləmiş, günəmuzd pulunu qazanmışdır. Qayim Burcəliyev təbiətcə sakit, səmimi və tərbiyəli insan olmuşdur. Əri X3 ilə Təqsirləndirilən şəxs xatırladığı qədəri ilə təxminən 2 olar ki, tanışdılar. Onlar iş olduqda bir-birilərinə məlumat verərək birlikdə işləmişdir. Əri Qayim müxtəlif yerlərdə işləmişdir. Onun Qayimin əvvəllər Sədərək ticarət mərkəzinin ərazisində işləməsindən xəbəri olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərindən etibarən əri Qayim Abbas ilə birlikdə “Sədərək” TM-də işləməyə başlamışdır. Qayim demək olar hər gün səhər işə gedərək axşam evə qayıtmışdır. Təxminən 2021-ci ilin yanvar ayının sonunda əri Qayimin tanış Nicat adlı şəxs də onlara kömək etmək üçün “Sədərək” TM-də onlarla birlikdə işləmişdir. Onun oğlu Səlim də “Sədərək” TM-də gündəlik işlədiyi üçün atası ilə birlikdə işə gedib-gəlmişdir. 20 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində əri Qayim oğlu Səlim ilə birlikdə evdən çıxaraq “Sədərək” TM-nə işə getmişdir. O, həmin gün ərzində işə getdikdən sonra əri Qayimlə telefon vasitəsilə danışmamışdır. Həmin gün təxminən saat 15 radələrində oğlu Səlim telefon vasitəsilə ona zəng edərək atası Qayimin iş zamanı yıxılaraq xəsarət aldığını və öldüyünü bildirmişdir. Səlimin deməsinə görə daha sonra Qayimin meyidi müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparılmışdır. Meyidxanada ekspertlər müayinələr apardıqdan sonra Qayimin meyidini evə gətirmişlər. Bununla bağlı onun heç kimdən və ya hansısa bir orqandan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Qayimin heç vaxt heç kimlə heç bir ədavəti, düşmənçiliyi, münahisəsi olmamış, hər zaman işlədiyi kollektivdə hörmət qazanmışdır. X3 ilə Təqsirləndirilən şəxs xatırladığı qədəri ilə təxminən 2 olar ki, tanışdılar. Onlar iş olduqda bir-birilərinə məlumat verərək birlikdə işləmişdir. Əri Qayim müxtəlif yerlərdə işləmişdir. Sonuncu dəfə isə təxminən 2021-ci ilin yanvar ayının əvvəllərindən etibarən əri Qayim Abbas ilə birlikdə “Sədərək” TM-də işləməyə başlamışdır. Qayim Burcəliyevin səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. 20 fevral 2021-ci il tarixdə təxminən saat 15 radələrində oğlu Səlim telefon vasitəsilə ona zəng edərək atası Qayimin iş zamanı yıxılaraq xəsarət aldığını və öldüyünü bildirmişdir.O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən onlara lazımi bütün maddi köməkliklər göstərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. X4 1991-ci il tarixdə anası X5 ilə ailə həyatı qurmuş, onların birgə nikahlarından o, X26 və qardaşı Nicat Səlimzadə adında 3 uşağı olmuşdur. X26 ailə həyatı qurmuş, qardaşı və o isə subaydır. X4 usta kimi fərdi qaydada işləmişdir. Belə ki, atası Qayim gündəlik olaraq fərdi qaydada işləmiş, günəmuzd pulunu qazanmışdır. Qayim Burcəliyev təbiətcə sakit, səmimi və tərbiyəli insan olmuşdur. Atası X3 ilə Təqsirləndirilən şəxs xatırladığı qədəri ilə təxminən 2 olar ki, tanışdılar. Onlar iş olduqda bir-birilərinə məlumat verərək birlikdə işləmişdir. Atası Qayim müxtəlif yerlərdə işləmişdir. Onun atası Qayimin əvvəllər Sədərək ticarət mərkəzinin ərazisində işləməsindən xəbəri olmamışdır. Təxminən 2021-ci ilin yanvar ayının əvvəllərindən etibarən atası Qayim Abbas ilə birlikdə “Sədərək” TM-də işləməyə başlamışdır. Atası Qayim demək olar hər gün səhər işə gedərək axşam evə qayıtmışdır. Təxminən 2021-ci ilin yanvar ayının sonunda atası Qayimin tanış Nicat adlı şəxs də onlara kömək etmək üçün “Sədərək” TM-də onlarla birlikdə işləmişdir. O da “Sədərək” TM-də gündəlik işlədiyi üçün atası ilə birlikdə işə gedib-gəlmişdir. 20 fevral 2021-ci il tarixdə səhər saat 09 radələrində atası Qayim onun ilə birlikdə evdən çıxaraq “Sədərək” TM-nə işə getmişdir. O, həmin gün ərzində işə getdikdən sonra atası Qayimlə telefon vasitəsilə danışmamışdır. Həmin gün təxminən saat 15 radələrində atası ilə birlikdə işləyən Nicat telefon vasitəsilə ona zəng edərək atası Qayimin iş zamanı yıxılaraq xəsarət aldığını və öldüyünü bildirmişdir. O da dərhal bu barədə anasına zəng edərək məlumat vermiş və hadisə baş verən yerə getmişdir. Ora çatdıqda atasının hərəkətsiz vəziyyətdə yerdə uzandığını və üzərinə adyal örtüldüyünü görmüşdür. Daha sonra atası Qayimin meyidi müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparılmışdır. Meyidxanada ekspertlər müayinələr apardıqdan sonra atası Qayimin meyidini evə apardılar. Bununla bağlı onun heç kimdən və ya hansısa bir orqandan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Atası Qayimin heç vaxt heç kimlə heç bir ədavəti, düşmənçiliyi, münahisəsi olmamış, hər zaman işlədiyi kollektivdə hörmət qazanmışdır. X3 ilə Təqsirləndirilən şəxs xatırladığı qədəri ilə təxminən 2 olar ki, tanışdılar. Onlar iş olduqda bir-birilərinə məlumat verərək birlikdə işləmişdir. Atası Qayim müxtəlif yerlərdə işləmişdir. Sonuncu dəfə isə təxminən 2021-ci ilin yanvar ayının əvvəllərindən etibarən atası Qayim Abbas ilə birlikdə “Sədərək” TM-də işləməyə başlamışdır. Qayim Burcəliyevin səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. 20 fevral 2021-ci il tarixdə təxminən saat 15 radələrində atası ilə birlikdə işləyən Nicat telefon vasitəsilə ona zəng edərək atası Qayimin iş zamanı yıxılaraq xəsarət aldığını və öldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2010-cu il tarixdən “Sədərək” ticarət mərkəzində işləmişdir. Həmin vaxtdan 2013-cü il tarixə kimi həmin ticarət mərkəzində qaraj müdiri, 2013-cü il tarixdən hal-hazırki vaxta qədər isə “Sədərək” ticarət mərkəzində icraçı direktorun müavini vəzifəsində işləyir. Onun “Sədərək” ticarət mərkəzində icraçı direktorun müavini kimi əsas vəzifəsi ticarət mərkəzində olan bütün təsərrüfat işlərinə, yəni həmin ticarət mərkəzinin ərazisində nəqliyyat, tikinti, kommunal təsərrüfat, energetika, sukanalizasiya təsərrüfatı və s kimi işlərə ümumi olaraq rəhbərlik etməkdən ibarətdir. O, “Sədərək” ticarət mərkəzində işləyən Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Belə ki, həmin vaxt Abbas orada müxtəlif mağazaların tikilməsində iştirak etmişdir. Həmin vaxtdan sonra da Abbas ilə onun əlaqəsi olmuşdur. Təqsirləndirilən şəxs ilə “Sədərək Ticarət Mərkəzi” arasında 27 noyabr 2020-ci il tarixdə bir il müddətinə “Sədərək Ticarət Mərkəzi” ərazisində tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. O, 2021-ci ilin yanvar ayında Abbasa zəng edərək bazara gəlməsini, pandemiya ilə əlaqədar bazar fəaliyyət göstərmədiyi üçün bazara bəzi mağazalarda bəzi problemlərin yarandığını, həmin mağazalara baxıb təmir problemlərini həll etməsini, eyni zamanda “Sədərək” TM-in “Şirniyyat Bazarı”nın 7-ci sırasının sonunda mövcud olan iki mərtəbəlinin mağazanın kənarlarına dəmir konstruksiyalarının qaynaq edilməli olduğunu bildirmişdir. Həmin vaxtdan etibarən Abbas bazarda “Şirniyyat Bazarı”nın 7-ci sırasının sonunda mövcud olan iki mərtəbəli mağazanın kənarlarının dəmir konstruksiyalarının qaynaq etməyə başlamışdır. Onun Abbasın həmin yerə kimləri gətirməsi və kimlərlə birlikdə işləməsindən məlumatı olmamışdır. O, 20.02.2021-cu il tarixdə səhər saatlarında istirahət etmək üçün Qəbələ rayonuna getmiş, 21.02.2021-ci il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. Hadisə barədə 21.02.2021-ci il tarixdə bazarda işləyən adını xatırlamadığı işçi ona zəng edərək bazar ərazisində iş görən bir nəfər qaynaqçının 20.02.2021-ci il tarixdə bazarda iş görən zaman yıxılaraq öldüyünü bildirmişdir. O daha sonra həmin ölənin Abbas ilə işlədiyini bildikdən sonra Abbasa zəng etmişdir. Abbasdan nə baş verdiyini soruşduqda Abbas ona həmin adamın “Şirniyyat Bazarı”-nın 7-ci sırasının sonunda iki mərtəbəli mağazanın dəmir konstrusksiyalarını qaynaq edilməsində onunla birlikdə işlədiyini, həmin adamın adını Qayim olduğunu, 20.02.2021-ci il tarixdə səhər saatlarında həmin gün işləmək üçün bazarda görüşdüklərini, həmin vaxt hava soyuq olduğu üçün onun işləmək istəmədiyini dediyini, sonra evə getdiyini, lakin Qayimin bazarda qalaraq işlədiyini, günorta saatlarında onlarla birlikdə həmin yerdə fəhlə işləyən Nicatın ona zəng edərək Qayimin iş görən zaman yıxılaraq öldüyünü dediklərini bildirmişdir. Təqsirləndirilən şəxs ilə “Sədərək Ticarət Mərkəzi” arasında 27 noyabr 2020-ci il tarixdə bir il müddətinə “Sədərək Ticarət Mərkəzi” ərazisində tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs “Sədərək Ticarət Mərkəzi”ndə iş görən zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını öz öhdəsinə götürmüşdür. X12 və Şahid2 isə Abbas özü ilə işləmək üçün gətirmişdir. Onlarla Abbasın hər hansı müqavilə bağlamasından onun məlumatı olmamışdır. Onun 20.02.2021-ci il tarixdə baş vermiş hadisə zamanı orada işləyən X12 və fəhlə Şahid2 fərdi mühafizə vasitələri və xüsusi geyimlə təchiz olunub-olunmaması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2019-cu il tarixdən “Sədərək” ticarət mərkəzində işləmişdir. Həmin vaxtdan hal-hazırki vaxta qədər isə “Sədərək” ticarət mərkəzində Əməyin mühafizəsi və yanğından mühafizə üzrə mühəndis vəzifəsində işləyir. Onun “Sədərək” ticarət mərkəzində Əməyin mühafizəsi və yanğından mühafizə üzrə mühəndis kimi əsas vəzifəsi ticarət mərkəzində olan obyekt və ərazilərdə görülən təmir işləri zamanı təhlükəsizliyə nəzarət etməkdən, yanğın baş vermə ehtimalı olan ərazilərə mütəmadi baxış keçirməkdən və s. kimi işlərdən ibarətdir. O, “Sədərək” ticarət mərkəzində işləyən Təqsirləndirilən şəxs bazarda işlədiyi müddətdən tanıyır. Abbas bazar ərazisində təmir işlərini aparmışdır. Onun 2021-ci il tarixdən Abbasın “Sədərək” TM-in “Şirniyyat Bazarı”-ın 7-ci sırasının sonunda mövcud olan iki mərtəbəlinin mağazanın kənarlarına dəmir konstruksiyalarının qaynaq etməsi barədə məlumatı olmuşdur. Onun Abbasın həmin yerə kimləri gətirməsi və kimlərlə birlikdə işləməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə “Sədərək Ticarət Mərkəzi” arasında 27 noyabr 2020-ci il tarixdə bir il müddətinə “Sədərək Ticarət Mərkəzi” ərazisində tikinti işlərinin aparılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs “Sədərək Ticarət Mərkəzi”ndə iş görən zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını öz öhdəsinə götürmüşdür. Buna görə də həmin yerdə iş görən vaxtı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına Abbas özü nəzarət etmişdir. O, 20.02.2021-cu il tarixdə səhər saatlarında istirahət günü olduğu üçün işə getməmiş, evdə olmuşdur. Hadisə barədə 22.02.2021-ci il tarixdə bazarda işləyən adını xatırlamadığı işçi ona bazar ərazisində iş görən bir nəfər qaynaqçının 20.02.2021-ci il tarixdə bazarda iş görən zaman yıxılaraq öldüyünü bildirmişdir. O daha sonra həmin ölənin Abbas ilə işlədiyini bildikdən sonra Abbasdan hadisə barədə soruşduqda Abbas ona həmin adamın “Şirniyyat Bazarı”-ın 7-ci sırasının sonunda iki mərtəbəli mağazanın dəmir konstrusksiyalarını qaynaq edilməsində onunla birlikdə işlədiyini, həmin adamın adını Qayim olduğunu, 20.02.2021-ci il tarixdə səhər saatlarında həmin gün işləmək üçün bazarda görüşdüklərini, həmin vaxt hava soyuq olduğu üçün onun işləmək istəmədiyini dediyini, sonra evə getdiyini, lakin Qayimin bazarda qalaraq işlədiyini, günorta saatlarında onlarla birlikdə həmin yerdə fəhlə işləyən Nicatın ona zəng edərək Qayimin iş görən zaman yıxılaraq öldüyünü dediyini bildirmişdir. X12 və Şahid2 isə Abbas özü ilə işləmək üçün gətirmişdir. Onlarla Abbasın hər hansı müqavilə bağlamasından onun məlumatı olmamışdır. Podrat müqaviləsinə əsasən Təqsirləndirilən şəxs “Sədərək Ticarət Mərkəzi”ndə iş görən zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını öz öhdəsinə götürmüşdür. X8 və fəhlə işləyən Şahid2 Abbas özü ilə birlikdə gətirmişdir. Buna görə həmin yerdə iş görən vaxtı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına Abbas özü nəzarət etmişdir. Onun 20.02.2021ci il tarixdə baş vermiş hadisə zamanı orada işləyən X12 və fəhlə Şahid2 fərdi mühafizə vasitələri və xüsusi geyimlə təchiz olunub-olunmaması barədə məlumatı olmamışdır. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ildən ayrı-ayrı yerlərdə günəmuzd fəhlə işləmiş, belə ki, o, yüklərin boşaldılması, doldurulması, lazım olan inşaat materiallarının və alətlərinin ustalara verilməsini təmin etmişdir. X3 onunla uzaqdan qohumdur, Qayim qaynaqçı olmuşdur. Fərdi işlər olan zaman Qayim Burcəliyev qohumluq əlaqələri olduğu üçün pnu fəhlə kimi özü ilə işə aparmışdır. Təxminən 2021-ci ilin yanvar ayının sonunda Qayim Burcəliyev ona “Sədərək” TM-də fərdi iş olduğunu və dəmir konstruksiyadan mağaza tikintisi işlərinin aparılmasında fəhlə lazım olduğunu bildirmiş, o da etiraz etməyib onunla birlikdə işləyəcəyini demişdir. O, Qayim Burcəliyevlə eyni qəsəbədə yaşadığı üçün onlar işə birlikdə gedib- gəlmişdir. Onlar işə Qayim Burcəliyevin istifadəsində olan Mersedes markalı avtomobillə gedib gəlmişdir. 20 fevral 2021-ci il tarixdə də o, Qayim Burcəliyevlə səhər saat 8 də qəsəbədə görüşüb birlikdə işə gəlmişdir. Onlar 3 nəfər işləmişdir. X21 və Təqsirləndirilən şəxs qaynaq işləri, o isə fəhlə işləri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs işə gəlsədə evdə işləri olduğu üçün evə qayıtmışdır. Onlar iş paltarını geyindikdən sonra mağazanın ikinci mərtəbəsinə qalxmış, Qayim ikinci mərtəbənin yuxarı qurtaracaq hissəsinə dəmir profilləri qaynaq etməyə başlamışdır. O, ikinci mərtəbənin döşəməsinin üzərində laqonda vasitəsi ilə lazım olan ölçülərdə dəmir profilləri kəsərək Qayim Burcəliyevə vermiş, Qayim isə ikinci mərtəbədə olan dəmirdən hazırlanmış altı təkərli ayaqaltının üzərində və dəmir pilləkəndə dayanaraq həmin profilləri dəmir dayaqlara qaynaq etmişdir. Qayimin qaynaq etdiyi dəmir profillərin üzərinə sonradan dəmir şiferlər quraşdırılmalı idi. Təxminən saat 14 radələrində onlar nahar etmək üçün işlərimizi dayandırmış, peraşki yedikdən sonra çay içmiş, daha sonra işlərini davam etdirməyə başlamışdır. Qayim Burcəliyev dəmir profilləri qaynaq etmək üçün döşəmədə olan dəmir pilləkəni götürüb yaxınlıqdakı dəmir materialından olan təkərli ayaqaltına söykəmiş, pilləkənin üzərinə çıxan zaman dəmir materialından olan təkərli ayaqaltı ağırlıqdan hərəkətə gəlmiş, ani anda dəmir materialından olan təkərli ayaqaltı ona söykənmiş pilləkən və pilləkənin üzərində olan Qayim Burcəliyev birinci mərtəbəyə aşmışdır. O, dərhal yaxınlıqda olan pilləkən vasitəsi ilə ikinci mərtəbədən birinci mərtəbəyə enib Qayimin yanına qaçmış, Qayim həmin vaxt hərəkətsiz vəziyyətdə yerdə uzanmış, ağzından və burnundan qan axmağa başlamışdır. O, yaxınlıqda dayanmış tanımadığı şəxsdən mobil telefonla zəng vurmağı xahiş etmiş, həmin şəxs etiraz etmədiyi üçün o, həmin mobil telefonla iş yoldaşı Təqsirləndirilən şəxs zəng vuraraq məlumat vermişdir. Təxminən 20-25 dəqiqədən sonra Təcili tibbi yardım briqadası gəlmiş, adını bilmədiyi həkim Qayim Burcəliyevi müayinə etdikdən sonra öldüyünü bildirmişdir. Daha sonra prokurorluq və polis əməkdaşları gəlmiş, Qayim Burcəliyevin meytini daxili müayinə olunması üçün Qaradağ Rayon MTE və PA birliyinə aparılması təmin etmişlər. Onun ilə “Sədərək” Ticarət Mərkəzində işlədiyi müddətdə heç bir müqavilə bağlanmamışdır. X3, Təqsirləndirilən şəxs arasında hər hansı müqavilə bağlanması barədə onun məlumatı olmamışdır. “Sədərək” Ticarət Mərkəzində qeyd olunan dükanda işlədiyi müddətdə ona heç kim tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar keçirilməmişdir. “Sədərək” Ticarət Mərkəzində qeyd olunan dükanda işlədiyi vaxt ona fərdi mühafizə vasitələri və xüsusi geyim verilməmişdir. Qayim Burcəliyev dəmir profilləri qaynaq etmək üçün döşəmədə olan dəmir pilləkəni götürüb yaxınlıqdakı dəmir materialından olan təkərli ayaqaltına söykəmiş, pilləkənin üzərinə çıxan zaman dəmir materialından olan təkərli ayaqaltı ağırlıqdan hərəkətə gəlmiş, ani anda dəmir materialından olan təkərli ayaqaltı ona söykənmiş pilləkən, həmin pilləkənin üzərində olan Qayim Burcəliyev birinci mərtəbəyə aşmışdır. Dəmir materialından olan təkərli ayaqaltının təkərlərində əyləc olmadığı üçün həmin ayaqaltı yükün təsirindən hərəkətə gəlmişdir. Bundan başqa mağazanın bütün tərəfləri şüşə materialından hazırlanacağı üçün həmin dükanın birinci və ikinci mərtəbələrinin dörd tinində dəmir dirəklərdən başqa heç nə olmamışdır. Dəmir materialından olan təkərli ayaqaltını mərhum X19 Zeynalov qaynaq vasitəsi ilə özləri düzəltmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X15 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 18 mart 2021-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizasında baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan alın, sağ gicgah, sağ təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqlar aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən 20.02.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, alın, sağ gicgah, sağ təpə, ənsə sümüklərinin kəllə əsasına keçən çoxsaylı qəlpəli sınıqları olmuşdur. X1 bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, X7 hündürlükdən yıxılması nəticəsində əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X7 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (02.03.2021-ci il tarixli AKT № 532/K). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2021-ci il tarixli 10/1022 nömrəli rəyindən görünür ki, “Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat bazarı” adlanan ərazisinin 7-ci sırasının sonunda dəmir konstruksiyalardan inşa edilən iki mərtəbəli tikilinin ikinci mərtəbəsində, hündürlükdə qaynaq işlərinin aparılması üçün təhlükəsizliyə cavab verən inventar ayaqaltı qurğudan və fərdi mühafizə vasitələrdən (təhlükəsizlik kəmərindən, qoruyucu dəbilqədən) istifadə edilmədiyinə, hündürlükdə qaynaq işlərinin təhlükəsiz aparılması üsullar və qaydalar üzrə bu işlərə cəlb edilmiş işçilərlə (konkret olaraq X12 ilə) təlim və təlimatlandırmalar aparılmadığına görə, baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizə və təhlükəsizlik texnikasına aild olan «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları»nın 2.4, 3.1, 5.2, 5.23, 5.27 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5, 3.10 bəndlərinin və «Xüsusi qeyim, xüsusi ayaqqabı və mühafizə vasitələrin verilməsi, saxlanılması və istifadə olunması haqqında təlimatı»nın 3-cü bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş materiallarda və ekspertizanın təyini haqqında qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, «Sədərək» Ticarət Mərkəzinin «Şirniyyat bazarı» adlanan ərazisinin 7-ci sırasının sonunda dəmir konstruksiyalardan inşa edilən iki mərtəbəli tikilinin ikinci mərtəbəsində, hündürlükdə qaynaq işlərinin aparılması üçün təhlükəsizliyinə cavab verən inventar ayaqaltı qurğudan və fərdi mühafizə vasitələrdən (təhlükəsizlik kəmərindən, qoruyucu dəbilqədən) istifadə edilmədiyinə, hündürlükdə qaynaq işlərinin təhlükəsiz aparılması üsullar və qaydalar üzrə bu işlərə cəlb edilmiş işçilərlə (konkret olaraq X12 ilə) təlim və təlimatlandırmalar aparılmadığına görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları»nın 2.4, 3.1, 5.2, 5.23, 5.27 bəndlərinin, «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər.» 12.0.004-79 DÜST-nin (dövlət standartının) 1.1, 2.5. 3.10 bəndlərinin və «Xüsusi qeyim, xüsusi ayaqqabı və mühafizə vasitələrin verilməsi, saxlanılması və istifadə olunması haqqında təlimatı»nın 3-cü bəndinin tələbləri podrat müqaviləsinə əsasən bu işlərə rəhbərlik etmiş fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, yəni zərərçəkmiş X12 ilə hündürlükdə qaynaq işlərin təhlükəsiz görülməsi üsullar və metodlar üzrə təlim aparılmaqla təlimatlandırma və biliklərin yoxlanılması keçirilmədiyinə, ona müvafiq tələblərinə cavab verən ayaqaltı və fərdi mühafizə vasitələr (təhlükəsizlik kəməri və qoruycu dəbilqə) verilmədiyinə görə onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 yıxıldığı yer – hadisə yeri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” TM-in “Şirniyyat Bazarı”nın 7-ci sırasının sonunda dəmir konstruksiyadan inşa edilməkdə olan iki mərtəbəli yarımtikili mağazadır. Həmin sıranın çıxış hissəsində iki ədəd keçid yolların arasında sıraya bitişik dəmir konstruksiyalardan inşa olunan tikili vardır. Tikili uzunluğu 12 metr, eni 9 metr olan tökmə beton bünövrəsinin üzərində quraşdırılımışdır. Tikilinin yük daşıyan hissələri metal şivellerlərdəndir. Dayaq kimi qoyulmuş şivellerlərin eni 28 və 18 sm-dir. 1-ci və 2-ci mərtəbə arasında perimetrlər boyunca qoyulmuş şivellerlərin eni 18 sm-dir. Atmalar kimi qoyul şivellerlərin eni 14 sm-dir. Tikili iki mərtəbəli olmaqla tam quraşdırılmamış şəkildədir. Belə ki, tikilinin kənarları açıqdır. İkinci mərtəbənin atma şivellerlərin üzərinə müxtəlif eni olan qalınlğı 5 sm-lik taxtalar sərilmişdir. Taxtalar bərkidilməmiş haldadırlar. İkinci mərtəbənin üzərində damın quraşdırılması üçün yarımdairəvi formalı 3 ədəd metal fermalar vardır. Fermaların üzərində atmalar kimi 6x4 sm ölçüdə metal profillər vardır. Tikilinin ön tərəfindən baxdıqda sol tərəfdə damın birinci fermasının aşağı hissəsinə 3 ədəd dayaq kimi ölçüləri 6x4 sm olan metal profillər qaynaq edilmişdir. Baxışda iştirak edən hadisənin şahidi olmuş Şahid2 bildirdi ki, qeyd olunan metal profilləri fermaya qaynaq edərkən X21 metal ayaqaltına söykənmiş metal nərdivana qalxaraq qaynaq işi apararakən qəflətən ayaqaltı ikinci mərtəbənin açıq kənarından keçid yola tərəf aşmış, daha sonra arxasınca nərdivanda aşağı düşmüş və nəticədə X21 yerə yıxılmışdır. Baxışda iştirak edən Şahid2 göstədikləri dəmir ayaqaltı və nərdivan keçid yolunun kənarında qoyulmuş vəziyyətdə aşkar edildi. Qeyd olunan ayaqaltına baxış keçirilərkən məlum oldu ki, ayaqaltı dördbucaq formalı olmaqla dörd təkərin üzərində quraşdırılmışdır. Təkərlərdə tıxaclama, yəni əyləc sistemi yoxdur. Ayaqaltının hündürülüyü 1,42 metr, uzunluğu 2,1 mert, eni 0,8 metrdir. Ayaqaltının dayaqları diametri 56 mm olmaqla dəmir borulardandır. Onların arasında bir-birinə paralel olaraq aşağıda 8x4 sm ölçüdə, yuxarıda isə 6x4 sm ölçüdə metal profillər vardır. Hadisə zamanı X21 tərəfindən istifadə olunmuş nərdivana baxış keçirilərkən həmin nərdivanın metal profillərdən hazırlandığı, uzunluğu 1,69 metr, bir tərəfdə eni 0,5 metr, digər tərəfdə isə eni 0,35 metr olduğu müəyyən edilib. Nərdivan 6 pilləlidir. Pillələr arası ara məsafəsi 36-38 smdir. Pillələr 4x2 sm ölçüdə olan metal profillərdəndir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X9 arasında nikah 12 fevral 2003-cü il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 21 yanvar 2011-ci il tarixdə doğulmuş X10 və 02 avqust 2015-ci il tarixdə doğulmuş X13 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin suərtindən görünür ki, X16 28 noyabr 2002-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı və 28 noyabr 2002-ci il tarixdə doğulmuş daha bir uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X32 oğlu tərəfindən 42 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə tikinti sahəsində rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 03 (üç) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 252 (iki yüz əlli iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X11 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar